Azərbaycanın inkişafı-inklüziv inkişaf – MEHDİ ABDULLAYEV YAZDI
Oxunub: 1043
19 Feb 2019 | 18:59
Azərbaycanın inkişafı-inklüziv inkişaf –  MEHDİ ABDULLAYEV YAZDI
“Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim”

Dövlət başçısının apardığı islahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifah halını daha da yaxşılaşdıracaq

Son illər dünyada baş verən  hadisələr  bir daha təsdiqləyir ki,  maliyyə və iqtisadi böhran, qarşıdurmalar, münaqişələr hələ də davam edir.  Hətta uzun illərin demokratik təcrübəsinə malik olan dövlətlərdəki etiraz aksiyaları və bu aksiyaların qarşısının  qeyri-sivil yollarla alınması  prosesi ilə tez-tez qarşılaşırıq.

Xeyli vaxtdır ki, Fransada davam edən etiraz aksiyaları, polislə qarşıdurma atrıq beynəlxalq ictimiyyəti də narahat edir. Belə hallar insan hüquq və azadlıqlarının pozulmasının bariz nümunəsidir. Halbuki, həmin ölkələr digər müstəqil dövlətlərə “demokratiya dərsi” keçir,  özlərini  insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər.

Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğundan  baş verən hadisələr bizim də ölkəmizdən yan keçmir. Ancaq dövlət başçısının düşünülmüş məntiqli siyasi kursu, aparılan islahatlar  ölkəmizi gözlənilən bəlalardan xilas edir. Cənab  Prezidentin yeni idarəçilik  sisteminin  tətbiqində israrlı olması Azərbaycanın  beynəlxalq  aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini  daha da möhkəmləndirir.  Yeni idarəçilik sistemi, aparılan struktur islahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin  həyat səviyyəsinin  daha da yüksəldilməsinə xidmət edir .

Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlarda, xüsusilə yeni idarəçilik sisteminin tətbiqində  əsas məqsəd  Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsidir. İdarəetmə sistemində  aparılan islahatlar  mövcud situasiyaya uyğun olaraq  həyata keçirilir. Yeni idarəetmə məhdud resurslardan istifadə etməklə maksimum nəticəyə nail olmaq imkanlarını yaradacaq, paralel strukturların aradan qaldırılması və onların yenidən təşkili dövlət idarəçiliyinin daha da müasirləşdirilməsində böyük rol oynayacaq. Cənab Prezident İlham Əliyev millətini düşünən əsl dövlət xadimi olaraq fəaliyyətini U.Çörçilin təbirincə desək, gələcək seçkilərə deyil, gələcək nəsillərə yönəltmiş, Azərbaycanın mənafeyinə uyğun populizm və demoqogiyadan uzaq real siyasət yürütməkdədir.                

Dövlət başçısının  2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsinin prioritetini  idarəetmədə modernləşmə, beynəlxalq aləmə inteqrasiya təşkil edir. Bu islahatlar dünyanın tanınmış ekspertləri tərəfindən də yüksək dəyərləndirilirb . Qürur hissi ilə demək olar ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar  respublikamıza  “dünyada ən islahatçı” ölkə imici qazandırıb.

Dövlət başçısı da bildirib ki, struktur islahatları əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsirini göstərəcək. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə  möhtərəm  Prezidentimizin qayğısını bir daha təsdiq edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin  – DOST Agentliyinin yaradılması  rəğbətlə qarşılanıb.  Bu agentliyin yaradılmasında  əsas məqsəd əhalinin məşğulluğunun təmin olunması, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ yanaşmanın tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.

Ölkə başçısının  islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Ölkə Prezidentinin  müvafiq sərəncamına əsasən, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə diqqəti cəlb edir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır. Artıq bu  layihə uğurla icra olunur. Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi istiqamətində ciddi addımlar atılıb. Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları, artıq həyat qaynayan Cocuq Mərcanlı kəndi  üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daha da güclənməsinə ciddi stimul verib.

Əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan  bu layihə hazırda 76 şəhər və rayonu əhatə edir. Yüzlərlə işsiz və işaxtaran şəxs özünəməşğulluq proqramına cəlb olunub. Belə islahatlar ünvanlı sosial yardımın verilməsində, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsində və digər sahələrdə özünü büruzə verir.

Yeri gəlmişkən, qeyd edək ki, bu il  yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələrinin  bütün vərəsələrinə, o cümlədən Daxili İşlər Nazirliyinin döyüşlərdə həlak olan əməkdaşlarının vərəsələsinə birdəfəlik ödəmələrin verilməsini əhatə edən əlavə fərman imzalaması aztəminatlı ailələrin  həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atdığı daha bir qətiyyətli addımdır. Dövlətimizin başçısı şəhid ailələri ilə görüşdə deyib ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılıb, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni fərman imzalayıb və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayı artıb.

Düşünülmüş siyasi kurs ölkəmizi  kosmik dövlətə çevirib və artıq bizim  üç peykimiz var.  Əlbəttə, biz bununla qürur duyuruq. Azərbaycan kosmik kluba daxil olan nadir ölkələrdəndir.  Bu, həm innovasiya, həm biznes, həm də müasirlikdir. İnnovasiyalardan söhbət düşəndə, bu gün dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”  mütləq qeyd edilməlidir.  Hazırda  ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb  və  onların sayının 20-yə çatdırılması nəzərdə tutulub.  Bu mərkəzlərə milyonlarla insanın müraciət etməsi xidmətin yüksək səviyyədə olmasının nəticəsidir. “ASAN xidmət”də iki yüzdən çox tam şəffaf xidmət göstərilir.  “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizin növbəti uğurudur. Dövlət başçısı həmişə bildirib ki,  Azərbaycanda hər şey şəffaf və qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsasını təşkil edir. Onların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetidir.

Möhtərəm Prezidentimizin  Gənclər Günü ilə əlaqədər keçirdiyi görüşdə   bir daha bəlli oldu ki, o, yeniliyin tərəfdarıdır,  ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, onların qaldırdıqları zəruri məsələlər dərhal öz həllini tapır. Məsələn,  gənc blogger Mehman Hüseynov ona  qarşı açılmış yeni cinayət işi ilə bağlı dövlət başçısına müraciət etdi.  Ölkə başçısı məsələyə  dərhal münasibət bildirdi və  tövsiyələrini verdi. Bundan sonra  Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.

Ölkə başçısının humanizm prinsiplərinə sadiqliyi, insanlara diqqət və qayğısı son vaxtlar keçirdiyi tədbir və görüşlərdə özünü bir daha aydın şəkildə büruzə verib.  İstər şəhid ailələri ilə görüşdə, istərsə gənclərin təltif edilməsi mərasimində, istərsə də Şamaxıda baş vermiş zəlzələdə ziyançəkən vətəndaşlarla görüşdə Cənab Prezidentin səmimi və isti münasibəti, onların problemini öz şəxsi problemi kimi qəbul etməsi özünün də qeyd etdiyi kimi onun hər bir azərbaycanlının prezidenti olduğunun əyani sübutudur.

Cənab Prezident  bütün  bunların xalqa xidmətin nümunəsi olduğunu bildirib və deyib: “Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam”.

Mehdi ABDULLAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru
Oxşar xəbərlər
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI