Üç hədəf dövlət: Bioloji savaşın ilk qurbanları niyə onlar oldu...
Oxunub: 1773
03 Apr 2020 | 14:20
Üç hədəf dövlət:  Bioloji savaşın ilk qurbanları niyə onlar oldu...
“Əmin olun ki, çox qısa zamanda bütün dünyanı ağuşuna alacaq savaşda bir güllə belə, atılmayacaq, gözlə görünməyən silahlardan istifadə ediləcək” – Artıq doğrulduğu düşünülən bu iddianın məşhur və zəngin müəllifinin də “dərin güclər”in hədəfində olduğu ehtimal edilir...
Ötən yazımızda virusun peyda olub, can almağa başladığı ilk mərhələdə müşahidə edilən qəribə və şübhəli məqamlardan bəhs etmişdik. Qorxunc şayiələrin məqsədli şəkildə yayılmasından və müxtəlif “kəhanət”lərin uydurulmasından danışmışdıq. Dövlətlərin aciz duruma düşürüldüyünə, dünyanın nəhəng izolyasiya məkanına çevrildiyinə diqqət çəkmişdik.

Bu yazımızdasa, indi aciz durumda görünən dövlətlərin toparlanıb, bu fəlakətlə baş etməyə güclərinin yetib-yetməyəcəyini təhlil etməyə çalışacağıq. “Dövlətlər və xalqlar bioloji silahla üçüncü dünya savaşını başlatan “dərin güclər”in qarşısında əsir-yesir durumuna düşəcəklərmi”, “həmin “dərin güclər”in əsas hədəfi nə ola bilər”, kimi önəmli suallara cavab axtarmağa çalışaçağıq...

Üçüncü Dünya Müharibəsini öngörən “texnologiya babası”...
Əvvəlcə onu qeyd edək ki, bu fəlakəti dünyanın başına salanlar illər öncəsindən bunun ilkin mesajlarını da vermişdilər. Sanki törədəcəkləri fəlakətlər barədə xəbədarlıq edərək, dünya ilə əylənmək fürsətini də əldən vermək istəməmişdilər.

Hələ 2015-ci ildə məşhur milyarder, “texnologiya babası” Bill Qeyts dünyanın gələcəyini onun necə gördiyi barədə suala belə cavab vermişdi: “Yəqin ki, sizi ilk növbədə dünyanın gələcək texnoloji inkişafı maraqlandırır. Amma mən son vaxtlar daha çox Üçüncü Dünya Müharibəsini görürəm. Həm də bu savaşın başlayacağı tarix heç də uzaqda deyil. Əmin olun ki, çox qısa zaman içərisində bütün dünyanı ağuşuna alacaq həmin savaşda bir güllə belə, atılmayacaq, gözlə görünməyən silahlardan istifadə ediləcək”.

Adam doğru deyirmiş... Koronavirus da bütün dünyanı öz ağuşuna alıb və gözlə də görünmür (Proqnozun müəllifinin özünün də bu yazıda üzərində durmaq istəmədiyimiz səbəblərdən “dərin güclər”in hədəfində olduğu iddia edilir). Və bəzi şeylərin bu qədər üst-üstə düşməsi, sizcə də təəccüblü və şübhəli deyilmi?

Eyni zamanda, ilk və əsas zərbəyə məruz qalanlara diqqət edin: Çin, İran, İtaliya, İspaniya, İngiltərə, Fransa, Almaniya, ABŞ və s... Bir də ümumilikdə Avropa Birliyini əlavə edək...

Bir anlıq düşünək ki, epidemiya kənar müdaxiləsiz olaraq, çinlilərin suda və quruda tərpənən hər şeyi mütləq yemək ehtirasından qaynaqlanıb. Bəs, onda virus digər dövlətlərdə niyə yayıldı?

Axı, yuxarıda sadalanan və güclü kəşfiyyat imkanlarına sahib olan dövlətlər Çində baş verənlərdən nəticə çıxara və preventiv addımlar da ata bilərdilər...

Hər halda, həmin dövlətlərin ehtiyat tədbirlər görməsi üçün yetərincə - həftələrlə, hətta aylarla belə, vaxtları var idi. Və əslində, onların özünümüdafiə tədbirləri gördükləri də qətiyyən şübhə doğurmamalıdır.

Dronlardan səpildiyi iddia edilən damcıların bioloji silahla əlaqəsi varmı? 

Ancaq buna baxmayaraq, epidemiyadan yayına bilmədilər. Yəqin ki, kimlərsə, məhz belə olmasını istədi. Və buna inandırıcılıq görüntüsü verən bəzi məqamlar da var.

Məsələn, bəzi iddialara görə, İranda epidemiyadan bir müddət öncə Qum şəhərinin yaxınlığında səmada şübhəli dronlar müşahidə edilib. Və şahidlərin sözlərinə görə, dronların olduğu ərazidə ətrafa damcılar səpələnibmiş...

Eyni hadisə İtaliyada da müşahidə edilib. Belə ki, Roma səmalarında qısa zaman içərisində dronlar görünüb, damcılar səpələnib və dərhalda yoxa çıxıblar.

Yerli media İtaliya kəşfiyyatının ölkədəki epidemiyanı məhz bu olayla əlaqələndirdiyini, bu barədə geniş hesabatı dövlət rəhbərliyinə təqdim etdiyini vurğulayır.

İddialara görə, əslində, İtaliya kəşfiyyatı ölkənin xarici müdaxiləyə məruz qalacağını əvvəlcədən bilirmiş. Çünki rəsmi Roma ABŞ-ın bütün israrlı etirazlarına və sərt xəbərdarlıqlarına baxmayaraq, Böyük İpək Yolu da daxil olmaqla, bir necə önəmli nəhəng iqtisadi layihədə Çinin tərəfdaşı rolunda çıxış etməkdəydi.

İtaliya kəşfiyyatı da bunun qarşılıqsız qalmayacağını bilirmiş. Ancaq kəşfiyyat məhz belə bir zərbəni proqnozlaşdırmırmış. Hesab edilirmiş ki, insanların sıx toplaşdığı yerlərdə terror aksiyaları törədilə bilər. Və məhz ehtimal edilən terror aksiyalarının önlənilməsi istiqamətində fəaliyyət göstərilirmiş. Ancaq gözlədikləri zərbəylə deyil, qəfil “qapıdan girən” fəlakətlə üz-üzə qaldılar.

Daha bir maraqlı məqam Almaniya və Norveç ilə bağlıdır. Belə ki, adları çəkilən hər iki dövlət epidemiyaya görə Avstriyanı günahlandırır. İddia edirlər ki, bu ölkələrə virus Avstriyadakı bir dağ-xizəkçilik sanatoriyasında olan şəxslər vasitəsilə ötürülüb və səbəbkar da həmin turizm obyektində fəaliyyət göstərən bir barmen olub. Yəni virusun ölkələrinə istiqamət aldığı marştutla bağlı bu qədər dəqiq məlumata sahibdirlər.

Göründüyü kimi, bu üç iddianın heç birisi Çinlə bağlantılı deyil. Dronla bağlı iddialar isə daha qorxuncdur. Çünki bu iddia doğrudursa, onda virusun bioloji silah olduğuna və onun məqsədli şəkildə yayıldığına inanmaq lazım gələcək...

Üç hədəf dövlət və üç müxtəlif səbəb...

İndi də zərbəyə məruz qalan ölkələrə ayrılıqda diqqət yetirək. Çin “dünya emalatxanası” sayılır. Ən yeni texnoloji nailiyyətlər bu ölkədə qısa müddətdə tətbiq edilərək, hazırlanan məhsullar bol-bol çeşiddə dünya bazarlarına çıxarılır. Həm də Qərbdə hazırlanmış analoqlarından qat-qat ucuz qiymətə...

Sizcə belə bir dövlətin hədəfə çıxarılmasına həvəs göstərənlər ola bilərmi? Çin dünyanın iqtisadiyyat məkanı nəhənglərinin qazanc maraqlarına problem yaradırdımı? Bu dövlət hərbi-siyasi, maliyyə- iqtisadi və s. istiqamətlər üzrə kimlərlə rəqabət aparmaqdaydı?

Əlbəttə, Çinlə bağlı belə sualların sırasını daha da artırmaq olar. Ancaq buna ehtiyac yoxdur. Çünki belə sualları siz özünüz də sıralaya və onlara məntiqli cavablar tapa bilərsiniz. Ən əsasısa, təxmini həqiqətlərin, həmin suallara öz məntiqinizlə tapacağınız cavabların çox da uzağında olmayacağına, hətta çox daha yaxınlığında hərlənə biləcəyinə əmin olmağa başlayacaqsınız. 

İndi keçək, İran məsələsinə... İran kimlərin hədəfindədir, bunu hər kəs bilir. Hətta İranın humanitar yardıma ehtiyacı olan indiki vəziyyətində belə, bu ölkəyə qarşı iqtisadi sanksiyaların dondurulmasına razılaşmadılar, qüvvədə saxladılar.

Halbuki rəsmi Tehran sanksiyalar olmazsa, epidemiya ilə daha effektiv mübarizə apara biləcəyini vurğulamaqdadır. Ancaq görünən odur ki, İrana, bu ölkədə nə baş verməsindən asılı olmayaraq, “mərhəmət göstərmək” niyyətləri yoxdur.

Digər tərəfdən, epidemiyanın dini əhəmiyyət daşıyan Qum şəhərindən ölkəyə yayılması bir təsadüfdürmü? Sizcə bunu edənlər İran üzərindən İslam dünyasına hansı mesajları vermək istəyirlər? Bəlkə müsəlmanların biraraya gəlmələrindən məmnun olmadıqlarını qabartmağa çalışırlar? Nəhayət, bəlkə yeni bir din yaradacaqlarını demək istəyirlər?

İtaliyanın da hədəfə alındığını nəzərə aldıqda, deyəsən, bu, çox da həqiqətdən uzaq görünmür. Çünki İtaliya da dünyanın önəmli dini mərkəzlərindən biridir.

Dünya katolikləri üçün bütün yollar Romaya aparır...

Daha doğrusu, bu ölkənin paytaxtı Romanın ərazisində dünya katoliklərinin dini mərkəzi olan Vatikan coğrafi məkan tapıb. Yəni, dünya katolikləri üçün bütün yollar Romaya aparır...

İndi bir anlığa düşünək ki, xristian dünyasında həlledici nüfuza sahib olan Roma Papası koronavirusa yoluxmuş olaydı. Bunun fanatik katoliklərdə hansı hissləri oyada biləcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Yəqin ki, əvvəlcə kilsələrə axışıb, Poma Papasının şəfa tapması üçün gecə-gündüz dualar oxuyacaqdılar. Təbii ki, dua etməklə yanaşı, həm də özlərini riskə atmış olacaqdılar və bu halda bütün dünyada yoluxma prosesi indikindən qat-qat intensiv xarakter daşıyacaqdı. Və daha sonra da ümidsizliyə qapılacaqdılar.

Bəlkə də bununla bioloji savaşın arxasındakı “dərin güc”ün vermək istədiyi “Sizin Tanrınız, sizi qoruya bilmir” mesajını şüuraltına bərkitmiş olacaqdılar. Bu isə daha sonradan həmin “dərin güclər” üçün manipulyativ “əsl xilaskar” iddiasında olmaq və vaxtaşırı təbliğinə çalışdıqları dünyada vahid millət, vahid din konsepsiyasını ön plana çıxartmaq şansı yaratmazdımı?

Hələlik bunlar baş verməyib. Sadəcə, bioloji silahı tətbiq edib, “pusqu”ya çəkiliblər, müşahidə edirlər və dünyanı tam nəzarət altına almaq hədəfli prosesi öz ssenarilərinə uyğun şəkildə yönləndirməyə çalışırlar. Və o “böyük gün”ü iplə çəkirlər, yaxınlaşdırmağa can atırlar.

Ancaq deyəsən, “cidanı çuvalda gizlətmək”də də artıq çətinlik çəkirlər. Çünki koronavirusun bioloji silah olduğu tədricən təsdiqlənməkdədir. Hətta bunun bəzi rəsmi sübutları da artıq ortaya çıxmaqdadır. Və həmin sübutlar barədə isə növbəti yazımızda bəhs edəcəyik...(Musavat.com)
Oxşar xəbərlər
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib