Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik - APA 15 yaşında
Cəmiyyət
Oxunub: 1250
15 Nov 2019 | 15:23
Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik -  APA 15 yaşında
Vüsalə Mahirqızı: “Hədəfimizə hələ tam çatmamışıq...” 

“APA xəbər verir ki...” 15 ildir qəzet və saytların əsas xəbərlərinin ilk cümləsi belə başlayır. Ölkədə hansısa səs-küylü hadisə olanda da, mübahisə doğuran qərarlar veriləndə də hamının gözü bu saytın xəbər lentində dolaşır: “APA bu xəbəri veribmi? Veribsə, demək, düzdür...” 

Doğru xəbərin, etibarlı xəbər qaynağının ünvanı olmaq, bu adı qazanmaq bu gün asan məsələ sayılmır. 15 ildə əldə edilən ən böyük uğurlardan biri də budur əslində. Xəbər istehsalı ilə məşğul olanların da, işini xəbərlə quran peşə sahiblərinin də iş kompüterində daim açıq olan, gün ərzində bir neçə dəfə yenilənən xəbər saytı APA-dırsa, əlavə şərhə ehtiyac yoxdur əslində. Məqsədə çatılıb deyə bilərik. 

Bəli, bu günlərdə həmkarlarımızın, rəqabət aparmaqdan zövq aldığımız APA-nın (Azeri Press Agentliyi) 15 yaşı tamam olur. Ad günü münasibətilə qardaş media orqanı saydığımız, əməkdaşları ilə uzun illərə dayanan dostluğumuz olan agentliyin qapısını döydük. Əlimizdə çiçək... dedik ki, “nə yaxşı ki, varsız və bizimlə fərqli ünvanlarda, amma eyni məqsəd, amal üçün çalışırsınız. Biz bir yerdə güclüyük”. 

Bunun ardınca da onların uğur sirlərini öyrənməyə çalışdıq. Gedilən yol, gəlinən nöqtə, əldə edilən uğurlar. Arzular, planlar, qarşıya çıxan maneələr... 

Bəli, APA-nın “mətbəx”indəyik. Özlərinin də dediyi kimi, qaynar qazanı xatırladan xəbər istehsalı məkanının bir neçə saatını sizlərə təqdim edəcəyik. Amma bu, o qədər də asan olmur. Dedik ya, xəbər istehsal edirlər, gözlərini kompüterdən bir an çəkmələri hansısa mühüm xəbərin qaçırılması, diqqətdən kənarda qalması demək ola bilər. Redaktorlardan biri parlamentdən gələn xəbərləri gözləyir, bir başqa efir “setka”sının hayındadır, başqası məhkəmədən gələn xəbərin. 


APA-nın baş redaktoru Nurşən Quliyev agentliyi yaradan “yeddiliyə”  aiddir. Yəni 7 qurucudan biridir. Dediyinə görə, 15 il əvvəl bu layihəni APA-nın rəhbəri Vüsalə Mahirqızı ilə müzakirə edəndə hədəfləri fərqli olub: “Hədəfimiz bu idi ki, informasiya bazarında bir boşluq var və həmin boşluğu dolduraq. İnformasiya agentlikləri o vaxt çox populyar deyildi. Biz belə qərara gəldik ki, bizim yaradacağımız informasiya agentliyində bütün sahələr əhatə olunsun. Təbii ki, hədəfimiz Azərbaycan mətbuatında özümüzə yer eləmək idi. Biz o hədəfimizə qısa müddətdə çatdıq. Belə məlum oldu ki, hədəfi də düz götürmüşük. İnformasiya agentlikləri arasında APA qısa zamanda özünə yer edə bildi. Daha sonra hədəflər böyüdü, ona doğru irəliləməyə başladıq. Yeni layihələr əlavə olundu. Qarşımıza qoyduğumuz hədəflərdən daha artığına çatmışıq. Amma bu, o demək deyil ki, əlavə hədəflərimiz yoxdur. Daha çox işləmək lazımdır - yeni hədəflərə çatmaq üçün”. 


APA TV-nin rəhbəri Cavid Cabbaroğlu deyir ki, agentliyin yaranmasından iki il sonra bura gəlib və artıq 13 ildir APA-dadır. Keçilən yola baxanda isə o qənaətə gəlir ki, APA nəinki qarşısına qoyduğu məqsədlərə çata bilib, hətta Azərbaycan mətbuatı üçün bir flaqman rolunu oynamağı bacarıb: “APA-ya qədər biz normal xəbər agentliklərinin məlumatlarını nə əzabla redaktə edib, Azərbaycan dilinə uyğunlaşdırıb qəzetə verirdik. APA məhz Azərbaycan oxucusu üçün Azərbaycan türkcəsində xəbərin necə yazılmalı  olduğunu müəyyənləşdirdi. APA-dan sonra yaranan informasiya agentlikləri onun qoyduğu cığırla hərəkət etdilər”. 


Konkret APA TV-yə gəlincə, C.Cabbaroğlu bildirdi ki, təsəvvürlərində tutduğu nələrisə reallaşdırmağa çalışırlar: “Bizim əlimizdəki statistika Youtube və Facebook, eləcə də sayt üzərindən olan baxışın ümumi nəticəsidir. Bu ümumi baxış göstəricisi də hər şeyi deyir. APA TV-nin yayını səhər saat 10-dan axşam 24.00-ə qədər davam edir. Hər saatbaşı xəbərlər verilir. Hazırda 12 verilişimiz var. Hər birinin tamaşaçı auditoriyası var. Kiçik kollektiv və texniki imkanlarla bu, bizim edə biləcəyimi ən maksimal işdir və biz bunu edə bilirik”. 

APA TV-nin aparıcılarından Nəsimi Nəbizadə isə hesab edir ki, tamaşaçı üçün televizor çərçivəsinin böyük fərqi yoxdur: “Televizor çərçivəsi birinin evində böyük, digərinin evində kiçik ola bilər. Əsas odur ki, orda göstərilənlər keyfiyyətli olsun. APA məndən ötrü xəbər zavodudur. Burda işləmək həm çətindir, həm də maraqlı. Çətinlik, rəqabət olan yerdə gözəl nəticə də olur. “APA Group”un tərkibində bir neçə redaksiya, saytlar fəaliyyət göstərir. Hətta onların arasında da rəqabət var. Arzu edirəm ki, bu 15 il 30 olsun, 30 il 45, 45 il isə 60 olsun”. 


APA-nın redaktorlarından olan Gülşən Hacıyeva da APA-nın yaradıcılarından, ilk 7-ilikdə olanlardan biridir. Müsahibimiz buna görə hər zaman fəxr hissi keçirdiyini deyir: “Bir insanın fəxr etdiyi iş yerinin olması onun xoşbəxtliyinin təxminən yarısıdır. Çünki sevə-sevə gəldiyin iş var. Hər səhər oyanırsan və işə məcburiyyətdən yox, sevə-sevə gəlirsən. Bu, bir insanın həyatında önəmli faktordur. Müsbət ola bilmək üçün, həyata pozitiv baxa bilmək üçün bu, çox önəmlidir. İlk 7-liklə APA-nı quranda bu yerə gəlmək bəlkə də xəyallarımızda idi. Bəlkə də bir-birimizə xəyallarımızı deməyə utanırdıq. Amma inanırdıq ki, bu, olacaq. Bugünkü gəldiyimiz yerdən də məmnunam. Çünki APA hətta hədəflədiyi nöqtədən də yuxarılara gəlib çatdı. Dayanmaq da yoxdur, proses davam edir. 15 il sonra biz harada olarıq, APA harada olar, bunu da xəyal edirik. Tam olaraq təsəvvürümüzü dilə gətirmək çətindir”.


APA-nın reportyorlarından olan Kəmalə Quliyeva isə APA-ya gələnə qədər agentlikdə çalışmayıb: “Qəzet jurnalisti idim və agentlik təcrübəm də yox idi. APA-ya 2008-ci ildə gəldim. Onda APA-nın heç 4 yaşı yox idi. Birdən-birə gəldim, sanki birdən qaynar xəbər qazanının içinə düşdüm və xəbəri APA ilə sevdim. Ona qədər xəbər janrını sevmirdim. Mənim üçün xəbər APA deməkdir. Hansısa xəbərin öncə səndə olmasının verdiyi həzzi heç nə ilə əvəz eləmək mümkün deyil. Əsl jurnalistlər bunu yaxşı başa düşür ki, bu həzz nə deməkdir. Mən bunu APA-da yaşamışam. APA mənim ailəmdir, mən ailəmin içindəyəm. APA-dan kənarda olmağı təsəvvür də etmirəm və bu ailənin daha da böyüyüb şaxələnməsini arzulayıram - biz burada olsaq da, olmasaq da”. 


“APA Group”a daxil olan Etibb.az saytının rəhbəri Məhbubə Qasımbəyli isə 2017-ci ilin martın əvvəlindən APA-da çalışır və hazırda etibb.az saytına rəhbərlik edir. Həmkarımız deyir ki, onun üçün APA ikinci evi deməkdir: “İlk gündən çox doğma bir kollektivə gəlmişəm. Elə bir gün olmayıb ki, hansısa media orqanı APA-ya istinad etməsin. APA demək olar ki, bizim Azərbaycan mətbuatının əsas istinad yerlərindən biridir. Əsas istinad yeridir desək daha doğru olar. APA-nın öz fəaliyyətinə qısamüddətli fasilə verdiyi zaman onun yeri, rolu daha çox bilindi”. 


APA-nın tanınan reportyorlarından olan Hafiz Heydərov üçünsə APA etibarlı xəbərin mənbəyidir: “Yarandığı gündən bu günə qədər APA sübut etdi ki, doğru xəbəri yazmaq mümkündür. Doğru xəbərlə özünü ölkədə və dünyada tanıtdı. APA mənə doğmadır. Məni APA-ya bağlayan bir çox səbəblər var. Həm iş baxımdan, həm də APA-da öz həyatını quran şəxslərdən biriyəm. Yəqin ki, nə vaxtsa APA-dan ayrılsam, başqa media orqanında çalışmayacam. APA-dan getsəm, mətbuatdan da gedəcəm.” 


Kulis.az dərgisinin rəhbəri Şərif Ağayarsa hesab edir ki, “APA Group”a daxil olan bütün saytların uğurunda agentliyin də uğuru var: “Kulis.az Azərbaycanda bu istiqamətdə olan ən böyük layihədir. Ədəbiyyat və mədəniyyət portalı kimi. İstər büdcəsi, istər daimi əməkdaşları, maddi-texniki bazası. Bu şəraitdən nələr istifadə olunub – bu, tamaşaçıların gözü qabağındadır. Bizim bazaya baxıram – nələr yazılıb, müsahibələr götürüb. Azərbaycan reallığı üçün hətta həqiqət üstü, imkansız işlər görülüb. Kulis-in bazasında 20 mindən yuxarı, hər an oxuna biləcək materiallar var. Elə bir yazıçı yoxdur ki, onu geniş şəkildə danışdırmayaq”. 


Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu APA-nın oxucularını da, rəqiblərini də təbrik edir. Onun fikrincə, APA Azərbaycan media məkanında peşəkarlıq standartlarının xeyli dərəcədə cilalanması ilə yadda qalıb: “APA Azərbaycanda ən dəqiq xəbər mənbəyi sayılmağa iddialıdır. Hələ bu ailəyə qatılmamışdan əvvəl Vüsalə xanımla təmaslarda bunu deyirdim ki, qarşılarına qoyduqları bu məqsəd çətindir. Amma zaman göstərdi ki, çətin olsa da, bunun öhdəsindən gəlmək mümkündür. Qısa müddət sonra bu quruluşun içinə daxil oldum, Vüsalə xanımla birgə lent.az-ı yaratdıq. 11 ildən artıqdır ki, bu holdinqin içərisində çalışırıq. APA güvənilən informasiya mənbəyi olmağa iddialıdır və bu iddiasının 90 faizindən artığına nail olub. Yerdə qalan faiz özündən asılı olmayan amillərlə, Azərbaycanda informasiya əldə etmək baxımdan çətinliklə bağlıdır. Bu da zamanla həll olunmaqdadır. Ümumi mənada uğurun sirri isə həm şirkətin yaradıcısı Vüsalə Mahirqızının, həm APA-nın redaktor heyətinin, həm də uzun illər burda çalışmaqla peşəkarlaşmış müxbir heyətinin içindəki hikkə ilə bağlıdır - xəbər məkanının lideri olmaq hikkəsi. Jurnalistika inad, hikkə sevən peşədir. Bu hisslər yoxdursa, uğura nail olmaq çətindir. APA-nın bu inadını təqdir edirəm, inadının nəticəsini təbrik edirəm. 15 il bir igidin ömrüdür. Bu igidə də “qılıncın kəsərli olsun” deyirəm”. 


Və sonda “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı ilə bu əlamətdar tarixi təhlil edir, təqvimin səhifələrini birgə vərəqləyirik. Müsahibimiz deyir ki, 15 il əvvəl APA ilə bağlı qarşılarına qoyduqları məqsədin bir hissəsinə gəlib çıxa biliblər: “15 il əvvəl APA-nı yaradanda mən düşünmürdüm ki, belə bir böyük şirkət olacaq. Kiçik bir agentlik yaratmağı düşünürdük. Çünki həmin vaxt Azərbaycanda olan agentliklər kiçik kollektivlərlə fəaliyyət göstərən, xəbər yayımı ilə məşğul olan, adları məşhur olan, amma kollektiv olaraq, brend olaraq görünməyən qurumlar idilər. Ad var idi, brend var idi, amma kollektiv kimi, media simvolu kimi görünmürdülər. Biz də təxminən bu stildə bir agentlik yaratmağı düşünürdük. Əlbəttə, burada məsələ ondan ibarət oldu ki, Azərbaycanda mərhələ dəyişdi. İnternet medianın, sosial şəbəkələrin dominantlığı başladı. Sosial şəbəkələr üzərindən yayımlar, internetdən yayımlar çoxaldı. Ağıllı telefonlar çoxaldı, smart düşüncə qalib gəldi. Bu da təbii ki, bizim fəaliyyətimizi birə on artırdı. Hesab edirəm ki, klassik agentlik modelindən internet media modelinə adaptasiya ola bildik. Amma mənim hədəfim APA-nı təkcə informasiya agentliyi yox, analitik araşdırlama mərkəzi kimi görməkdir. Hələ ki, o hədəfə doğru gedirik, amma ona tam çatmamışıq”. 

Müsahibimiz yaxın bir il üçün, konkret olaraq 2020-ci il üçün ən böyük hədəflərinin də elə analitik informasiya mərkəzi yaratmaq olduğunu dedi: “Bu istiqamətdə işlər gedir. Hələlik texniki işlər gedir – ofisin təmir olunması. APA-nın fəaliyyəti dayanandan sonra ONA olaraq mediaya gəldik. Hazırda ONA da fəaliyyət göstərir. Biz onu analitik mərkəz kimi formalaşdırmaq fikrindəyik. Müxtəlif dillərdə fəaliyyət göstərməyi hədəfləyiriik. Təkcə ölkədaxili yox, sosial media təhlili, regional informasiya təhlili ilə məşğul olmağı planlayırıq”.

“APA bu rəqabətə tab gətirmək üçün nələr edir” sualına cavabda isə V.Mahirqızı bildirdi ki, əslində müasir dövrdə İnternet medianın rəqabəti internet texnologiyanın inkişafı ilə ölçülməlidir: “İnternet texnologiyanın inkişafına adekvat olmalıdır. Yeni bir alət çıxıbsa, ona mütləq inteqrasiya olmalısan. Biz yarandığımız vaxt klassik rəqiblərimiz olan media qurumlarının çoxu sıradan çıxdı. Bəzilərini fəaliyyəti aşağı düşdü, bəzilərisə ümumiyyətlə, bazardan getdilər. Səbəb İnformasiya texnologiyalarının inkişafına adekvatlığın göstərilməməsi idi. Mənim düşündüyüm bundan ibarətdir ki, yaxın bir neçə il ərzində bizim üçün indi favorit olan, 2019-cu ildə daha çox saytların sıradan çıxması gözlənilir. Desktop versiyaların sıradan çıxması tendensiyası gedib. Əgər “Google Analitics”in nəticələrinə baxsaq, görərik ki, hər bir saytın girişinin 30-40 faizi desktop versiyalarındandır. APA o saytlar arasında favoritlərdən biridir ki, girişinin 60 faizi desktop variant üzərindəndir. Bu, o deməkdir ki, iş adamları, informasiya istehsalı, istehlakı ilə məşğul olan şəxslər APA-ya baxırlar. Oxunan saytlar mobil versiyadan oxunur. Yaxın 2-3 il ərzində bu, App-lərlə əvəz olunacaq. Biz APA-nın bu ilki ad günündə onun App versiyasını təqdim edəcəyik. Bir APP-ı mobil versiyaya yükləməklə insan həm xəbər ala biləcək, həm televiziyaya baxa biləcək. İstədiyi xəbərləri seçəcək, maraq dairəsində olan xəbərləri izləyə biləcək. Hazırda əsas prioritetimiz sosial media üzərindən işi artırmaqdır. Yeni nə texnologiya gəlirsə, onunla ayaqlaşırıq. Çünki ayaqda qalmağın yolu budur”. 


V.Mahirqızı bildirdi ki, bu ilin əvvəlindən prezident İlham Əliyevin elan etdiyi islahat kursu mediada da özünü göstərməyə başlayır: “Belə ki, işartılar var, tənqidlə bağlı açılımlar var. Bu, daha da çox olmalıdır, debat mühiti yaradılmalıdır. Media artıq debat mühitini mütləq edib. Artıq monoloqlar keçmir, açıq müzakirələr olmalıdır. İnformasiya siyasətinə dəyişiklik olmalıdır. Hər zaman dediyimiz kimi, tənqidi xarici brend olmaqdan qurtarmaq lazımdır. Ölkə daxilindəki siyasi, daxili məsələlərdə ağıllı tənqidlərə, müzakirələrə çatımlı olmaq lazımdır”. 


“Bəs APA-nın  uğura çatmaq üçün qarşısındakı ən böyük maneələr nədir” sualına gəlincə, V.Mahirqızı dedi ki, ciddi texniki, maliyyə olaraq problemləri barədə danışmaq mümkün deyil: “Ən böyük problem kadr sahəsindədir. Müasir kadrların olması, informasiya texnologiyaları sahəsində kadrların olmamasıdır. Bizim ölkəmizdən ən çox “beyin axını” olaraq gedən insanların böyük əksəriyyəti İT mütəxəssisləridir. Bu məsələ ilə bağlı dövlətin ən yüksək strukturları bir çözüm axtarmalıdır. Peşəkarları bu sahədə saxlamaq çətindir. Çünki media komfortlu sahə deyil”. 

Sonda agentliyin qurucusundan uğur devizlərinin nə olduğunu soruşduq. Cavab təəccübləndirmədi: “Xəbər bizim işimizdir”. (Musavat.com)


Oxşar xəbərlər
22:00, Bu gün
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
21:59, Bu gün
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
21:56, Bu gün
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
20:03, Bu gün
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR