“İndiki halda İranla ABŞ arasında sülhün əldə edilməsi kifayət qədər çətin və mürəkkəb görünür”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bu, hər iki tərəfdən güzəştlər tələb edir:
“Sülhün əldə edilməsi üçün hər iki tərəf qarşılıqlı güzəştlərə getməli, kompromis əldə etməlidir. Hansı ki, bunu reallaşdırmaq göründüyü qədər də sadə deyil. Çünki hər iki tərəf öz iddia və istəklərində qərarlı görünür və geri addım atmaq istəmir.
Təbii ki, sülhün əldə edilməsi həm mühaibə aparan tərəflər, həm də region dövlətləri üçün arzuediləndir. Lakin bunun üçün qarşılıqlı şəkildə əməli addımlar atılmalıdır.
Bütövlükdə İranla bağlı vəziyyət əvvəlki kimi həssas olaraq qalır və istənilən düşünlməmiş addım bu kövrək vəziyyəti yeni hərbi qarşıdurmaya çevirə bilər”.
Seymur ƏLİYEV