Növbədənkənar parlament seçkilərində qadın namizədlərdən 21-nin Milli Məclisə mandat qazandığı məlum olub.
Maraqlıdır, parlamentdə bunca xanım millət vəkilinin təmsilçiliyi qadınlarımızın ölkənin ictimai-siyasi həyatında iştirakçılıq səviyyəsi haqqında nə deyir?
Moderator.az-a açıqlama verən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı xanımların ictimai-siyasi proseslərdəki fəallğını yüksək qiymətləndirdiyini vurğuladı:
“Azərbaycan qadınlarının sayı palamentdə - qanunverici orqanda nə qədər çox olsa, bu, bir o qədər yaxşıdır. Mən seçilən bütün xanımlarımızı təbrik edirəm. Inşallah onlar millətimizi, seçildikləri bölgələri ləyaqətcə təmsil edəcəklər. Onlara uğurlar arzulayıram.
Bu, onu göstərir ki, qadınlarımızın ictimai-siyasi proseslərdəki fəallığı artmaqdadır. Dövlətimiz də, qanunlarımız da qadınlarımızın ictimai-siyasi proseslərdə aktiv iştirakı üçün lazımi şərait yaradır. Bir daha xanımlarımızı təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV