İcbari tibbi sığortada yenilik - həkimə 5 manat ödəniləcək
Oxunub: 1080
13 Jan 2020 | 20:15
İcbari tibbi sığortada yenilik - 
 həkimə 5 manat ödəniləcək
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ni təsdiqləyib.

Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə

1) təcili və təxirəsalınmaz tibbi yardım,

2) ilkin səhiyyə xidməti,

3) ixtisaslaşdırılmış ambulator yardım,

4) stasionar tibbi yardım üzrə cəmi 2 550 sayda müxtəlif tibbi xidmət daxildir. 

Bunlardan 1) təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6 xidmət, 2) ilkin səhiyyə xidməti üzrə 35 xidmət, 3) ixtisaslaşdırılmış ambulator yardım üzrə 1 265 xidmət, 4) stasionar tibbi yardım üzrə 1 244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyatı vacib dəyəri yüksək olan əməliyyatlar da daxildir. 

Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xidmətlərə əlçatanlığının, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.)  məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.

Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək. 

Xidmətlər Zərfində 

- tibbi xidmətlərin adları; 

- xidmətlərə görə tariflər; 

- sığorta limiti; 

- müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi hallar; 

- tibbi xidmətlərin növündən asılı olaraq göstərilməsi şərtləri;

- və gözləmə müddətləri 

öz əksini tapır.

Tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil olunur. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri Xidmətlər Zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir.

Ambulator şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə  ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəsissəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Qaxda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman tibb müəssisəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.  

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş  ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu  tibbi ərazi bölməsindən kənarda,  yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat  müştərək maliyyələşmə məbləği ödəməlidir. 

Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Bu zaman  tibb müəssisəsinə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği isə aşağıdakı qaydada ödənilir:

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsi daxilində (qeydiyyatda olduğu inzibati ərazi istisna olmaqla) digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə  stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən  Xaçmazda (tibbi ərazi bölməsi daxilində, lakin qeydiyyatda olduğunuz inzibati ərazidən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan tibbi ərazi bölməsindən kənarda,  yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat  müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Quba rayonunda qeydiyyatdasınız. Təhkim olunduğunuz tibb müəssisəsinin ailə həkiminə müraciət etmədən  Şamaxıda (tibbi ərazi bölməsindən kənarda) yerləşən tibb müəssisəsinə stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət edirsiniz. Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız. 

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Vətəndaş tərəfindən Xidmətlər Zərfində müəyyən edildiyi şərtlərə uyğun olaraq (ilkin olaraq ailə həkiminə müraciət olunduqda, ailə həkimin göndərişi əsasında ixtisaslı həkimə müraciət olunduqda) icbari tibbi sığorta təminatı çərçivəsində ixtisaslaşdırılmış ambulator tibbi yardım (KT, MRT xidmətləri istisna olmaqla), stasionar tibbi yardım, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün müraciət olunduğu halda müştərək maliyyələşmə məbləği ödənilmir.

Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq.
Oxşar xəbərlər
23:31, Bu gün
"Fələstin dövlətinin yaradılmasından söhbət belə gedə bilməz"  - Netanyahu
23:23, Bu gün
Uğur hekayəsi - Ayan Məmmədli
23:08, Bu gün
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
22:59, Bu gün
Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib
22:57, Bu gün
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
22:56, Bu gün
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
22:53, Bu gün
"Rusiyanın Xarkov vilayətinə hücumu 2022-ci il hərbi müdaxiləsindən daha pisdir" - "The Washington Post"
22:40, Bu gün
Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
22:38, Bu gün
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
22:32, Bu gün
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
22:31, Bu gün
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
21:56, Bu gün
Slovakiya baş nazirinə kim sui-qəsd edib? - Yuray Çintula şübhəli bilinir
21:45, Bu gün
Gürcüstan parlamenti "xarici agentlər" haqqında qanun layihəsini qəbul edib
21:40, Bu gün
Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - VİDEO
21:36, Bu gün
SKANDAL: Qadın işçilərin paltardəyişmə otağında gizli kamera tapıldı – FOTO
21:33, Bu gün
Kobaxidze Baltikyanı ölkələrin XİN başçıları ilə Avropaya inteqrasiya prosesini müzakirə edib
21:30, Bu gün
Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
21:20, Bu gün
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:17, Bu gün
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
21:12, Bu gün
Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO
21:12, Bu gün
Xanlıqlarla Azərbaycanın yeni tarixi başladı...- Akif Nağıdan tariximizə fərqli baxış...
21:00, Bu gün
Bakı metrosu TƏHLÜKƏ SAÇDI - VİDEO
20:56, Bu gün
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
20:51, Bu gün
Ukraynada vəziyyət kritikdir, Ukrayna Silahlı Qüvvələri geri çəkilir...
20:45, Bu gün
"Bu qəddar, terrorçu dövlət Qəzzada dayanmayacaq, vəd edilən torpaq arzusuyla Anadolunu hədəfə alacaq" - Ərdoğan
20:38, Bu gün
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
20:37, Bu gün
Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
20:32, Bu gün
Məhkəmə İmran Xanla bağlı qərar verdi: Həbsxanadan çıxmayacaq
20:28, Bu gün
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
20:16, Bu gün
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
19:46, Bu gün
“Çelsi” 17 yaşlı futbolçu üçün 57 milyon avro təklif etdi
19:32, Bu gün
Növbəti günlərdə hava şəraiti necə olacaq?
19:19, Bu gün
“Zalsburq” klubunun yeni baş məşqçisi bəlli oldu
19:17, Bu gün
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
18:55, Bu gün
Baqratın başçılığıyla Rusiyayönlü müxalifətin bugünkü mitinqi bu gündədir…-FOTOLAR
18:39, Bu gün
Fitsoya sui-qəsdə görə 71 yaşlı kişi saxlanıldı
18:37, Bu gün
Aprel ayında qlobal neft hasilatı kəskin azalıb
18:32, Bu gün
“Qərbi Azərbaycan İcmasının səsi beynəlxalq səviyyədə eşidilməkdədir”
18:18, Bu gün
İstanbul metrosunda bomba tapıldı
18:00, Bu gün
İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
17:58, Bu gün
Güllələnən Baş nazirin vəziyyəti açıqlandı
17:56, Bu gün
Keçmiş bank işçisi iki milyon manatı ələ keçirərək ölkədən qaçıb?
17:52, Bu gün
İsa Qəmbər öldürülən rəqibi haqqında status yazdı
17:48, Bu gün
Əlikram Bayramov: “Mənzurə, 50 dəfə sənə elçi göndərdim”
17:43, Bu gün
Taleh Məmmədov karyerasını başa vurdu
17:39, Bu gün
Dağ turizminin əvəzsiz məkanına çevrilən Kəlbəcər - VİDEO
17:35, Bu gün
Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadıldı
17:31, Bu gün
Xalq artisti: “Nazirə dedim ki, özünü bu məddahlardan qoru”
17:30, Bu gün
Nizami metrostansiyasında qatar dayandı - Sərnişinlər panikaya düşdü
17:28, Bu gün
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:25, Bu gün
Səkilər niyə zəbt olunur? - VİDEO
17:21, Bu gün
AFFA bu klublara lisenziya verdi
17:18, Bu gün
Slovakiyada atışma - Baş nazir yaralandı
17:17, Bu gün
Avtomobilin dövlət qeydiyyat nişanını dəyişən şəxs həbs edildi - FOTO
17:12, Bu gün
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi: Silah aşkarlandı - FOTO
17:07, Bu gün
Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi yaşayır - FOTO
17:02, Bu gün
"Müdafiə Nazirliyinin əsas vəzifələrindən biri Silahlı Qüvvələrin komplektləşdirilməsidir" - Rusiya müdafiə naziri
16:56, Bu gün
Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib - FOTO
16:53, Bu gün
İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu
16:53, Bu gün
İsmayıllıda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu
16:51, Bu gün
Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
16:47, Bu gün
Kadırovun “sağ əli” istefa verib
16:45, Bu gün
Azərbaycanın atdığı addımlar neokolonializmdən əziyyət çəkən dövlətlərdə böyük inam yaradıb
16:38, Bu gün
Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcək
16:31, Bu gün
Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH + FOTO
16:25, Bu gün
Sürücülərin nəzərinə: Bu yol təmirə bağlanır
16:20, Bu gün
Bakıdan son həmlə: Paşinyan geri çəkildi – Kritik gəlişmə
16:19, Bu gün
Qəbələdə çay məcrasını dəyişdi - VİDEO
16:14, Bu gün
İlham Əliyev fərman imzaladı
16:12, Bu gün
“Sədərək”də qəza: “Prius”la “BakuBus” toqquşub - VİDEO
16:09, Bu gün
Payız həlledici ola bilər: Gürcüstanda nə baş verir? - TƏHLİL + FOTO
16:04, Bu gün
Vidadi İsayev Bərdənin Bəcirəvan kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:01, Bu gün
Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - VİDEO
15:57, Bu gün
Azərbaycanın bir qrup hərbçisi təltif edilib - FOTO
15:53, Bu gün
UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO
15:49, Bu gün
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
15:46, Bu gün
Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın “Şücaət” ordeni ilə təltif olunub
15:44, Bu gün
"Birləşmiş Ştatlar və azad dünya Ukrayna ilə birlikdədir" - Blinken
15:39, Bu gün
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
15:35, Bu gün
Avtomobil sahiblərinin DİQQƏTİNƏ – Bu maşınları ciddi təhlükə gözləyir
15:30, Bu gün
Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşdü - FOTO
15:28, Bu gün
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO
15:25, Bu gün
Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15:22, Bu gün
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Rusiya sülhməramlılarına təşəkkür etdi
15:19, Bu gün
Azərbaycanda nikah yaşı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - FOTO
15:17, Bu gün
YAP Xətai rayon təşkilatında növbəti görüş keçirildi - FOTO
15:15, Bu gün
202 nəfəri aldadan vəzifəli qadın həbs edildi - FOTO
15:14, Bu gün
Rusiyalı generaldan sülhməramlıların Azərbaycandan çıxarılmasına dair AÇIQLAMA
15:13, Bu gün
İranda şalvar geyinən qadınlar da metroya buraxılmırlar - VİDEO
15:09, Bu gün
Niderlandın Baş naziri COP29-a dəvət edilib - FOTO
15:05, Bu gün
Birinci katibliyə namizədin sifarişli qətli – cinayət işində Brejnevin sevimli stüardessasının adı da hallanıb
15:00, Bu gün
Aleksandr Perenciyev: “Cənubi Qafqazda Paris - qoyun dərisinə bürünmüş canavardır” - MÜSAHİBƏ
14:55, Bu gün
Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub
14:50, Bu gün
"Netanyahu bütün dünyanın təhlükəsizliyi üçün problemə çevrilib" - Hakan Fidan
14:44, Bu gün
“Gürcüstanda yaşanan gərginliklər Rusiyaya qarşı ikinci cəbhənin açılmasına hesablanıb” - İLGİNC ŞƏRH
14:39, Bu gün
Azərbaycanda qəribə OLAY: Hamilə qadın təcili yardım avtomobilində doğuş etdi - FOTO
14:34, Bu gün
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi - FOTO
14:30, Bu gün
Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edildi
14:24, Bu gün
Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək? - AÇIQLAMA + FOTO
14:18, Bu gün
Tərtərdə 54 yaşlı kişi həmyaşıdını öldürdü: “Qızları haqda elə sözlər dedi ki...” – ŞOK
GÜNLÜK
09:28, Bu gün
RAZILIQ VERİLDİ! Paşinyan nümayəndə heyəti ilə Bakıya gələcək: HEYƏT VƏ TARİX BƏLLİ OLDU
14 May 2024 | 23:50
Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı
14 May 2024 | 23:45
Qərbi Azərbaycan Xronikası: “Haylar anaları, bacıları ilə evlənirdilər və sonra buna qadağa qoyuldu” - VİDEO
10:09, Bu gün
Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS 
14 May 2024 | 23:40
Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb
09:51, Bu gün
SON DƏQİQƏ: Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ oldu 
07:29, Bu gün
Hər səhər 1 qaşıq yesəniz NƏTİCƏ ŞOK EDƏCƏK
08:44, Bu gün
Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” – VİDEO
08:26, Bu gün
Zoba faydalı - Möcüzəvi VASİTƏ
08:00, Bu gün
Arıqladan səhər yeməkləri - Fitnes məşqçilərindən TÖVSİYƏ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
09:28, Bu gün
RAZILIQ VERİLDİ! Paşinyan nümayəndə heyəti ilə Bakıya gələcək: HEYƏT VƏ TARİX BƏLLİ OLDU
14 May 2024 | 23:50
Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı
14 May 2024 | 23:45
Qərbi Azərbaycan Xronikası: “Haylar anaları, bacıları ilə evlənirdilər və sonra buna qadağa qoyuldu” - VİDEO
10:09, Bu gün
Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS 
14 May 2024 | 23:40
Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb
09:51, Bu gün
SON DƏQİQƏ: Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ oldu 
07:29, Bu gün
Hər səhər 1 qaşıq yesəniz NƏTİCƏ ŞOK EDƏCƏK
08:44, Bu gün
Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” – VİDEO
08:26, Bu gün
Zoba faydalı - Möcüzəvi VASİTƏ
08:00, Bu gün
Arıqladan səhər yeməkləri - Fitnes məşqçilərindən TÖVSİYƏ