ARDNF: İqtisadi inkişafın “sürət qutusu”, xəyalları gerçəkləşdirən güc və “antiböhran çətiri”...
Oxunub: 3744
06 Jul 2019 | 13:58
ARDNF:  İqtisadi inkişafın “sürət qutusu”,  xəyalları gerçəkləşdirən güc və “antiböhran çətiri”...

Çağdaş dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərində suveren fondların sosial-iqtisadi layihələrin gerçəkləşməsində mühüm rol oynadığı şübhəsizdir. Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti, bu qurumun həyata keçirdiyi layihələr ölkəmizin maraqları baxımından əlahiddə rol oynayır. ARDNF-nin suveren fond kimi mövcudluğunun nə dərəcədə önəmli olduğunu anlamaq üçün bəzi faktlara diqqət yetirmək kifayətdir.

 

ARDNF  iqtisadi stabilliyin təminatçısı, sosial tərəqqinin tətikləyicisi qismində..

 

Öncə qeyd edək ki, suveren fondlar maliyyələşmə mənbəyinə görə iki yerə bölünür. Bunlardan biri maliyyə mənbəyi xammal olan, digəri isə digər mənbələrə istinad edən fondlardır ki, ARDNF məhz birinci qəbildən olan fondlardan hesab edilir. Gəlir mənbəyi neft və qaz olan ARDNF-in maliyyə gücü ona iqtsiadi layihələrdən geniş yer almağa, ölkənin sosial-iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən proyektləri maliyyələşdirməyə imkan verir. İqtisadi inkişaf əhalinin sosial rifahının yaxşılaşması ilə paralel müşahidə edilir ki, bu da ARDNF-in suveren fond kimi əsas funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini göstərir. Iqtisadi layihələrlə yanaşı, sosial layihələrin gerçəkləşdirilməsinə də böyük vəsaitlər ayıran ARDNF, faktiki olaraq reallaşması imkansız görünən layihələrin belə gerçəkləşdirilməsini təmin edir.

 

ARDNF erməni işğalının nəticələrinə qarşı necə mübarizə aparır?

 

ARDNF-nin ölkəmiz üçün önəminin ən böyük isbatlarından  biri də bu fondun erməni işğalının nəticələrinə qarşı uzun illərdir ki, səylə mübarizə aparması, bu yöndə irimiqyaslı layihələr həyata keçirməsidir. Təsadüfü deyildir ki, ölkəmizdə erməni işğalı nəticəsində doğma ev-eşiyini itirmiş qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binalarının, müasir qəsəbələrin salınmasında ARDNF yaxından iştirak edir.

2001-ci ildən bu günə qədər məlum istiqamətdə ardıcıl addımlar atan ARDNF,  sadəcə Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə deyil, eləcə də Goranboy, Qazax, Balakən, Tərtər, Naxçıvan, Bərdə, İmişli, Yevlax, Şəki və s. kimi şəhərlərdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar, eləcə də digər infrastruktur layihələrinin reallaşmasını təmin edib. Statistikaya nəzər salsaq görərik ki, təkcə cari ilin I rübü ərzində bu kimi layihələrə 19,7 milyon manat vəsait ayrılıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan başqa, ARDNF tərəfindən bu günə qədər qaçqın və məcburi köçkünlər üçün 71 qəsəbə, 230 bina, 33781 ev və mənzil, 65 inzibati bina, 77 məktəb, 62 uşaq bağçası, 5 xəstəxana, 19 tibb məntəqəsi inşa edilib. Məhz bütün bu layihələr nəticəsində qaçqın və məcburi köçkünlərin sosial durumu əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bundan başqa, məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsi onların mənəvi əhval-ruhiyyəsi və psixoloji durumlarının yüksəlməsi baxımından da stimulverici rol oynayıb.

 

Gələcəyimizə qoyulan kapital: ARDNF və “intellekt titanları”

 

ARDNF-in xalqımız qarşısındakı ən mühüm xidmətlərindən biri də, onun təhsil sektoruna böyük vəsaitlər ayrıması, minlərlə tələbənin xarici ölkələrdə yüksək təhsil almasını təmin etməsi ilə bağlıdır. Xatırladaq ki, prezident İlham Əliyev 2007-ci ilin 16 aprel tarixində 2090 nömrəli sərəncam imzalayıb ki, bu sərəncam “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ARDNF və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşməsini nəzərdə tutur. Məhz bu proqram əsasında Böyük Britaniyada 960, ABŞ-da 97, Fransada 101, Cənubi Koreyada 35, Avstraliyada 84, Almaniyada 409, Sinqapurdsa 10 tələbənin təhsili maliyyələşdirilib. Bu ölkələrlə yanaşı Çin, Malayziya, Yaponiya kimi Uzaq Şərq ölkələrində də xeyli sayda azərbaycanlı gəncin təhsili təmin olunub. Qonşu ölkələrdən Rusiyada 125, Türkiyədə isə 731 gəncin təhsil almasına nail olunub  ki, bu da ölkəmizin gələcəyi, onun tərəqqisi baxımından olduqca mühüm nailiyyətdir. Xatırladaq ki, prezident İlham Əliyev də öz çıxışlarında ən başlıca kapitalın insan kapitalı olduğunu vurğulayır, ölkəmizin tərəqqisi üçün bu kapitala hər şeydən daha çox önəm verməyin vacibliyinə diqqət çəkir. Bu baxımdan ARDNF-in gənclərimizin təhsilinə göstərdiyi qayğını ölkə başçısının bu mühüm tövsiyyəsinin ən yüksək səviyyədə gerçəkləşdirilməsi kimi də xarakterizə etmək mümkündür.

 

Dünyanı heyrətləndirən beynəlxalq layihələr: Nəhəng neft kəməri, möhtəşəm dəmir yolu xətti və daha nələr...

 

ARDNF suveren fond kimi yalnız ölkədaxili layihələrdə deyil, qlobal xarakterli beynəlxalq layihələrdə də yer almaqdadır. ARDNF-in bu müstəvidəki roluna aydınlıq gətirmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin məhz sözügedən qurum tərəfindən maliyyyələşdirilməsi faktına nəzər salmaq kifayətdir. Xatırladaq ki, uzunluğu 1767 km olan kəmərin 443 km-i Azərbaycanın ərazisindən keçir. ARDNF bu layihədə iştirak etmək üçün “AzBTC Co.” törəmə şirkətini yaradıb, əvvəlcədən əldə edilən razılaşmaya görə layihə iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxılq maliyyə institutlarının vəsaiti hesabına maliyyələşdirib. ARDNF ölkəmizin üzərinə düşən maliyyə yükünü qarşılamaqla layihənin vaxtında baaş çatmasını təmin edib. Onu da qeyd edək ki, ARDNF-nin bu layihənin maliyyələşdirməsi ulu öndər Heydər Əliyevin 30 iyul 2002-ci il tarixli fərmanı ilə tənzimlənir.

ARDNF Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin maliyyələşməsində də iştirak edib. Qeyd edək ki, adıçəkilən dəmir yolunun salınması ilə bağlı saziş  2007-ci ilin 7 fevral tarixində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanıb və uğurla başa çatdırılıb.

ARDNF Oğuz-Qəbələ-Bakı su kəməri, Neüft-Qaz və Neftkimya Kompleksinin tikintisi, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi, “Cənub Qaz Dəhlizi”QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının və s. kimi layihələrin maliyyələşməsində iştirak edib.

 

Şəffaflıq nümunəsi və beynəlxalq miqyasda təsdiqlənən optimallıq...

 

ARDNF-in suveren fond kimi önəmini əks etdirən göstəricilərdən biri də onun yüksək şəffaflıq və hesabatlılığa malik olmasıdır. Belə ki, ARDNF tərəfindən həyata keçirilən hər bir maliyyələşmə prosesi ictimai nəzarət altında, yüksək şəffaflıqla həyata keçriilir ki, bu da adıçəkilən fondun beynəlxalq aləmdəki nüfuzuna da müsbət mənada təsir göstərir. Təsadüfi deyildir ki, ARDNF 2016-cı ildə Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 60 suveren fond arasında 4-cü yerə layiq görülüb. ARDNF bu gün də dünyadakı suveren fondlar aarsında ən şəffaf və hesabatlı fondlardan biri hesab edilir və ilk yerlərdə qərarlaşır.

 

Suveren fondlar maliyyə böhranına qarşı sipər rolunda

 

Suveren fondların əsas özəlliklərindən biri də onların maliyyə böhranlarına qarşı sipər rolunda çıxış etməsi, onlara qarşı mübarizədə mühüm rol oynaması ilə bağlıdır. Belə ki, suveren fondların maliyyə imkanı maliyyə böhranları zamanı dövlətə lazımi manevrlər etməyə, vəziyyəti nəzarətdə saxlamağa imkan verir. 2014-cü ildən etibarən dünyada başlayan itqisadi böhran fonunda bütün suveren fondların, eləcə də ARDNF-nin dövlətimiz üçün önəmi bir kəs daha üzə çıxdı. Yaranmış yeni vəziyyətə uyğun olaraq özünü daha da təkmiləşdirən ARDNF bütün dünya üçün çətin sayılan 2018-ci ili belə müsbət gəlirlilik səviyyəsi ilə başa vurmağı bacarıb. Hansı ki, həmin il dünyanın bir sıra qabaqcıl ölkələrindəki suveren fondlarda ciddi geriləmələr müşahidə edilib. Məsələn, Norveçin suveren fondu olan Dövlət Pensiya Fondunun 2018-ci il üçün  gəlirliliyi -6,1%, Yeni Zelandiyada müvafiq suveren fondun gəlirliliyi  isə -2,2% olub. ARDNF-in investisiya qoyuluşunu  şaxələndirməsi onu iqtisadi-maliyyə böhranından uğurla çıxmasını təmin edib və faktiki olaraq antiböhran çətiri rolunu oynayıb.

 

“ARDNF-in ölkə iqtisadiyyatındakı rolu inkaredilməzdir”

 

Millət vəkili Vahid Əhmədov da ARDNF-in suveren fond kimi ölkə həyatındakı rolunun böyük olduğu qənaətindədir:

“ARDNF-in suveren fond kimi Azərbaycan iqtisadiyyatındakı rolu kifayət qədər böyükdür. Bu fond həm ölkə, həm də qlobal əhəmiyyətli bir sıra mühüm layihələrin maliyyələşməsində iştirak edib, bu layilərin gerçəkləşməsinə öz töhfəsini verib. Regional əhəmiyyətli bir sıra layihələrin  maliyyələşdirilməsi məhz ARDNF-in adı ilə bağlıdır. Hansı ki, bu layihələr ölkəmizin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəldib.

Onu da qeyd edim ki, ARDNF həm də gənclərin dünyanın qabaqcıl ölkələrində təhsil almasını maliyyələşdirən bir qurumdur.  Məhz ARDNF-in dəstəyi sayəsində yüzlərlə azərbaycanlı gənc Qərbin qabaqcıl universitetlərində təhsil alıb, yüksək ixtisaslı kadrlar kimi formalaşıb.

Odur ki, ARDNF-in yarandığı gündən bu günə qədər həyata keçirdiyi layihələri olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu kimi fondların mövcudluğu ölkəmizin iqtisadi gücünə güc qatır, əhalinin sosial durumunun yaxşılaşmasına dəstək olur”.

 

Seymur ƏLİYEV

 

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Mətbuat Şurasının ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda  elan etdiyi müsabiqəyə təqdim olunur.

 

Oxşar xəbərlər
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı