Rza Xudiyev: “Yanğınların əsas baş vermə səbəbi insan faktorudur”
Cəmiyyət
Oxunub: 1226
24 Aug 2019 | 18:35
Rza Xudiyev:  “Yanğınların əsas baş vermə səbəbi insan faktorudur”
Moderator.az Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin APA-ya müsahibəsin təqdim edir.

Rza Xudiyev son günlər respublikanın müxtəlif bölgələrində qeydə alınan meşə yanğınlarının baş vermə səbəblərini açıqlayıb 

- Son günlər təbiətdə baş verən yanğınlar, meşə yanğınları daha çox diqqət cəlb edir. Yanğınların artmasının əsas səbəbləri nədir? 

- İyun-iyul aylarında havanın temperaturu müxtəlif olurdu. İyunda bir az isti havalar olub, iyul ayı nisbətən sərin keçib. Avqustda isə havalar kəskin istiləşdi. Sözsüz ki, havanın istiləşməsi, quraqlıq, yağışların olmaması meşə ərazilərində potensial təhlükə yaradıb. Bunun nəticəsində Azərbaycanın müxtəlif bölgələrində isti hava şəraiti ilə əlaqədar yanğınlar başlayıb. Ölkənin cənubunda, Lənkəranda Hirkan qoruğunda ötən gün yanğının söndürülməsinə nail olduq. Ağsu ərazisində də yanğın məhdudlaşdırılıb. Qəbələ rayonu ərazisində bu gün yanğın hadisəsi qeydə alınıb. Yanğınsöndürənlər hazırda hadisə yerindədirlər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi, yanğınsöndürənlər, Mülki Müdafiə qoşunlarının əsgərləri cəlb olunublar. Yanğın texnikalarından başqa tırtıllı traktorlar və müxtəlif texnikalar da cəlb olunaraq yanğının söndürülməsində istifadə olunur.

- Meşə yanğınlarının baş vermə səbəbləri hansılardır?

- Yanğının əsas baş vermə səbəbləri arasında insan faktoru rol oynayır. Yanğın səbəblərinin 70-80 faizinə səbəb bu olur. İnsanlar meşə ərazilərində istirahətə gedirlər, qəsəbələrdən, kəndlərdən meşələrə gedib-gəlir, müəyyən meyvə və giləmeyvə yığırlar, bəzən bu cür vəziyyətlərdə odla ehtiyatsız davranma halları olur. Meşənin hansısa hissəsində tonqal qalaya bilərlər, ocaq qalayıb, samovar dəmləyə bilərlər. Həmin adamlar çıxıb gedirlər, amma yandırdıqları közü söndürmürlər. Külək başlayır, bildiyiniz kimi dağlıq ərazilərdə külək çox olur, qısa zamanda yanğının böyük əraziyə yayılmasına səbəb olur. Bilirsiniz ki, meşələr dağlıq ərazilərdə yerləşir, oranın relyefi o qədər mürəkkəbdir ki, texnikanın, şəxsi heyətin hərəkəti müəyyən dərəcədə məhdud olur. Yanğın baş verəndə qısa zamanda müxtəlif istiqamətlərdə yayılmağa başlayır ki, bu zaman tələb olunan texnikanın qısa zamanda əraziyə cəlb olunması çətin olur. İlkin olaraq yanğın yerinə 1-2 avtomobil gedir, amma sözsüz ki, onların gücü çatmır. Bu səbəbdən həmin əraziyə digər rayonlardan kömək göndəririk. Bu da vaxt itkisinə gətirib çıxarır ki, yanğın qısa zamanda böyük sahələrə yayılır və orada yanğının söndürülməsi mürəkkəb olur. Tikanlı kollar, keçilməz yollar, sıldırımlı qayalar çətinlik yaradır. Yanğının söndürülməsi işini təşkil etmək üçün külli miqdarda texnika, canlı qüvvə tələb olunur. Bütün bunlar cəmləşdirilməli və qərargah yaradılmalıdır. Hər bir sahə üçün insanlar təhkim olunmalıdır. Od söndürücü vasitələrin yanğın yerinə çatdırılması vacib məsələdir. O yerlər bildiyiniz kimi dağlıq ərazidir, hər bir texnika dağların ətəyinə hərəkət edə bilmir. Yol yoxdur, traktorlarla açılan yollardır. Söndürücü vasitələrin ora çatdırılması üçün xüsusi texnika seçilməlidir. Müəyyən yerlər var ki, texnikalar hansısa bir əraziyə çatırlar, o ərazidən sonra yanğın yerinə çiyinlərindəki əl vasitələri ilə piyada hərəkət etməyə başlayırlar. Əl vasitələri ilə də yanğın yerinə gedəndə kifayət qədər söndürücü vasitə aparmaq mümkün olmur. Rayonlarda dağlıq ərazilərə Bakıdan aviasiya cəlb olunur. Bütün bunlar hamısı vaxt itkisinə gətirib çıxarır. Demirəm ki, buna bir sutka vaxt gedir, dəqiqələrlə, saatlarla vaxt itirəndə belə yanğın bizi gözləmir, yayılmağa başlayır. Yanğın da böyük ərazini əhatə edəndən sonra məhdudlaşdırılması çox mürəkkəb olur. Meşələrdə bildiyiniz kimi, müxtəlif növ ağaclar, kollar var. Yanğının yayılmasının birinci səbəbi kol-koslardır. Onlar yanğını böyük əraziyə yayırlar. Daha sonra da yanğın kol-koslardan ağaclara keçir. Meşələrdəki ağacların yaşı çoxdur, nəhəngdir. Bir ağac yananda onu söndürmək üçün nə qədər su tələb olunur. Ağaclar dayanmış vəziyyətdə içəridən yanır ona görə içinə suyun verilməsi də mümkün olmur. Sözsüz ki, biz bütün yanğınsöndürmə üsullarından istifadə edirik. Hər bir yanğının öz xüsusiyyəti var. Məsələn, Lənkəranda baş verən yanğınla Qəbələdəki yanğında fərq var. Ona görə də hər bir yanğının öz yanğınsöndürmə üsulunu seçirik. Baxırıq ki, hansı daha əlverişlidirsə, biz həmin üsullardan istifadə edirik.

- Yanğınların söndürülməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Bildiyiniz kimi, dünyanın hər bir yerində yanğınlar baş verir. Rusiyada 312 min hektar ərazidə yanğın baş verib, 1 aydan çoxdur söndürmək mümkün olmur. Bunun nəticəsində kəndlər tamamilə yanır, evlər, insanların əmlakları məhv olur. Banqladeşdə 15 min ev yanıb. Amma biz ona imkan verməmişik ki, yanğın meşəyə yaxın olan kəndlərə keçsin. Kəndləri, fermaları, insanların təsərrüfatını qoruyuruq. Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texnikası, avadanlığı var ki, bunlardan istifadə etməklə yanğının söndürülməsinə nail oluruq. Bizdə son günlərdə meşələrdə baş verən yanğınların söndürülməsi 3 gün yarım, maksimum 4 gündən o tərəfə keçməyib. Düz meşələrdən fərqli olaraq dağlıq ərazidə yanğını söndürmək qat-qat çətindir. Biz 3-4 gün müddətində Lənkəranda yanğını söndürdük, qoruğun əsas hissəsini mühafizə etdik. Həmin yanğın demək olar ki, Lerik meşələri ilə sıx birləşib. O ərazidə yanğının Lerik meşələrinə keçməsinin qarşını aldıq. Əgər yanğın ora keçsəydi, söndürülməsi daha da mürəkkəb olacaqdı. Çünki orada qədimi, nəhəng ağaclar çoxdur, söndürülməsi çox çətin olardı. O yerlərə texnikanın hərəkəti də məhduddur. Ona görə biz şəxsi heyətin qarşısına müəyyən tapşırıqlar qoyduq ki, yanğının nəyin bahasına olursa-olsun, Lerik meşəsinə keçməsinin qarşısı alınsın. Ötən gün 11:30 radələrində yanğının qarşısını aldıq, amma buna baxmayaraq, havanın temperaturunun təxminən 40 dərəcə olmasına görə, söndürülmə ilə bağlı məlumat vermədik ki, gözləyək, mühafizədə duraq ola bilər ki, yenidən alışar. Artıq axşam radələrində orada işimizi yekunlaşdırdıq. Hazırda o ərazilər mühafizəyə götürülüb, orada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən postlar yaradılıb, FHN əməkdaşları da təhlükəli nöqtələrdə postlar qurublar, avadanlıqlar yerləşdirilib ki, təkrar yanğın baş verərsə, tez qarşısını ala bilək. Yəni ərazi tam nəzarətə götürülüb. Ağsuda da demək olar ki, hazırda yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur. Şəxsi heyət, aviasiya cəlb olunub, bütün tüstüləyən kötüklər söndürülür. Bakıdan yanğın baş verən hər bir zonaya rəhbər heyətdən qruplar yaradılıb və gedilib.

- Yanğınların bir çox halda biçilmiş taxıl sahələrinin yandırılması zamanı alovun meşə zolağına keçməsi nəticəsində baş verdiyi məlumdur. Biçilmiş taxıl sahələrinin yandırılmaması üçün çağırışlara, hətta qanunda cərimə nəzərdə tutulmasına baxmayaraq, buna əməl olunmur? Bu barədə nə deyə bilərsiniz?

- Bizi əsas narahat edən də budur, başa düşməliyik ki, meşələr bizim sərvətimizdir. Azərbaycanın 10-12 faizi demək olar meşədir, bunu da qorumaq lazımdır. Çünki həqiqətən də ölkəmizin gözəlliyi o meşələrdə, dağlardadır. Təəssüf ki, bəzən səhlənkarlıq olur, meşələrin qiymətini, dəyərini başa düşmürük. Təəssüf ki, bu gün hansısa kənd, meşə ərazisində yanğın baş verirsə, könüllülər çox az olur. Xaricdə, məsələn, Avropada bu cür hadisələr zamanı könüllülər çox olur. Həmin könüllülər yanğınsöndürənlərə kömək edirlər, onlarla çiyin-çiyinə işləyirlər. Amma bu gün bizdə könüllülər çox azdır. Bir kənddə məsələn, 500 nəfər yaşayırsa, onlardan maksimum 15-20 nəfəri köməyə gəlir, digərləri oturub kənarda tamaşa edirlər. Bir də görürsən bələdçilər bizə elə əlverişli yollar göstərirlər ki, o yollarla hərəkət edərək düz yanğının qarşısına çıxırıq və vaxtında qarşısını ala bilirik. Sözsüz ki, yanğında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi, kənd əhalisi ilə konsultasiyalar aparırıq. Hansı əlverişli variantdırsa, yanğının söndürülməsində o variantdan da istifadə edirik. Yanımızda yerli əhali nə qədər çox olsa, özümüzü o qədər rahat hiss edirik. İstəyərdim ki, bizi oxuyanlar bundan nəticə çıxarsınlar. Bu bizim ümumi problemimizdir, hər bir vətəndaşa aiddir. Vətəndaşlarımız məsuliyyətli olmalıdır. Təbliğat məsələləri ilə bağlı açıq etiraf edim ki, neçə meşədə olmuşam, yanğının söndürülməsində iştirak etmişəm, o meşələrdə təbliğat xarakterli nişanlar yoxdur insanları nəyəsə çağırsın ki, ehtiyatlı olun, oddan istifadə etməyin, yerə siqaret kötüyü atmayın. Meşə ilə gedəndə yol kənarlarında lövhəciklər olmalıdır ki, insanlar onu görsün. Heç olmasa onu oxuyan insan anlasın ki, bura təhlükəlidir, bura nəsə atmaq, yandırmaq olmaz, bu fəlakətə gətirib çıxara bilər. Bu, ekologiyaya da mənfi təsirini göstərir.

Kənd ərazisində taxıl, buğda əkənlər bilməlidirlər ki, o yeri yandırmaq olmaz. Birinin buğdası yetişib onu biçəndən sonra çalışır ki, yeri tez yandırıb sonra bir də şumlayıb il ərzində ikinci məhsulu götürsün. Amma qonşusu hələ taxılını biçməyib. Sözsüz ki, özləri hansısa səddi yaradırlar, yanğın baş verəndə külək yaranır o yerdə. Soyuq və isti hava kütləsi birləşməsindən yanğın yerində burulğan yaranır. Burulğan da alovu aparıb atır yanmayan ərazilərə və yanğının ərazisi genişlənir. Xüsusilə meşə ərazilərinə yaxın olan taxıl biçimləri zamanı daha böyük təhlükə yaranır. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən bu sahədə də işlər aparılır, fermer təsərrüfatı, fərdi təsərrüfatla məşğul olanlara xəbərdarlıqlar olunur.

Biz taxıl biçimi başlayan zaman ən təhlükəli ərazilərə texnika çıxarırıq, halbuki bunu etməməliyik. Rayonun ərazisi böyükdür, tutaq ki, 25-30 km məsafədə taxıl əkiblər. Bizim avtomobil 25-30 km yol gedənə qədər yanğın ərazisi böyüyəcək. Quru ot barıt kimidir. Ona görə məcburuq texnikamızı çıxaraq gecə-gündüz açıq havada maşınlarımız növbə çəksin ki, yanğın olarsa, tez qarşısını ala bilək. Rəhbərlik bu məsuliyyəti də bizə tapşırıb. Taxıl biçimi ərəfəsində və yayda havaların isti, quraq keçməsi yanğınlara gətirib çıxarır. Yanğın təbii prosesdir, olub və olacaq, biz çalışırıq ki, baş verən yanğının qısa müddətdə qarşısını ala bilək. Bizim xidmət bunun üçün fəaliyyət göstərir.

- Yanğınların söndürülməsi zamanı FHN əməkdaşları arasında xəsarət alanların olduğu barədə məlumatlar var. Son günlər yanğınlarda FHN-in neçə əməkdaşı xəsarət alıb?

- Ciddi xəsarət alan olmayıb. Təbii ki, meşədə, kol-kosun içərisi ilə hərəkət edən zaman müəyyən xəsarətlər olur, amma bunlar yüngül xəsarətlərdir. Hansısa əməkdaşı xəstəxanaya aparmağımıza ehtiyac olan xəsarət halı olmayıb. Çalışırıq texniki təhlükəsizlik qaydalarına riayət edək. Buna ciddi nəzarət edirik və əsas şərtlərdən biri budur ki, xəsarət olmasın. Biz istər öz əməkdaşlarımızı, istər əsgərlərimizi, istər bizə yanğın zamanı kömək edən mülki şəxsləri qoruyuruq. Eyni zamanda texnikalarımızı mühafizə edirik ki, alov texnikamızı, avadanlıqlarımızı yandırmasın.

- FHN dəfələrlə meşə yanğınlarının baş verməməsi ilə bağlı əhaliyə xəbərdarlıq edib və bir sıra maarifləndirici tədbirlər həyata keçirib. Əhali tərəfindən bu xəbərdarlıqlara nə dərəcədə əməl olunur? Son günlər baş verən meşə yanğınlarında insan amilinin rolu nə qədərdir?

- Təbii ki, əməl edənlər olur. Əgər maarifləndirmə olmasa, tamamilə başqa vəziyyət görərik. Daha pis yanğınlar baş verər. Sözsüz ki, maarifləndirmə işləri aparılır, amma bu işlər daimi aparılmalıdır. Hər mövsümün özünün maarifləndirməsi var. İndi yay fəslidir, meşə, quru ot, quru ağaclar yanğının qısa zamanda yayılmasına şərait yaradan materialdır. Kimsə gedib meşədə siqareti yerə atır, bu da tüstüləyir, bir müddət sonra tüstülənmə yanğın yaradır. Həmin adam özü heç bilmir ki, meşədəki yanğına o səbəb olub. Bu cür yanğınlar olur. Meşədə balaca bir ərazini yandırsan, o yanğın özü qısa müddətdə yayılıb gedəcək digər ərazilərə.

Bakıdan əlavə bütün rayonlarda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çalışır. Amma onların gedib hər bir insanla fərdi qaydada söhbət etməsi mümkünsüzdür. Bu təbliğatı təkcə yanğınsöndürənlər etməməlidir. Bunu birinci növbədə evdə valideyn etməlidir, eyni zamanda bağça, məktəbdən tutmuş, ali məktəb, idarə, müəssisələr etməlidir. Harada olursansa, orada təhlükəsizliyə riayət etməlisən. Yanğın da fəlakətin bir növüdür, bunu hər yerdə insanlara başa salmaq lazımdır. Niyə idarə, müəssisələrdə nişanlar var ki, tutaq ki, burada siqaret çəkmək olmaz, amma meşələrdə yox? Bu cür təbliğat nişanları meşələrdə də olmalıdır. Əlində siqaret olan biri meşənin kənarında bir xəbərdarlıq nişanı görsə ki, siqaret çəkmək, ocaq qalamaq olmaz, bunu etməz. Ocağı qalayıb sonra çıxıb gedir, düşünür ki, kənarını daşlarla örtmüşəm, digər  yerlərə keçməyəcək. Külək qalxan kimi közü bir metr kənara hansısa otun üzərinə atsa bu kifayət edir. Açıq havada yanğın sürətlə yayılır, qarşısını almaq çətin olur. Dağlıq ərazidə yanğın horizontal deyil, vertikal hərəkət edir. Adi kibriti yandırıb yuxarı tutanda görürsən ki, sürətli yanma yoxdur, amma üzü aşağı tutsanız əlinizi yandıraq. Dağlıq ərazi də vertikal yanır, qısa zamanda geniş yayılır, 10-15 dəqiqəyə bir neçə hektarı yanğın bürüyür. Ona görə insanlar buna məsuliyyətlə yanaşmalıdır. Yanğın zamanı meşədə nə qədər flora və fauna məhv olur. Heyvanlar, quşlar o ərazidən qaçıb gedir, bunlar hamısı ekologiyaya zərbədir.  

Qeyd edim ki, ötən il ölkə ərazisindəki meşələrdə 8 yanğın hadisəsi olub. Ümumilikdə 393 hektar ərazi yanıb. Bu il isə meşələrdə 6 yanğın hadisəsi qeydə alınıb. İsmayıllı-Ağsu istiqamətində və Qəbələdəki yanğını çıxmaq şərti ilə bu, 41,4 hektar ərazini əhatə edib. Dediyim yerlərdə yanğın olan ərazinin sahəsi barədə bizə məlumat verilməyib. Çünki orada sahəni müəyyən etmək çox çətindir, yanğın sönəndən sonra əraziyə mütəxəssislər cəlb olunur və yanğın sahəsi müəyyən edilir. Bu ötən illə müqayisədə yaxşı nəticədir. Çalışırıq ki, bu daha da az olsun.

- Yanğınlar baş verərkən bəzi hallarda yanğınsöndürənlərin hadisə yerinə vaxtına gəlməməsi, eləcə də yanğının söndürülməsi zamanı düzgün taktikadan istifadə olunmamasına dair iddialar var. Bu iddialar nə dərəcədə əsaslıdır?

- Yanğın söndürmək asan iş deyil, bunun üçün gərək xüsusi biliklərə, təhsilə, praktikaya malik olasan ki, bu barədə nəsə deyə biləsən. Dünyada nə qədər adam varsa, o qədər də fikir var. Hər bir səhv deyənlə mübahisə etmək də düzgün deyil. Lənkəranda Hirkan qoruğunda yanğının söndürülməsi zamanı elə bir bulaq olmayıb ki, ondan istifadə etməyək. Balaca bir bulaqdan gölməçə yaradıb su götürüb yanğını söndürmək üçün istifadə etdik. Düzdür orada axın azdır, amma istifadə edirdik, yəni nə şərait var idisə, hansı üsuldan istifadə etmək mümkün olurdusa, ondan istifadə etdik. Yanğın avtomobili çıxa bilməyən yerlərə “QAZ-66” yük avtomobili ilə çıxırdıq. Onların üzərinə 1 tonluq çənlər, motopompalar qoyub şlank xətlərini də götürüb dağın ən ucqar nöqtələrinə çıxırdıq, hansı ki, həmin ərazilərə texnika çıxmırdı. İşimizi elə qurmuşduq ki, maşının biri gedib biri gəlirdi. Dağların ən ucqar nöqtəsinə suyu çatdırırdıq. Sözsüz ki, aviasiyamız da işləyirdi. Aviasiya yuxarıdan suyu tökür, müəyyən yerləri isladır ki, yanğının yayılmasının qarşısını alsın. Amma yanğının bilavasitə mənbəyinə, tutaq ki, kötüyün altına suyu vura bilməz axı. Ona görə orada canlı qüvvə lazımdır ki, aviasiya müəyyən ərazini soyudandan sonra hər bir ağaca, kötüyə müdaxilə edə bilək. Bundan əlavə tırtıllı S traktorlarını da cəlb etmişdik ki, zolaqlar açaq. O zolaqları açmasaydıq, bəlkə də yanğın 100 min hektarlarla əraziyə yayılacaqdı. Elə yollar var ki, köhnədir, zolaqlar yoxdur, biz demədən əvvəl o yerlərdə zolaqlar olmalıdır. Tək Azərbaycanda yox, dünyanın hər bir yerində meşələrdə xüsusi zolaqlar açılmalıdır ki, yanğın baş verdikdə digər ərazilərə keçməsin. Bu zolaqlar yanğına qarşı sədd olur. Yəni yanğın gəlib haradasa dayanır, digər tərəfə keçə bilmir. Beləliklə, müəyyən lokal sahələr yanır, yayılma təhlükəsi olmur. O zolaqlar olmayanda ağaclar bir-biri ilə birləşir, yanğın aşağı ilə keçməsə də yuxarı hissələrdən keçir. Ağaclar budanmalıdır ki, avtomobillər o yerlərdə hərəkət edə bilsin. Bizim meşələrdə kiçik maşınlar keçə bilir, amma yanğın avtomobili keçə bilmir. Bizdə hər bir hissədə qabaqcadan yerlərə xüsusi 1 tonluq çənlər paylanılıb meşə yanğınlarını söndürmək üçün, başqa avadanlıqlar da verilib. Hadisə olan kimi dərhal onları yükləyirlər maşınlara aparırlar meşədə yanğını söndürməyə. Yəni biz bu cür qabaqlayıcı tədbirlər görürük. Buna baxmayaraq yanğınlar baş verir. Bizim başqa yolumuz yoxdur, yanğını söndürməliyik. Bu cür hadisələr baş verəndə də çalışırıq ki, qısa zamanda söndürək. Dediyim kimi, bu il meşədə 4 gündən artıq baş verən yanğın olmayıb. 
Oxşar xəbərlər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI