“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
Oxunub: 3008
22 Jan 2020 | 23:26
“Xamenei şiələr tərəfindən lənətlənəcək” –  Hizbullahın keçmiş liderindən şok açıqlamalar

Son zamanlar İranın Yaxın Şərqlə bağlı geostrateji layihəsi olan “Şiə hilalı” coğrafiyasında gərginliyin xeyli yüksəldiyi nəzərdən qaçmır. Xüsusilə Qasim Süleymani sui-qəsdindən sonra Yəməndən tutmuş Livana qədər “Şiə hilalı” xətti boyunca etiraz dalğalarının böyük vüsət aldığını müşahidə edirik. Livanda baş verən son proseslər də bu qəbildəndir və növbəti atəş ocağının İsrailin tam burnunun qabağında ortaya çıxacağından xəbər verir.

Bəs bütün bu gəlişmələrin arxasında ABŞ-ın və İsrailin barmağı varmı? Varsa, sözügedən coğrafiyalarda xalq kütlələri niyə öz hakimiyyətlərinə qarşı çıxır, dolayısıyla xarici qüvvələrin təxribat planlarının bir parçasına çevrilirlər? Livanda və İraqda meydanlara tökülən etirazçıların öz korrupsioner hakimiyyətləri ilə yanaşı İrana qarşı şüar səsləndirməsini necə başa düşə bilərik? Ən əsası isə Livanda ikinci vətəndaş müharibəsinin baş verməsi mümkündürmü?

Zənnimizcə, bu sualların ən yaxşı cavabını 1989-1991-ci illərə qədər Hizbullahın lideri olan, daha sonra siyasi mövqeyinə görə bu təşkilatdan uzaqlaşdırılan Şeyx Sübhi əl-Tufeylinin “İndependent Arabia”ya verdiyi  müsahibəsində tapa bilərik. Müsahibəsində yalnız Livanla kifayətlənməyib, bütövlüklə Yaxın Şərqdə baş verənlərə aydınlıq gətirən Tufeylinin müsahibəsindən bəzi hissələri oxucuların diqqətinə çatdırırıq.

 


“İran ABŞ-a güzəştə gedəcək”

Hizbullahın keçmiş lideri, Qasim Süleymani sui-qəsdindən sonra ABŞ-la İran arasında artan gərginliyin müharibəyə çevriləcəyinə inanmır. Onun fikrincə, İran regionda heç də ABŞ-ın rəqibi kimi çıxış etmir, əksinə, onun indiyədək regionda xeyli uğur qazanmasının səbəbi öz siyasətini rəsmi Vaşinqtonun maraqlarına uyğunlaşdırmasıdır: “ABŞ və İran arasındakı hər hansı gərginliyin bu gizli sazişləri məhv edəcək səviyyəyə çatacağına inanmıram. Qaçılmaz olaraq, İran uyğun bir üsul və çıxış yolu ilə ABŞ-a güzəştə gedəcək, öz daxilindəki və xaricindəki tərəfdarları qarşısında simasını qorumağa çalışacaq. Sionistlər daha əvvəl Beyrutdakı Hizbullah Qərargahına hücum edərkən də İran onlarla bir cavab şousu şərtilə razılaşma əldə etmişdi. İndi də cavab buna bənzər olacaq”.

Şeyx Sübhi əl-Tufeyli Livanda son zamanlarda getdikcə böyüyən etiraz dalğalarını korrupsiyaya qarşı ümumxalq narazılığı kimi qiymətləndirib və Hizbullahın bu proseslərdə xalqın yanında olmayacağını proqnozlaşdırıb: “Hizbullah Livandakı kvota rejiminin bir hissəsidir. Bu səbəbdən korrupsiyanın əsas payı ona çatır. Korrupsiyanın sonu Hizbullahın da sonu deməkdir. Hizbullah 1997-ci ildəki Aclıq intifadasına (dinc etiraz aksiyası) da qarşı çıxmış, İran və Əsəd rejimi ilə bərabər islahatların dayandırılmasını istəmişdi. Halbuki, o vaxt Livan dövləti tələblərimizi yerinə yetirməyə yaxın idi. İntifadamız  uğurlu olsaydı, şahidi olduğumuz bu vəziyyətə düşməzdik. Hizbullah, adları başqaları kimi hallandırılmasa belə, korrupsiyada iştirak edən bir çox insanı özündə birləşdirir. Bu səbəbdən indiki mürtəce sistemi qoruyur. Buna görə onun kvota rejiminə riayət etdiyini və onu qoruduğunu görürük. Hizbullah bu gün də hökümətin qalmasını və istefa şüarlarının qarşısının alınmasını tələb edir”.

Tüfeyliyə görə, ölkədə korrupsiyanın ilk qoruyucusu Hizbullahdır, çünki onun gücü də hər kəsdən çoxdur: “Hamısı korrupsiyadan pay almaq istəyir. Ancaq zəiflikləri onlara mane olur. Bəzilərində soyğunçuluq istəkləri var, ancaq qılıncları qısa, özləri zəifdirlər. Bu arzunu ən çox daşıyanlar isə Əməl Hərəkatı kimi qılıncı uzun olanlardır. ”

 

“Korrupsioner rejimlərin digər ən böyük müdafiəçisi İranın dini lideri Əli Xameneidir”


Şeyx Sübhi əl-Tufeyli hesab edir ki, İraqdakı və Livandakı korrupsioner rejimlərin digər ən böyük müdafiəçisi İranın dini lideri Əli Xameneidir: “Son siyasi aksiyalar zamanı bu iki ölkədə 250-dən çox insanı öldürən və 11 min insanı yaralayan da onun silahlı adamlarıdır. Hizbullah birbaşa və tamamilə İranın əmrlərini yerinə yetirir. Bir sözlə, Hizbullahın Livanda yürütdüyü siyasət İranın qəbul etdiyi siyasətdir. Tehran Livanda korrupsioner sistemi qorumaq istəyir. Uğurlu bir dövlət və ya iqtisadiyyat sahibi olmaq və ya Livan xalqına güc vermək onun marağında deyil. Çünki Livan nə qədər zəifdirsə, İran onu bir o qədər rahat əlində tuta bilər. Yaxud tərsini fikirləşsək, xalq hökumətdən nə qədər məmnun qalsa, xarici güclərin əli bir o qədər zəifləyər. Buna görə də Livanın bir dövlət kimi gücünü daim itirməsi İranın marağına uyğundur”.

  

“Suriyada vətəndaş müharibəsinə zəmini İran hazırladı”


Tufeylinin fikrincə, Suriyada da vəziyyət Livandan fərqli deyil:

 "Heç kim Suriyada qəddar bir diktaturanın hökm sürdüyünü və Suriya xalqının isə ondan qurtulmağa, yaxşı bir dövlət qurmağa və ədaləti təmin etməyə çalışdığını inkar etmir. İran öz diliylə Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməyi düşündüyünü bəyan etmişdi. Lakin ona təzyiq göstərdi və qalmasını istədi. Beləcə Suriyada vətəndaş müharibəsinə zəmin hazırladı. Orda baş verənlərə görə İran məsuliyyət daşıyır. Livan şiələrini Hizbullahın qanadları altına alıb Suriya müharibəsinə sürükləyən də İrandır. Suriya xalqına və bölgəyə qarşı edilən bu ədalətsiz müharibə uğursuzluğa uğrayanda ruslara müraciət etməli oldu”.

 

“İraqın qapısını ABŞ-a İran açdı”


İraqa gəlincə, ehtimallar, təsəvvürlər, fərziyyələr, təhlillər və ya ona deyilənlər barədə deyil, birbaşa şahidi olduğu hadisələrdən bəhs etdiyini deyən Tufeyli bu ölkədə İran rəsmilərinin ABŞ-la müttəfiq olmağa çalışdığını vurğuladı: “Şiə siyasi müxalifət hərəkatları daha sonra ABŞ-a itaət və sədaqət təklif etmək üçün Səddam Hüseynə qarşı yönəldilər. ABŞ iranlılarla əməkdaşlıq sayəsində və onun koordinasiyası ilə İraqa girdi və bu sahədə əməli müttəfiq oldular. İraq çox zəngin bir ölkədir. Bölgədə ikinci ən böyük neft ehtiyatına sahibdir. İqtisadi potensialı böyükdür. Ancaq tamamilə qarət edildi. Övladları haqsızlıqla şəhid oldular. Bu gün nə ABŞ-da, nə də İranda nümayişlər var. İraq isə qaynayır. Bu xalqın fəryadıdır. Təxminən 500 iraqlı öldürüldü və 200 min aktivist yaralandı. Kimisi evlərindən oğurlanıb öldürüldü. Meydanlarda qırğınlar davam edir. İraq rəsmiləri indiyə qədər korrupsiya rejiminin bir hissəsi olduqları üçün nələr baş verdiyini araşdırmadılar. İraq xalqı nə tələb edir? - Ədalət, hüquq dövləti və korrupsiyaya bulaşmayan bir hökumət qurmaq istəyir. Bəs onda İran rejimi niyə İraqdakı intifadaya qarşı çıxır, İraq rəsmilərinin etirazçılara müdaxiləsini istəyir?"

 

ABŞ da İrandan fərqli siyasət yürütmür

ABŞ-ın da Yaxın Şərq ölkələrində İrandan fərqli hərəkət etmədiyini düşünən Tufeyli hər iki ölkənin regionda birgə fəaliyyət göstərdiyinə inanır:

"ABŞ da güclü və ədalətli cəmiyyət kimi formalaşmağımızı istəmir. Ağrılarımız, aclığımız, səfalətimiz və alçalmağımız bu iki ölkənin maraqlarına uyğundur. ABŞ səfirliyinə və bəzi ABŞ hərbi bazalarına hücum edən İran qüvvələri ilə amerikalılar arasında bir növ əməkdaşlıq mövcuddur, hər ikisi də İraq və Livan xalqını istismar edir.

İrana gəlincə, iraqlıların ABŞ-ın işğalı adı altında əziyyət çəkməsi onun da xeyrinədir. İran ABŞ-la qarşıdurma adı altında İraq ərazisinə tam nəzarət edə bilir. ABŞ da eyni şəkildə hərəkət edir. Hər ikisi ölkənin pisliyini istəyir. İranlılar nümayişçiləri, ABŞ isə Həşdi Sabiçiləri öldürür. Hər iki halda məzlum tərəf İraq xalqı olur”.

 

“Ərəb ölkələri də ABŞ-İran ittifaqına göz yumur”


Hizbullahın sabiq baş katibi, İran hegemonluğuna qarşı çıxa biləcək və ABŞ-ın müdaxiləsini dayandıracaq layihəsinin olmaması səbəbindən ərəb ölkələrini də qınayıb. Şeyx Sübhi əl-Tufeyli, “Ərəb ölkələri aktiv deyillər, onlar arasında sionizmə xidmət edənlər, dostları Binyamin Netanyahu ilə fəxr edənlər var. Ölkələrimizdəki hökumətlər Qərbin dəstəklədiyi rejimlərdir. Buna görə də insanlar İran və ABŞ işğalına qarşı ayağa qalxanda öz rejimləri tərəfindən basqılarla üzləşirlər.

Bu rejimlərin nəzərində xalqlar qurbanlıqdırlar və qanları ucuzdur. Suriyalılar deportasiya olunduğu hər ölkədə məhv edildi, tərk edildi və alçaldıldı. Livandakı vəziyyətləri də buna sübutdur və suriyalılar hələ də səbirlidirlər. Livan və İraqda bütün təzyiqlərə, qətllərə baxmayaraq, küçədən çəkilməyən insanlar öldürüldü və yaralandı, ancaq mübarizələrindən geri çəkilmədilər. Əlində poster olan iraqlı bir gəncin şəkili diqqətimi çəkmişdi. Güllələr ətrafa uçuşur, amma o, yerindən tərpənmir. O, güllələrə davamlı müqavimət göstərir. Liviya xalqı da bir çox şeylərə dözür. Sudanda da rejimin devrilməsi üçün nümayişlər keçirilir. Orda əsl hakimiyyət ordunun əlindədir. Xalqın idarəetmə orqanlarında təmsil olunmasına icazə verilmir. Bölgə xalqları bədəl ödəyən güclü xalqlardır. Ədalətsizlik, zülm, işgəncə, təcavüz və korrupsiya ilə bağlı şüurlu cəsarət nümayiş etdirirlər ”.

 


ABŞ-ın Yaxın Şərqdə İrana “stavka” etməsinin səbəbi

Livan, Suriya, Yəmən və İraqda, o cümlədən bəzi Afrika ölkələrində İranın genişlənməsinin ABŞ-ın gözü qarşısında baş verdiyini deyən Tufeylinin fikrincə, bütün bunlar səbəbsiz deyil:

“Amerikalıların yerində olsaydıq, bizim də gözümüz  iqtisadi və mədəni baxımından zəngin bir bölgədə olsaydı, ABŞ-ın eyni siyasətini həyata keçirərdik. Başqa sözlə, bölgədə gələcəyi olmayan tərəfi tutardıq. İslam dünyasının əsas gövdəsi əhli-sünnə olduğuna görə şiələrin burada təsirli və qətiyyətli gələcəyinin qurula bilməsi mümkün deyil. Şiəlik ideologiyasını bu bölgədə heç kimin müdafiə etməsi mümkün deyil. Şiə düşüncəsinin İslam, Əhli-Beyt, Hz. Əli ya da başqa birisi ilə əlaqəsi yoxdur. Bu fikir bölgəyə yad olan dinlərdən gəldi və  burada özünə yer tuta bilməz. Üstəlik, biz şiələr azlıq qrupuq və bölgənin gələcəyini formalaşdıra bilmərik. Bölgənin gələcəyi müsəlmanların əksəriyyəti tərəfindən formalaşdırıla bilər. Bu gün sünni dünyası tərəfindən qəbul olunan reallıq budur. Təəssüf ki, şiələrin mövcudluğu bu prosesə mane olur. Şiəlik cərəyanı böyüyərsə və təsirli olarsa, onun effektivliyi millətə zərər verər və heç bir fayda gətirməz. ABŞ-ın şiələrin güclənməsinə marağı bundan qaynaqlanır”.

 

“İran dinlə alver edir”

Şeyx Sübhi əl-Tufeyli sosial mənsubiyyət baxımından şiə camaatından olduğunu etiraf etsə də, düşüncə baxımından özünü nə sünni, nə də şiə olaraq görür: “Quranın dediklərini edirəm. Çünki bu gün sünnilərin etdikləri əməllər də səhabələrə və ya Allah Rəsuluna aid deyil. Eynilə şiələrin etdiklərinin də Rəsulullaha, Əhli-beytə və Qurana heç bir aidiyyəti yoxdur. Bunlar digər layihələrlə əlaqəlidir. Biz dinlə ticarət etmirik, Rəbbinə qayğı göstərənlərin alqışa və ya şənlənməyə ehtiyacı yoxdur. İran isə din alveri edir. Din alveriylə ABŞ-a qapıları açdı, Livan, Suriya və Yəməni məhv etdi.

Bölgəyə girmək istəyən hər kəs öz məqsədlərinə və ambisiyalarına çatmaq üçün məzhəbçi İrandan istifadə edir. Səddam Hüseyn diktator və irticaçı kimi sevilməməsinə baxmayaraq, İranın dəstəyi olmadan ABŞ İraqa girə, şiələri susdurub öz hərb maşınının xidmətçisinə çevirə bilmirdi. Bu da bir həqiqətdir. Bu gün heç bir iranlının və ya müttəfiqinin ABŞ-a hücum etmək hüququ yoxdur. Bunun üçün məsuliyyət daşıyırsınız və günahkarsınız! ABŞ bir iraqlını öldürsə, sən onunla şəriksən. ABŞ bir Fələstinlini istismar edərsə, ortağınızdır. ABŞ suriyalıya hücum edərsə, siz də tərəfdaşsınız. Çünki bunları bölgəyə gətirən siz idiniz və bölgəyə qarşı təxribat qurdunuz. Bölgəni məhv edən sizsiniz. Mən ABŞ-a qarşı çıxarkən iranlılara da qarşı idim".

 

 “İmam Xomeyni ilə yaxşı münasibətimiz var idi”

Məhz bu mövqeyinə görə, Hizbullah sıralarından uzaqlaşdırıldığını bildirən Tufeyli keçmiş partiyasının əvvəlki prinsiplərdən necə sapdığına aydınlıq gətirib:

“Hizbullah prinsiplər çərçivəsində qurulmuş bir təşkilatdır. Bu dünyada heç kim nəyisə planlaşdırmadan addım atmır. Livan dağılandan və israillilərin ixtiyarına keçdikdən sonra başda Əməl Hərəkatının rəhbəri Nebih Berri olmaqla bütün gettolar (qaçqınlar nəzərdə tutulur) işğala təslim oldular. Ölkənin işğal edildiyini və sionist orbitinin bir hissəsinə çevrildiyini gördük. Livan İsrail ətrafında fırlanan bir peyk oldu. O dövrdə çətin anlar keçirdik. Mən dindar adamam, general deyiləm. Ancaq zərurət şərtləri var. O dövrdə İmam Xomeyni ilə yaxşı münasibətimiz var idi və İranda inqilab yeni baş vermişdi. Mən inqilabdan əvvəl və sonra İranda idim. Ona görə də bu münasibətdən istifadə edərək bizi dəstəklədilər. Çünki hərbi fəaliyyət və azadlıq qabiliyyət tələb edir. Ancaq bütün ölkələr kimi, dünyəvi və maraq dairəsi olan layihələri olan bütün insanlar kimi İran rəhbərliyi Livandan istifadə etməyə və "Müqavimət" açıqlaması ilə insanları istismar etməyə başladı. O günlərdə də bunu görürdüm, kor deyildim. Bilirdim ki, yalnız İsraillə vuruşmuram. Livan xalqının maraqlarına xidmət etməyən hökmranlıq layihələrindən də qorxurdum. Bu məzmunda xatırlayıram ki, İran dövləti o dövrdə İsrailə müqavimət göstərməklə heç bir əlaqəsi olmayan hərbi layihələrə sahib idi. Beyrutdakı Zavaribdə məzhəb müharibələri və sui-qəsdlər törədilirdi”.

 

İran Livanı necə ələ keçirdi? – Hizbullahda hərbi çevriliş

Tufeyli, İranın məqsədlərinə çatmaq üçün Livan şiələrini necə nəzarət altına alması barədə də danışıb: “Livan xalqı olaraq İran hərbi kadrlarından və təcrübəsindən istifadə etdik. Bu kadrlar o dövrdə gənclərimizin yanında idi. İsrail ilə mübarizə aparmaq üçün planlaşdırma, idarəetmə və sair məsələlərdə təcrübələrindən istifadə edən bəzi zabitlərimiz var idi. İran bu təbii üstünlüklərindən istifadə etdi. Əməl və Hizbullah arasındakı qarşıdurmanın əvvəlində Livanın cənubundakı Nəbatiyyə şəhərinə hücum etdilər. İranlıların Əməlin Sur şəhərindəki bir azad bölgəni tərk etməsi müqabilində Nəbatiyyədə azad bir bölgə qurma proyekti var idi. Beləcə, Suriyanın nəzarəti xaricində nüfuz dairəsi əldə edəcəkdi. O vaxt Hizbullah olaraq Əməllə toqquşduq. İranlılar Hizbullah və Əməl arasında üç illik fitnə yaratdı. Bütün bunlar üçün İran cavabdehdir. Mən o zaman hərbi rəhbərləri məhkəməyə vermişdim. Çünki münaqişələr mənim əmrlərimə baxmayaraq çıxarılırdı. Ancaq İran rəhbərliyini təmsil edən bir nümayəndə heyəti ölkəyə gələrək Hizbullah Şurası Şurasının üzvlərinin yanına getdi və vətəndaşlarının mühakimə olunmamasını istədi. Tehrandan hərbi məhkəmə istəmədikləri barədə bir mesaj aldım. Ancaq məhkəmə ilə bağlı fikrimdə qətiyyətli idim. Məlum oldu ki, iranlılar mənim xəbərim olmadan təşkilatın silahlı qanadına rəhbərlik etmək üçün Həsən Nəsrullahı təyin ediblər. Bu sadə bir fikir ayrılığı deyil, təşkilat daxilindəki hərbi çevriliş idi. İranın fitnəkar layihəsinə qarşı çıxdım. Bəli, o zaman mən Hizbullahın baş katibi idim. Ancaq öldürənləri, fitnə yayanları mühakimə etmək istədim. Əməl Hərəkatı ilə birlikdə İrandan gələn bir komitə ilə görüş keçirdik, əvvəlcə bir polemika yaratdılar və sonda istəklərini söylədilər. İranlıların bizə təsir imkanları geniş idi. Bizə dedilər ki, gələn ay üçün pulumuz yoxdur, buna görə də işiniz bitdi. Məcburən onların dediklərini qəbul etdim. Ancaq bir şərtlə: Əməl və Hizbullah ilə polis arasındakı qarşıdurma dayandırılacaq, buna nəzatət edən heyətə Beyrut və Şam səfirləri, Müdafiə Nazirliyi, Təhlükəsizlik Nazirliyi və Xarici İşlər Nazirliyinin adamları daxil ediləcəkdi. Çünki bu münaqişədə iştirak etməyimiz üçün heç bir əsas yox idi və mən bundan əmin olmaq istəyirdim. Ancaq məni əmin etmək istəmədilər. Sonda dedim ki, ya iki təşkilat arasındakı qarşıdurmanı dayandırın, ya da nümayəndə heyətinin başçısı mənimlə Nebih Berri arasında vasitəçi olsun və Berrinin mesajları sizin müdaxiləniz olmadan mənə göndərilsin. Bunu da rədd etdilər. Sonra dedim ki, mən Hizbullahın baş katibiyəm. Zəmanətimin sizin əlinizdə olduğunu bilirəm. Ancaq bunu istəmirəm. Onların siyasətlərini o vaxtdan bəri bilirik. Onların manipulyasiyasını və fəndlərini bilirik. Allahdan qorxmurlar”.

 

“Xamenei şiələr tərəfindən lənətlənəcək”

İran dini hakimiyyətinin tarix qarşısında cavab verəcəyini düşünən Tufeyli deyib:

“Xamenei İraq xalqının qətliamından nə əldə etdi? - ölüm, zülm, talan və aşağılama. O, başqalarından əvvəl şiələr tərəfindən alçaldılacaq və lənətlənəcəkdir. Ölkələr və sivilizasiyalar oğruluq və ya əxlaqsızlarla qurulmaz, ləyaqətli insanlarla və ədalətlə qurulur. Düşünmürəm ki, onlar Livandakı rejimi dəyişmək istəyirlər. İnanıram ki, onların məqsədi bölgəni zəiflətməkdir. Bu işdə ustadırlar. Hz. Quranın ümmətini, İslam ümmətini və 1400 ildən çox bəşəriyyəti idarə edən bir ümməti məhv etmək asan deyil. ”

 

Livanın “xərçəng xəstəliyi”

Şeyx Sübhi ət-Tufeyli sözlərini belə davam etdirib:

“1997-ci ildəki Aclıq İnqilabında tək olmasaydıq, bu gün yaşadığımız bu ağrı və iztirablardan özümüzü xilas edə bilərdik. Livandakı korrupsiya və talançılıq sadə livanlıların düşündüyündən daha böyükdür. Sadə bir Livan vətəndaşı əsl korrupsiyanın hansı dərəcədə olduğunu və bu liderlərin xalqı necə görməsindən xəbərsizdir. Livan problemi bir neçə şou ilə həll edə biləcəyini düşünürlər, amma yox, Livanla bağlı problem xərçəng xəstəliyinə bənzəyir. Çalışmaya, səbr və qətiyyətə, əks qrupların güzəştə getməsinə ehtiyac var. Digər tərəfdən, təriqət liderləri, xalqı özlərinə tabe olmağa məcbur etmək üçün öz planlarını həyata keçirirlər.

Düşünürəm ki, bu günə qədər yaxşı işlər də olub. Bir xalq olaraq uğurlu addımlar atmışdıq. 17 oktyabrdan başlayaraq intifada daha böyük sürət, daha çox məlumatlılıq və təzyiqlə davam edir. Dəyərli, hər kəs tərəfindən hörmət edilən, ədalətli və çevik bir ölkə qurmaq üçün küçələrdə nə qədər çox qalsaq, səhvlərimizə gözlərimiz bir o qədər açıq qalar, bir addım daha irəliləyirik. Bunlar 10 və ya 20 ildə tikilə bilməz. Məlumatlı və yetkin insan lazımdır. İnanıram ki, livanlıların əksəriyyəti bu yoldadır ”.

  

“Vətəndaş müharibəsi ehtimalı çox uzaqdadır”

Bütün bu problemlərə baxmayaraq, Tufeyli Livandakı gərginliyin vətəndaş müharibəsinə çevriləcəyinə inanmır: “Mən bu məsələdə rahatam; vətəndaş müharibəsi olmayacaq. Çünki İran rejimi İsrail sərhədlərini qoruyan Hizbullah silahlarını vətəndaş müharibəsinə sərf etməz. Bizi qoruduğuna inandığımız silahlar əslində İsrail sərhəddini qoruyur. Amerikalılar da uzun müddət Livandakı bu sərhədləri qorudular və İsraili qoruduqları üçün dəstək verdilər. Tutaq ki, Hizbullah sərhəddən uzaqlaşır, İsraili onun kimi qorumağı kim təmin edə bilər? Deməli, Livanda vətəndaş müharibəsi olmayacaq, siz də rahat olun. İran vətəndaş müharibəsinin asan bir risk olmadığını da bilir. Suriyada İran əsgərləri, şiə könülləri, Hizbullah, İraq, Hindistan, Pakistan, Əfqanıstandan gətirdikləri Əsəd ordusu ilə birlikdə idi. Özlərini ölümdən xilas etmək üçün kütləvi qırğın silahı olan Rusiya ordusundan istifadə etməli oldular. Vətəndaş müharibəsi kiminsə qərar verməsi qədər asan deyil".

Tərcümə “Hürriyyət”ə aiddir

Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO