Sirus Təbrizlini heç belə görmədiniz - Maraqlı FOTOLAR
Maraqlı
Oxunub: 5597
03 Jul 2013 | 12:49
Sirus Təbrizlini heç belə görmədiniz  - Maraqlı FOTOLAR

Partiyadan çıxarılandan sonra o, baş-ayaq, qışda soyuq suda çimən, qarda uzanmış vəziyyətlərdə olan şəkillərini paylaşır. 

Bir neçə il öncə qarlı qış günündə “Hyatt Regency” hotelinin həyətindəki hovuzda soyuq suda üzdükdən sonra o, qarda yuyunmuş, soyuq suyun fəlsəfəsindən söhbət açmış, bu mənzərəni əks etdirən fotolarının çəkilib yayılmasına razılıq verməklə Azərbaycan gəncliyini sağlamlığının qədrini bilməyə, idmana həvəsləndirmək niyyətini ortaya qoymuşdu.

"Musavat.com" xəbər verir ki, bu dəfə Sirus Təbrizli Zağulbada dəniz kənarında qeyri-adi fotolar çəkdirib. O, 71 yaşını tamamlamasına baxmayaraq, yenə də əvvəlki kimi gümrah, sağlam və idman vərdişlərinə sadiqdir. Həyətdəki çəmənlikdə peşəkar idmançılar kimi bir göz qırpımında başı üstə dayandı, ayaqlarını havada müxtəlif formalarda saxlayaraq hətta bir neçə dəqiqə ərzində bu sətirlərin müəllifi ilə söhbətləşdi və bu idman növünün faydasından bəhs etdi:

“Baş üstə dayanmağın ən birinci faydası odur ki, bu, insanda iradəni tərbiyə edir. Əyilib ayaqqabının bağını bağlayanda bəzən hiss edirsən ki, necə çətin olur. Amma burada sən birdən başın üstə qalırsan, ürək yuxarıda, beyin aşağıda qalır. Bu zaman qan beyinə yüksək təzyiqlə gedir, faktiki olaraq insan özünü insulta təhrik edir. Təbii ki, çox təhlükəlidir. Ancaq bu şəkildə qan bütün bədən üzrə dövr eləyir". S.Təbrizli deyir ki, indiyədək başı üstə ən çox 17 dəqiqə dayanıb:

“Bu isə 1992-ci ilin qışında, Naxçıvana getməmişdən əvvəl olub. İndi də 10-20 dəqiqə dayana bilərəm. Ancaq gərək bunun üçün heç yerin ağrımasın, nə başın, nə boynun. Adamlar var ki, başı üstə dayanmağı öyrətmişəm, ancaq sonradan deyiblər boynumda ağrı hiss edirəm. Demək, onun üçün başı üstə dayanmaq təhlükəlidir". Deyir bu, yoqanın ən çətin və təhlükəli növüdür, amma əlasıdır: “Bu, əvvəl bir az çətin olur, ancaq sonra öyrəşirsən. Özü də gərək bundan zövq alasan. Hərdən olur musiqi səslənir, bir-iki mahnı qoyuram, oxuyur, bu da 4-5 dəqiqə çəkir və dayanıram. Amma gərək ehtiyatlı olasan, hər şey ola bilər".

Gülərək danışır ki, onun “şagirdləri”nin bir çoxu soyuq suya mehr salıb: “Universitetin dosenti var, deyir neçə illərdir bu vərdişdən ləzzət alıram. Artıq Etibar Məmmədov da ”Hyatt Regency"də idmana başlayıb, qışda “Cız-Bız hamamı”na gəlir. Onurğasında problem var idi, artıq əməliyyatsız müalicə olunub. Mən başqa heç kimə qalib gələ bilmirəmsə, heç olmasa özümə zülm etməliyəm. Belə oldu da torpaqları itirdik. Mən gecə neçə ki, idman edib gəlirəm başıma soyuq su tökürəm ki, xəstələnməyim, sızıldamayım, inildəməyim".

S.Təbrizli gənclərə də müraciət etdi: “Həyat başdan-ayağa mübarizədir. Mən cavanlara onu demək istəyirəm, güclü olun. Bir dəfə ziyalılardan biri dedi ki, sənin yazını oxudum, ağladım. Dedim, ə kişi, mən onu ağlamaq üçün yazmamışdım. Sabir deyir kişi ağladıqca qeyrətsiz olur. ”Cız-bız hamamı"nda mənim klubum var idi, soyuq suda çimənlərdən ibarət bir klub. Biz heç vaxt bir-birimizə kin-küdurət bəsləmirdik. Necə ki, alpinistlər heç vaxt bir-birindən qeybət eləmir, çünki dağa qələbə çalmaq istəyir. Gərək bir, hər birimiz bu ruhda böyüyək. Belə vətəndaşlarla dövlət güclü olur".

Bu məqamda məlum olur ki, bayaqdan çəkdiyim fotolar aparatın yaddaşında qalmayıb.
Odur ki, Sirus bəyə bir az da tərəddüdlə bayaqkı nömrələri təkrarlaya biləcəyini soruşuram. “Burda nə problem var ki” deyərək kepkasını kənara qoyur və bayaqkı pozaları təkrarlayır. Bu dəfə də başı üstə xeyli dayanır və bu arada onun fotolarımı çəkməyimə imkan yaradandan, hətta aparatın yaddaşını yoxlamağımı istəyəndən sonra “bəsdirmi, yoxsa bir az da dayanım”, soruşur. Müsbət cavab alandan sonra göy çəmənin üstündə böyrü üstə uzanıb başqa bir maraqlı əhvalatı danışır:

“Mənim idealım bilirsənmi kim olub? Məni ilk dəfə sovet vaxtı ”KQB"-yə alman admiralı K.Beynsə görə aparıblar. Bu adam Hitlerin admiralı olub və Hitler özünü öldürəndə deyib ki, özündən sonra ölkəyə Beyns rəhbərlik edəcək. Hətta bu admiral 9 gün Hitleri əvəz etdiyi üçün ona 57 yaşında 10 il iş veriblər. Təsəvvür edin ki, bu adam ilk gündən kameranı ölçür ki, “gündə nə qədər ora-bura gəzməliyəm ki, çıxanda çəkimi itirməyim”. Bu adam həbsxanadan əvvəlkitək gümrah, sağlam çıxır və 80 ildən çox yaşayır. Biz azadlıqda deyirik ki, “idmana vaxtım yoxdur, buram, oram ağrıyır”. Demək, mən o vaxt məktəbdə müəllim idim, disput təşkil etmişdim. Orda 7-ci sinifdə Olqa adlı şagird soruşdu ki, müəllim, həyatda sizin idealınız kimdir. Mən də dedim admiral Beynsdir. O vaxt Lenin, Pavlik Morozov və s. dəbdə idi axı.

Mənsə dedim admiralın iradəsinə həsəd aparıram. Sonradan bir alçaq məni satdı. “KQB”-də dedim, əşi, mən bir kişi kimi onun iradəsinə həsəd aparmışam, nə fərqi var faşist, ya amerikanlının iradəsidir, sonra əl çəkdilər. Odur ki, mən iradəli adama hörmət edirəm. O baxımdan Heydər Əliyevə də hər zaman böyük hörmətim olub. O zaman o yıxıldı, durdu, yıxıldı yenə durdu. Cavanlar bundan öyrənsinlər, heç olmasa iradəli olaq". Sükan arxasında oturur, bu dəfə dəniz sahilinə enirik. Oksigenlə zəngin məkanda dincələnlər, dəniz havası alanların sayı, görünür, axşam düşdüyündən nisbətən azdır. S.Təbrizli deyir ki, hər gün azı 600 metr üzür: “Harda oluramsa-olub, gün ərzində vaxt ayırıb 25-30 dəqiqə üzməliyəm. Qışda dənizdə üzüb sonra orda (əli ilə yaxınlıqdakı tikilini göstərir-E.P.) isti duş qəbul edirəm. Həmçinin hər gün 1 saat gəzirəm. Çalışıram övladlarım da tənbəlliyə öyrəşməsin, onları da özümlə gəzdirirəm”. Çimərlik paltarı götürmədiyindən dənizə baş vurmasına təkid etmirik. Bir də ki, üzmək məharətini “cız-bızlı hamam”da görmüşük də...

Geri qayıdırıq. Hə...Sirus bəyin bir məşğuliyyət də var. Həyətdə saxladığı velosipedinə də vaxt ayırır: “Hər gün velosiped sürürəm və zövq alıram. Nə qədər yorğun olsam da azı 50 dəqiqə velosiped sürməyə vaxt ayırıram. Mənim günüm belə keçir, idman, mütaliə, nəvələrim, ailəm”.

S.Təbrizli qarşısına uzun yaşamaq məqsədini qoymayıb: “Ümumiyyətlə, əsas odur ki, insan özünə əziyyət versin, tərləsin, zərərli maddələr çıxsın. Nə qədər adama bunu öyrətmişəmsə mənə minnətdardır. Neçə ildir mən qrip-zad olmuram. Burda söhbət getmir ki, mən çox yaşayacağam. Təbii ki, o Allahın işidir. Çıxarsan yola, ”KAMAZ" çıxar üstünə, yerində qalarsan, baxmaz ki, idmançısan, ya nəsən. O, Tanrının işidir. Amma keyfiyyətli yaşamaq səndən asılıdır. Mən xəstə vəziyyətdə 38 gün Naxçıvanda qala bilərdim? Başıma dəsmalı bürüyürdüm, qazsız, işıqsız otaqda qalırdım, Bəylər, Vasif şahiddir. (Bəylər Əyyubovla Vasif Talıbovu nəzərdə tutur-E.P.) Heydər Əliyev deyirdi “sən o soyuqda necə qalırsan... Məni bu gün lap türməyə salsınlar, orda isti-soyuq su olsa, bəsimdir”. S.Təbrizli velosipedini işə salır, hətta ayaqqabılarını da çıxarıb həyəti bir neçə dəfə velosipedlə dövrə vurur və yerinə qaytarır...
Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/211.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/212.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/213.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/214.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/215.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/216.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/217.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/218.jpg">Sirus Təbrizlini heç belə görmədiniz  <i style=- Maraqlı FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/219.jpg">
Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 07:16
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
27 Apr 2024 | 07:16
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO