İran “fırtınası”: Güney Azərbaycan hazırdır?
Oxunub: 2958
09 May 2019 | 21:15
İran “fırtınası”:  Güney Azərbaycan hazırdır?
Son illər Güney Azərbaycan Milli Hərəkatı xeyli güclənib.

Ötən sərin 90-cı illərindən başlanmış hərəkat artıq xeyli məsafə qət edib. 20 il öncə özünü “iranlı” kimi tanıyan azərbaycanlıların düşüncəsində artıq türk kimliyi formalaşıb. İran rejiminin apardığı təbliğata rəğmən Azərbaycan türkləri milli kimliyini, ana dilini unutmur, milli mübarizəni davam etdirirlər.Bəs Güney Azərbaycanda milli oyanış prosesi hansı bölgələrdə yayılıb? Tehran, Həmədan, Qaşqay türklərində milli düşüncə formalaşıbmı? Bu və digər suallarla Azərbaycanda və müxtəlif ölkələrdə yaşayan milli fəallara, ziyalılara müraciət etdik.

“Molla rejimi dindən türkləri əzmək aləti kimi istifadə edir”

Kanadada yaşayan güneyli milli fəal,  Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Hüseyn Türkelli “Cümhuriyət”ə açıqlamasında deyib ki, İran adlanan ölkədə yaşayan türklər arasında milli özünüdərk prosesi xeyli güclənib: 

“Din və məzhəb anlayışı artıq üçüncü plana keçib.  Millətimizin böyük hissəsi hesab edir ki, türkçülük başda gəlir, ondan sonra digər faktorlar. O cümlədən məzhəb məsələsi”.

Hüseyn Türkellinin fikrincə, molla rejimi dindən türkləri əzmək üçün siyasi alət kimi istifadə edir: “Artıq toplumumuz bunu dərk edir və buna qarşı mübarizə aparır. Güney Azərbaycanın qurtuluşunu istəyiriksə, din faktorunun təsirini sıfıra endiməliyik”. Güneyli fəal hesab edir ki, artıq İranın türklər yaşayan əksər bölgələrində milli oyanış prosesi sürətlənib: “Son 10 ilədək türkçülük, azərbaycançılıq yalnız Güney Azərbaycanda yayğın idi. İndi milli hərəkat artıq Tehran, Xorasan, Gülüstan, İsfahan, Şiraz və başqa bölgələri də əhatə edir. Təsərvvür edin ki, Təbrizin “Traktor” klubu farsların çox yaşadığı Şirazda, İsfahanda oynayanda türk azarkeşlərin sayı az olmur. Bu türkçülük şüurunun getdikcə yayıldğını göstərir.Biz təkcə Güney Azərbaycan türklərinin haqqlarını müdafiə etməməliyik.Güneyin sərhədlərindən kənarda yaşayan türklərin də hüquqlarını qorumalıyıq.Məsələn, Qaşqay türkləri niyə öz müqəddaratını özləri həll etməsin?Tehran, Həmədan və Qaşqay türkləri arasında milli düşüncənin yayılması həm də molla rejiminin son vaxtlar şovinist siyasəti gücləndirməsi ilə bağlıdır. İranın ali dini lideri Seyid Əli Xamneyi yarı fars, yarı türkdür. Onda türk milli düşüncəsi yoxdur. Necə türkdür ki, 45 milyon türkün dili iran adlanan ölkədə yasaqdır? Xamneyinin “türkçülüyü” yalnız türklərin əsarət altında saxlanılmasına xidmət edir.Xamneyi amili olmasa Güney Azərbaycanın və başqa türk bölgələrinin İrandan qopması prosesi sürətlənə bilər”. Hüseyn Türkellinin fikrincə, İranda hakimiyyət boşluğu yaranan kimi Güney Azərbaycan öz müstəqilliyini elan edəcək: “Bu prosesə həm Güney, həm Quzey Azərbaycan, ümumilikdə türk dünyası hazır olmalıdır. Milli hərəkat indi prosesə hazır görünməsə də, qısa müddətdə mütəşəkkil formada ortaya çıxacaq, gücünü göstərəcək”.

Türkləri əridən “iranlı” kimliyi

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin türk dünyasıyla əlaqələr üzrə müavini Faiq Ələkbərli isə hesab edir ki, İran adlanan ölkədə yaşayan türklər arasında milli düşüncənin qalib gəlməsindən danışmaq hələlik bir qədər tezdir: 

“Hər halda türklər milli düşüncə baxımından qalib durumda olsa idilər, hazırkı durumla qətiyyən razılaşmaz, yəni onların uşaqları ana dilində təhsil alar, İran telekanallarında və digər yerlərdə türklərin aşağılanması prosesi davam etməzdi. Sadəcə, bir şey həqiqətdir ki, artıq bu ölkədə yaşayan türklər, o cümlədən də Azərbaycan türkləri son bir əsrlik asimliyasiya prosesinə qarşı güclü və ciddi şəkildə dirəniş göstərməkdədir. Artıq türklər, o cümlədən də Azərbaycan türkləri 1945-1946-cı illərdəki Pişəvəri dönəmindən, hətta 1978-1979-cu il hadisələrindən də daha dərin şəkildə Milli Hərəkatın əhəmiyyətini dərk etməkdədirlər. Başqa sözlə, türklər son dövrlərdə xeyli dərəcədə “iranlı” və “şiə” ideoloji kimliklərini məntiqi və ağıllı şəkildə çözə bilmişlər. Hələ, Qacarlar dövründə şüurlara yeridilən “iranlı” kimliyinin onlar üçün nə dərəcədə təhlükəli, zərərli olub asimilyasiyaya yönəlmiş bir antitürk ideyası olduğunu, bu gün daha çılpaq şəkildə dərk edirlər.Yəni “iranlı” anlayışının onların türk kimliyini ortadan qaldırmaq üçün ortaya atıldığını, faktiki olaraq türk kimliyinə, türk dilinə, türk mədəniyyətinə qarşı yönəldiyini, demək olar ki, böyük ölçüdə türklərın çoxluğu bilməkdədir”.

“Azərbaycan türklərinin coğrafiyasını daraltmağa çalışırlar”

F.Ələkbərlinin sözlərinə görə, son illər milli kimlik mübarizəsi xeyli uğurlar əldə edib:

“Azərbaycan türklərinin yaşadığı bütün torpaqlarda, yəni Makudan tutmuş Həmədana, Astaradan tutmuş Qaşqaya, hətta İsfahana qədər milli oyanış hərəkatı yayılıb: “Bu, yalnız bizim sosial şəbəkələrdən və digər KİV resurslarından cüzi şəkildə görə bildiyimiz bir milli oyanış hərəkatı deyil. Bu, bütövlükdə bir əsrə yaxın türk dilində təhsil almaq hüququ əlindən alınmış, ana dilində az qala danışmağı, milli mədəniyyətini ifadə etməyi qadağan edilmiş, irançı kimliyinə bürünmüş antitürkçülərin saysız-hesabsız təhqirlərinə məruz qalmış qədim Azərbaycan Türk xalqının yenidən oyanışıdır, harayıdır. Bir çoxları, o cümlədən irançı fars-molla rejimi uydurulmuş Qərb tarixçiliyi əsasında Azərbaycan türklərinin coğrafiyasını nə qədər daraltmağa çalışsa da, bu mümkün deyildir.Sözün açığı, türkü durdurmağın tək yolu hər hansı yaşadığı bölgədə onun ya tamamını məhv etmək, ya da oradan sürgün etməkdir.Rejim  bir tərəfdən Böyük Azərbaycanı “kiçik Azərbaycan”a çevirməyə çalışır, digər tərəfdən də türkləri doğma yurd-yuvalarından sürgün etməklə, həmin yerlərə kürdləri və digər qeyri-türk etnik qrupları yerləşdirirlər. Ancaq bütün bunlara baxmayaraq milli oyanış hərəkatı yalnız Təbriz, Urmiya, Xoy, Maku, Sərab, Salmas, Culfa, Astara, Ərdəbil və digər bölgələrmizdə deyil, eyni zamanda Azərbaycandan inzibati-coğrafi anlamda ayrı salınmış Zəncan, Həmədan, Tehran, Qum və digər ərazilərdə də yüksələn xətlə getməkdədir. Eyni zamanda, Türkmən səhrasında, Xorasanda, Qaşqayda, İsfahanda və digər Türklər yaşayan bölgələrdə də bu hərəkat öz gücünü artırmaqdadır.Ancaq bu bir həqiqətdir ki, milli oyanış hərəkatının əsas mərkəzi başda Təbriz olmaqla Azərbaycan coğrafiyasıdır.Sadəcə, bu milli oyanış prosesini Təbrizdən Tehrana keçirməliyik”.

“Milli oyanışı Tehrana keçirməliyik”

F.Ələkbərli deyib ki,  Tehran, Qaşqay və Həmədan türklərində də milli kimlik düşüncəsi möhkəmlənib: 

“Tehran, Qaşqay və Həmədan türkləri  Azərbaycan türklərinin bir parçasıdır. Fars şovinistləri onları Azərbaycan coğrafiyasından və Azərbaycan türklərindən ayrı salmağa çalışıblar.Bu gün də molla rejimi bütün taktikalara əl ataraq milli oyanış hərəkatının Təbrizdən Tehrana keçməsinin qarşısını almağa çalışır. Çox təəssüf ki,  Azərbaycan türk fəalları, ya da aydınları arasında artıq Tehranın, İsfahanın, Həmədanın, Qaşqayın itirilməsi ilə razılaşanalar var. Bu, qətiyyən yolverilməzdir. Əslində, Təbrizi Azərbaycan türklərinin mərkəzi kimi görmək, ya da Azərbaycanın güney sərhədlərini ən yaxşı halda Zəncana qədər görmək “kiçik Azərbaycan” deməkdir! Milli düşmənlərimiz  Tehransız, Həmədansız, Qaşqaysız, Urmiyasız, Zəncansız, Xoysuz, Makusuz, Muğansız bir Azərbaycan görmək istəyirlər. Bunun qarşısı alınmalıdır.Yəni türklər yaşayan bütün ərazilərdə Milli oyanış hərəkatı baş verməli, Azərbaycan türkləri ilə digər türklər arasında bağlar gücləndirilib vahid hədəfə doğru istiqamətlənməlidir”.

Xamneyi amilinin Güney Azərbaycan milli hərəkatına təsirinə gəlincə, Faiq Ələkbərlinin fikrincə, bu məsələyə bir qədər fərqli və ehtiyatlı yanaşmaq lazımdır: 

“Birincisi,  ali dini lider Xamneyini birmənalı türk adlandırmaq doğru deyil. Onun nəsli Rəştdən Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə yerləşib. Çox güman ki, Xamneyi genetik anlamda yarı türk, yarı fars qanı daşıyır. Ancaq əsas məsələ odur ki, bəzi hallarda özünü türk kimi qələmə verən Xamneyinin türklüyü zahiri xarakter daşıyır və o, bütün anlamlarda türkçülük ruhundan uzaqdır.Əgər Xamneyi genetik və şüuru anlamda türklük ruhunun daşıyıcısı olsa idi, türklərin ən ibtidai haqlarının əlindən alınmasına və təhqir olunmasına yol verməzdi. Azərbaycan türkləri, xüsusilə də milli oyanış hərəkatının fəalları üçün “ali dini liderin” formal şəkildə olsa belə, türk qanı daşıması heç bir əhəmiyyət kəsb etməməlidir”.

“Molla rejiminin yerini başqa şovinist qüvvə tutacaqsa...”

İran ətrafında həlqə daralır.Güney Milli Hərəkatı baş verəcək hadisələrə hazırdımı? F.Ələkbərli hesab edir ki, bu ölkədə rejim dəyişikliyini hansı qüvvənin etməsindən çox şey asılıdır: 

“Burada önəmli  məsələ Tehranda hakimiyyəti kimlərin ələ kəçirməsidir. Əgər Tehranda hakimiyyət dəyişikliyi Qərb dövlətlərin əliylə baş verib, hazırki rejimin yerini başqa bir irançı qüvvə tutacaqsa, o zaman türklərə, o cümlədən Azərbaycan türklərinə yaxşı heç nə vəd etməyəcək.Ona görə də, burada əsas məsələ Azərbaycan türklərinin öz üzərinə düşür.Azərbaycan türkləri Tehranda milli oyanış hərəkatını gücləndirməli, nə olursa olsun, burada güc mərkəzinə çevrilməlidir”.(cebhe.info)
Oxşar xəbərlər
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
GÜNLÜK
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU