Potensial insan...
Oxunub: 3825
13 Jul 2020 | 11:35
Potensial insan...
Qədim kənd mənzərələri əhatəsindəydim bu hadisənin baş verdiyi dar məqamda. Sinəsinə sərin quyu suyu fışqırdılan kəhər atın şahə qalxdığını gördüm. Üzərimizdəki sütunsuz göylərə ağ göyərçinlər sahibdi burda. Qədim daş divar dibində son günlərini çürüdən paslı manqal. Kağız kisənin dibindən son kömür (bəlkə son ömür?) parçalarını manqala atan tanımadığım birisi. Nəm çəkmiş kibrit qutusundan çıxarılan çöplərin biri sınır, ikincisi, üçüncüsü... Səbrimiz imtahana çəkilir sanki. Hə, yamanca darıxdım bu son mənzərəni seyr etdikcə, yorğun gözlərimi nəhayətsiz göy qübbəsinə qaldırınca anında şaşırıb gözlərimi bərəltdim. Göy qübbəsinə çatıb orda rəqs edən ağ göyərçinlər ulduz xəritəsindəki YEDDİ QARDAŞ bürcünü göylərə tam dəqiqliyi ilə həkk etmişdilər...

                                                      ***
Nağıllar aləmində bir də görürsən ki, qəhrəmana deyirlər: “Get öz arzularının ardınca, gündüz vaxtı göylərə baxanda diqqətli ol, ulduzları, sitarələri, səyyarələri çalış günün günorta vaxtında gör”. Hə, mən də sanki belə vəziyyətə düşmüşdüm - göylərdə rəqs edən göyərçinlərin ulduz bürclərini səma üzərinə rəssam kimi həkk etdiklərini açıq-aydın görürdüm. Düşündüm: “Bəlkə məni qara basır? Bəlkə... Bəlkə Allah özü mənim bəsirət gözümü açıb indi? Bir sözlə, əməlli-başlı möcüzələr aləmində idim. Zarafat deyil, günün günorta vaxtı göydə ulduzları görürdüm elə bil... Quş dilini bilən Süleyman peyğəmbərlər harda qaldı e? Gedib onlara danışardım sütunsuz göylər aləmində gördüyüm bu ilahi möcüzəni. Yooox, belə demə. Quş dilinə indi də bələd olanlar var. Başı papaqlı, əli təsbehli Bakı quşbazlarını deyirəm də... “Bəlkə onlarla bölüşüm öz müşahidələrimi?” Sualı ürəyimdə dönə-dönə təkrarlayıb gəlirəm Bakının səs-küylü Əzizbəyov meydanına. Sürücü tayfasıyla qiymət davasını çox da uzatmadan bir köhnə “Jiquli”yə əyləşib baş götürüb gedirəm adı əzbər Maştağa kəndinə. Kənddə rəhmətə gedən zənən xeylağı var - qapı ağzında durmuş dəmir mafəyə adətə görə qara kəlağayı sancaqlanıb. Xəzri vurduqca kəlağayı rəhmətə gedənin narahat ruhu kimi çırpınıb dalğalanır. Kənd cayıllarının çəp baxışlarının müşayiəti altında gəlirəm məşhur quşbaz Məşədi Qeybinin mübarək qapısına. Hacı Qeybi Maştağada hamı ona “Məşədi, Kərbəlayı” desə də bu köhnə quşbaz əslində hələ ki, heç bir ziyarətə getməyib. O ənənəyə sadiqəm - qapıda məni salamlayan bu köhnə kişiyə “Məşədi Qeybi” deyə xitab edəcəyimi əvvəlcədən yəqin etsəm də qəfildən dilimdən tamam başqa ifadə çıxır:
- Salaməleyküm, Hacı Qeybi...
- Sən ki, məni həci etdin, Allah niyyətini eşitsin. Buyur içəri. 
Təzəcə sulanmış həyətin nəm qoxusu. Masaya sərilən ağ süfrə. Üzüm yarpaqlarının divarda oynayan dəcəl kölgələri. Məcməyi üstə hüzurumuza əlvan çay dəstgahı gəlir. Armudu stəkanlar ağ süfrəyə gəlib çatanacan bir-iki dəfə öz aralarında toqquşub cingiltili səs çıxarır, ruhumuzun incə tellərinə toxunur. Həyətin ortasında əhənglənmiş 14 daşın işarələdiyi böyük bir dairə var. Ortada isə yastı su qabı.
- Hacı Qeybi, bəs bu nədir belə həyətinizin ortasında? - ilk sualım özümdən biixtiyar dodaqlarımdan qaçır.
- Bilirdim ki, siftə mənə bu sualı verəcəksən. 
- Məşədinin üz qırışları azca açılışır. 
- Göydə yolunu azmış tək göyərçin bu dairəni yuxarıdan görüncə onu ağ göyərçin dəstəsi bilib aşağı enir. Düşür əlimə, qanadlarını tez kəsib onu özümünkülərə qatıram. 2 aya təzə qanadları çıxanacan məndən elm-irfan öyrənir... 
- Köhnə quşbaz əl hərəkəti ilə göyərçin qanadlarını necə kəsdiyini təkrarlayır. 
- Bütün kənd də bilir mənim buna ixtiyarım var, day səs-küy salmırlar. Ürəyimdə lal suallar səslənir: “Dairəni təşkil edən 14 daş, yəni 14 məsumun işarəsimi? Göyərçinlərin daşıdığı 14 məsum ruh bu yollamı göydən tənzil olur hüzurumuza? Demək, əsl quşbaz bazardan almır öz quşunu, göy qübbəsindən gözləyir qismətini”...Məşədi ilə çaydan bir udum almağımız bizə bəsdi, söhbətimiz düşür rəvana (nirvanaya?):
- Cadu çağıranlar başqadı, cəddi çağıranlar başqa. Mən cəddi çağıranlardanam. Cinlə şeytan adəmlərə çarpaz verilib, namaz möhürünün lap yanındadı cinü-şeytan. Həzrət Əlinin gümüş üzüyü üzərində bu hikmət həkk edilibmiş: “Bildin, əməl elə”. Yoxsa biliyin batil olar. Mən əməl sahibiyəm. Quşlarımı görürsən də... Axşam namazının vaxtı yaxınlaşır deyə əsas sualımı Məşədi Qeybiyə verməyə tələsirəm:
- Dünən göydə bir dəstə göyərçinin rəqsini gördüm. Göy qübbəsinə qalxınca ulduz xəritəsini həkk etdilər səmada, - bunu deyib əl atıram süfrədəki təsbehimə.
- Bəli, bəli. Bu məsumlarda hikmət-iman bəndələrdən şükür ki, çoxdu. Dünən mənimkilər də səmada YEDDİ ULDUZ bürcünü işarələmişdilər. Allahın hikmətidir bu. Bunu gördünmü, seçilmişlərdənsən, günorta vaxtı ulduzları görüb məqamə yetişibsən. Şükür! Əməl vaxtıdır səninçün...Qeybinin səliqəli həyətini bir də gözdən keçirirəm - uzaq üfüqlərdə günəş qürubdadı, imam qarışqaları yuvalarına qayıdır, ətraflarında bir dənə də qaçaraq atlı qarışqa gözə dəymir. İmam göyərçinləri qanadlarını büküb namaz vaxtını gözləyir. Kasıb komanın qapısı azcana aralanır - ordan uzanan qorxaq zənən əli çəkinə-çəkinə bizə əl-üz dəsmalı təklif edir. Hə, abdəstin vaxtı çatıb... İstəyirəm son sualımı elə vaxt verim ki, Məşədi onu eşidib sükuta dalsın, azan sədaları özü versin sualımın cavabını:
- Quşların hamısı üfüqü trayektoriyanı götürüb uçuşa başlayır. Təyyarələr də belə edir. Tək Bakı göyərçinidi ki, dikinə (helikopter kimi) 1200 metrədək yuxarı qalxır, orta havanı keçib buluda girir, orda “küləklərin qızılgülünü”, yəni hava axınlarının kəsişdiyi nöqtəni tapır. Sükunətə dalıb 4-5 saat orda bu vəziyyətdə qalır...Mənmi deyirdim bunları, yoxsa Məşədi Qeybi? Bilmirəm. Məncə, hər ikimiz.
- Hə, o biri quşlardı, təyyarələrdi uçan. Göyərçin isə yerdə bir nöqtəni manşırlayıb ordan səmaya millənir, - möcüzədi lap, hər ikimiz yenə bir ağızdan eyni sözləri təkrarlayırıq.
- Bu isə merac deməkdir axı, - cavabı yenə eyni anda hər ikimizin dodağından qopur. 

- Alimlər bunu öyrənib meracın nə olduğunu təsdiqləyə bilər. Göyərçin sanki Arximedin arzuladığı o dayaq nöqtəsini, MƏRKƏZi tapmasa, heç göylərə millənə, merac edə bilərdimi? Bayaqdan söhbətimizi dinləyən göyərçinlər razılıq əlaməti kimi qanadlarını çırpır. Bu vaxt göylərə azan sədası yayılır, söhbətimizi bitirib üzü qibləyə Allaha dua etməyə başlayırıq... 

Alim 

Maştağadan Bakıya qayıdandan sonra bir neçə gün təkliyə qapıldım, külqabım siqaret kötükləri ilə doldu. Hansı alimlə bölüşüm bu əcaib fikirlərimi? Qərara gəldim ki, suallarımın tək bircə alim cavablandıra bilər - dünya çapında tanınmış məşhur riyaziyyatçı Lütfizadə ilə birlikdə çalışan akademik Rafiq Əliyev. 
Bir-birimizi çoxdan tanısaq da nə zamandır ünsiyyətimiz olmamışdı. Telefon danışığımız məni sevindirdi. Hörmətli alim həm də oxucularımdanmış. Qərar verib görüş günümüzü müəyyənləşdirdik. Həmin ərəfədə Rafiq müəllim öz həyat yoldaşını itirsə də özünü səbrli aparırdı. Bu itkidən sonra mən bəlkə də onun ilk həmsöhbəti idim. Ağırlığımı rahat yumşaq kresloya salıb göyərçinlər barədə bildiklərimi sadə dillə ona nəql etdim. “Avtomatlaşdırılmış siqnal sistemləri” sahəsində ən yüksək pillələrə qalxmış professor məni diqqətlə dinləyirdi. Eynəyinin şüşəsi üstdən arabir mənə diqqətlə baxan dəyərli alimimiz axırda nəhayət ki, aramızdakı sükut buzunu qırdı. Göyərçin cütlüyünün döş-döşə verib sevişə-sevişə göyə millənməsini təsvir etdiyim vaxt Rafiq müəllimin sarı siminə toxundum sanki. Ömür-gün yoldaşını xatırlayan kimi oldu o, bu nisgilli dəqiqələrdə:
- Alim istəyirəm ki, bu göyərçin “merac”ının riyazi modelləşdirməsini qursun. Eynək arxasındakı mehriban gözlərinin lal kədərlə dolduğunu hiss etdim bircə an. 1983-cü ildə SSRİ Dövlət Mükafatı laureatı adını, “Soft Komputinq” kitabıyla dünya kitab bazarında fəxri ikinci yeri qazanmış professor çox yox, bir-iki saniyə yenidən öz şəxsi itkisini yaşadı. Tez də öz aləmindən ayrılıb söhbətimizə qayıtdı:
- Göyərçinlərimizin uçuş, qalxma modeli, düzü, məni çox düşündürdü. 10 il öncə riyaziyyat köklü dəyişib, təbii seçim nəticəsində yaranmış varlıqları indi ciddi öyrənir riyaziyyat. Alimin işi sonsuzluğun bizə bəlli olan son nöqtələrini tapmaqdır. Göyərçin məhz bu cür təbii modeldi. Onun avtomatlaşdırılmış siqnal sisteminin sonsuz kainatla bu cür əcaib bağlantısı... 
Nə deyim sualınıza... Bəli, çox maraqlı göründü mənə, - professorun havada bir nöqtəni tutub daim ora baxması, hərəkətlərindəki dəqiqlik, sükutla səsin müvazinətini dürüst tutması nəzərlərimdən qaçmır.
- Robotların sərbəstlik dərəcəsi 6 hərəkətlə məhdudlaşır. İnsanda 27 hərəkət varsa, ilanın sərbəstlik dərəcəsi sonsuzdur. Təəssüf ki, alimlər insanın yalnız reallığını nəzərə alır, potensialını gözardına vurur. Biz indi Lütfizadə ilə “potensial insan” modelinin riyazi modelləşdirilməsi ilə məşğuluq. Tədqiqatda iki tərəf var, Amerikanın tanınmış Berkli Universiteti, - layihəni onlar maliyyələşdirir, - bir də bizim “Rafiq Əliyevin elmi qrupu”. Rafiq müəllim kinayə dolu baxışlarını masadakı bilgisayara ünvanlayıb az sonra sözünə davam etdi:
- Bilgisayarın ağlı mən deyərdim ki, “Əhməd haradadır?” filmindəki Zülümovun ağlını xatırladır. Yəni bütün Əhmədləri lazım gəldi-gəlmədi bir yerə yığır. İndi bizə insan beynini imitasiya edə bilən, onun psixoloji semantikasını əhatələyən bilgisayarlar lazımdı. Dəfələrlə yazmışam, keçər 30-50 il, görərsiz, riyazi qanunlar siz deyən o təbii, metafizik, göyərçin dilində danışacaq. Sizə iki məntiqi nümunə gətirim. 

Birinci misal: BÜTÜN İNSANLAR, GÖYƏRÇİNLƏR ÖLƏCƏK...

Professor gətirdiyi misalda lal-dinməzcəsinə sanki yenə öz şəxsi itkisinə toxunurdu. Daxilimdə özümə səsləndim: “O, öz itkisinin də riyazi tənliyini, modelini qurur, Allah”... Bütün tüklərimin ürpəşdiyini, başımın ağırlaşdığını hiss edib əlimi çənəmə dayayıram. Alimə baxa-baxa onun qarşısında baş əymək fikri ötür ağlımdan...

                                                  ***          
Ani fasilədən sonra diqqətim yenə professorun nitqindədir: 
- Bu, məntiqi müddəadır, - Rafiq müəllim, hə, ağrısını bu cür cavablandırır sanki. Ancaq bununla barışmadığı da eynək arxasındakı gözlərindən sezilir.

- İkinci müddəa: SOKRAT İNSANDIR. 

Sizin məntiqiniz deyir: “SOKRAT ÖLƏCƏK. GÖYƏRÇİNLƏR DƏ”. 
Ancaq bu təfəkkürün arxasında hansı rəqəmlər durur? Hansı differensial tənlik? Hansı inteqral cədvəl? Siqaretlərimizdən qalxan qalın tüstü havada əriyənə qədər dərin sükut girir aramıza. Qismətindəki itkiyə professorun bu cür riyaziyyatçı baxışı məni dərindən sarsıdır.
- Biz Lütfizadə ilə indi bununla məşğuluq. 
Alimin bu qısa, quru cavabında onun bütün nəhəngliyini duyuram...

                                                        ***
- Deməli, göyərçinlərimizin meracı, göyə millənməsi, göy qübbəsində ulduz xəritəsini cızması - bütün bunlar sizin karınıza gələcək? - deyib böyük maraqla ustaddan cavab gözləyirəm.
- Lakin ulduz xəritəsi, göyərçinlərin uçuş trayektoriyası dəqiq həndəsi fiqur deyil, nisbidir, fraktaldı. Yəni ölçüsü dəyişkən, Allah verən qədərdi - bu cavabı məni azca məyus edir.
- Lakin uzaq ulduz aləmindən gələn siqnal sistemini qavrayıb əks edən göyərçinlərdə bu, tam mənada insanınkı ilə eyni çıxır. Meracın ilk empirik təcrübəsini indi mən sizə danışıram. Bu, zarafat deyil axı. Yox, göyərçinlər həm fiziki, həm metafizik mərkəzi tapmasalar, səmaya 1200 metr millənə bilməzlər. Göyərçinlər kosmosu, ulduz xəritəsini eynən bizim kimi görüb qavrayır. Mən ki, bunun empirik, yəni təcrübədə təsdiqlənən nümunəsini sizə göstərirəm...
Bütün uzun söhbətimiz boyu bir yerdə qərar tutub əyləşən Rafiq müəllim bu vaxt qəfil yerindən qalxaraq küncdəki dolaba yaxınlaşır. Siyirməni çəkib ordan çıxardığı bir sənədi hörmətlə mənə uzadır:
- Al oxu. Dediklərin burda təsdiqini tapacaq...
İngiliscə yazılmış məktubun müəllifi dünya şöhrətli alim Lütfizadədir. İsveç Nobel Komitəsinə ünvanlanmış məktubun qısa məzmunu təxminən belədir: 

“Məncə, Rafiq Əliyevin işləri tamamilə kifayət edir ki, o, iqtisadiyyat sahəsi üzrə Nobel mükafatına layiq görülsün. 
İmza: L.Zadə”.
Alimin səsini bu dəfə qeybdən gələn səs kimi eşitməyə başlayıram. Əks-səda ilə birgə eşidirəm sanki indi bu səsləri:
- Siz deyənləri təxminən biz də nəzərə almışıq. Zadə ilə təzə nəzəriyyə üzərində işləyirik. “Potensial insan”ı riyazi yolla modelləşdirərkən onu iqtisadi modellərdə sınaqdan çıxarmışıq. Məncə, bundan sonra qərar çıxaran insan biz deyən o “potensial insan” olmalıdır. Göyərçini də biz inanın, əsla unutmayacağıq.

                                                         ***
Akademik Rafiq Əliyevlə söhbətim qulaqlarımda əks-səda verə-verə yenə Maştağadakı tanış ünvana, Hacı Qeybinin qapısına qayıtdım. Hə, çox halal adamdı bu köhnə Bakı quşbazı. Saatlarla sənə Bakı göyərçinlərindən danışsın. Nərd də vurar sənlə, lakin heç vaxt zəri ovcunda cütləməz. Ayrıca qeyd edir-artıq bütün dünya alimləri bizim İmam Hüseyn göyərçinləri ilə maraqlanmağa başlayıb. Bakı göyərçinlərinin möcüzəsi dillərdən düşmür indi, bəziləri artıq bu cinsi ayrıca irq elan etməyi təklif edir bizə. Dünya farmakologiya elmi göyərçinlərimizi öyrənməyi indi özünə əsas borc bilir. Bəziləri isə hesab edir ki, bu Bakı quşları Nuh peyğəmbərin buraxdığı o qədim göyərçinlərin nəslindəndir. Xəzər dənizi isə o tufandan bizə yadigar qalmış su hövzəsidir. Altımızdakı neft də Nuhdan əvvəlki həyatın çürüntüsüdür...
- Göyərçin qənədiylə adamı vuranda lələyiylə əl sinirini zədələyir, ağrı gedir çıxır onurğa sütununa. Handabir cayıl tapmazsan ki, bu ağrıdan qışqırmasın. Ancaq şəfası var bu zərbənin, əsəblər sakitləşir sonra, əlin day heç vaxt əsmir. Bakı quşbazlarının sərrast bıçaq zərbəsi, güllə atmaq bacarığı da sanki burdan qaynaqlanır. Onların Quran açma bacarığını da sıraya qatsam, hə, məsələ lap ciddiləşər. Göyərçin zərbəsi almış əllər day titrəmir axı. Quranı da ancaq bax, bu əllər düzgün aça bilərmiş...
- Dimdiyindən süd verən ana göyərçinlər isə naməhrəm gördümü, qanadları ilə özlərini, üzlərini örtür. Hə, onlardı müsəlman, biz isə hələ kafirik, - deyir Hacı Qeybi. Özü də bax, bu cür niqab altda, qeybdə qalmaq istəyir. Şəklini də vermir mənə. Deyir ki, hələ qeybdədir, üzə çıxa bilməz. Deyir ki, qoy Rafiq müəllimin şəkli çap olunsun yazımda. Bir də bizim imam göyərçinlərinin şəkilləri mətbuatı bəzəsə, bu, Hacının lap ürəyincə olar. Neynək. Gərək razılaşım bununla. 
Buyurun, baxın bizim İmam Hüseyn göyərçinlərimizə. Gələcəyin “potensial insan modeli” onun sayəsində dünyaya gələcək bəlkə də...

                                                                                                     
Həmid HERİSÇİ
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO