37-ci il repressiyalarında Bağırov günahkar deyilmiş... - İLGİNC İDDİA
Oxunub: 3344
08 May 2019 | 15:38
37-ci il repressiyalarında Bağırov günahkar deyilmiş...  - İLGİNC İDDİA

Tədqiqatçı Adıgözəl Məmmədovun Mehriban Vəzirin rus dilindən çevirib nəşr etdiyi "Həmidə Xanım Cavanşir. Xatirələrim" kitabına yazdığı təqdimat yazısının Mir Cəfər Bağırovla bağlı hissəsinə cavab olaraq yazdığı  “Mehriban Vəzir uydurma tarixçəsi ilə M.C.Bağırova niyə böhtan atır?”məqaləsini təqdim edirik:

 

24 aprel 2019-cu il tarixdə Kulis.az-da  getmiş Mehriban Vəzirin yazısı elə ilk abzasdan yalan üzərində qurulmuşdur. Mehriban Vəzir göstərir ki, guya 30-cu illərin əvvəllərində Mirzə İbrahimov Həmidə xanımı Yazıçılar İttifaqına  dəvət edərək, ona M.C.Bağırovun Qarabağ fəaliyyəti barədə müsbət yöndə bir xatirə kitabı yazmağı təklif etmişdir (yazıdan  belə başa düşülür ki, bu hadisələr sovet hakimiyyəti Azərbaycanda qurulana qədər baş vermişdir -  A.M.).

 

Ona görə də ilk olaraq gəlin, 30-cu illərin əvvəllərinə ekskursiya edək. Xüsusilə, onu qeyd etmək istəyirəm ki, 30-cu illərin əvvəli məfhumu özü qeyri-müəyyənlik yaradan bir anlayışdır. 30-cu illərin əvvəlində Mirzə İbrahimovun 21 yaşı vardı. O, bu yaşda nə Yazıçılar İttifaqına üzv idi, nə də hər-hansı bir məsul vəzifəsi vardı və heç bir vəzifəsi olmayan gənc adama dövlət başçısı olan Mir Cəfər Bağırov hansı xüsusi tapşırıq verə bilərdi?

 

M.C.Bağırov Mirzə  İbrahimovu yalnız 40-cı illərin ortalarından Cənubi Azərbaycanda proseslər başlayanda yaxından tanımışdı.

 

İkinci: Yazıçılar İttifaqı özü də 30-cu illərin əvvəllərində deyil, ortalarında yaranmışdır və ilk rəhbəri də Mirzə Kazım Ələkbərli olmuşdur. Yalnız 1948-ci ildə M.İbrahimov Yazıçılar İttifaqında məsul vəzifə daşımışdır.

 

Üçüncü: M.C.Bağırov sovet hökuməti qurulana qədər ümumiyyətlə heç vaxt Qarabağda olmamışdır. Bunu bilmək üçün Azərbaycan Dövlət Arxivindəki, fond 1. siyahı № 405 iş 107-də saxlanılan sənədə baxmaq kifayətdir. M.C.Bağırov 17 sentyabr 1896-cı ildə Quba qəzasında anadan olmuşdur. 12 yaşına qədər müsəlman ruhani məktəbində təhsil alır. O, bu məktəbdə dinlə, fars ədəbiyyatı, Nizami və Füzuli yaradıcılığı ilə yaxından tanış olur. 1907-ci ildə valideynləri onu dünyəvi elmlərlə məşğul olan Quba orta məktəbinə göndərir. Oranı bitirdikdən sonra 1913-cü ildə Quba orta-ali məktəbində təhsilini davam etdirir. Ailəsinin maddi imkanları çatmadığından təhsilini yarımçıq qoymaq təhlükəsi yaranır. Mir Cəfərin istedadını görən müəllim heyəti tədris ocağının vəsaiti hesabına onun Petrovskidə (Həştərxanda) iki illik pedaqoji təhsilini davam etdirməyinə köməklik göstərir.

 

Related


10 fevral 1915-ci ildə Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunur. O, burada yeni məktəbi formalaşdırdıqdan sonra Quba qəzasının ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilir. M.C.Bağırov burada yerli kəndli uşaqlarını təhsilə cəlb edir. Artıq burada onun siyasi xətlər, o cümlədən sosialist təşkilatları və onların proqramları ilə ilkin tanışlığı başlayır. 1916-cı ilin payızından onu Quba qəzasının iki illik yəhudi ibtidai məktəbinə keçirirlər. Bu andan sonra Bağırovun həyatının keşməkeşli dövrü başlayır. 1917-ci il Rusiyada fevral inqilabından sonra onun Quba qəzasının icraiyyə komitəsinə, Qubada yerləşmiş Penza drujinasının əsgərləri tərəfindən namizədliyi irəli sürülür və o, seçilir. İcraiyyə komitəsində fəaliyyəti zamanı o, burada o dövrün siyasi palitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olur (Azərbaycan Dövlət Arxivi f 1. S. № 405 iş 107). M.C.Bağırov rus dilini yaxşı bilirdi və öz istedadı ilə həmyaşıdlarından fərqlənirdi. Öz diribaşlığı ilə siyasi hadisələri düzgün qiymətləndirən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Ə.Zizinskinin marağına səbəb olur.


Bağırov 1917-ci ilin mart ayında Ə.Zizinski ilə yaxından tanış olur. O dövrdə Əli bəy Zizinski Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırırdı. 


Əslində isə bu silahlı qüvvələr 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazaspın Azərbaycanın şimalına doğru hərəkət edən quldurlardan yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qrupları idi. Əli bəy Zizinskinin məsləhəti ilə 1918-ci ilin ortalarından M.C.Bağırov  Azərbaycanı tərk edir. Həştərxanda Nəriman Nərimanovla tanış olur. 1919-cu ildə N.Nərimanov Həştərxanda M.C.Bağırovun siyasi əqidə bütövlüyü, hərbi sərkərdəlik qabiliyyəti və ideya təşkilatçılığını nəzərə alaraq onu  müsəlman polkunun komissarı vəzifəsinə irəli sürmüşdür. Az sonra o, 34-cü diviziyanın hərbi komissarı təyin edilir. M.C.Bağırov yalnız 1920-ci ilin mayında Azərbaycana qayıdaraq Bakıya gəlir və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi tapşırığına əsasən Dadaş Bünyadzadə ilə birgə Qarabağa göndərilir. O, inqilabi şuranın Qarabağ bölgəsində Azərbaycan ordusunun təşkili üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Az sonra M.C.Bağırov Qarabağ Vilayəti Hərbi Şurasının sədr müavini və Vilayət Partiya Komitəsinin Rəyasət Heyətinin sədrinin birinci müavini seçilir (Bunu Azərbaycan Dövlət Arxivindəki f1; S 122. iş 107, səh. 13 sənədində görmək olar).

 

Image

 

Sual olunur: Qarabağın rəsmi ali rəhbərlərindən biri olan M.C.Bağırov, M.Vəzirin təbirincə desək, hər hansı "qeyri-qanuni quldur dəstəsi”nə nə üçün başçılıq etməli idi?

 

Məhz o günlər N.Nərimanovun əsas milli silahdaşı olan M.C.Bağırov Qarabağda daşnak ermənilərlə mübarizə aparmış, tarixi ərazimiz olan Qarabağın daşnaklardan təmizlənməsində müstəsna xidmətləri və hərbi təşkilatçılıq fəaliyyətləri olmuşdur.

 

Sual olunur: M.Vəzir erməni daşnaklarının başını əzmiş M.C.Bağırova böhtan atmaqla kimə, nəyə və hansı məqsədlərə xidmət edir?

 

Təsadüfi deyil ki, 11-ci ordunun Pankratov sayağı özbaşınalıqlarına son qoymaq üçün N.Nərimanov M.C.Bağırovu Bakıya dəvət edərək 11-ci ordunun hərbi tribunal şöbəsinin sədri vəzifəsinə təyin edir.

 

Eyni zamanda da Mehriban Vəzirin siyasi alver mövzusuna çevirdiyi  1937-ci il siyasi repressiya hadisələrində arxiv sənədləri işığında da aydınlıq gətirmək istəyirəm.

 

Sözsüz ki, Azərbaycan oxucularının böyük əksəriyyəti uydurmalar hesabına bütün siyasi repressiya proseslərinin başında M.C.Bağırovun durduğunu eşidib və oxuyublar. Lakin uzun illər apardığım tədqiqatlar M.C.Bağırovun Stalinin apardığı sinfi müba­rizənin əleyhinə olduğu qənaətinə gəlməyimə səbəb olmuşdur.

 

Nəzərə almaq lazımdır ki, hələ M.C.Ba­ğırovun Azərbaycandan uzaq­laş­dı­rıldığı və Tiflisdə olduğu müddətdə (1927-ci ildən 1929-cu ilə qədər olan dövr), artıq Sovet İttifaqının həbs­xanalarında, siyasi təcridxanalarında və sürgündə bir mil­yona qədər insan vardı. Bu insanların çoxu müxalifətdə dayanan partiya üzv­ləri, sovet müəssisələrində vic­danla çalış­mış «burjua» mütə­xəs­sis­ləri idi. Bütün respublikalardakı həbs­ləri, adətən «millətçilər», «NEP-əleyhdarları» adları altında aparırdılar. 1930-1932-ci illərdə isə bütün kəndlərdə şəxsi torpaq sahəsi olanlara sarsıdıcı zərbələr vu­rul­­ur, evləri və əmlakları yeni yaradılan kolxozlara verilirdi.

 

Image

 

2 iyun 1937-ci ildə Stalinin iştirakı ilə SSRİ müdafiə komissarlığının hərbi şurasının geniş iclası keçirilir. K.Y.Voroşilov məruzə ilə çıxış edərək hərbi – dövlət çevrilişində iştiraka cəhd etmiş hərbi komandirlər Tuxaçevskinin, Putnanın, Korkun, Yakirin, Ubereviçin həbs olunduqlarını söyləyir. Beləliklə Stalin 1937-ci il iyun plenumuna bir neçə gün qalmış bu “xəyanəti” həyata keçirmək istəyənləri neytrallaşdırır. Artıq ordudakı rəhbərliyə Stalinin inamı itdiyindən, o, ancaq XDİK-yə (Xalq Daxili İşlər Komissarlığı) arxalanırdı.

 

Onu da qeyd etmək istəyirəm ki, sözsüz, istintaq zamanı müstəntiqlər həbs edilmiş Aleksey Rıkovdan (keçmiş Xalq Komissarları Sovetinin sədri) ona yaxın olanlarla maraqlanırdı. Rıkov isə ona yaxın olan adamların siyahısını təqdim edirdi. Məsələn, o qeyd edir ki, mənim Zaqafqaziyada Qəzənfər Musabəyov, Orxealaşvili və sairələri ilə əlaqələrim var. Bununla da növbəti istintaqa yeni vəzifəli şəxslər və insanlar cəlb olunurdu. Qəzənfər Musabəyovun istintaqı zamanı isə o, Ruhulla Axundovla yaxın münasibətlərini bildirir və bununla da dairə genişlənirdi. (Nəzərə alsaq ki, Ruhulla Axundov da öz şəxsi anketində vaxtilə «Eser» partiyasının üzvü olduğunu da göstərmişdi).

 

M.C.Bağırov Ruhulla Axundovla çox yaxın dost olmuşdular. Məsələn, Əlheydər Qarayev və Levon Mirzoyan cütlüyünün canfəşanlığı ilə 1927-ci ildə bütün vəzifələri əlindən alınmış M.C.Bağırov Azərbaycanı tərk edir və Tiflisə dos­tu Beriyaya pənah aparır. M.C.Bağırov L.P.Beriyanın kö­məkliyi ilə Zaqafqaziya federasiyası su təsərrüfatı komissarlığına işə düzəlir.

 

M.C.Bağırovun Bakıdan uzaq­laş­dırıl­ma­sının səbəblərini və Tiflisdəki vəziyyəti barədə ən məhrəm məlumatı Moskvada partiya kurslarında olan yaxın dostu Ruhulla Axundova yazır. O, Ruhulla Axundova məktub yazır. Bu məktub «Azərbaycan Respublikasının  Dövlət Arxivinin xüsusi fondunda  saxlanılır. 1929-cu ilin 6 mayında Tiflis şəhərinin Piroqov-8 ünvanından Ru­hul­la Axundova göndərilib. Məktub «Əzizim, Ruhulla» sözləri ilə baş­layır. Əvvəlcə M.C.Bağırov Ruhulla Axundovun səh­həti ilə əlaqədar narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söylə­yir. O, məktubunda qeyd edir:

 

Image

 

«Serqo Orcоnikidzenin qəti gös­tə­­rişinə əsasən Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Lakin çox təəssüf ki, əksinə yüz dəfə ağır şəraitə düşdüm və əvvəlcədən mənə qarşı hazırlanmış «tələ­lər­lə» üzləşdim. Sanki bu vəhşiləşmiş insanlar məni ilk işıq dirə­yin­dən asmağa hazır dayanmışdılar. Mənə qarşı olan münasi­bətin əsa­sı­nı isə Azərbaycan rəhbərliyinin mənim (L.Mirzoyan - Ə.Qa­ra­yev - Novruzov birliyi -A.M.) barəmdə mərkəzə ötürdükləri informasiyalar for­malaşdırır. Amma bu rəhbərlər başa düş­mür­dülər ki, res­pub­li­ka­da törətdikləri əməlləri ört-basdır edə bil­məyəcəklər. Məsələn, Azər­baycan siyasi idarəsinin əməkdaşları Lənkəranda qeyri-leqal sər­hədi keçmək istəyən mollanı vəhşi­cəsinə boğub öldürüblər. Bu ha­disədən hiddətlənən kənd əhalisi mollanın meyitini geri almaq istə­yəndə siyasi idarə əməkdaşları narazı olan insanlarla amansız dav­ranmışlar. Bu da son nəticədə yüzlərlə günahsız kəndlilərin həb­sinə gətirib çıxarmışdır. Kənd əhalisi məcburiyyət qarşısında qa­lıb Bakıya öz aralarından nüma­yəndə heyəti göndərmək qərarına gəlirlər. Artıq kəndlilərin narazılığı etiraz üsyanına keçən vaxtdan son­ra Bakıdan dövlət komissiyasının üzvləri Lənkərana gəlir».

 

Mək­tubda M.C.Bağırov bu cür misalların saysız-hesabsız oldu­ğu­nu Ruhulla Axundova bildirir. Sonra M.C.Bağırov yazır:

 

“Yuxarıda qeyd etdiyim rəhbərlərin özbaşınalıqları və törətdikləri əməl­ləri barədə bildiyimə görə məni tamam sıradan çıxartmaq və ya fiziki cəhətdən məhv etmək istəyirlər. Lakin, hələ ki, fiziki cə­hət­dən məni sıradan çıxartmaq onlara müyəssər olmamışdır. Onlar sax­ta sənədləri quraşdırıb mənə qarşı ittiham irəli sürməyə cəhd edir­­lər. Lakin Zaqafqaziya partiya təşkilatlarının məni müdafiə et­dik­lərini görərək yuxarıda göstərdiyim qondarma ittihamları mənə qarşı söyləməyə ehtiyat edirlər. Bununla yanaşı mən özümə söz ver­­dim ki, danışmayım. Çünki, mənim çıxışlarım nəinki Azərbay­can rəhbərliyinin, həmçinin burda (Tiflisdə - A.M.) yoldaş Oroxelaşvi­linin də xoşuna gəlmir. Bununla belə respublikadakı yoldaşlar Azər­baycandakı bir qrup rəhbərlərə qarşı nə vaxt radikal qərarın ve­­­­ri­ləcəyi barədə mənə suallarla müraciət edirlər».

 

Sonra M.C.Ba­ğı­rov özü və ailəsi haqqında məktubda Ruhulla Axundova mə­lu­mat verir:

 

«Görəndə ki, mənə qarşı ədalətli mü­nasibətə ümid etməyinə dəyməz, özümü sakitləşdirmək üçün 200, bəzən 205 səhifə gündəlik kitab oxuyuram. Məsələn, 1) «Leninə görə aq­rar suallar» kitabının IX tomunu 2 dəfə, 2) «Rusiyada inkişaf etmiş kapitalizmin həqiqətləri», 3) «Partiya qurultaylarının tarixi» (müx­tə­lif mənbələrdən), 4) «Lenin kooperasiya haqqında» (bütün onun məqalələri və çıxışları), 5) «Kapital» əsərini və sairə. Gürcü dost­la­rım da (Beriya nəzərdə tutulur – A.M.) mənə köməkliklərini əsir­gə­mirlər. Oğlum Cahangirdən (Volodya) məktub almışam. Mək­tu­bun­da Ömər Xəyyamın, Mirzə Şəfi Vazehin əsərlərini oxuduğunu de­yir. Sentyabrda Qubadan Bakıya qayıdacağını söyləyir. Deyəsən bir az xəstələnib, yaman ondan nigaranam. Ancaq bacılarımın gözləri ürə­yimin parasının (oğlu Cahangiri nəzərdə tutur – A.M.) üstündədir. Ona görə də arxayınam. Səndən xahişim odur ki, (Ruhulla Axundovu nə­zərdə tutur – A.M.) məndən incimə, hələlik vəziyyətim pis deyil. Hə­yat yoldaşım və oğlumun adından sizin ailəyə salam çatdır­ı­ram».

 

1937-ci ilin ikinci yarısından repressiyaların miqyası çox genişləndirildi. Moskvadan göndərilmiş Xalq Daxili İşlər Komissarının 00447 №-li əmrinə əsasən Sovet İttifaqında repressiyaların həcmi görünməmiş səviyyəyə çatdı.

 

Ona görə də bütün SSRİ-nin respublika, vilayət və diyar rəhbərləri bu əmrlə bağlı mərkəzin tapşırığının yerinə yetirilməsi ilə əlaqəli Stalinə hesabat verirdilər. Bu gün bəzi mətbuat orqanlarında M.C.Bağırovun öz təşəbbüsü ilə represiyaların həyata keçirilməsi ilə bağlı məktub yazması da açıq-aşkar kontekstdən çıxarılmış məqsədyönlü dezinformasiyadır. Təsadüfi deyildir ki, məhz bu əmrdən sonra Moskvada MK-nın böyük əksəriyyət üzvləri həbs olundular. 1937-ci ilin sentyabrında Kommunist bolşeviklər partiyasının plenumunda Stalin məlumat verirdi:

 

“İyun plenumundan indiki plenuma qədər bizim sıralarımızdan MK-nın bir neçə üzvü çıxmış və həbs olunmuşdur: Zelenskiy, Lebed, Nosov, Patnitskiy, Xataeviç, İkramov, Krinitskiy, Vareykis - 8 adam. MK üzvlüyünə namizədlər arasından həbs olunanlar isə 16 nəfər idi.

 

Sonralarda MK-nın digər üzvlərinə və namizədlərinə qarşı repressiya davam etdirildi. Bubnov, Kosarev, C.Kosior, Mejlauk, Pospışev, Ruximoviç, Çubar, Eyxe və başqaları həbs olundular. 1938-ci ilin axırına kimi partiyanın Mərkəzi Komitəsinin 70 faizi repressiya olundu.

 

Image

 

«Arqumentı i faktı» qəzetində (Moskva, 1989, № 5) çap edilən yazıda stalinizmin ümumi qurbanlarının sayı gös­­tərilirdi, 1939-cu ilin yanvarın 1-nə qədər «QULAQ»dakı 1.317195 dus­­tağın 830.491-i rus, 181.905-i ukraynalı, 44.785-i belorus, 24.894-ü tatar, 24.499-u özbək, 19.758-i yəhudi, 18.572-i alman, 17.123-ü qazax, 16.860-ı polyak, 11.723-ü gürcü, 11.064-ü er­mə­ni, 9352-i türkmən, 4874-ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox millətin nümayəndələri idi.

 

Həbs edilənlərin yaş həddi belə idi 18 yaş­dan az olanlar – 1, 2%; 18-dən 21 yaşa qədər olanlar – 9,3%; 22-dən 40 yaşa qədər olanlar – 63,6%; 41-dən 50 yaşa qədər olan­lar – 16,2%; 50 yaşdan yuxarı olanların sayı – 9,7%. Böyük Vətən mü­haribəsinə qədər məhbusların 93 faizini kişilər, 7 faizini isə qa­dın­lar təşkil etdiyi halda, 1944-cü ilin iyulunda 74 faizi kişilər, 26 faizi isə qadınlar təşkil edirdi («Arqumentı i faktı» qəzeti, 1990-cı il, 1–7 sentyabr).

 

Göründüyü kimi "Arqumentı i faktı" qəzetində azərbaycanlıların sayı göstərilmir. Çünki digər respublikalara nisbətdə say çox azdır. Ancaq biz bu sayı Azərbaycan SSR Prokuroru Babayev Adil Salman oğlunun 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışdan öyrənə bilərik (Azərbaycan Respublikası Dövlət Arxivi : fond 1, siyahı 44, iş 251, vərəqə 4 - bu siyahını artıq açıq mənbələrdən əldə etmək olur və mətbuatda dərc edilib -A.M.).

 

Belə ki, 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş (M.C.Bağırovun həbsindən sonra - A.M.) Babayev Adil Salman oğlu 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışda 1937-38-ci illərdə 2846 nəfərin siyasi repressiyalara məruz qaldığını bildirir və arayışa siyasi repressiya olunanların siyahısını əlavə edir. Onu da nəzərə almaq lazımdır ki, o dövrdə qonşu Ermənistanın əhalisi Azərbaycandan 3 dəfə az idi. Bütün bunlar onu göstərir ki, M.C.Bağırov mümkün qədər bu repressiyalardan Azərbaycanın daha az zərərli çıxmasına çalışmışdır. Təəssüf ki, o dövrdə bir çox yazarlarımız, ziyalılarımız bir-birlərindən Moskvaya, M.C.Bağırovun başının üstündə donoslar yazırdılar, bununla da onun əl-qolunu bağlayırdılar. Təsadüfi deyil ki, illər sonra Üzeyir Hacıbəylinin dəfn mərasimində, mərhum bəstəkarımızla vidalaşma mərasimi keçiriləndə Mir Cəfər Bağırov foyedə onlardan bəzilərini görür və hiddətlə "Moskvaya qalaq-qalaq donoslar yazmaqla Üzeyiri siz öldürdünüz" - deyir.

 

Çünki bu “donosçik”lərin ucbatından o, bir çox Azərbaycan ziyalılarını qorumaq üçün birbaşa Stalinə müraciət edirdi, məsələn, sözü gedən Üzeyir Hacıbəyliyə, Əlağa Şıxlinskiyə və digərlərinə görə. Çünki, Nikolay Yejov onun bütün müraciətlərinə məhəl qoymurdu. M.C.Bağırovu susdurmaq üçün yerli donosçu “ziyalılarımızın” adından XDİK-nın nümayəndələrinə, bir çox hallarda N.Yejovun adına müraciətlər olunurdu. Bir çox ədiblərimizi  əksinqilabçı dəstələrlə əlaqədə günahlandıraraq M.C.Bağırovu bunları ört-basdır etməkdə və onları qorumaqda  günahlandırırdılar. Ona görə də həbslər barədə birbaşa Moskvadan əmrlər gəlirdi. Bax, bu baxımdan, M.C.Bağırovun yaxın silahdaşlarınıda, o cümlədən də ondan sonra ən yüksək vəzifəni tutmuş Azərbaycan Nazirlər Sovetinin sədri Hüseyn Rəhmanovu da, həbs edirlər. M.C.Bağırov ona görə də Stalinə müraciət edir:

 

“Moskva MK(b)P Mərkəzi Komitəsi, Stalinə

 

Sentyabrın 7-dən başlayaraq Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanovun xəstəliyi şiddətlənmişdi, ağ ciyərin­dən qa­nax­ma başlamışdır. Onda şəkər xəstəliyi də aşkar etmişlər. H.Rəh­ma­novun konsilium və müalicə üçün Mos­­kvaya göndərilməsinə icazə verməyinizi xahiş edirəm.

 

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov

 

13 sentyabr 1937-ci il”

 

Image

 

Buna cavab olaraq elə həmin günlər Mir Cəfər Bağırovun başı üstündən Moskvaya tamamilə başqa məzmunda məxfi məlumatlar göndərilirdi:

 

“1933-cü ildə «əksinqilabçı millətçi qrupunun üzvü olmuş» H.Rəhmanov M.C.Bağırovun təqdimatı ilə 1935-ci ildə Lenin ordeni ilə təltif olunmuşdur”.


Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, yaxın silahdaşı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrini repressiyadan xilas edə bilmədi və edə də bilməzdi. Çünki onun rəsmi xahişi ilə müraciət etdiyi Stalin 1937-ci ildə ən yaxın qohumlarının belə xahişlərinə məhəl qoymamışdı. Onunla birgə birinci arvadı olmuş Ketonun qardaşı, köhnə bolşevik Svanidze həbs olunub güllələnmişdi, arvadı Mariya Svanadze həbs düşərgəsinə göndərilmişdi. Stalinin baldızı Yekaterina da 1937-ci ilin məhbusları arasında idi. Bax belə bir vəhşiləşmiş mühitdə M.C.Bağırovun ziyalılarımızı qorumaq baxımından etdiyi canfəşanlığına cavab olaraq, Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jda­nov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda (bu mək­tub onun məhkəməsində oxunmuşdur) o, M.C.Bağırovu əksin­qi­lab­çı düş­­­­mənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edil­mə­sin­də qətiy­yətsizlik göstərdiyinə görə günahlandırırdı. Sözsüz ki, bu xəbərdarlıq məktu­bu əsassız deyildi. Artıq Kremlə M.C.Ba­ğı­ro­vun milli ruhlu Azərbaycanın bu və ya digər görkəmli ictimai-siyasi xadimlərini xilas etmək üçün birbaşa Sovet rəh­bərlərinə gön­dərdiyi müraciətlərə görə Kremlin Azərbaycan üzrə olan agent­lə­rinin M.C.Bağırovdan mərkəzə göndərdikləri məxfi siqnallar ona qarşı yuxarıdakı xəbərdarlıq məktubunun əsasını formalaşdırırdı.

 

Bütün bu hadisələrin məntiqi nəticəsi kimi 1938-ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komissarlığından böyük bir qrup komissiyası gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizəsinin zəif təşkil edilməsini və M.C.Bağırovun əksinqilabçılara qayğı ilə yanaşmasını üzə çıxartmaq idi. Moskvadan gələn komissiya isə M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticələri kimi onun millətçi-təmayülçü olmağı barədə Moskvaya məlumatlar ötürürlər. Bu məlumatlarda onun «Hümmət» təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı.

 

Lakin hadisələrin məcrası L.P.Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq daxili işlər komissarının müavini seçildikdən sonra dəyişilir. Beriya bu vəzifəyə gəldikdən sonra onun ilk işlərindən biri kimi N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın düzgün yoxlanış aparmadığı barədə Stalinə məlumat vermək olur. Şübhəsiz, istər Beriya, istərsə də M.C.Bağırov Zaqafqaziyada onların iradəsindən asılı olmayan ədalətsiz həbslərin səbəbkarı kimi N.İ.Yejovun nə vaxtsa məsuliyyət daşıyacağını bilirdilər. Buna görə də 1938-ci ilin 24 noyabrında Siyasi büro Yejovu SSRİ xalq daxili işlər komissarı vəzifəsindən azad edir. Bu vəzifəyə isə L.R.Beriya seçilir.

 

Çox keçmir ki, 1939-cu ilin aprel ayında Beriyanın tapşırığı ilə Sumbatov-Topuridzenin rəhbərliyi altında əməliyyat qrupu (baxmayaraq ki, Sumbatov o dövrdə Moskvada NKVD-nin təsərrüfat şöbəsi müdiri idi – A.M.) N.İ.Yejovu həbs edir. 4 fevral 1940-cı ildə N.İ.Yejovun cinayətləri sübut edilərək güllələnmə cəzasına məhkum edilir.

 

Sonda Mehriban Vəzirə son sualım budur ki, görəsən o dövrdə Azərbaycan rəhbərliyində M.C.Bağırov deyil, ona qədər olan Levon Mirzoyan və Ruben olmuş olsaydı, bizim taleyimiz necə olacaqdı, repressiyaların miqyasının  hansı səviyyədə olacağını təsəvvür edirmi?! M.C.Bağırovun həyatı bahasına qoruya bildiyi Üzeyirlərimizi və digər say-seçmə ədiblərimizi qoruya biləcəkdikmi, ümumiyyətlə Azərbaycan mövcud olacaqdımı?!

 

Oxşar xəbərlər
22:51, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
22:47, Bu gün
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
22:45, Bu gün
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
22:34, Bu gün
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
22:18, Bu gün
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
22:15, Bu gün
Hacıqabul sakinini gürzə sancıb
22:12, Bu gün
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
GÜNLÜK
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu