“Mehriban xanım Azərbaycan üçün xeyli iş görüb və görməkdə davam edir”
Oxunub: 914
27 Aug 2019 | 10:36
“Mehriban xanım Azərbaycan üçün xeyli iş görüb və görməkdə davam edir”
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

leyla
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

Mehriban
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub.

Rusiya prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

Mehriban Əliyevanın Azərbaycanda keçirilən I Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

İctimaiyyətdə tanınan xanımlar “Yeni Müsavat”a açıqlamalarında Mehriban Əliyeva ilə bağlı fikirlərini bildiriblər.

leyla
Öncə qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Leyla Əliyeva “Instagram” səhifəsində Şövkət Ələkbərovanın ifasında “Mehribanım” mahnısını paylaşıb. Paylaşımda Mehriban Əliyevanın həyatının müxtəlif illərinə aid fotolar yer alıb.

Novella
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a dedi ki, qadın cəmiyyəti olaraq Mehriban Əliyevanı təbrik edirlər:

“Mehriban xanım Azərbaycan üçün xeyli iş görüb və görməkdə davam edir. Məktəblər, xəstəxanalar açır, imkansız ailələrə yardım edir və sairə. Xüsusilə də onun şəhid və qazi ailələrinə qarşı diqqəti danılmazdır. Gördüyü işlərin hamısı göz qabağındadır. Həm Heydər Əliyev Fondu gözəl işləyir, həm də problemi olan insanların dərdinə yanıb, problemini həll edir. Bizim yanımıza xeyli insan gəlib və deyib ki, Mehriban xanımın köməkliyini görüb. Mehriban Əliyeva insanların bir ümid yeridir. Yerdəki məmurlar vətəndaşlara kömək etmədikləri halda, Mehriban xanım sonuna qədər insanlara dəstək olur.

Mehriban
Güclü qadındır, Azərbaycanı bütün dünyada layiqincə təmsil edir. Biz beynəlxalq jurnalistlərin, siyasətçilərin ona münasibətlərini görürük. Bunların hamısı xeyli müsbət cəhətlərdir. Bundan əlavə, onu da qeyd edim ki, Mehriban xanımın təşəbbüsü ilə həmişə amnistiya olub. Çox istərdim ki, yenə də belə hal baş versin və həbsdə olan siyasiləri buraxsınlar. Bununla da həm bizi, həm də Azərbaycanı siyasi məhbus sözündən azad etmiş olar. Onun bu təşəbbüsü çox gözəldir. Xahişim odur ki, yenə də davam etsin. Çox istərdik ki, qadın təşkilatlarına da diqqət etsin. Bizimlə görüş təşkil etsə yaxşı olar ki, biz də dərdimizi ona deyə bilərik”.

“Teleqraf
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı: “Öncə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edirəm. Bu təbrik həm də bütün qadınlarımıza düşür, çünki məhz Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatındakı rolunu genişləndirdi, möhkəmləndirdi. Bu gün Mehriban xanım Əliyeva deyəndə Azərbaycan qadınının siması, dövlətin və xalqın həyatında oynadığı rol yada düşür. Bu təsadüfi deyil. Çağdaş tariximizdə Mehriban Əliyevanın yeri və yolu özünəməxsusdur, təkrarsızdır. Bu da səbəbsiz deyil. Tariximizdə müxtəlif missiyaları həyata keçirən xanımlarımız olub. Lakin Mehriban xanım Əliyeva bu missiyaları - istər diplomatiya, istər mədəniyyətin qoruyucusu, istər şəfqətli əlləri ilə insanlara kömək etməsi - ayrılıqda yox, bütöv halında daşıyır, onu həyata keçirir. Bu baxımdan, müasir Azərbaycan tarixində genişmiqyaslı, hərtərəfli ictimai-siyasi fəaliyyətinə görə seçilən ikinci bir qadının adını çəkmək mümkün deyil. Dövləti dövlət edən onun illərlə, əsrlərlə formalaşdırılan ənənələridir. Və Azərbaycan qadınına seçmək, seçilmək hüququnun verilməsi tarixi ilə Mehriban xanım Əliyevanın fəaliyyətində assosiasiya olunan maraqlı detal var. 100 il öncə, 1919-cu ildə Azərbaycanda qadınlara geniş hüquqlar verildi. O zaman cümhuriyyəti quranların məqsədi Azərbaycan qadınının dövlətin idarə olunmasında, xalqın taleyində ən yüksək səviyyədə iştirakına nail olmaq idi. Yalnız 100 il sonra, bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını buna nail ola bildi. Düşünürəm ki, burada İlahi bir missiya var. Bu missiyanı ləyaqətlə üstlənmək Mehriban xanıma nəsib oldu”.

Politoloq
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın müstəqillik qazanması bir sıra məsələlərdə olduğu kimi qadınların siyasətdə rolunun artması məsələsinə də öz təsirini göstərdi: “Lakin ilk onillikdə qanunvericilik və icra orqanlarında qadınlar bərabərhüquqlu şəkildə təmsil olunsa da, ölkəmizin siyasi elitasında nüfuzlu, siyasi proseslərdə aktiv iştirak etmək potensialı olan qadınlar demək olar ki, yox idi. Məhz Mehriban xanım Əliyevanın siyasi proseslərə qoşulması bu stereotipləri aradan qaldırdı. Onun siyasi elitanın praqmatizmi və humanizmi özündə birləşdirən müdrik siyasətçi kimi fəaliyyəti, prezidentin və xalqın ona olan etimadını doğrultması ölkənin ikinci şəxsinə çevrilmək haqqı verdi. Mehriban Əliyevanın ölkə daxilində və xaricində fəaliyyəti ən həssas, ağır sahələri əhatə edir. O, ölkə xaricində, o cümlədən erməni diasporunun fəal olduğu ölkələrdə ermənilərin anti-Azərbaycan təbliğatını alt-üst edir. Azərbaycanın yüksək mədəniyyətin beşiyi olan müasir dövlət olduğunu bütün dünyaya çatdırmaqla, bunun əksini iddia edən ermənilərin və onların havadarlarının qəlbinə öz fəaliyyəti ilə xəncər kimi saplayır. ATƏT-in Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının üzvü, illərlə anti-türk və anti-Azərbaycan siyasəti ilə seçilmiş, Dağlıq Qarabağın qondarma rejimi ilə qardaşlaşmış şəhərlər adı altında əməkdaşlıq edən Fransanın mərkəzində ölkəmizin təbliğatını qurmaq, bu işdə şəxsən iştirak edərək Fransanın ən nüfuzlu siyasətçilərini Azərbaycanın dostuna çevirmək məhz Mehriban xanımın fəaliyyətinin nəticəsidir. Ermənilərin illərlə xaricdə apardığı anti-Azərbaycan təbliğatı puç edən də məhz Mehriban xanımdır. Onun uğurlu fəaliyyəti həm də dünya siyasətində böyük nüfuza malik olan güc mərkəzi, Avropa ölkələrinə və ABŞ-ın siyasətinə təsir imkanları olan Vatikanla yaxın əməkdaşlıqda da özünü qabarıq göstərir. Ümumilikdə Mehriban Əliyevanın fəaliyyəti həm dünya siyasətində, həm Azərbaycan diplomatiya tarixində yeni bir istiqamətdir”.

Tənzilə
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Mehriban Əliyeva çox böyük missiyaları həyata keçirir:

“O, həm YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir ki, bu, çox böyük missiyadır. Həm də ölkənin birinci vitse-prezidenti, prezidentimizin xanımıdır. Mehriban xanımın öz həyat yoldaşı ilə çiyin-çiyinə ölkəmizin taleyüklü məsələlərində rol alması da çox böyük bir missiyadır. Mehriban xanım bu işləri çox ləyaqətlə yerinə yetirir. Biz bunu izləyir və sevinirik ki, ölkəmizi xaricdə çox ləyaqətlə təmsil edən birinci xanım var. Mehriban xanım həm də çox mərhəmətli bir ana simvolu yaradıb. Hələ illər öncədən uşaq evlərini təmir etdirib, onlara çox ciddi qayğı ilə yanaşır. Bütün bunlar onun bir mərhəmətli ana obrazını yaradıb. Bizim gözümüzdə Mehriban xanım Azərbaycan qadınının çox çağdaş bir obrazı kimi fəaliyyətdədir. Biz də ona uğurlar arzu edirik, bu cür şərəfli işində ona dəstəyik. Doğum günü mübarək olsun”.(musavat.com)
Oxşar xəbərlər
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO