"Milli ideologiya hər bir xalqın özününküləşməyən daşınmaz sərvətidir"
Oxunub: 1114
22 Nov 2018 | 13:34
1991-ci ilin səlnaməsində Azərbaycan dövlətinin təkrar müstəqiliyinin qırmızı hərflərlə qeyd olunması milli fədakarlığımızın canlı təzahürü kimi Tanrı qismətiydi.Bu fədakarlıq və əzmkarlıq “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə əbədiləşdi .Şükr!

Rəbbimiz bir daha bizi, dünya müsəlmanlarını-türklərini yad dövlətlərin “qoltuğuna sığınmaq”imtahanına çəkməsin!

Azərbaycan xalqının ələalınmaz iradəsi,tarixi zərurətin və qartımış zamanın möhürlənmiş hökmü ilə”Sovet divarı” dağıdıldı. Bu sədd çökəndən az sonra mən,AXC-nin varisi, libasını dəyişən və yeniləşən müstəqil Azərbaycanın pəncərəsindən dünyaya baxdım...Gözlərimin önündə nəhəng, qəddini düzəldən bir dövlət canlanırdı-Azərbaycan dövləti..."Sovet divarından" o yanda keçmişimiz qalırdı, bu tərəfdə isə təp-təzə ümidlərlə yaşayan Xalq.Məhz, bu xalqın vahidliyi sayəsində dövlətin təməli qoyuldu, demokratik hüquqi dövlət və azad vətəndaş cəmiyyətinin qurulması da canlarını fəda edən qəhrəman oğullarımızın barmaqlarını qanlarına batıraraq ana torpaq üzərində yazdıqları milli ideologiya ilə başa gəldi. Qədrini bilməli və şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Yeni Azərbaycançılıq ideologiyası da keçmiş ideologiyanın varisi kimi həmin vaxtdan təşəkkül tapdı...

İdeologiya özü-özlüyündə ictimai həyatın bir qütbü,ideyaların məcmusu,ictimai,siyasi və iqtisadi qruplar isə ictimai həyatın tərkib hissəsidir.İdeologiya milli maraqlara , dövlətçiliyə və xalqa xidmət etməlidir.İdeologiyanın dəyəri də məhz dövlətə və xalqa bağlılığı ilə ölçülür.Necə ki,ölkə prezidenti İlham Əliyev hamıya görk olacaq xitabla:”Mən xalqın xidmətçisiyəm”-deyə müraciət edirsə, digər məmurlar xalqdan ayrı xidmətlərini qura bilməzlər.Amma, çox təəssüf ki,başqa cür davrananlar,vətəndaşlardan “qaçan” məmurlar da var!

Burada müstəqil Azərbaycanın ideoloji konsepsiyasının şərhinə ehtiyac var. Bu konsepsiyanın əsas kriteriyaları dövlət və dövlətçiliyi, xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan, ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə hər birimizin müqəddəs borcundan-Vətənə sədaqətdən ibarət olur. Patriotizm ruhu dövlətçiliyin ayrılmaz elementi kimi müqəddəsləşir.Mən, bu günümüzə qədər qorunub saxlanılan dilimizi, adət və ənənələrimizi bütövlükdə mənəvi,ümumbəşəri dəyərlərimizi dövlətimizin mühüm,əyilməyən sütunu kimi görürəm.Ümumbəşəri dəyərlərə hörmətlə yanaşma da milli ideologiyamızın ana xəttini təşkil edir,”Pantürkizm”və”Panislamizm”mənaları qarşısında”Milliyyət”,”Beynəlmiləliyyət”və “Müasirlik”kimi dəyərlər qloballaşan dövrümüzlə ayaqlaşan rəmzlərə çevrilir.

Belə nəticəyə gəlmək olar ki, bütün ideologiyalar təcrübədən iqtibas olur və kök atır, onlar həqiqəti əks etdirməklə, ya səhv, ya təhrif edilir, ya da düzgündür.Məzmunundan asılı olaraq, ideologiyalar cəmiyyətin ovqatını əks etdirən insanların sosial həyatına müxtəlif şəkildə təsir edə bilmək gücündə olur. Bu mənada azərbaycançılıq ideologiyası, milli ideoiogiya kimi, cəmiyyət tərəfindən obyektiv reallığa xas dərk edilməli və dövlətin təməlini təşkil edən xalqın vahidliyinin təcəssümünə köklənməlidir.

Azərbaycan xalqının tarixi müqəddəratının müəyyənləşməsində Azərbaycanın geosiyasi mövqeyi, milli ideologiyası mühüm rol oynamışdır. Azərbaycanda tarix boyu müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələr mövcud olmuş,Azərbaycan xalqının təbii-tarixi təşəkkülünün tərkib hissəsi olan ideoloji prosesdə onun hər bir iştirakçısı nadir mədəniyyətin sahibinə çevrilmiş, "Azərbaycanlılar" və "Azərbaycançılıq", milli ideologiyalar altında qəbul etdiyimiz vahid birliyin özülü qoyulmuş, onun tərkibində aparıcı türk amili ilə yanaşı, ölkəmizdə məskunlaşan bütün millətlərin də yeri bərqərar olmuşdur. Burada başqa məna axtarmağa ehtiyac

qalmır.Etnosların tərkib hissələri, onların maddi və mənəvi, mədəniyyət sahəsindəki özünə xas milli ideyaları itmir, sadəcə müəyyən dəyişikliyə məruz qalır, inkişaf edir, inteqrasiyaya uğrayır.Bu istiqamətdə həyata keçirilən düşünülmüş və balanslaşdırılmış dövlət siyasəti nəticəsində müasir Azərbaycan Multikultural dəyərlərin mərkəzinə çevrilmişdir.Diqqət edin:Diplomatik missiyası ilə bağlı yanlış təsəvvürlərə malik bəzi əcnəbi məmurlar Azərbaycana gəlməkdə tərəddüdə qapılsalar da sonralar ölkə Prezidentinə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edirlər.Bax,Milli ideologiya budur...

İdeologiya bir növ təfəkkürdə hadisələrin obyektiv reallıqda dərk edilməsi,həm də qeyd etdiyim kimi müəyyən ideyaların məcmusudur. Bu, özündə düşüncənin məqsədini və gələcəkdə həyatın praktik olaraq dəyişmə proyeksiyasını əhatə edir.Əhali tərəfindən dəstəklənən ideyalar dövlətin də legitimləşməsini asanlaşdırır,dövlət hakimiyyətini gücləndirir. İdeyanın anlayışı isə antik dövrlərdə Demokrit və Platon tərəfindən verilib və mahiyyət etibarilə onu atoma bənzədiblər.

Zənnimcə ölkədə hansı ideologiyanın “hökmranlığından” asılı olmayaraq onun milli maraqları dəyişilməz qalmalıdır.Tarixən xalqın düşüncəli fəaliyyəti, düşüncəli milli ideologiyadan asılı olmuşdur.İdeologiyaya inam cəmiyyətin inkişaf başlanğıcıdır-deyərdim.Cəmiyyətdən kənar isə hər hansı bir ideologiya və müstəqillik ola bilməz.

Kant ideyanı idrakın anlayışı adlandırırdı. Yəni duyumumuzda və idrakımızda müvafiq predmet yoxdursa və onu dərk etmiriksə, deməli predmet də yoxdur.

İdeya immanent (bir şeyin və ya hadisənin öz təbiətinə xas olan daxili səbəbləri) məqsəd daşıdığından ümumi düşüncənin möhkəmləndirilməsi və seçilən ideologiyanın qorunması üçün kütləyə təsir vasitəsidir. "Mən" dünyasını yaratmaq, obyektiv həqiqət, subyektlə obyektin uyğunluğu və yaxud, bir-birinə təsadüf etməsi kimi anlaşılır.

XIX əsrin ortalarında Azərbaycan millətinin formalaşması üçün mühüm şərait yaranmış, cəmiyyətin sosial təbəqələrində əsas dəyişikliklər baş vermiş, yeni sosial qruplar - milli burjuaziya, milli ziyalı təbəqəsi və fəhlə sinfi meydana gəlmişdi. Bu dövrdə Azərbaycan ədəbi dilinin funksional dairəsi genişləndi və milli mətbuat yarandı. Xalqda özünü dərk, özünü təsdiq hissləri inkişaf etdi. Bütün bunlar XX əsrin əvvəlinədək Azərbaycan millətinin formalaşması prosesinin başa çatması ilə nəticələndi. Milli ideologiyanın inkişafına zəmin yaransa da, mühüm əhəmiyyət kəsb edən milli dəyərlərin durumuna mənfi təsir edən amillər də mövcud idi. Belə ki, XX əsrin 40-50-ci illərində Sovet İmperiyası tərəfindən aparılan deportasiya siyasəti nəticəsində qədim Azərbaycan torpaqlarından 100 minlərlə azərbaycanlı Aran bölgələrinə köçürüldü. Əsrlər boyu dağətəyi ətrafda yaşayan bu köçkünlər yeni, coğrafi mühitə uyğunlaşa bilmədikləri üçün (və ya uyğunlaşanadək)onların bir qismi həlak oldu...

Sovet dövrünün sonrakı illərində də milli ideologiya sahəsində kobud əyintilərə yol verildi. 60-cı illərin sonu, 80-ci illərin əvvəllərində Sovet rejiminin hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının etnik inkişafı və azərbaycançılıq ideologiyası üçün geniş perspektivlər açıldı. 1978-ci ildə qəbul edilən Azərbaycan Sovet Konstitusiyasına Azərbaycan dilinə "dövlət dili" statusunun verilməsi haqqında ayrıca maddənin salınması milli dəyərlərin qorunub saxlanılmasına və inkişafına böyük imkanlar açdı. Bəlkə də bu milli ideologiyanın, Azərbaycançılıq ideologiyasının başlanğıc nöqtəsi kimi bütün azərbaycanlıların uğuru idi.Daha doğrusu bu, kibernetik məharətə malik ,geniş demokratik-hüquqi islahatların müəllifi və banisi Böyük Heydər Əliyevin böyük tarixi uğurlarından idi.

1991-ci il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edildi.

Müstəqillik illərində Azərbaycan xalqının taleyində özünəqayıdış və özünüdərk meylləri gücləndi. Milli mənlik, milli ideologiya şüurunun inkişafında yeni dövr başlandı. Milli dəyərlərin inkişafı üçün geniş şərait yarandı. Stereotip baxışlara, yeknəsəq fikirlərə son qoyuldu. Bu sahədə fikir müxtəlifliyinin olması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin prinsiplərinə zidd deyildi.

Məhz hüquqi və demokratik dövlət kimi Azərbaycanda milli ideologiyanın və dövlətçiliyin inkişafı üçün mühüm addımlar atıldı. Xalqın milli mədəniyyətinə, tarixinə, adət-ənənələrinə dövlət qayğısı artdı. Milli ideologiyanın inkişafına mane olan hallara, milli qarşıdurma cəhdlərinə son qoyuldu. İnsanpərvərlik ideyalarına yad olan ünsürlərin qarşısının alınması və cəmiyyətin mənəvi əsaslarının qorunması dövlətin əsas vəzifələrindən biri kimi möhkəmləndi.

Burada "millət" sözü sözün tək, sonra isə cəm şəklinə çevrilir. Sözün mənası belə yozulur: Əqidə, iman, cəmiyyət, ideya və firqələr. Cəsarətlə deyə bilərəm ki, millət din kimidir. Onu da şəriət kimi uca Allah Özünün elçiləri vasitəsilə bizə bəxş etmişdir. Amma millətlə din arasında fərq ondan ibarətdir ki, millət peyğəmbərə, din isə Allah tərəfindən şəxsə və tayfaya olan nisbətdə verilir. Məs: Hz. Yusif:” Mən Allaha inanmayan və axirəti inkar edən bir tayfanın dinini tərk etdim. Mən ata-babalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe oldum" - deyir.

Qürur doğuran hal ondan ibarətdir ki, Azərbaycançılıq ideyası 1995-ci il müstəqil dövlətin Konstitusiyasının müddəalarında da özünə yer aldı. Ümumbəşəri dəyərlərə söykənən Azərbaycançılıq ideologiyası beynəlxalq təcrübədən faydalanmaqla əsas insan və vətəndaş hüquq və azadlıqlarının təsbit edilməsində, bu dəyərlərin həyata keçirilməsində, təmin edilməsində və bu ideyaların müdafiəsi üçün zəruri olan müvafiq icra mexanizminin yaradılmasında ehtiva edildi.Qeyd etdiklərim də dahi Heydər Əliyevin siyasi və hüquqi bacarığı ilə həllini tapmışdı.

Müstəqil, hüquqi, demokratik və unitar dövlətin Konstitusiyasında azərbaycançılıq ideologiyası insan və vətəndaş hüquq və azadlıqları ilə dünyəviləşir, ölkə hüdudlarından kənara çıxıb sivil ideyalara inteqrasiya olunur, saflığını qorumaqla modernləşir - desəm səhv etmiş olmaram. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nda da bu ideologiya xalqın niyyəti və hakimiyyətin mənbəyi kimi bəyan edilir.Məhz, hər şey xalqın iradəsinə uyğun olmalı, onun sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir.Bu baxımdan Dövlət də azərbaycançılıq ideyalarının inkişafına və müdafiəsinə zəmanət verir.

Azərbaycançılıq ideologiyası vətəndaş cəmiyyətinin bərqərar edilməsində,qanunların aliliyinin təminində, dünyəvi -hüquqi dövlətin qurulmasında və qorunmasında, vətənə sədaqətdə və məhəbbətdə, hamının layiqli həyat səviyyəsinin ədalətli, iqtisadi və sosial qaydalara uyğun təşkilində, dövlət rəmzlərinə hörmətdə, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamada özünü ,məqsəd və məramını təsdiqləyir.

Yaxşılıq etməyə tələsmək, bütün insanlara qarşı şəfqətli, humanist və dözümlü olmaq, güclü olduğumuz halda güc tətbiq etməkdən və silahla hədələməkdən uzaq olmaq,müharibəni rədd etmək(pasifist tərəfdarı olmaq) bağışlamağı bacarmaq, adət və ənənələrimizə, habelə beynəlxalq adətlərə və normalara hörmət etmək, onları qorumaq, həyat və cəmiyyət üçün faydalı olan tövsiyələr azərbaycançılıq ideologiyasının trayektoriyasıdır. Qeyd olunanların gerçək həyata keçirilməsi sağlam elmi islahatlardan - elmlə ağılın vəhdətindən keçir.

Azərbaycan dövlətinin - Azərbaycan xalqının demokratiyaya, istiqlala doğru hərəkət tarixində ümidsizlik məqamları, azərbaycan vətəndaşlarının bəlkə də xəcalət hissilə xatırladığı anlar da olub. Lakin bütün hallarda milli ideologiya xalqımızın yüksək idealları ilə köklənib. Bəzən kövrək olan belə ideologiya unudulsa da, onun bərpası və inkişafı üzrə səylər hər bizimizdə qürur hissi doğurur.

Azərbaycan dövlətçiliyinin inkişafı uzun sürən demokratik bir prosesdir. Azərbaycançılıq ideologiyası və Milli İdeologiya bu prosesin yolçusu,bir bətndən dünyaya gələn əkizlərdir. Hamımızın və yaxud da çoxlarının fikrincə, uzun sürəcək bu proses əbədi davam edə biləcək bir hərəkatdır. Demokratiyanın son və ideal nöqtəsi olmadığı kimi, milli ideologiyanın da sonu yoxdur. O daim hərəkətdə və inkişafdadır.Təki biz yolumuzu azmayaq!

Daha dəqiq desəm, milli ideologiya, istəsək də, istəməsək də xalqın arzusu və ümididir. O hamımız üçündür. Biz bütün Avropaya (bəlkə də bütün dünyaya) sübut edək ki, azadıq və

azərbaycançılığa xas ideologiyamız var, müharibədən uzağıq, lakin torpaqlarımızın işğalı ilə barışa bilmərik. Azərbaycan siyasi, dini, ideoloji və iqtisadi azadlığının nümunəsi kimi, beynəlxalq aləmin xəritəsində imzası olan müstəqil ölkə kimi tanınır və ona hörmət edilir-edilməlidir. Azərbaycan xalqı özünün ideologiyasına yeni dünyanın demokratik ideologiyasını və onun inkişafını əlavə edir. Biz anlayırıq ki, istiqlaliyyətimiz Qarabağsız ötüşə bilməz. Bu da azərbaycançılıq və həm də türkçülük, bir az da irəli baxsaq müsəlmançılıq ideologiyalarının məhsuludur və belə də belə olmalıdır.

Dövlət insanlar arasında bağlanmış müqavilədən törəyir(başqa səbəblər də var) və o öz öhdəliklərini ona mənsub olan vətəndaşları ilə yerinə yetirir. Mən deyərdim ki, azərbaycançılıq ideologiyası da Azərbaycan vətəndaşları ilə dövlət arasında olan siyasi,hüquqi bağlılıqdan doğur və bu ideologiya öz bəhrəsini verə bilmədikdə qarşıdurmalara, xaotik hallara şərait yaradıla bilər. Hamımız məsuliyyət daşıyırıq. Bəs nə etməli sualına da Azərbaycan Konstitusiyasında (72 m) cavab var: Hər birimiz dövlət və cəmiyyət qarşısında hüquq və vəzifələrimizdən irəli gələn vəzifələr daşıyırıq. Bu mənada ölkə Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri də yerinə yetirməliyik. Qanunu bilməmək heç birimizi məsuliyyətdən azad etmir. Qənaətimə görə, qeyd etdiklərim hüquqi dövlətin anlamına xas cəhəti və azərbaycançılıq ideologiyasının ana xəttidir.

Bu ideyanın əsas konstitusion vəzifələrə və borclara sadiq qalmaqla cəmiyyəti nə dərəcədə yaxşı tənzimləməsindən keçir. Cəmiyyətin də bu ideyalara bağlılığı şəffaf olmalıdır.

Özümüzün gizli ideyalarımız barədə aşkar danışmaq gərəkdir ki, şəffaflıq olsun. Çünki gizli olanlar sonradan aşkarlanır. Bəzən zəkamıza ildırım kimi çaxan işıq şüasını görməyi və onun arxasınca getməyi bacarmırıq. Lakin bizə məxsus olmuş, sonra isə təkzib etdiyimiz ideyaları başqasından eşidəndə onu az qala möcüzə kimi qəbul edirik.

Dünyanın dərk edilməsi prosesində xalq olaraq yəqin edirik ki, hər hansı bir millətə paxıllıq nadanlıqdır, imitasiya intihara bərabərdir. Başa düşürük ki, taleyimizi özümüz qurmalıyıq. Kainatda Rəbbimizin bizə bəxş etdiyi bərəkətin sayı-hesabı olmasa da, yenə dərk edib yəqin edirik ki, bir qarış halal torpaqda gərgin əmək sərf olunmazsa, ilahi nemətin bircə zərrəsi də ərsəyə gəlməz. Millət kimi özümüzü ideyalarımıza etibar etməliyik…

Şüa hansı nöqtəyə düşməlidirsə, göz qabaqcadan həmin nöqtəyə yönəlir. Azərbaycançılıq ideyası da bizi hansı yola sövq edirsə, həmin yola üz tutaq.Başqa cür də ola bilməz.”Başçımız içimizdən seçilən qıvrım saçlı qara Həbəşi olsa da ona biət etməliyik! “

Azərbaycançılıq ideologiyası hüquqi dövlətin, demokratik cəmiyyətin və prinsiplərin ayrılmaz hissəsidir. Gələcəyimiz, rifahımız və dövlətçilik naminə bu gün nə düşünürüksə, o bizim ideyalarımızdır. Sabahki ideologiya bu gün açıqladığımıza zidd də ola bilər. Bizi başa düşməyənlər də tapılar. Lakin başa düşülməməyi dərd etməyə dəyməz. Axı, Pifaqoru, Sokratı, İsa Peyğəmbəri də kim başa düşdü ki.....? Dahiləri heç vaxt düzgün başa düşməyiblər.Biz, dahi xalqıq!Yetər ki,biz bir-birimizi başa düşək.

Sonda - Çin tarixinin dahi şəxsiyyəti, böyük filosof Konfutsinin: "O yer gözəldir ki, orada insanlara hörmət və məhəbbət, inam və etibar var. Yaşamaq üçün yer seçərkən məhəbbətin və hörmətin, etibarın və inamın hakim olduğu yeri qəbul etməsək, onda biz ağılı hardan və necə toplayarıq?" aforizmi də yerinə düşür.

İnsanlara inanmaq, onlara etibar etmək - bu demokratiyadır. Çünki demokratiya da ideya və ideologiyalardan başlayır.

Şəmsəddin Əliyev,

Azərbaycan Mətbuat Şurasının icraçı katibi
Oxşar xəbərlər
23:22, Bu gün
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
22:59, Bu gün
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
22:39, Bu gün
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
22:38, Bu gün
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
22:36, Bu gün
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
22:34, Bu gün
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
22:25, Bu gün
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
22:20, Bu gün
Tanınmış jurnalistə vəzifə verildi
22:00, Bu gün
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
21:59, Bu gün
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
21:56, Bu gün
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
21:34, Bu gün
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
21:31, Bu gün
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
21:29, Bu gün
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
21:24, Bu gün
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
21:22, Bu gün
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
21:22, Bu gün
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
21:16, Bu gün
Kim Çen In lideri kədər içindədir...
21:14, Bu gün
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
21:07, Bu gün
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
20:03, Bu gün
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."