Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Oxunub: 9228
22 Mar 2019 | 15:09
Nazarbayevin varisləri:  Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?

Pyotr Akopov

vzqlyad.ru, 21.03.2019

 Nursultan Nazarbayevin Qazaxıstan hakimiyyətinin zirvəsində oynadığı kombinasiya getdikcə daha aydın cizgilər alır. Prezident postundan gözlənilməz istefa və bu vəzifənin Qasım Tokayevə keçməsi yalnız birinci mərhələ idi. Növbəti addım Nazarbayevin qızı Dariqanın senatın spikeri seçilməsi oldu. Nazarbayevin sonrakı gedişləri necə olacaq və əsil varis Dariqadırmı?

Nursultan Nazarbayevin qəfil istefası 30 illik idarəçiliyin sonunu bildirmir. Sadəcə, müstəqil “Qazaxıstanın atası” artıq öz sağlığında nazarbayevsonrası hakimiyyətin dayanıqlı konstruksiyasını qurmağı qərara alıb. Yəni Nazarbayevin axirətə gedişindən sonra qazax elitası və xalqı hakimiyyət uğrunda mübarizə və qarğaşalığa batmasın deyə, vətəndaşları yeni başçının namizədliyinə alışdırmağı.

Qazaxıstanın bir dövlət kimi bir çox baxımdan Nazarbayevin şəxsiyyəti sayəsində qurulduğu və baş tutduğu nəzərə alınsa, belə bir strateji gediş sayğıya layiqdir: Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü istəmir ki, onun əsəri öz sağlığında önəmini itirsin. Amma Nazarbayev Qazaxıstanı kimə qoyub gedəcək?

Düzdür, yeni prezidentə – ömrü boyu xarici siyasətlə məşğul olmuş karyeralı diplomat Kasım Tokayevə tərk etməyəcək. Respublikaya müstəqil başçılıq etmək üçün onun nə müstəqil siyasi çəkisi, nə də nüfuzu var. Həm də yaşı 65-dir – yəni 78 yaşlı Nazarbayevə hər hansı bir varisliyi haqda söhbət ola da bilməz. Tokayev respublikaya, ən azı, bir il başçılıq edəcək – 2020-ci ilin aprelindəki növbəti seçkilərədək. Bundan sonra isə iki variant mümkündür – o, ya prezident postuna seçiləcək və Nazarbayevin sağlığında formal başçılığı davam etdirəcək ki, növbəti seçkilərdə – 2025-ci ildə elbasının gerçək varisi onu əvəz etsin. Ya da Nazarbayev artıq 2020-ci il aprel seçkilərində əsil varisi prezidentliyə irəli sürəcək.

Amma hətta birinci variant, yəni 2020-ci ildə seçilmə halında da aydındır ki, Tokayev prezident postunu bir vaxta qədər tutacaq ki, gərəkli anda istefaya getsin və hakimiyyəti konstitusiyada nəzərdə tutulan adama versin. Yəni Qazaxıstan yuxarı palatasının – senatın başçısına.

Dariqa Nazarbayeva, Nursultanın böyük qızı çərşənbə günü senatın spikeri olub.

Nazarbayevin oğlu yoxdur. O, hakimiyyəti oğlu İlhama vermiş Heydər Əliyevdən fərqli olaraq, üç qızından birini seçməli olur.

Məhz böyük qız Dariqaya artıq çoxdan əsas namizəd kimi baxılır. Digər iki qız siyasətlə heç vaxt məşğul olmayıb.

Dariqa isə 55 yaşına doğru həm respublikanın ən böyük mediaholdinqinə, həm partiyaya, həm də banka başçılıq etməyə, parlamentin aşağı palatasının deputatı və baş nazirin I müavini olmağa macal tapıb. Onun üç elmi dərəcəsi var – tarix elmləri namizədi, siyasi elmlər doktoru və iqtisadiyyat elmləri doktoru. Qazaxıstanın müxtəlif xeyriyyə cəmiyyətlərinə başçılıq edir və bir neçə beynəlxalq mediaforumun rəhbərliyindədir (özəlliklə də Ümumdünya Rus Mətbuatı Assosiasiyasının vitse-prezidentidir).

Peşəkar ifaçı təhsili alıb və hətta bəzən konsertlə çıxış edir – bir zamanlar İosif Kobzon onun metso-sopranosunu dəyərləndirib. Dariqanın üç uşağı var və böyüyün – Nurəlinin artıq 34 yaşı var.

Amma, bax, Dariqanın əri yoxdur – 2007-də boşanıb. Və çoxları məhz bundan sonra onun siyasi karyerasını bitmiş sayıblar. Yəni onda atasının potensial varisini görməyi buraxıblar (indi aydınlaşdığı kimi, əbəs yerə). Xeyr, boşanmağa görə deyil, buna səbəb olan və ardınca baş verən hadisələrə görə.

Rahat Əliyev

 

Dariqa artıq 2007-də, demək olar, iyirmi beş il idi ki, Rahat Əliyevin – əvvəlcə həkim, sonra biznesmen, sonra general, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin I müavini  və Nazarbayevin mühafizə xidməti rəisi müavininin  arvadı idi. Əliyevi Qazaxıstanda ən qüdrətli adamlardan biri sayırdılar, amma Nazarbayev 2002-nin başlanğıcında öz kürəkənini Milli Olimpiya Komitəsinin başçısı qoydu, yayda isə Avstriyaya səfir göndərdi.

Bu, gözdən düşmək idi. Əliyev 2005-də xarici işlər nazirinin I müavini olmaqla (nazir indiki prezident Tokayev idi) Astanaya qayıtsa da, çox duruş gətirməyib. Onu artıq 2007-ci il fevralın əvvəlində  qismətində dönmək olmayan Avstriyaya yenidən səfir göndəriblər. Çünki mayın başlanğıcında onu səfir vəzifəsindən azad edib və şantaj məqsədilə adam oğurlamağa görə beynəlxalq axtarışa veriblər. Söhbət prezidentin kürəkəninin bankın keçmiş ən böyük səhmdarı kimi pul tələb etdiyi “Nurbank”ın üç başçısından gedib (görünür, onları oğurluqda ittiham edib). Onların ikisi bundan sonra itkin düşüb və cəsədləri yalnız bir neçə ildən sonra tapılıb.

Əliyev Avstriyaya səfir təyinatını fevralın 9-da alıb – düz, öz bankının işçilərini oğurladığı gün. Yəni faktiki olaraq xaricdə oturmağa ümid edib, amma mayda ona qarşı cinayət işi qaldırıblar, Nazarbayev onu işdən çıxardıb, sonra isə bütün təltiflərdən də məhrum edib. Əliyev 2008-də qiyabi məhkum olunub, lakin Avstriya keçmiş səfiri və keçmiş kürəkəni verməkdən imtina edib.

Dariqa cinayət işi qaldırıldıqdan tam bir ay sonra ərindən boşanıb və sıradakı bir neçə ildə diqqətini ictimai fəaliyyətə toplayıb. Qazaxıstan  müxalifəti hətta onun mühacirətə getdiyi barədə şayiələr buraxıb, ancaq Dariqa Qazaxıstanda qalıb. Keçmiş əri özünü müxalif və rejimin qurbanı elan edib və yalnız 2014-ün yayında ekstradisya üçün növbəti məhkəməni gözləməklə Avstriya hökumətinə təslim olub. O, 2015-in mayında Vyana həbsxanasının hamam otağında asılmış tapılıb. Bəzi ekspertlər onun ölümünü intihar adlandırıblar.

Dariqa həmin ilin sentyabrında baş nazirin I müavini olub. Amma bu vəzifədə cəmi bir il qalaraq senata keçib. İndi aydınlaşdığı kimi, bu, uzaq hədəf üçün edilib.

Dariqanı tanıyanlar onun ağlı və xarakteri haqda yaxşı rəy söylədikləri halda, təsəvvür etmək çətindir ki, Nazarbayev ölkəni zərif qadın çiyninə yükləyər. Amma bunu etməyə hazırlaşmır da – bax, buna görə.

Dariqa Nazarbayevlərin ailə qəbiləsinə söykənərək idarə edəcək. O isə yetərincə böyükdür və savadlı şəkildə əsas mövqelərə yerləşdirilib.

Nursultanın iki qardaşı var idi – hazırda yalnız Bolat yaşayır, amma siyasi çəkisi yoxdur. Balaca qardaş Satıbaldıisə lap gənc ikən 34 yaşında avtoqəzada həlak olub. Amma iki oğlu artıq böyüyüb və general olub. Böyük oğlu Kayratın 49, kiçik oğlu Samatın 40 yaşı var və 2015-in dekabrından Milli Təhlükəsizlik Komitəsi başçısının I müavini işləyir. Samat soyadını Abiş qoyub – babasının, Nursultanın atasının şərəfinə.

Nazarbayev və Samat Abiş

 

General Abişə indi Nazarbayevin tamamilə mümkün varisi kimi baxılır. Hətta söz-söhbət gəzir ki, əmisi hələ bir neçə il qabaq onu bu qismdə Vladimir Putinə təqdim edib. Aydındır ki, Nazarbayebin Samat Abişə münasibətdə planları haqda onun ən yaxın illərdə alacağı təyinatlar əsasında fikir yürütmək mümkün olacaq, amma daha çox ağlabatandır ki, Dariqanın idarəçiliyi dönəmində onun ən önəmli dayaqlarından biri olacaq.

Nazarbayevin nazirliklər daxil olmaqla müxtəlif rəhbər postları tutan daha bir neçə qardaşı uşağı var. Amma onlar da Alma-Atanın keçmiş başçısı Əhmətjan Yesipov və senatın, MTK-nın keçmiş başçısı və Moskvada keçmiş səfir Nurtay Abıkayev kimi artıq yaşlıdırlar – Yesipovun 68, Abıkayevin isə 71 yaşı var. Əvəzində Əliyevdən daha uğurlu kürəkən var. Timur Kulibayev – ortancıl qız Dinaranın əri.

Qazaxıstanın ən varlı adamı, yerli olimpiya komitəsi və iş adamlarının milli komitəsinin prezidenti yetərincə gəncdir –52 yaşı var. Problem bundadır ki, bir vaxtlar Kulibayevi də Əliyev kimi Nazarbayevin varisi təklif ediblər və Dariqa qəbilənin başçsı olanda onun münasibətlərinin necə biçimlənəcəyi qətiyyən aydın deyil.

Timur Kulibayev

 

Bundan savayı, Nazarbayevin bir neçə nəvəsi də var və böyüyün indi cəmi 34 yaşı olsa da, aydındır ki, onlar zaman keçdikcə daha görkəmli postlar tutacaqlar.

Nazarbayev qəbiləsinin gücü eyni zamanda onun zəifliyidir. Hələlik onları elbası baba birləşdirir, amma zəmanət haradadır ki, onun ölümündən sonra dalaşmayacaqlar?

Nazarbayev əlüstü iki vəzifəni həll etməlidir – elə etməlidir ki, qəbiləsinin hakimiyyət varisliyi hüququ bütünlükdə Qazaxıstan elitası tərəfindən höcətə salınmasın və artıq özü olmayanda qəbilə içində didişməyə yol verilməsin. İkinci vəzifə birincidən sadə görünmür və Nazarbayev buna görə də qalan vaxtında elə etməyə çalışacaq ki, qəbiləiçi münasibətlər balanslaşsın. Bununla belə, yenə də tək varis-lidersiz keçinməyəcək – bunun Dariqa, Samat Abiş, nəvələrdən kiminsə olacağı Nazarbayevə nə qədər ömür verildiyindən asılı olacaq. Deyək ki, 10 ildən sonra indi hətta babaya varis olmağa iddia etməyən nəvələrin şansı xeyli artacaq.

Əlbəttə, ailə daxilində hakimiyyəti ötürməkdə Nazarbayevi ikiüzlücəsinə ittiham etmək olar, amma onun hansı alternativləri var? Qazaxıstan SSRİ-nin faciəli məhvi üzündən dünya xəritəsində təsadüfən meydana çıxıb. Bu sovet respublikası bütün minusları və problemlərilə  məhz Nazarbayevin sayəsində, amma İttifaqın başqa qırıntılarından daha uğurlu şəkildə dövlət kimi baş tutub.

Qazaxların dövlətçilik ənənəsi olmayıb, tayfa və qəbilə prinsiplərilə bölünüblər və Nazarbayevin ölümündən sonra orada hakimiyyət uğrunda mübarizə başlasa, onda  qurduğu dövlət, sadəcə, dağıla və yox ola bilər.

Əlbəttə, Nazarbayev öz övladına belə bir aqibət istəmir, hakimiyyəti ötürməkdə özəl hazırlanmış varislə, ya da beləcə hazırlanmış qohum arasında seçim edərkən, şübhəsiz, qohumun üzərində duracaq. Heç olmasa, onlara daha çox inandığı, onları daha yaxşı tanıdığı üçün – onların hakimiyyəti onun öz vətəndaşlarından qazandığı ad və nüfuzuna görə müqəddəs sayılacaq.

Postsovet məkanında hakimiyyətin varislik üzrə verilməsində hələlik yalnız bir sınaq olub – Azərbaycanda Heydərdən İlham Əliyevə. Amma düşünmək lazım deyil ki, hakimiyyətin belə təşkili yalnız islamçı və ya avtoritar rejimlərə xasdır. Xeyr, bu, təkcə monarxiyaların deyil, ən müxtəlif dövlətlərin özəlliyidir. İndiki dünya ölkələrinin çoxu II dünya savaşından sonra formalaşıb və orada ali hakimiyyətin necə biçimləndiyinə diqqətlə baxsaq, çoxlu ümumi yönlər görərik. Bhutto qəbiləsi fasilələrlə olsa da, Pakistanı, Neru qəbiləsi Hindistanı, Bandaranaike ailəsinin bir neçə təmsilçisi Şri-Lankanı yönəldib. Filippində prezident kürsüsündə bir neçə ailə bir-birini əvəzləyib, İndoneziyada və Myanmada respublikanın qurucularının qızları hakimiyyətə gəliblər. Bəli, bu, heç də hər yerdə birbaşa uğurlu olmayıb, amma onlar 27 yaşlı Qazaxıstandan xeyli artıq mövcuddur. Sabitləşmiş dövlətlər – Qərb ölkələri isə özlərini belə hesab edir – sanki varisliyi tətbiq etmir. Amma hətta Buşları və Tüdorları örnək gətirməyəcəyik – anqlo-saks ölkələrində hakimiyyətin gerçək mexanizmləri, pul və nüfuz artıq bir neçə on ildir, bəzən isə yüz illərlə bir neçə ailənin əlindədir.

Baş nazir və prezidentlərin görünüb yox olması bu dövlətlərin varlığına təsir etmir – dövlət aparatının özü və elitalar bu qədər dayanıqldır. Amma Qazaxıstanla bağlı halda hər şey olmasa da, çox məsələ birinci şəxsin əvəzlənməsindən asılıdır. Nazarbayev istəyir ki, Qazaxıstan ondan çox yaşasın.

Tərcümə Strateq.az-ındır.

Oxşar xəbərlər
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?