Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb
Hadisə
210
21:35, Bu gün

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb

Göyçayda bıçaqlanan şəxsin vəziyyəti məlum olub.
 
TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki,18.04.2026-cı il tarixində saat 01:20 radələrində 1 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Belə ki, 1990-cı il təvəllüdlü pasiyentə sağ bazunun, döş qəfəsinin, qarının ön divarının kəsilmiş, deşilmiş yaraları, sol göz və göz yuvası ətrafının əzilmiş yarası və hematoması, sol çiyin nahiyəsinin səthi sıyrığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent əməliyyata qəbul olunub.
 
Müalicəsi Reanimasiya, Anesteziologiya və İntensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər