Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
Oxunub: 2378
01 Jul 2020 | 15:55
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız  – Maraqlı faktlar

Moderator.az Kulis.az-a istinadən əməkdar artist Gülnar Salmanova haqqında maraqlı faktları təqdim edir.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. Lakin bir müddət sonra aktrisa həyat yoldaşından ayrılıb, oğlunu tək böyütməyə qərar verib.

***

Aktrisa müsahibələrinin birində deyir: “Həyat yoldaşımdan xəyanət üstündə ayrıldım. O vaxt öz puluma özümə yeni ev də aldım. Teatrda çalışanda oğlumu qaynanam saxlayırdı, yoldaşımdan ayrılandan sonra ona anam baxdı. Altı yaşı olanda oğlumu məktəbə özüm aparıb-gətirirdim. Oradan da çıxıb gəlirdim teatra. Bəzən o da dəftər-kitabını götürüb mənimlə birlikdə teatra gəlirdi. Çox sakit uşaq idi, bir küncdə oturub dərsləri ilə məşğul olurdu. Anam rəhmətə gedəndən sonra övladımı tək böyüdüb, tək də yaşadım.”

Gallery

Ailəli ola-ola İncəsənət universitetinin musiqili komediya fakültəsində təhsil alan aktrisa 1981-ci ildə oranı bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

***

Aktrisa teatra yenicə gəldiyi illərdə teatrda Vaqif İbrahimoğlunun qurluşunda hazırlanan "Arşın mal alan" əsərində Gülçöhrə rolunu ifa edərkən digər aktrisa Sona Həsənova ilə konflikt yaşayıb. Hətta aktrisa səhnəyə təzimə çıxanda Sona Həsənova onu yumruğu ilə itələyib.

Gallery

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
Aktrisa bir dəfə teatr ilə İmişliyə qastrol səfərinə yola düşür. Dözülməz istilərin yaşandığı bir vaxtda aktyorlar pambıqçılar üçün konsert verməli idilər. Kolxoz sədri qonaqları çardağa aparır. Lütfiyyə Səfərova ilə Gülnar xanım isə getmir.Onlar yaxınlıqdakı çaya əl-üzlərini yumaq üçün yollanırlar. Lakin, iş elə gətirir ki, Gülnar xanımın ayağı sürüşür çaya düşür, əynindəki ağ səhnə paltarı da palçığa bulaşır. Onu yaxınlıqdan keçən kəndlilərdən biri xilas edir. Pambıqçı qızlar aktrisanın paltaraını yuyurlar, ona isə geyinmək üçün xalat verirlər. Aktrisa xalatla da səhnəyə çıxır. Bundan sonra Hacıbaba Bağırov onu nə zaman görürmüşsə, ay camaat, qaçın, "vodolaz qız gəldi" sözlərini deyib.

***

Gülnar Salmanovanın ilk ekran işlərindən biri Aslan Qəhrəmanovun "Səni axtarıram" televiziya tamaşasının “Bağışla” adlı ikinci hissəsindəki epizodik rolu olub. Aktrisa burada Elçinin yəni Yaşar Nurinin katibəsi rolunu ifa edir. Tamaşadakı adı da elə Gülnar olur. Onun bu televiziya tamaşasında "Elçin müəllim, çay içirsiniz?" sözü dillər əzbərinə çevrilir.

Gallery

Aktrisaya ən böyük məşhurluğu isə 80-ci illərdə “Səhər görüşləri” proqramındakı obrazı gətirdi. Bu səhnəcikdə aktrisa aktyor Ağaxan Salmanlının arvadı rolunda çıxış edirdi. Həyatda hər iki aktyorun soyadı bənzər olduğundan tamaşaçılar onları həyatda da ər və arvad hesab ediblər. Ağaxan Salmanlı bu barədə belə deyirdi: Tamaşaçıların böyük əksəriyyəti bizi ər-arvad kimi tanıyıblar. Məni tədbirlərə, toya çağırıblar. Mən də getmişəm. Tökülüşüblər üstümə ki, niyə tək gəlmisən, biz elə bilirdik yoldaşınla gələrsən. Əvvəl başa düşmürdüm, yoldaşımın bura nə dəxili. Sonradan Gülnarın hal-əhvalını soruşanda, bilirdim ki, bunlar səhv salıblar. Açıqlayırdım ki, biz sənət yoldaşıyıq, həyat yoldaşı yox. Soyadlarımızın eyniliyi siz çaşdırmasın".

***

Aktrisa uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Lakin ömrünün son illərində o, böyrək çatışmazlığından və xərçəngdən müalicə olunurdu. Aktrisanın özünün sözlərinə görə ağır xəstələnməsinə səbəb həkimin ona vurduğu səhv iynələr olub. O, müsahibələrinin birində deyirdi: Neçə il bundan əvvəl yüngül bir xəstəliyim var idi, həkim pula görə mənə səhv iynə vurdu. Xəstəlik də elə oradan başladı. Onu Allaha tapşırmışam. Səhv iynə ucbatından məni pis günə qoydu. O, çox pis insandır”.

Gallery

Sonralar aktrisanın vəziyyəti pisləşəndə həmin həkim onun evinə gələrək sistemin altında olan aktrisanın ayaqlarına düşüb, ona yalvarır ki, qurban olum, məni bağışla, iki yetim saxlayıram”.

***

Aktrisa ona səhv müalicə edən həkim barədə heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməyib. “Mən elə insan deyiləm. Bu yaşa çatmışam, polis, məhkəmə, prokurorluq yolu bilməmişəm. Elə şeyləri də sevmirəm. Amma gərək o, məni bu günə qoymayaydı”.

***

Aktrisanın ölümündən sonra sosial şəbəkələrdə oğlu Elçin haqqında xoşagəlməz sözlər yayıldı. Bir çoxları onu anasına baxmamaqda günahlandırdı. Oğlunun mətbuata müsahibə verməməsi isə bu şayiələri daha da genişləndirdi. Lakin Elçin bildirib ki, o, işi ilə əlaqədar uzaqda olduğundan anasının yanına gec-gec gəlsə də, maddi cəhətdən onu təmin edib, vaxtı-vaxtında həkimə müayinəyə aparıb, ona baxıcı və sürücü də tutub.

Gallery

Gülnar Salmanova ömrünün son günlərində xəstəliyi ilə bağlı verdiyi açıqlamalar çoxlarının xatirindən çıxmayıb: “Çox pisəm. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın ölməyə”.

***

Aktrisa 2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

***

Teleaparıcı İradə İsaq Gülnar Salmanovanın son anlarını belə xatırlayır: "Ölənə yaxın Elçin, İradə, "behişt" sözünü təkrarlayırdı. Xəstə insan üçün "behişt" sözünü demək çox çətin idi. Dünyasını dəyişən günü həyat yoldaşını çağırdı. Onu gördü və son dəfə üzünə baxıb canını tapşırdı. Canını çox çətin tapşırdı. Elə bil ki, yoldaşını gözləyirdi. Amma bizə onu gözlədiyini demədi. Axırıncı günlər atasından danışırdı və deyirdi ki, ata, məni bağışla. Daha çox oğlu Elçindən danışırdı. Elçinlə nəfəs alırdı. Oğlu həmişə yanında olurdu və xəstələnən zaman da birlikdə xəstəxanaya apardıq".

Gallery

Novruz Qartal cavanlığından bəri oğlunu tək böyüdən aktrisanın sağlamlığını kimə qurban verdiyini, ömrünün son saatlarını yaşayan aktrisanın yaxın dostuna hansı sözləri pıçıldadığını, ölüm ayağında onu tək qoymayan keçmiş həyat yoldaşının son nəfəsində əlindən tutaraq ona nə dediyini, aktrisanın ən böyük arzusunun nə olduğunu açıqlayıb. “Son nəfəsdə keçmiş həyat yoldaşı onun yanına gəlib. Əlindən tutaraq baxışları ilə ona təsəlli verib. Gülnar da baxışları ilə ona minnətdarlıq etdi”.

***

Uzun xəstəlikdən sonra əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova 24 oktyabr 2015-ci ildə yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında 58 yaşında vəfat edib.

Oxşar xəbərlər
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO