Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Oxunub: 2465
06 Apr 2020 | 22:42
Koronavirusun siyasi coğrafiyası -  Dördüncü yazı...
Koronavirusu bütün dünyaya qara kabus təki yayan Çin təkbaşına mübarizəyə başlayıb. Bu ölkə böyük rəqibləri olan Rusiya, Amerika Birləşmiş Ştatları ilə amansız açıq savaşa, dünya liderliyi ugrunda mübarizəyə atılıb. Qlobal dünyanın mövcud olan və okeanın o tayında formalaşan nəhəng nəzarət mexanizmini tədricən sarsıdıb yavaş-yavaş sıradan çıxarmaq, siyasi, iqtisadi, hətta hərbi resurslara sahiblənməklə tək Asiya, Afrikanın deyil, həm də Avropanın bazarını ələ keçirməyi qarşısına strateji məqsəd kimi qoyan Çin bu gedişlə sanki nəhəng kamikadzeyə bənzəyir. Çin dönə-dönə ona düşmən olmağın ugursuz gediş oldugunu sübut edib. ABŞ-ın sanksiyaları belə Çinə problem yarada bilmədi, əksinə, Çin mallarına ehtiyac duyan ölkələr bu çətin məqamda ona doğru daha bir neçə addım atıb bu etibarlı partnyorla daha yaxın oldular. Bu günün sabahı var məntiqi ilə hərəkət etməyə çalışan ABŞ artıq yaxşı anlayır ki, pandemiya sonrası Çin göründüyündən daha güclü olacaq. Məhz bu səbəbdən pandemiya ilə paralel Çinlə savaşa girən ABŞ Çin yardımını qəbul edə-edə Çini koronavirusda ittiham edərək bu dövlətə qarşı yüksək məbləğdə təzminat irəli sürür. Çin isə dirəkləri sarsılan, Amerikadan üz döndərən Avropa Birliyinə üzv olan ölkələrin artıq müttəfiq və tərəfdaşına çevrilib. İki il öncə Çin lideri Rusiyada baş alan təbliğatı nəzərdə tutaraq ərazi iddialarından çəkilməyəcəyinə işarə vurmaqla Putin mifini zərbə altında qoydu. Çinə böyük dostlar, ərazilər lazımdır. Ola bilsin ki, Çin gələcəkdə Rusiyanın yer almayacağı yeni böyük ittifaq liderinə çevrilmək üçün Avropada hərəkətə keçsin. Avrasiya bloku bəlkə? 
Çinin dünya liderliyi uğrunda savaşa girdiyi yeni post-pandemiya dövrü başlayıb. Koronovirus yeni dünya xəritəsini çizir... İndiyədək heç bir müharibə, heç bir virus, heç bir pandemiya dünyanın siyasi, dini və iqtisadi tərzini belə sürətlə dəyişə bilməmişdi. Artıq sabah necə və kimlərlə dost, ya düşmən kimi yaşayacağını düşünən dünya ölkələrini indi ən çox düşündürən məsələ Kovid-19-un Çinə bəla ardınca yeni xoşbəxt zaman bəxş edib-etməyəcəyidir. Çin isə göründüyü kimi dəyişməyə meyillidir. Son vaxtlar pandemiya Çində səngisə də, can almağa ara versə də, dünyada yoluxanların və bu virusdan ölənlərin sayı hər gün artır. Və Çin öz problemlərini həll etməklə yanaşı başqa ölkələri də unutmur. Dünyanın neçə-neçə ölkəsi pandemiya ilə döyüşdə Çindən maddi, tibbi, texniki və canlı qüvvə yardımı alıb. Çin müdrik siyasi səmimiyyət göstərir, bütün edilənlərin təmənnasız olduğunu deyir. Rəsmi Pekin bu gedişlə həm də onlar kimi əzab çəkdiyini və koronavirus bəlasının Çinə məxsus laborator nümunə olmadığını sübut etmək istəyir, inandırır da. 
Pandemiya davam edir. Bu bəlaya bəşəriyyətin nə zaman çarə tapacağını isə kimsə bilmir. Bircə şey məlumdur: bu, Allahın bəlasıdır. Hədəf isə ədalətsiz dünyadır. İndi XXI əsrdir və hökmdarları devirməkdən, dövlətləri, sistemləri çökdürməkdən ötrü qəddar koronavirus zopası ilə nəinki mitinqləri, həm də cəmiyyətləri, ən möhkəm özüllü toplumları belə pərən-pərən salmaq mümkündür. Böhran həddini aşan dünyada artıq hər şey daha zalım və daha zəif görünür. Arxaik dövrləri adlayan, daha qılınc və nizəyə ehtiyac duymayan yeni dünya müasir texnologiyanın, internet imkanlarının gücünə, kosmik peyklərə güvənməklə qlobal nəzarət sistemi qurması ilə öyünsə də, bu gün Kovid-19 virusu ilə savaşda nüvə arsenalı, qitələrarası raketlər gücsüz və lazımsız metal yığını kimi qıraqda qalıb. Hətta koronavirus ABŞ donanmasına məxsus atom sualtı qayığına soxulmaqla heç bir sədd tanımadığını sübuta yetirərək sanki xəbərdarlıq etdi: "Yerin dibinə, suyun altına da girsəniz məndən can qurtara bilməzsiniz". 
Dünyanın siyasi coğrafiyası mütləq şəkildə böyük böhran mərhələsini də ötüb, sonra... Yer üzü çabalayır və əzab çəkən bəşəriyyət sözsüz ki, dəyişikliklər gözləyir. Qlobal iqtisadi böhrandan qismən az maliyyə itkisiylə çıxmaga çalışan, özünə nəzarəti itirməyən və sərt qərarlar verməyi bacaran Çin pandemiya fonunda özünü sığortalamağa, strateji gedişlər etməyə macal tapıb siyasi və iqtisadi sferada tək rəqiblərini deyil, elə bütün dünyanı təəccübləndirmiş oldu. Koronavirusla tək mübarizəyə başladığı ilk gündən Çin Xalq Respublikası Uhana və ətraf şəhərlərə, eləcə də vilayətlərə nəzarəti itirməmək üçün mərkəzi idarə sistemini daha hazırlıqlı vəziyyətə gətirməyi bacarıb, çox sürətlə fövqəladə tədbirlərə başladı. Öncə ölkədəki durumu ən xırda detallara qədər incələyən Çin hökuməti bir neçə istiqamətdə hərəkətə keçib, belə şəraitdə ortaya çıxa biləcək maneələri hədəfləyib narazı bölgələri havadan, su və qurudan nəzarətə aldı. Tayvanı, Honkonqu, uyğur türkləri yaşayan bölgələri sərhədləri boyunca tam nəzarət edən Çin belə həssas bölgələrə əlavə hərbi qüvvələr yeridib həm də siyasi diskriminasiya yaratmağa nail oldu. Xüsusi xidmət orqanları, mobil ordu hissələri polislərlə birlikdə ictimai asayişi tam təmin edəndən sonra Çin hökuməti bütün tibb işçilərini koronavirus bəlası ilə savaşa cəlb edib paralel şəkildə bir neçə həftəyə xəstəxanalar tikdirib xeyli sayda tibbi ləvazimat istehsal edə bildi. Müharibə şəraitində fövqəladə vəziyyət nümunəsi təqdim edən və dövlətçilik ənənələrini unutmayan Çin soyuqqanlılıqla virusun yayılmasında ölkəsini suçlu bilənlərə cavab verməyi də unutmadı, Rusiyaya, ABŞ-a və Avropaya yardım etməyə hazır olduğunu vurğuladı. İlk mərhələdə böyük insan itkisi ilə üzləşən, lakin itkiləri minimuma endirən, Uhanı karantin rejimi gücünə bu bəladan xilas edən, virus kütləvi hal aldığı gündən bütün dünyaya səpələnən hər bir çinli ilə maraqlanmağı özünə borc bilən, eləcə də məqam tapıb böyük şirkətlərin əsas payçısına çevrilən, başqa ölkələrə, həmçinin Fransa, Almaniya tərəfindən tək buraxılan İtaliyaya yardım etməklə əksər dövlətə pandemiya ilə mübarizədə yardım, yaxud sərfəli şərtlərlə kredit ayıran, bu layihə üçün 200 milyard dollar həcmində kapital ayıran Çin artıq bütün dünyanın tibbi maska sifarişlərini qəbul edən ölkəyə çevrilib. Bu ərəfədə rusiyalı ekspertlər Çinin uzaqgörən siyasətini Avropanın durumu ilə də əlaqələndiriblər. Belə ki, gedən prosesləri xüsusi maraqla izləyən Çinin qənaətinə görə, artıq Avropa müttəfiqliyi anlayışı sıradan çıxmaqdadır. Ekspertlər yaxın gələcəkdə Avropa Birliyi adlanan qurumun varlığına belə şübhəylə yanaşırlar. Avropa birjalarının, banklarının və digər maliyyə təşkilatların Dünya Bankının vasitəsilə Amerika maliyyə bazarı tələsində inləyəcəyi, avroməkanın milli valyutalara rəqib olması yolunda dollar kapitalının artacağını və Avropa liderliyi uğrunda Almaniya ilə Böyük Britaniyanın yeni savaşa başlayacağını yaxşı bilən Çin meydanda hakim rolunda görsənməyə hazırlaşır. Asiya və Afrika qitəsini kreditlə doyurmağı, Avropa ölkələri ilə milli valyuta mübadiləsi əsasında nəhəng layihələrə imza atmağı planlaşdıran Asiya əjdahası Avropa bazarında ABŞ və Rusiya ilə mübarizəni asanlaşdırmaq üçün oyuna Almaniya, İngiltərə, Fransa və İtaliyanı cəlb edərək iqtisadi cəhətdən özünün etibarlı müttəfiq ola biləcəyinə inandırmaq istəyir. 
Hazırkı proseslər qlobal iqtisadi böhranın daha çox Avropanı sarsıdacağından xəbər verir. Artıq dünyanın böhran həddini aşdığı və daha təhlükəli vəziyyətə düşdüyü bəyan edilib. Artıq Avropada Çinə uduzan Rusiya və ABŞ da bu ölkənin yardımına böyük ehtiyac duyduqlarını gizlətmir və Tayvan səmasında kəşfiyyat təyyarəsi qaldırıb Çinin hərbi bazalarını izləyən Amerika indu Avropaya gedən Çin tibbi mallarını təyyarələrdən oğurlayıb öz ölkəsinə daşıyır. Lakin pandemiya dövrünün bu lider savaşının uzun çəkməyəcəyi bəllidir. Yeni dünya müasir modelini yaratmağa çalışır. Hələ ki, koronavirusun siyasi coğrafiyasında Rusiyanın, Çinin, Avropa Birliyi və ABŞ-ın hansı yerdə olacağı məlum deyil. Bir şey məlumdur. Nə üç tərəf, nə də üç ölçülü siyasi aləm olacaq. Demək, mübarizə aparmaq üçün ABŞ öncə “Çin, yoxsa Rusiya?” seçimi ilə üzləşməli olduğunu yəqin etməlidir. Çinlə savaşsa o, Avropadan sərt təpki alacaq, Rusiya ilə... Dünyanın gözünün dikildiyi Putin Rusiyasında vəziyyət elə də ürəkaçan deyil... 
Hakimiyyətdə get-gedə möhkəmlənən, rus tarixində sınanmış bolşevik üsulundan yararlanan, yəni Rusiyanın alternativsiz lideri olduğunu sübut etmək üçün Stalinin "hər bir adamın öz qiyməti var" məntiqi ilə hərəkət edən Vladimir Putinin tezliklə “B” planına keçid etməsi, gözlənildiyi kimi, Təhlükəsizlik Şurasından ölkəni idarə etməkdən vaz keçməsi, konstitusiyaya dəyişiklik təklifi ilə Rusiya Dumasına üz tutması bu liderin "Stalin konstitusiyası" praktikası üstündə legitimlik qazanmaqla ömürlük Kremlə sahiblənmək planında xeyli tələsdiyindən xəbər verdi. Gözləndiyinin əksinə olaraq sadiq Medvedev hökumətinin demək olar ki, əlli faizindən imtina edən Rusiya prezidenti ilk baxışdan müti görünsə də, siyasi iddialardan məhrum olmayan Medvedevi ondan qat-qat sönük fiqur olan, heç bir klanda yer almayan və siyasi iddialardan uzaq olan Mişustinlə əvəzlədi. Bütün maneələri dəf etməyi qarşısına məqsəd qoyan Putin yəqin ki, Xruşşovun taleyini yaşamaqdan qorxub
2024-cü ilə tamamilə sığortalanmış halda yola çıxacaq. Sanksiyalar mühasirəsində çırpınan Rusiyanın dəyərdən düşmüş milli valyutasının - rublun kursunu qaldırmaqdan ötrü edilən cəhdlər, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə qanunlardakı dəyişikliklər və aparılan uğursuz iqtisadi islahatlar sosial narazılıqları azaltamyıb, əksinə, xeyli artırıb. Artıq Rusiyada Putinin əliəyrilərə qarşı ədalətli savaş açan birisi olduğuna inanan azdır, indi rusların ən sevimli mövzularından biri Putin və övladlarının ailə biznesi, topladıqları milyardlar barədə hekayətlərdir. 2018-ci ildən bəri reytinqi düşən Putinin bir-birinin ardınca xeyli məmuru, generalı korrupsiya faktlarına qurban verməsi də daha rusları sakitləşdirmir və güman ki, bunları nəzərə alan Putin real şəraitdə pandemiya qadağalarından faydalanmağa çalışıb hakimiyyəti indən sonra da möhkəmləndirməyə çalışacaq. Ukrayna ilə müharibə böhranı, Krım və Donbas, Luqansk kimi məsələlər öz həllini tapmamış indi də koronavirus pandemiyası qarşısında imtahan verməli olan Putin kimi avtoritar lider üçün bəlalı virus dövrü həm də onun prezident postuna daimi sahiblənməsi, yoxsa karyerasının sonu, siyasi fəlakətlə bitəcəyi sualına aydınləq gətirəcək. Putinin harada və hansı yerdə olacağına isə rus xalqı qərar verəcək. Sözsüz ki, bu virusun kütləviləşməsi Putinin gələcək siyasi karyerasının dönüş nöqtəsinə çevriləcək. Közərən ümidləri alt-üst olan tərəfdarlarına təsəlli verməyə çalışan Vladimir Putin iddiasız Mişustinlə işləməyin necə çətin olacağını yaxşı başa düşsə də, zəif kabinetlə işləməyə qərar verdi və varislik barədə gözləntilər üzərindən xətt çəkib Kreml daxilində hər hansı təhlükəli manevr imkanlarını sıfırladı. Təbii ki, Kovid-19 gəlişi ilə ona siyasi durğunluq dövründə böyük problemlər yaşadacaq. Məhz müharibə faktorundan istifadə etməklə reytinqini bərpa etməyə hazırlaşan Putinin Ukraynada anti-rus millətçilərin hakimiyyəti tezliklə ələ alması gözləntisi də özünü doğrultmadı, Zelenski devrilmədi. Polşada nasizm qələbə çalmadı. İndi Putin xaotik bir dövrə qədəm qoyan, beynəlxaq aləmdə nüfuzu sarsılan Rusiyanın Moskva knyazına bənzəyir. Görünməz bir qüvvənin artıq Putini uçuruma itələdiyi bəllidir. 
Post-pandemiya dövrü Rusiya prezidenti üçün qəhrəmanlıq tarixi də ola bilər, siyasi səhnədə son da. Geri çəkilməməyə məhkum olan Putin öz qurduğu sistemin tələsindədir indi. İrəlidə isə ideologiyasız Rusiya üçün dəhşətli bir faktor var - inqilablara zəmin hazırlayan koronavirus. Xalqın bir gün dözə bilməyəcəyini və bunun indiki şəraitdə daha tez baş verə biləcəyini yaxşı anlayan Putin koronavirusun siyasi coğrafiyasında Rusiya prezidenti kimi yer alacağını çox istəsə də, buna arxayın da deyil. Rusiya inqilabının ilhamvericisi Kovid-19 heç də Soros deyil, ona nələrisə qadağan etmək, onu ölkədən qovmaq mümkün deyil. İndi Putin üçün Kovid-19 həm də karantin rejimində bəzi qərarlar qəbul etməkdən ötrü əlavə vaxt qazanmaqdır. ABŞ-la Avropa arasında fikir ayrılıqları, Amerika ilə Çin münasibətləri fövqündə ABŞ-ın hələ Putinə siyasi alternativ axtarmasına tələsmədiyi görünür. Putin bu vəziyyətdə belə pandemiya amilindən faydalanmaq istəyəcək. 
Putinsiz Rusiya, yaxud Rusiyasız Putin. Putin Rusiyası toxtaq görünsə də, nöqsanlarla dolu tərifli sistem demək olar ki, qəzalı vəziyyətdədir və artıq "ikinci cəbhə" açan rus liderin yeganə əlacı rusları koronavirusdan guya ölkənin yeni tarixinə təzyiq kimi istifadə olunduğuna inandırmaq, növbəti siyasi yalanlar uydurmaq, mövzu üzərində manipulyasiya etməkdir. Artıq koronavirus planetdə bir milyondan çox insanı cənginə alıb. Virusdan əziyyət çəkən dünyanın bir parçası olan, gözlərini alimlərə və qonşusu, köhnə düşməni Çinə dikən Rusiya öz psixoloji durumu ilə gücsüz, tələyə salınmış topluma, prezident Putin isə planları pozulan çaşqın dövlət başçısına bənzəyir. Koronovirus fırtınası qopan Çində isə həyat da var, inkişaf da. Gözlər indi Çinə dikilib... 

Oqtay Qorçu
Oxşar xəbərlər
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
GÜNLÜK
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb