Tüstüdən dumana, yaxud, çiçəyi alaqdan ayırmağın Monika üsulu...
Oxunub: 2483
17 May 2020 | 10:44
Tüstüdən dumana, yaxud, çiçəyi alaqdan ayırmağın Monika üsulu...
Neçə gündür bağçanın gözədəyən yerinə əl gəzdirirəm. İstəyirəm ot-alağı təmizləyib gül-çiçək əkəm. Dörd bir tərəf qonşum həyətlərini elə səliqəylə düzəldiblər, az qala həndəsi dəqiqliklə elə bağ salıblar ki, deyərsən bəs Vyanadakı Şönbrunn kral bağçasıdır, düşünərsən bəs bütün isveçlilər uşaqlıqdan xüsusi bağbanlıq məktəbi keçiblər.

Mən də onlardan geri qalmayım deyə həyətyanı sahəmdə nəsə fərqli bir iş görmək istəyirəm. Pandemiya bəlası keçsin fikrim var, üzü payıza Tərtərdən xüsusi gavalı, gilənar tingləri, Quzanlıdan sarmaşıq qızılgül qələmləri gətirdib əkim – İsveçin iqlimi onlara düşür. Elə bağ salım ki, koloniya əhli tamaşasına dursun.

İsveçdə bağçılıq çoxdanın ənənəsidir, ölkə boyu saysız-hesabsız koloniya var. Koloniya deyəndə ağlınıza ayrı şeylər gəlməsin, bir növ bizdəki Bağlar birliyi kimi bir şeydir, daça yəni. Şəhər əhalisi kommundan (bələdiyyədən) torpaq kirayələyib yay aylarında əkib-biçir, burada yaylayır. Bizim Tornet koloniyamız şəhərin ən qədimidir, 1905-ci ildə yaradılıb.

Bu səhər də həvəslə torpağı belləyir, otunu yolurdum. Bərkə düşmüşdüm. İşin çətini köhnə çəmən otlarının arasında bitən sarı, qırmızı, bənövşəyi rəngdə sütül çiçəkləri ayırmaq idi. Nə vaxtsa əkiblər, baxan olmayıb. Bu gözəl çiçəkləri ayırıb ayrıca əkəcəkdim. Di gəl, alınmadı. Problem onda idi ki, bu incə, zərif, gözü təzəcə çırtlayan çiçəklər sanki ot köklərinin üstündə bitiblər. Kökləri içi-içədir, çəkəndə bir-birinə sarılı gəlir ələ.

Hər dəfə çiçəkləri otlardan qoparmaq istəyəndə zədələyir, əzir, qırır, tələf edirdim. Üzü illərin tapdağını görmüş, çəmənlik ömrünü çoxdan başa vurmuş çəmən otuna isə heç nə olmurdu.

Bir sözlə, çiçəkləri ot-alaq torundan xilas edə bilmədim.

Bu arada, sən demə, yüz ilin “bağbanı” qonşu Monika uzaqdan gözaltı mənə baxırmış…

***

27 ildə yürüdülən daxili və xarici siyasəti təhlil etməyə akademik savad lazım deyil. Bu siyasətlərin həyatımızda buraxdığı izlərə nəzər salmamız kifayətdir. Çəkingən, dişsiz, güzəştli xaricə siyasət fonunda, barışmaz, etakratik (cəmiyyət üzərində total dövlət hökmranlığı), sərt daxili siyasət.

Müstəqilliyin şirin dadını dada bilmədik bu illərdə. Əksinə, həyatın ən acı üzünü – məğlubiyyət, qaçqınlıq, səfalət, ümidsizlik yaşadıq. Bunları sadalamağın mənası yoxdur. Hamının görüb bildiyini təkrarlamayım bir də.

Xudafərin olayları fonunda sükut, milyonlar, milyardlar oğurlamış yüksək çinli sibarit (dəbdəbə aşiqi) məmurların ifşasına biganəlik cəmiyyətin düşdüyü halın acı mənzərəsidir.

Ən yüksək səviyyədə ogünkü “hər addımda cinayət” etirafı onu göstərir ki, hakimiyyətdəkilər xirtdəyədək günah və cinayət içində olduqlarının fərqindədirlər. Belə getməyəcəyini, dəyişikliyin labüdlüyünü dərk edirlər. Amma bu iş “yamaq” vurmaq yox, köklü dəyişiklik istəyir.

Görünənsə odur ki, 1993-cü ildən bəri nə Qarabağa yönəlik aydın, real konsepsiya, nə siyasi, iqtisadi islahatlar paketi, nə də bunları həyata keçirəcək kadr potensialı olmayıb. Kommunist liderin müstəqil dövlətdə demokratik prinsiplərə əsaslanan modern idarəetmə bacarığı, potensialı yox idi. Elə indikilərdə də yoxdur!

Deyirlər bəla insanları birləşdirir. Görünür, biz fərqli insanıq, ayrı camaatıq. Bizdə əksinədir, dərd, bəla bizi parçalayır. 30 il əvvəl Qarabağ birləşdirən ideoloji məhvər ola bilərdi bizi. Olmadı. Hərə ondan öz marağına görə istifadə elədi. Nə yığılıb yumruq olduq, nə açılıb sillə. Uzatmayım, vaxtilə “Qarabağ atıyla demokratiya dalınca” yazısında bunu köklü-köməcli yazmışam. Təkrarlamayım.

Koronavirus təzə dünya bəlasıdır. Normal ölkələrdə BÜTÜN cəmiyyət onunla mübarizəyə səfərbər olub. Bizdə əksinə, epidemiyanı bəhanə edən tərəflər bundan bir fürsət kimi yararlanmaq niyyətlərini gizlətmirlər. Biri daxili düşmən ovuna çıxıb. O biri karantin səbəbindən etirazların artacağına umudludur, marığa yatıb. Bir-birinə əks dayanan bu tərəflərin heç birindən bu xalq yarımadı.

İqtidarlı-müxalifətli heç birinin aydın, real Qarabağ konsepsiyası, yol xəritəsi, konstitutsion islahatlar proqramı, paket-paket layihələri, kadr bankı yoxdur! Yenəmi Allah umuduna olacaq hər şey?

Gənclərin hər pöhrə ideyasına, təşəbbüsünə bir tərəf repressiya maşını ilə ön verirsə, o biri tərəf də öz veteran, ağsaqqal “himayədarlıqları” ilə sipər olur.

Mənzərəyə baxın: bir yanda Xudafərin şoku, Paşinyanın Şuşa ziyarəti, 100 milyardlarla neft pulunun göyə sovrulması fonunda ac-yalavac xalq, haqqı, ləyaqəti tapdanmış insanlar, mənəviyyatı aşınmış cəmiyyət, harınlamış məmur ordusu; o biri yandan birinin sözü o birinin boğazından keçməyən, birləşmək nədir, bir-birini əzib tapdayan, lider olmaq yolunda az qala saçyolduya çıxan siyasilər və onların sərgilədiyi siyasi mədəniyyət.

Bəzən adama elə gəlir ki, hakimiyyətin müxalifətə, müxalif qüvvələrin isə bir-birinə olan kini, küdurəti erməniyə nifrətdən qat-qat çoxdur! Bəlkə mən səhv görürəm. Ola bilər.

Hakim zümrənin bu illər ərzində yandırıb məhv elədiklərinin tüstüsündən indi göz-gözü görmür. Xalq bu tüstüdə əl havasına fırlana qalan kor kimidir. Ölkə tüstü boğanağına bürünüb! Nə sabah görünür, nə birigün.

Bu sətirləri oxuyan vətəndəki gənc soydaşım yəqin ürəyində deyər, buna bax, məğlub nəslin nümayəndəsinin yazdığına bax, oturub xaricdə, güllə-çiçəklə oynayır, bizə ağıl öyrədir. Amma bu ağıl vermək deyil əsla. Sənin bilmədiyin təzə nə deyirəm ki! Bunlar “güllə-çiçəklə oynasa” da bütün fikri, huşu yurdda qalan, Bakı saatı ilə yatıb-duran narahat adamın ürəyində qövr edənlərin cüzi hissəsidir sadəcə.

Oturub düşünürsən: Bizə sabahın aydın üfüqlərini kim göstərəcək? Buyursun, boğazacan günah və cinayətə batmışların tüstüsündən sonrakı aydınlığı göstərsin bizə. Bəlağətli sözlərlə, vədlərlə yox, başa düşülən dildə yazılmış, həllini mümkün sayacağımız proqramını qoysun ortaya, onu həyata keçirəcəyi bacarıqlı kadrlarını təqdim eləsin!

Ya da hamısı çəkilib getsin! Yerləri boş qalmayacaq! Yeri yeni əsrin dilini bilən vətənsevər gənclik tutacaq!

Heç bir postsovet ölkəsində milli-azadlıq hərəkatlarından qalan bir siyasətçi yoxdur ortada. Qalib gələn də, məğlub olan da çəkilib yerini təzə gələnlərə verib. Bir-iki ölkəni çıxsaq, heç bir postkommunist ölkəsində 27 illik hakimiyyətə rast gəlməzsiniz. Hansı əsrdir?

On illərlə dəyişməyən hakimiyyətin, müxalifətin sabahı tüstünün o üzündəki duman kimidir.

Tüstüdən çıxıb dumanamı düşəcəyik yenə!

Dumanda uçurum görünmür!

***

Əlimdə sonuncu çiçək də qırılanda qonşu Monika aramızdakı diz hündürlüyündə balaca hasarımıza yaxınlaşdı. “Özünü yorma”, dedi. “O kövrək çiçəkləri o alaq otundan ayırmaq çətin işdir. Bir yolu var. Buranın otunu yerli-dibli çıxarıb atmalısan. Çıxar at, təzə yerdə təzə güllər ək. Bax, ora da eləydi. Bir dənə də alaq qaymayıb” deyib öz həyətinin güllük guşəsini göstərdi.

Hasarı aşıb bağçasına keçdim. Məni gül kolları, çiçək ləkləri, ağacları ilə tanış elədi. Həyətin çəmənliyi ayrı, güllüyü ayrı idi, dirriyi də eləcə. O, əkdiyi hər bitkini tanıyır, hansı gülün hansı ayda açdığını bilirdi. Elə seçmişdi ki, bütün yay boyu bağçası gülsüz-çiçəksiz olmasın. Biri solanda o biri açsın.

Monika hər mövsümə payızdan hazırlaşır deyə yazda-yayda bağçası laləzara çevrilir.

***

Köhnə otları kökündən çıxarıb, yerinə güllər əkmək lazımdır. Bu mövsüm gecik(dik)dim, gələn il işimi(zi) planlı tuta(q)m gərək…

Vahid Qazi
May, 2020
Tornet koloniyası, İsveç
Oxşar xəbərlər
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI