"Ölkələrinin şanlı keçmişini canlandırmağa çalışan iki güclü və dikbaş lider elə mərhələyə gəlib çatdılar ki..."
Oxunub: 4642
29 Feb 2020 | 13:05
Ərdoğan ya üçlü ittifaqa müqavimət göstərmək, ya da Suriyanı tərk etmək dilemması ilə üzləşir.

2017-ci ildə Türkiyə, Rusiya və İran bir araya gəlib Suriya üzrə Astana formatını yaradarkən bu ölkələrin hərəsinin öz marağı var idi.

Türkiyə Suriyada ona dəstək verməyən və üstəlik, kürdlərin tərəfini tutan, 15 iyul çevriliş cəhdindən sonra Fətullah Güləni himayə etməyə davam edən Amerikadan incik düşmüşdü və yeni bir yol axtarışında idi.

Rusiya NATO üzvü olan ölkəni öz yanına çəkməkdə və ittifaqın içərisinə nifaq salmaqda, Avropa bazarına əlavə həcmdə təbii qaz çıxarmaq üçün tranzit məntəqəsi kimi Türkiyədən yararlanmaqda, Suriyada, ümumilikdə Aralıq dənizi hövzəsi və Orta Şərqdə mövqelərini möhkəmləndirməkdə maraqlıydı.

Moskva ilə müqayisədə Tehran Türkiyəni tərəfdaşlığa qoşmağa, yəni əlavə “şərik” qəbul etməyə daha az həvəsli idi, amma o da bənzər şəkildə Türkiyənin Amerika ilə əlaqələrinin soyuqlaşmasına “töhfə” vermək istəyirdi və Əsədi qorumaq üçün Suriyaya on minlərlə silahlı adam göndərmiş ölkə kimi Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin nəzarətindəki ərazilərdən bu dəstələri döyüşsüz çıxarmağa Ərdoğanı razı sala biləcəyinə ümid bəsləyirdi.

Türkiyənin taktiki ittifaq qurmuş bu iki ölkə ilə maraqları nənki Suriyada, ümumən bütün bölgədə üst-üstə düşmürdü, əksinə, toqquşurdu. Amma 15 iyul 2016-cı il hadisəsindən sonra ABŞ-la münasibətlərin korlanması ilə paralel şəkildə türk dövləti içərisində uzun müddətdir var olan avrasiyaçı xəttin xarici siyasətdə ağırlıq qazanmağa başlaması prezident Ərdoğanın Putin və Ruhani ilə eyni masaya oturması ilə nəticələndi. Tərəflər razılığa gəldilər ki, Suriyada 4 deeskalasiya (gərginliyin azaldılması) zonası yaratsınlar. Bu bölgələrdən birində – İdlibdə deeskalasiyanı Türkiyə həyata keçirməli idi. Bəşər Əsəd Rusiya və İranın, eləcə də Türkiyənin köməyi ilə bu zonalardan üçünü tez bir zamanda nəzarətə götürdü. Türkiyənin köməyi bu oldu ki, həmin ərazilərdən, xüsusən Hələb şəhərindən silahlı qrupların çıxarılıb İdlibə aparılmasında önəmli rol oynadı. Bu hadisələrin gedişində Rusiya Türkiyəyə imkan verdi ki, “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” adlanan lokal hərbi əməliyyatlar keçirib, kürd təhlükəsini sərhədlərindən bir qədər uzaqlaşdırsın.

Amma qaçılmaz aqibət yaxınlaşırdı və həlledici mərhələdə – Əsəd terrorçu və müxalif qrupların sonuncu qalası İdlibdə əməliyyata başlayıb, irəliləməyə başlayanda Türkiyə və Rusiya yenə üz-üzə gəldi. İdlib Ərdoğanın qırmızı xəttidir: əvvəla, bu vilayətin də əldən çıxması yeni qaçqın dalğası yaradacaq və hazırda 4 milyon qaçqını çətinliklə saxlayan Türkiyə, xüsusən də iqtisadi böhran şəraitində, yeni humanitar fəlakətin öhdəsindən gələ bilməyəcək. İkincisi, yüz minlərlə qaçqının içərisində kimin terrorçu, kimin dinc sakin olduğunu ayırmaq çox çətin olacaq və minlərlə terrorçu da Türkiyəyə keçib ciddi asayiş və təhlükəsizlik problemləri yaradacaq. Üçüncüsü, İdlibdən sonra Əsəd tələb edəcək ki, Türkiyə Suriyanın digər bölgələrindən də çıxsın. Moskva və Tehran qanuni hökumətin dəvəti ilə gəlməyən bütün xarici qüvvələrin Suriyanı tərk etməli olduğunu dəfələrlə açıq şəkildə bildirdikləri üçün onlar da bu məsələdə Əsədə dəstək verəcəklər. Beləliklə, prezident Ərdoğan ya bu üçlü ittifaqa müqavimət göstərmək, ya da Suriyanı tərk etmək dilemması ilə üzləşəcək. İki yolun da riskləri var: müqavimət variantının acı nəticələrini son günlər İdlibdə Türkiyə əsgərlərinin başına gələn fəlakətlər bizə göstərir, Suriyanı tərk etmək isə problemin yekun həlli mərhələsində masada Türkiyənin əlini zəiflədəcək. Ona görə də Ərdoğan son həftələr İdlibə əlavə hərbi qüvvə göndərməklə Putinə nümayiş etdirməyə çalışdı ki, “hər şeyi gözə almışam, mənimlə hesablaşmaqdan başqa yolun yoxdur.” Amma Putin də öz növbəsində nümayiş etdirdi ki, yeniyetməlik çağında Leninqrad küçələrində öyrəndiyi dərsi (“dava qaçılmazdırsa, ilk zərbəni sən vurmalısan”) unutmayıb… ​

Rusiya və Türkiyə tarixdə 12 dəfə müharibə edib. Bizansın süqutundan sonra Rusiyanın imperialist dövlətçilik şüuru özünü onun siyasi və dini mirasının varisi (Üçüncü Roma) kimi səciyyələndirib. Pravoslav xristianlığın mərkəzi olan Konstantinopolu türklərdən geri almağı, bütün pravoslavları öz qanadları altına alıb birləşdirməyi rus imperializmi özünün tarixi missiyası kimi görüb. Dostoyevskinin 1876-cı ildə “Yazıçının gündəlikləri”ndə “Konstantinopol gec-tez bizim olacaq” yazması rus ictimai fikrində bu missiyanın nə qədər qəbul olunduğunu və dəstəkləndiyini göstərirdi. II Yekaterina nəvəsinə Konstantin adını verəndə körpənin bir gün pravoslavların dünya lideri qismində Konstantinopolda oturacağını xəyal etmişdi. Bu xəyal uğrunda böyük mühariblər də oldu, xüsusən də 1878-ci ildə İstanbulun o vaxt Ayastefanos, indi Yeşilköy adlanan hissəsinə (keçmiş Atatürk hava limanının yerləşdiyi ərazi) qədər gəlib çıxan rus ordusu bu xəyalın utopiya olmadığını sübut etməyə 1453-cü ildən bəri heç vaxt olmadığı qədər yaxınlaşmışdı, amma digər imperialist güc – Britaniya imkan vermədi…

2015-ci ilin noyabrında Türkiyə hava məkanını pozan Rusiya hərbi təyyarəsinin vurulmasından bir müddət sonra münasibətləri düzəltmək üçün prezident Ərdoğan Putinə üzrxahlıq məktubu göndərib, 2016-cı ilin avqustunda Rusiyaya səfər edəndə Putin onu Sankt-Peterburqda Böyük knyaz Konstantin Pavloviçin adını daşıyan sarayın Yunan qonaq otağında qarşılamışdı. Bəli, II Yekaterinanın adını qoyduğu həmin Konstantin… Təsadüf idimi? Çətin. Putin ölkəsinin imerialist tarixini yaxşı bilir və bəzən mesajlarını bu cür – simvollarla verir. Doğrudur, həmin səfərdən sonra münasibətlər yenidən inkişaf etməyə başladı, amma ölkələrinin şanlı keçmişini canlandırmağa çalışan iki güclü və dikbaş lider elə mərhələyə gəlib çatdılar ki, indi onlardan biri geri çəkilmədən maraqları uzlaşdırmaq və ortaq yol tapmaq çox çətin görünür. Necə deyərlər, iki qoçun başı bir qazanda qaynamır. “Suriya xəmiri” hələ bir müddət də su aparacaq…(pressklub.az)

Şahin Cəfərli, Politoloq
Oxşar xəbərlər
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 15:13
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 15:13
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış