"2018-ci ildə Amerika filmləri dünya üzrə 41 milyard 700 milyon dollar gəlir əldə edib..."
Oxunub: 2621
06 Mar 2020 | 16:05
Hollivudun 20 yaşlı azərbaycanlı aktrisası: Yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq
 
Həyatının ən gözəl çağındadır. 20 yaşının olmasına baxmayaraq, keçdiyi yol onun üçün bir təcrübə mənbəyidir. Deyir ki, nə planlar qurursunuzsa-qurun, qismət və alın yazısı, ən çox da genetik faktorlar sizin həyatınızı istiqamətləndirəcək. 

Müsahibimiz Emiliya Qurbanova Amerikada "Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alsa da, daha çox aktrisa və model olaraq tanınır. 20 yaşlı diplomat Kaliforniya ştatının Los Angelos şəhərində reklam çəkilişlərinə qatılır, aktrisa kimi filmlərə çəkilir və teatrda fərqli obrazlar canlandırır. Azərbaycanlı gənc hazırda Sevinc Səfərovanın müəllifi olduğu "7 nömrəli mənzil” filmində baş qəhrəmanı canlandırır. Sözügedən film beynəlxalq film festivallarında iştirak edir.
 
- Siyasətlə incəsənət tamamilə fərqli istiqamətlərdir. Amma bəzən deyirlər ki, incəsənətin özündə də bir siyasət var.

- Əlbəttə ki, siyasət və incəsənət hər ikisi ayrı dünya və fərqli anlayışdır. Ancaq mən genetik kodlara da çox inanıram. Bu yola çıxarkən hədəflərim vardı. Beynəlxalq siyasətə yiyələnib, ölkəmin həqiqətlərini dünyaya çatdırmaq istəyirdim. Ancaq getdiyim bu yolda o genetik kodlar məni başqa bir dünyanın varlığına inandırdı, gözlərim önündə mənə fərqli pəncərə açdı. Anam rejissor və ssenaristdir. Onun çevrəsi, mühiti, yaşadığımız şəhər məni fərqli istiqamətdə özümü sınamağa vadar etdi. Anamın müxtəlif televiziyalarda fərqli layihələrin rəhbəri olması bizi həmin mühitdə böyüməyə vadar etdi. Biz onun televiziya, film dolu dünyasında böyümüşük. Ssenari necə yazılır, layihə necə hazırlanır, veriliş necə ərsəyə gəlir, səhnədə necə çıxış etmək lazımdır - hamısını öyrənmişik. Bunun da həyatıma təsiri çox böyük oldu.
 

 
- Siyasi arenada nüfuz qazanmaq və söz demək üçün Hollivud nə qədər əlverişli idi?

- Həyat özü bir məktəbdir. Onu sadəcə oxumaq lazımdır. Mən ilk növbədə anam Sevinc Səfərova məktəbini, daha sonra həyat məktəbini oxudum və oxumağa da davam edirəm. Buraya gələndə hədəflərim, istəklərim fərqli idi. Bilirsiniz ki, Hollivud dünən də, bu gün də dünyada ən yaxşı film istehsal edən məkandır. Buradan beynəlxalq aləmə açılmaq daha rahat və asandır. Misal üçün, Azərbaycanda hər hansı bir mesaj çatdırmaq istəyirsənsə, bunu layihə şəklində edib, yalnız müəyyən kütləyə çatdıra bilirsən. Amerikada dünyanın müxtəlif ölkələrindən millətlər yaşayır. Burada istədiyin mesajı daha rahat şəkildə ötürmə imkanına sahibsən. 

O ki qaldı incəsənətə, mən musiqi məktəbində oxumuşam və piano dərsləri almışam. Özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil alıb, müxtəlif tədbirlərdə iştirak etmişəm. Bundan başqa, bal rəqslərinə getmişəm. 2012-ci ildə "Şərq ulduzları” telelayihəsində aparıcı qismində çıxış etmişəm. 2013-cü ildə "Qatillə görüş” bədii filmində baş rollardan birini canlandırmışam. Davamlı olaraq reklam çarxlarında çəkilmişəm. Ancaq mən bu ixtisasların heç birində özümü tapa bilmirdim. Öz potensialımı özümə sübut etmək üçün şahmat dərsləri ilə məşğul olmağa başladım. Bu, mənə daha maraqlı gəlirdi. Bu idman növü ilə dərindən məşğul oldum. Nəticədə, ölkə üzrə keçirilən olimpiadalara qədər gedib çıxdım. Bunların hamısı mənim hədəfim, çatmaq istədiyim yer deyildi. 
 

 
- Bəs hədəfiniz nədir?

- İstək işin əsas qayəsidir. Əgər bir şeyi həqiqətən, ürəkdən istəyirsənsə, ona mütləq nail olacaqsan. Mən bunu anamdan öyrənmişəm. Əsas hədəfim Amerikada tanınmaq və özümü təsdiq etməyimdir. Aktrisa olmaq istəyən hər gəncin arzusu Hollivudda yaşamaq və burdakı kino industriyasına qatılmaqdır. Mən isə onların arzuladığı yerdəyəm. Arzularımın bir addımlığındayam, sanki bir addım atsam, ona toxunacam. 
 
- Bəs nə zamandan aktrisa olmaq qərarına gəldiniz?

- Aktrisa fəaliyyətimə 13 yaşımdan başlamışam. Bir neçə layihədə və filmdə çəkilmişəm. Burda kurslara gedirəm, dünyaca məşhur teatr və kino ustalarından dərslər alıram. Los Angeles Teatrında bir neçə tamaşada baş rolları ifa etmişəm. 
 
- Ən yaddaqalan obrazınız hansılardır?

- Oynadığım tamaşalardan ən sevdiyim və yaddaqalan obraz Uilyam Şekspirin "All’s Well That End Well” əsərindən Helena obrazı idi. Bu obraz məndə fərqli hisslər oyatdı. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. 
 

 
- Hazırda beynəlxalq festivallarda iştirak edən "7 nömrəli mənzil” filmində baş rolu canlandırırsınız. Azərbaycan filmi ilə tanınmağın yəqin ki, sizin üçün yeri ayrı olar. 

- Bu film yayda Bakıda çəkildi. Həmin filmdə baş rollardan biri olan Səadəti canlandırmışam. Filmin rejissoru, ssenari müəllifi və prodüseri Sevinc Səfərovadır. Film real hadisələr əsasında lentə alınıb. Alkoqolizmlə mübarizə, içkinin bir ailəni necə məhvə aparması, bu ailədə isə əsas zərbənin övladlara dəyməsi əks olunub. Film təbliğat xarakterlidir. İnsanları pis niyyətdən, pis əməldən uzaqlaşdırır. Hər bir filmin ötürdüyü bir mesaj olmalıdır.

Bu təkcə Azərbaycanda deyil, dünyada yaşanan bir bəladır, ümumbəşəri bir problemdir. Dünya statikasına nəzər yetirsəniz, içkiyə görə dağılan milyonlarla ailənin şahidinə çevrilərsiniz. Bu milyonlarla dağılan ailədə doğulan milyonlarla uşaqların sonrakı taleyi haqqında insan düşünəndə dəhşətə gəlir. Eyni zamanda, filmdə ötürülən əsas mesaj dünyanın ən böyük nemətinin övlad olmasıdır. Çünki övlad ailəni daha da möhkəmləndirir. Övladın dəyərini bilmək lazımdır. Onlarsız heç bir gələcək təsəvvür etmək mümkün deyil. Bu gün sevgisiz böyüyən uşaqlar sabah cəmiyyət üçün böyük problemə çevrilirlər. Burada içkinin insan həyatına təsiri və bir ailənin faciəsi göstərilir. Səadətin rolunu oxuyanda çox təsirləndim və o personajı beynimdə canlandırıb oynamaq istədim. Səadət çətin həyatı olan, kasıb ailədə böyüyən qızdır, anası xərçəng xəstəliyindən əziyyət çəkir, atası isə içki düşkünüdür. Film dram janrındadır. Ona görə demək olar ki, oynadığım səhnələr kədərlidir. Anasını itirən qızların düşdüyü çətinlik, üzləşdiyi haqsızlıq, başsız qalan ailənin dramı bu filmdə öz əksini tapıb. Filmə başlamadan öncə ssenari üzərində işləyib, psixoloji olaraq özümü hazırlaşdırmışdım. Hər dəfə filmi izlədiyimdə, çox təsirlənirəm. Çox şadam ki, bu filmdə iştirak etmişəm.
 

 
- Bu gün cəmiyyət üçün sosial mesajlar nə qədər önəmlidir?

- Biz müasir dövrün gəncləriyik. Yeni dünya savaşında özünü qorumaq, özünü təqdim etmək baxımından, açıq deyə bilmədiklərini filmlərdəki süjet xətti, oyunçuların xarakteri və dili ilə çatdırırsan. 
 
- Bəzən çəkilən filmlərin ötürdüyü mesajın heç bir anlamı olmur. Film bitdikdən sonra anlamağa çalışırsan ki, görəsən onun mənası nə idi? 

- Dünyanın hər yerində qeyri-peşəkar filmlər çəkilir, lap Hollivudun özündə belə. Bu günün insanlarını nəyəsə inandırmaq çətindir. Onlar düzü-düz, əyrini-əyri görür. Yaxşı bir filmi siz nə qədər tənqid etsəniz də, insanlar onu sevirsə, mütləq həmin filmi tapıb izləyəcək. Bir də bu günün gəncləri daha fərqli və daha yeni fikirlidirlər. İnanıram ki, yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq. 
 
- Amerika kino sənayesinin uğurunun sirri nədir, sizcə? 

- Hər işin başında maliyyə dayanır. Bu gün dünyanın ən məşhur və ən yüksək gəlirli film sənayesi Amerikadadır. Bu filmlər dünyanın böyük əksəriyyətinin yaxından təqib etdiyi filmlər olmaqda davam edir. Amerika kino sənayesi dünyada kinoteatrların qapılarının açıq qalmasının əsas səbəbidir. 2018-ci ildə Amerika filmləri ABŞ-da 11 milyard 900 milyon dollar olmaqla,  dünya səviyyəsində təxminən 41 milyard 700 milyon dollar gəlir əldə edib. 
 
- Bəs bizim filmlərimizlə bağlı düşüncələriniz nələrdir?

- Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissi ilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də, həmçinin o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsini çox istərdim. Ancaq nədənsə biz hələ də öz qazanımızda qaynayırıq. Filmlərimizin beynəlxalq arenaya çıxması və tanınması bizə ancaq şərəf gətirər. Bir azərbaycanlı olaraq bu məni sevindirər. Bir tərəfdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibəti olmalıdır ki, kinomuz uzaq sahillərə doğru yelkən açsın. Yetər ki, istək və həvəs olsun. (kaspi.az)

Oxşar xəbərlər
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 11:15
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 11:15
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb