Bu gün erməni jurnalistlər, sabah Paşinyanın nəvələri gələcək...
Oxunub: 6938
18 Nov 2019 | 00:02
Bu gün erməni jurnalistlər, sabah Paşinyanın nəvələri gələcək...
Azərbaycan niyə torpaqlarını  işğaldan azad edə bilmir? Cavab sadədir: Atəşkəsdən sonra 25 il ərzində torpaqlarını azad etmək üçün Azərbaycan nə vaxt hərəkət etdi ki, bilək görək, bizim buna gücümüz çatır, ya yox. Buna heç cəhd də göstərilməyib axı. Heç bu işə cavabdeh olan dövlətdən xalqın tələbi də səslənməyib. 31 il əvvəl bu vaxtlar, hələ düşmən iddiasını ortaya qoyanda, yüz minlərlə insan Qarabağ tələbi ilə günlərlə Lenin meydanında etiraz edirdi, bu gün artıq düşmən 26 ildir Qarabağın 18 rayonundan 14-nü işğal edib, heç yüz nəfər də bir yerə yığışıb: ”o, Qarabağ, Qarabağ deyirdiniz, bilmirsiniz, o necə oldu?” - deyən yoxdu. Lenin meydanı “Azadlıq” adını alandan sonra orada azad toplaşmaq qadağan olub, Qarabağ da düşmənin əlində qalıb. Belə olanda Qarabağı kimdi sinidə qaytarıb verən bizə? Şəkilinin lotereya almadan maşın udmasını arzulamağı kimi bir şeydi, bizim Qarabağı azad etmək arzularımız. 

Atəşkəsdən 22 il sonra, aprel döyüşləri başlayanda millətdə bir inam yaransa da, bu cəmi üç gün çəkdi və rəsmi, qeyri-rəsmi deyilənlərə görə guya Rusiya zəng vurub deyib ki, “bu işi qurtarın” və biz də dayandırdıq. Niyə? Deməli, bu azadetmə planı olmayıb. Yəni, bu döyüşlərin Qarabağın azad edilməsi üçün başlanmadığı məlum oldu, amma arxasında hansı niyyətlərin dayandığından asılı olmayaraq aprel döyüşlərinin ilk növbədə düşmənə necə təsir etdiyinin və Azərbaycan xalqının da ayaqda olduğunun şahidi olduq.  
  
Bu 25 il yetmədimi, bizə aydın olmadımı ki, erməni sülh yolu ilə torpaqlardan çıxmayacaq? Bu yolla daha bir 25 illər keçər, torpaq qayıtmaz və bizim gələcək nəsillər üçün Qarabağ torpaqları anlaşılmaz bir mübahisə predmeti kimi qəbul olunacaq və bu gün Bakıya gələn erməni jurnalistləri kimi, sabah da Paşinyanın nəvələri gələcək. Buna heç kim şübhə etməsin, bu vəziyyət ona doğru aparır.

Qarabağ Komitəsi Qarabağın azad edilməsi üçün “Nə etməli” sualı ilə bu gün bir tədbir keçirdi. Tədbirə gələnlərin sayı az, sanbalı çox olsa da, yenə illərdir davam edən böyük bir biganəliyin, laqeyidliyin şahidi olduq. Qarabağ belə sürətləmi uzaqlaşıb yaddaşlardan? Bəlkə, hər gün Qarabağ adı ilə bu ölkədə tədbirlər keçirilir, millət hayqırmaqdan, tələbdən, etirazlardan bezib ona görə bu qəddər passivdir. Yox. Bu gün millət vəkili Fazil Mustafa cəmiyyətin durumunu düzgün xarakterizə edib: “Cəmiyyətin böyük əksəriyyəti ciddiliyini itirmiş, vaxtı yola verməklə məşğul olan, bayağılıq mühitində düşüncəni yaxına buraxmayan bir xarakteri mənimsəyib”. Ayıbdı, vallah...
 
Biz bu tədbiri keçirmək istəyəndə televiziyalardan birinə müsahibə verən “məşhur” politoloqlardan biri jurnalistlərə açıqlama vermişdi ki, məsələni müzakirə edəndə “beynəlxalq konyukturanı” nəzərə almağı unutmasınlar.

Nədi beynəlxalq konyuktura? Rusiyanın Ermənistanı müdafiə etməsimi? Elə isə, ölkədəki bu Rusiya məhəbbətinin tuğyan etməsi hardandır? Rusiya açıq bildirirsə ki, Azərbaycan yox, Ermənistan bizə yaxın ölkədir və Qarabağ problemini Qarabağ erməniləri həll edəcək deyirsə və biz də bunu “beynəlxalq konyuktura” adlandırıb əl-qolumuzu tərpətməyəcəyiksə, Qarabağı yüz il də azad edə bilməyəcəyik. Dövlətin necə bir fəlakət qarşısında dayandığının fərqində olmayıb, yalnız maddiyyatı naminə xalqı qorxutmaq və aldatmaqla məşğul olan siyasət adamlarının sayı durmadan artır və onlara geniş meydan verildiyindən, vətən dərdini çəkənlərin də meydanları sürətlə daralır. 

Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsi ingilis, fransız, Amerika tərəfindən faktiki işğal olunanda, Osmanlının sınıq-salxaq rəsmiləri deyirdi ki, biz ya Amerikanın, ya İngiltərənin əlinin altına keçməliyik ki, tamamilə məhv olmayaq. Atatürkün adı gələndə də deyirdilər ki, yaxşı zabitdi, amma bizim gücümüz yoxdur, o ingilisəmi qarşı çıxacaq? Atatürk məhz Qurtuluş savaşı ilə Türkiyəni xilas etməyin mümkünlüyünü sübut etdi və bu günkü Türkiyə Cümhuriyyətini yaratdı. Bu gün  Türkiyənin sərhəddindən kənar həyata keçirdiyi hərbi əməliyyatlar necə? Bu, dünyanın ən güclü ölkəsi ABŞ-la qarşı-qarşıya gəlmək deyildimi? Gəldi və həm də qalib gəldi. Biz qəsdən şişirdilmiş “beynəlxalq konyuktara”ya məhəl qoymadan Qurtuluş savaşına başlamalı və Azərbaycan torpaqlarını azad etməliyik. Biz düşmənə də, Minsk Qrupuna da konkret vaxt verməliyik. 25 il sülh danışıqlarına sadiq olduğumuzu dünyaya xatırladıb, vaxt verməliyik. Və bu vaxt ərzində Qurtuluş savaşına hazırlaşmalıyıq!
 
Bizim müdafiə naziri deyir ki, beynəlxalq şərait imkan vermir. Bir daha deyirəm ki, min il bu şərait dəyişməyə bilər, dəyişsə də bizim üçün bundan da pis olacaq. O beynəlxalq şəraiti biz yaratmalıyıq. 
  
Dekabrda Slovakiyanın paytaxtı Bratislavada  Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan görüşəcək. Əvvəlcə deyim ki, bu il ATƏT-ə sədrlik edən Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın dönəm sədrliyi başa çatır və bu görüşü həmsədrlərlə birgə təşkil etməklə özləri üçün hesabat yazıb, ili başa vuracaqlar və “Krismus” bayramına tələsəcəklər. Məmmədyarov bu görüşü çevriliş xarakterli edə bilərmi? Mümkündür, istək olsa. Əks halda, əvvəllər olduğu kimi görüş təxminən 35-37 dəqiqə çəkəcək və qapıdan çıxandan sonra yenə də baş tutmayan substantiv-köklü danışıqlar haqqında qeyri-müəyyən cavabların şahidi olacağıq. Nə vaxta qədər?
 
İlham İsmayıl
Oxşar xəbərlər
23:47, Bu gün
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
23:46, Bu gün
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
23:35, Bu gün
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
22:51, Bu gün
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
22:35, Bu gün
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
22:31, Bu gün
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
22:24, Bu gün
Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
22:23, Bu gün
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
22:19, Bu gün
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
22:16, Bu gün
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
22:12, Bu gün
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
21:50, Bu gün
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
21:07, Bu gün
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
20:53, Bu gün
Qazaxda təbii fəlakət fəsadlar törədib
20:50, Bu gün
​İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu
20:39, Bu gün
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
20:36, Bu gün
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
20:31, Bu gün
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
20:13, Bu gün
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
20:12, Bu gün
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
20:11, Bu gün
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
20:09, Bu gün
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
19:52, Bu gün
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
19:51, Bu gün
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
19:50, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
19:47, Bu gün
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
19:40, Bu gün
Putin Mişustini Baş nazir təyin edib
19:39, Bu gün
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
19:12, Bu gün
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
19:06, Bu gün
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
19:06, Bu gün
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
19:03, Bu gün
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
18:56, Bu gün
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
18:40, Bu gün
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
18:39, Bu gün
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
18:35, Bu gün
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
18:32, Bu gün
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
18:31, Bu gün
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
18:30, Bu gün
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
18:29, Bu gün
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
18:26, Bu gün
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
18:25, Bu gün
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
18:23, Bu gün
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
18:05, Bu gün
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
18:00, Bu gün
ADU-da “Azərbaycan-Çin (1993-2023)” kitabının təqdimatı olub - FOTO
17:55, Bu gün
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
17:50, Bu gün
Mişustin yenidən Rusiyanın baş naziri oldu
17:45, Bu gün
Fransa həqiqəti təhrif edir: riyakar siyasət bumeranq effekti verə bilər - TƏHLİL + FOTO
17:40, Bu gün
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
17:40, Bu gün
Heydər Əliyevin anadan olmasının 101 illik ildönümü ilə əlaqədar tarixi-sosial çarx çəkilib- VİDEO 
17:37, Bu gün
Putin “İ” üzərində nöqtələri qoydumu?
17:35, Bu gün
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşdü
17:30, Bu gün
İranda bir bəy iki xanımla evlənib - VİDEO
17:25, Bu gün
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
17:22, Bu gün
İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
17:20, Bu gün
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
17:15, Bu gün
Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR
17:12, Bu gün
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
17:10, Bu gün
Real Madrid prezidenti Arda Güləri öpməkdən doya bilmədi - VİDEO
17:05, Bu gün
Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO
17:00, Bu gün
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
16:56, Bu gün
Azərbaycan samboçuları Avropa çempionatını 3 medalla başa vurublar
16:52, Bu gün
İlham Əliyev Şuşanın Turşsu qəsəbəsinin təməlini qoydu
16:50, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:48, Bu gün
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
16:45, Bu gün
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
16:42, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:40, Bu gün
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
16:36, Bu gün
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:32, Bu gün
İranda toy mərasimi yasa çevrildi - VİDEO
16:27, Bu gün
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO
16:24, Bu gün
Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO
16:20, Bu gün
İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü
16:16, Bu gün
İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
16:12, Bu gün
Azərbaycan badmintonçularının Paris-2024-ə hazırlıq planı müəyyənləşib
16:08, Bu gün
Paşinyanın Moskva ziyarətinin formallığı: “Buzlar” yenə ərimədi – ŞƏRH + FOTO
16:02, Bu gün
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
15:59, Bu gün
Vüsalə efirə elə geyimdə çıxdı ki… - FOTOLAR
15:55, Bu gün
“Heydər xalqım deyəcək…” - VİDEO
15:53, Bu gün
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində olub
15:50, Bu gün
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO
15:45, Bu gün
Şuşaya qayıdış belə başladı - VİDEO
15:43, Bu gün
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq
15:38, Bu gün
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
15:34, Bu gün
Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA
15:30, Bu gün
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub
15:27, Bu gün
"Magura V5" dronları Rusiya donanmasına 500 milyon dollarlıq zərər vurub" - Ukrayna BKİ
15:25, Bu gün
Bakıda avtomobil gənc qızı vurub
15:20, Bu gün
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşdü - FOTO
15:15, Bu gün
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR + VİDEO
15:13, Bu gün
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
15:10, Bu gün
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
15:08, Bu gün
Bərdədə küçədə qadını öldürməyə cəhd etməkdə şübhəli bilinən qohumu saxlanılıb
15:04, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar
14:58, Bu gün
Sabunçuda narkoplantasiya aşkarlandı - FOTO/VİDEO
14:56, Bu gün
“Keşiş aksiyası” rəsmi İrəvanın siyasi iradəsinə təsir göstərə bilərmi?
14:53, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO
14:48, Bu gün
Musa Qurbanlının qiyməti açıqlandı - 10 milyon?
14:43, Bu gün
"Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır"
14:41, Bu gün
Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
GÜNLÜK
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
00:50, Bu gün
Zelenski Dövlət Təhlükəsizlik Departamentinin rəhbərini vəzifəsindən azad etdi
00:46, Bu gün
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
02:04, Bu gün
Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı
10:01, Bu gün
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
07:54, Bu gün
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
07:17, Bu gün
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
06:24, Bu gün
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB
11:24, Bu gün
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10:16, Bu gün
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
AYLIQ
12:55, Bu gün
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
00:50, Bu gün
Zelenski Dövlət Təhlükəsizlik Departamentinin rəhbərini vəzifəsindən azad etdi
00:46, Bu gün
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
02:04, Bu gün
Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı
10:01, Bu gün
“Ölkəmizdə əlillərə dövlət qayğısı siyasəti Heydər Əliyevin adı ilə bağlıdır”
07:54, Bu gün
"Baqratın mitinqinə gələn insanlar meydanı tərk edir: əksəriyyəti məyusdur...”-Erməni nəşri
07:17, Bu gün
Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..
06:24, Bu gün
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB
11:24, Bu gün
Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"
10:16, Bu gün
Bakıda bu ərazi plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO