Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada beynəlxalq konfrans keçirib – FOTO
Oxunub: 811
13 Dec 2019 | 15:38
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada beynəlxalq konfrans keçirib –  FOTO
Dekabrın 12-də Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası “Qlobal transformasiyalar çağında müasir dövlət” mövzusunda beynəlxalq elmi konfrans keçirib. Rusiya paytaxtında baş tutan tədbirə Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna, Bolqarıstan, Belorus, o sıradan Qaqauziya, Serbiya, Qırğızıstan, Yunanıstan təmsilçiləri qatılıb.

Konfransı açan Assosiasiyanın prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov çıxışına Rusiya təmsilçilərini 12 dekabr Konstitusiya Günü münasibətilə təbriklə başlayıb. Konfransın mövzusu ilə bağlı çıxışında professor Rəhimov bildirib ki, sürətlə dəyişən çağımızda klassik dövlət modellərinə zamana uyğun dəyişikliklər vacibdir: “Dövlət qanunlara söykənir. Hər bir dövlətin milli maraqlarına uyğun dəyişməyən qanunları olduğu kimi, zamana uyğunlaşdırılmasını çağın tələb etdiyi qanunları da var. Qara və Xəzər dənizi hövzəsində yerləşən ölkələrin qarşılıqlı münasibətləri, qarşılaşdıqları problemləri, gələcək hədəfləri sözsüz ki, ayrı-ayrılıqda hər bir ölkənin gündəmindədir. Bu konfransı düzənləməkdə məqsədimiz ortaq fikir meydanı yaratmaqla hüquqşünasların gündəmdə olan hüquqi məsələlərə baxışı ilə, eyni zamanda ölkələrin konkret məsələlərlə bağlı təcrübəsi ilə tanışlıqdır. Əminəm ki, burada səslənəcək yenilikçi fikirlər zamanla ölkələrimizin qanunvericiliyində yer alacaq, dövlətlərimizin dayaqlarını möhkəmləndirəcək”.

Daha sonra akademik, Rusiyanın əməkdar elm xadimi Sergey Baburin “Dünya düzəninin konfederallaşması çağında inteqrasiyaya dayanan konstusionalizm” adlı məruzə ilə çıxış edib. Birlik modellərinin dünya ölkələrinin həyatında son dərəcə önəmli yer tutduğunu bildirən Baburin xalqların birgəyaşamasının yeni modellərinə misal olaraq Rusiya-Belorus örnəyindən danışıb: “Hərbi-kommunizm dönəmində yaranan heç bir dövlət modeli qalıcı olmadı. Səbəb odur ki, bu dövlət modelləri cəmiyyət həyatında önəmli yer tutan milli mədəniyyətləri, mənəvi dəyərləri inkar edir, onları kütləvi mədəniyyətlə əvəz edirdi. Nəticədə bu quruluşlar özünüməhvə istiqamətləndi, özünüqoruma eksperimentləri böyük qanlı olaylar yaratdı. Bu gün dünya dövlətləri sürətlə konfederallaşır. Proses hər bir dövlətdən suverenlik prinsiplərinə xələl gətirmədən tərəfdaşlıqlar yaratmaq gerçəyini də gündəmə gətirir. Düşünürəm ki, bu gün hüquqşünasların qarşısında dayanan önəmli mövzulardan biri də dövlət həyatına yeni gələn anlayışlara dəqiq təhlillər verməkdir. Rusiya hüquq elmi bu gün Rusiya-Belorus birlik modeli üzərində böyük iş aparır. Düşünürəm ki, biz iki dövlət arasında münasibətlərin yeni düzənini yarada biləcəyik və bu prinsiplər ortaq hədəfləri, ortaq tarixi olan ölkələr arasında yeni birliklərin meydana gəlməsinə təkan verəcək”.

Hüquq elmləri doktoru, professor, Beynəlxalq Slavyan Akademiyasının akademiki Yuri Qolik isə dövlət və cinayətkarlıq arasında münasibətlərdən danışıb. Çağdaş dünyadakı tendensiyaları ümumiləşdirən alim bildirib ki, zamanın tələbi ilə ölkələrin cinayət hüququ onların dövlət sərhədlərini aşır: “Bu gün elə cinayətlər var ki, onlar heç bir halda bir dövlətin problemi sayıla bilməz. 50 il öncə haqqında heç bir anlayış olmayan hibercinayətkarlıq, bütünlükdə İKT ilə bağlı qanun pozuntuları miqyasına görə qlobal xarakter daşıyır. Sözsüz ki, bu tip cinayətlər dünya hüquq elminin problemidir və faktiki məkanı olmayan bu cür problemlərə dünya ölkələri ortaq çözüm tapmalıdırlar. Ancaq dünyaya ağalıq etmək istəyən Qərb hüquq elminin ortaq problemlərini öz baxışını başqa dövlətlərə məcburi tətbiq kimi anlayır və bu, ölkələrin suverenliyinə təhlükə yaradır. Bu cür durumlarda “sizin konstitusiyanızı, ya da qanunlarınızı bəyənmirik, filan dəyişiklikləri edin” kimi beynəlxalq hüquq institutları vasitəsilə edilən təkliflər, əslində təhdidlər meydana çıxır. Alimlər, politoloqlar bu gün transformasiyadan danışır, bunun qaçılmaz olduğunu deyir. Ancaq heç kim dəyişikliklərin istiqaməti haqqında dolğun fikir söyləyə bilmir. Biz necə bir dünya qururuq və bu dünyada bizi nələr gözləyir – bu suallara elmi cavab tapmaq çətindir. Diqqət çəkən məqamlardan biri bu gün ABŞ prezidenti Trampın ən müxtəlif səviyyələrdə tənqid edilməsidir. Hətta Qərbdə də onun çox ciddi tənqidçiləri var. Səbəb onun klassik dövlət modelini dağıdaraq yeni – korporasiya dövləti yaratmasındadır. İqtisadiyyat və dövlət anlayışları bir-birini tamamlayan anlayışlardır. Ancaq Trampın yaratdığı model iqtisadiyyatı dövlət anlayışından üst mövqeyə çıxardığı üçün klassik dövlət anlayışını tamamilə inkar edir. Korporasiya dövlətinin bir marağı var – iqtisadiyyatın böyüməsi. Bunun üçün ilk hədəf insan dəyərlərinin məhv edilməsidir. Çünki nəhəng qida sektorundan silah istehsalına, narkotik cinayətlərdən insan, orqan alverinə qədər nəhəng pullar gətirən bir çox sahələr insan mənəviyyatının sıradan çıxarılması ilə genişlənə bilər. Geni dəyişdirilmiş məhsullar, savaşların genişlənməsi üçün silah istehsallarının artırılması, narkotik dövriyyələrin genişlənməsi insanın mənəvi dəyərlərini məhv etməklə insanlığa qarşı yönəlmiş cinayətlərdir. Korporasiya dövləti artıq yaranıb və bu geridönüşü olmayan prosesdir. Yeni quruluş üçün mümkün olmayan heç nə yoxdur. Biz belə bir dünyada hüquq elminin problemlərə baxışını mənəvi dəyərlərdən uzaq tutsaq, bu prosesi daha da sürətləndirmiş olacağıq. Alternativ kimi, bu tendensiyaya qarşı olan dünyanın yeni birlik modelləri ilə öz sərhədlərini korporativ dövlət anlayışı üçün möhkəmləndirməkdir”.

Konfransda Rusiyanın çağdaş hüquq elminin yaradıcıları ilə yanaşı ölkənin hüquq sisteminin önəmli simaları da iştirak edib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin konfrans iştirakçılarına mövzu ilə bağlı fikirlərini çatdırmazdan öncə Assosiasyanın sədri professor İlham Rəhimov başda olmaqla bir neçə ölkənin təmsilçisinə 12 kekabr RF-nın Konstitusiya Gününə özəl xatirə medalları verib.

Çıxışını mühafizəkarlıq və liberal dəyərlər mövzusu üzərində quran Bastrıkin bildirib ki, mühafizəkarlığın mənfi tərəflərini qabardan dünya liberal dəyərlər adı altında öz mənəvi dünyasına savaş açıb: “Mühafizəkarlığın insan azadlıqlarını məhdudlaşdıran tərəflərinin olduğunu heç kəs inkar edə bilməz. Ancaq liberal dəyərlər kimi təqdim edilən bir sıra prinsiplər bugünkü dünyada elə bir mənəvi mühit yaradıb ki, bu arzuolunmaz durumu liberallığın aradıcıları, təbliğatçıları da arzulamır. Bir zamanlar bu dəyərləri təbliğ edənlər indi açıq şəkildə bildirir ki, biz mühafizəkarlıqla mübarizə apardığımız zaman cəmiyyətlərimiz təkcinsli nikahlara, insanların cinslərini dəyişməyə yuvarlandığını ağlımıza gətirmirdi. Liberalizm bu gün cəmiyyətlərdə dəyər dağıdıcısına çevrilib və mən bunu çox təhlükəli tendensiya kimi qiymətləndirirəm”.

Şəxsi təcrübəsindən söz açan Bastrıkin gəncliyin durumunu insanlıq dramı kimi dəyərləndirib: “Yeni nəsil artıq başqa bir dünyada yaşayır. Ağıllı telefonlar vasitəsilə Qərb onların şüurunu dəyişməkdədir. Mən həyatımda rep qədər eybəcər “incəsənət” nümunəsi tanımıram. Bu günlərdə qızımla Moskva barlarından birində olduq. Səhnədə əcaib geyimli gənc reper sağlam insan düşüncəsinin qəbul edə bilməyəcəyi sözləri bir-birinin ardına düzüb “mahnı oxuyurdu”. Təxminən belə – zəhləm gedir həyatdan, bezmişəm, öldürəcəm özümü, ya da narkotik verin, Moskvanı yandırım. Dəhşətlisi odur ki, gənclik bunu incəsənət, musiqi sayır, dinləyir, sözsüz ki, təsiri altına düşür. Bu gün NATO ABŞ-a silah satmaq üçün gərək olduğu kimi, musiqidə, incəsənətdə yaratdığı tendensiyalar çoxqütblü dünyanı sıradan çıxarmaq üçün gərəkdir. Hüquqçulara məsləhət görürəm ki, harada olduğumuzu və haraya getdiyimizi görmək üçün Marksı və Engelsi bir daha oxusunlar. Kapital bu gün bütün mənəvi dəyərlərə qarşı silaha çevrilib. Bu tendensiyaların qarşısını biz bu yad düşüncələri cəmiyyətimizə gətirmək istəyənlərə kollektiv dayanışma ilə cavab verə bilərik. Söhbət fərdlərin, cəmiyyətlərin kollektivləşməsi kimi ölkələrin də kollektivləşməsindən gedir. Biz mənəvi dəyərlərin üstün olduğu cəmiyyət modellərini qorumalıyıq”.

Daha sonra Serbiya, Yunanıstan, Qaqauz, Qaraxıstan, Qırğızıstan təmsilçiləri ölkələrinin hüquq təcrübəsindən danışıblar. Müzakirələr əsasən cinayətkarlıqla mübarizə məsələrləri ətrafında davam edən çıxışlarda bildirilib ki, ölkələrin hüquq sistemi ağır cinayətlər üzrə cəzaların daha da sərtləşdirilməsi, az ağır cinayətlər üçün isə yumşaldılması tendensiyaları ətrafında gedib. Qazaxıstan və Qırğızıstan təmsilçiləri milli dövlət konsepsiyasına uyğun olaraq cəzaların verilməsi zamanı milli düşüncəyə dayanan prinsiplərə üstünlük verilməsindən, son illər tətbiq olunan ağsaqqallıq institutunun cəmiyyətdə müsbət mənəvi, eləcə də barışcıl mövqe yaratmasından danışıblar.

Toplantıda Ukraynanın keçmiş ombudsmanı Nina Karpaçovanın çıxışı da maraqla qarşılanıb. Ukraynanın yeni qanunvericiliyindən danışan Karpaçova bildirib ki, ölkənin yeni qanunvericiliyi ölkənin içərisindən deyil, kənar çağırışlar əsasında yaradıldığı üçün bu gün Ukraynada dayanıqlı dövlət yaratmaq mümkün olmur. O, Qərbin beynəlxalq institutlar vasitəsilə Ukrayna qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə müdaxiləsini suverenliyin pozulması kimi qiymətləndirib. Nina Karpaçova bildirib ki, xarici ölkə vətəndaşlarının birbaşa, rəsmi təşkilatçılığı ilə yaradılan qanunvericilik Ukraynanı yarıasılı vəziyyətə salıb: “Bu gün Ukraynada faktiki iki Ali Məhkəmə var. Biri sadəcə Ali Məhkəmə, biri isə Ukrayna Ali Məhkəməsidir. Bu cür ikili dövlət idarəçiliyi Ukraynanın hüquq sistemində elə bir böhran yaradıb ki, insanların ədalətli mühakiməyə inamları məhv olub. Ona görə də yeni dövlət modeli yaranan zaman ən doğru yol təcrübələrin ortaya çıxardığı məqamları qanunvericiyiliyə gətirməkdir”.

Sonra çıxış üçün söz Rusiya Ali Məhkəməsinin hakimi Olqa Vedernikovaya verilib. Avropa İnsan Haqları Məhkəməsi ilə Rusiya münasibətləri məsələsinə toxunan hakim Avropa Məhkəməsində çıxarılan qərarların bir çoxunda Rusiyanın daxili işlərinə müdaxilə elementləri olduğunu bildirib: “Rusiyaya qarşı çıxarılan qərarlardan biri homeseksualların mitinqinə icazə verilməməsi ilə bağlıdır. Rusiya cəmiyyəti bu qərardan qürur duymalıdır. Biz bu insanların şəxsi həyatlarına müdaxilə etmirik. Rusiya qanunvericiliyi həmin insanların başqalarının həyatına müdaxiləsinə qarşıdır. AİHM-nin həmin qərarı birmənalı ikili standartların nəticəsidir. Ümumiyyətlə, Qərb bir çox qərarlarını ikili standartlarla qəbul edir. Dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas götürən Qərb bir sıra məsələlərdə xalqların öz müqəddəratlarını təyinetmə haqqını inkar edir. Biz Serbiya və Krım məsələsində bunu aydın gördük”.

Replika ilə çıxış edən professor İlham Rəhimov isə Qarabağ məsələsindəki ikili standartlardan söz açıb: “Sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratlarını təyinetmə hüququ bir-birini inkar edir. Biz bunu müxtəlif praktikalarda görmüşük. Azərbaycan sərhədlərinin toxunulmazlığı haqqında 4 qətnamə çıxarıb icrası üçün heç bir mexanizm düşünüməyən BMT, xalqların öz müqəddəratlarını təyinetmə hüququnu öz qərarlarına qarşı qoyur. Bu absurddur. Ona görə də düşünürəm ki, yeni dünyada artıq effektivliyi böyük suallar doğuran və konkret güclərin maraqlarına tabe olan beynəlxalq institutların yenidən təşkilinə ehtiyac var”.(ilkxeber.org)



Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat