"Azərbaycandan əxz edə biləcəyimiz də çox şey var..." -Ali Radanın komitə sədri
Oxunub: 1431
22 Nov 2018 | 12:28
Moderator.az report.az-a istinadən Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnının müsahibəsini təqdim edir:

- Azərbaycanla Ukrayna parlamentləri arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- Hazırda iki ölkənin millət vəkilləri arasında çox səmimi münasibətlər mövcuddur. Parlamentlərimizin gənclər və idman komitələri arasında əməkdaşlıq memorandumu imzalanandan sonra bu münasibətlər daha da səmimi xarakter aldı. Bu təşəbbüsün müəllifi Fuad Muradovdur (Milli Məclisin Gənclər və idman komitəsinin keçmiş sədri, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – red.), sağ olsun. Daha sonra aramızda bir sıra görüşlər olub, həm üz-üzə, həm də telefonla söhbət etmişik. Ukrayna parlamentindəki müxtəlif partiya qruplarının daxil olduğu futbol komandası ilə Bakıya gəlmişdik, bizi çox mehriban qarşılayıblar. Azərbaycanlıların qonaqpərvərliyi bizi valeh etmişdi.

- Gələcəkdə Azərbaycanla gənclər sahəsində birgə layihələr nəzərdə tutulurmu?

- Biz təcrübə mübadiləsi aparırıq. Hamımız vaxtilə Sovet İttifaqının tərkibində olmuşuq, düşüncə tərzimiz bir-birinə yaxın olduğu üçün asanlıqla anlaşırıq. O cümlədən rəhbəri olduğum komitədə olan qanun layihələrini birgə müzakirə edəndə çox maraqlı fikirlər ortaya çıxır. Azərbaycandan əxz edə biləcəyimiz də çox şey var. Eyni zamanda azərbaycanlı dostlarımız üçün də bizdəki məsələlərin böyük maraq kəsb etdiyinə şübhəm yoxdur.

- Ümumiyyətlə, Ukrayna ilə Azərbaycan gəncləri arasındakı qarşılıqlı münasibətlər barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Deyə bilərəm ki, bir çoxumuzun azərbaycanlı dostları, tanışları var. Kiyev şəhərinin meri Vitali Kliçko Azərbaycan Prezidenti İlham Əliyevlə dostdurlar. Paytaxtda Ukrayna ilə Azərbaycan dostluğu adına park yaratmaq üçün böyük zəhmət çəkib. İndi orada gözəl park var, xatirə lövhəsi qurulub. Bizdə çox böyük və nüfuzlu Azərbaycan diasporu var. Bir çox qarışıq ailələr də qurulub, övladlar, nəvələr böyüdürlər. Bütün bunları xalqlarımız arasında həqiqi dostluğun əlamətləri kimi görürəm.

- Bu gün Ukraynada azərbaycanlıların sayı daha çox təhsil dalınca gedənlər hesabına artır. Ukraynada azərbaycanlı gənclərin fəallığı barədə nələr söyləyərdiniz?

- Məncə, gənclər hərəkatı, sadəcə, ayrı-ayrı şəxslər və ya qrupların işi deyil, dövlət səviyyəsində təşkilatlanmalıdır. Sözsüz ki, əldə edilməli hansısa məqsəd həmişə var. Ukraynada müntəzəm və yüksək səviyyədə Azərbaycan Günləri keçirilir, orada diaspor nümayəndələrilə bir yerdə dövlətin ali rəhbərləri də, o cümlədən elə Kiyevin meri Kliçko da, bir çox millət vəkilləri də iştirak edirlər. Bu gün SOCAR Ukrayna bazarında mühüm yer tutur, onların yanacaq məntəqələri üzərində Azərbaycan bayraqları ölkənizin günlərinin keçirildiyini xatırladır.

- Ukraynada Cənubi Qafqazın hər üç ölkəsindən gələnlər az deyil. Bu gün Ukrayna siyasətində, mediasında azərbaycanlı gənclər gürcü və ya erməni yaşıdları ilə müqayisədə nə dərəcədə fəaldır?

- Dövlətlər səviyyəsində fərqləndirmə aparılmadığı üçün ayrı-ayrı millətlərin sayına dair əlimizdə dəqiq rəqəmlər yoxdur. Ona görə də bu barədə danışmağa çətinlik çəkirəm. Şəxsən mənə elə gəlir ki, Ukraynada azərbaycanlılarla gürcülər ermənilərdən daha çoxdur. Məncə, bu məsələni diaspor rəhbərləri səfirləri ilə birgə müəyyənləşdirməlidirlər. Mən də komitə sədri kimi dövlət səviyyəsində dəstək verməyə hazıram. Məncə, diaspordan savayı, dövlət statuslu gənclər təşkilatları yaradılmalıdır. Bunu etsək, azərbaycanlı, gürcü, erməni gənclər təşkilatlarının nə qədər fəal olmasına dair mülahizə yürüdə bilərik.

- Ukrayna ilə Azərbaycan arasında gənclər sahəsində hansı layihələr gerçəkləşdirmək istərdiniz?

- Azərbaycan parlamentindəki müvafiq komitənin rəhbərliyinə bu yaxınlarda Ülvi Quliyev gəlib. İki ölkənin gənclər və idman nazirlikləri arasında da dost münasibətləri olduğundan əməkdaşlıq üçün geniş imkanlar var. İlk növbədə, şübhəsiz ki, idman layihələrinə üstünlük verilməlidir.

- Sizin fikrinizcə, gələcəkdə Ukrayna Ali Radasına azərbaycanlı gənclərin seçilməsinin ehtimalı nə qədərdir?

-Əslində, bunun üçün maneə görmürəm. Parlamentə seçilmək üçün ölkə vətəndaşı olmaq, ən azı beş il Ukraynada yaşamaq şərtləri yerinə yetirilməlidir. Bayaq dediyim kimi, Ukraynada bir çox azərbaycanlılar yaşayır ki, çoxdan burada məskunlaşıb, yerli qızlarla evlənib, övlad sahibidirlər. Odur ki, Ukrayna torpağında doğulub böyüyən, yerli mentalitetə sahib olan azərbaycanlı gənclər varsa, əminəm ki, yaxın gələcəkdə dediyinizin şahidi olacağıq. Yəni hər hansı gənc siyastə meyl göstərirsə, özünü sınaya bilər. Burada milli mənsubiyyətlə bağlı heç bir ayrı-seçkilik yoxdur.

- Ukrayna parlamentində diasporlara kvota ayrılırmı?

- Vaxtilə millət vəkili olmuş, sonradan fisk xidmətinə rəhbər gedən azərbaycanlı Roman Nəsirov mənim köhnə dostumdur. Azərbaycan diasporunun da üzvüdür. Bundan başqa, bizim macar icmasının bir üzvü lazımi nüfuz qazanaraq parlamentə seçilib və hazırda millət vəkili kimi fəaliyyət göstərir. Lakin qanunla parlamentdə ayrı-ayrı millətlərə yer ayrılması bizdə yoxdur.

Bayaq bildirdiniz ki, azərbaycanlılarla ukraynalılar arsında tez-tez qarışıq ailələr qurulur. Buna münasibətiniz necədir?

-Sizə deyim ki, ukraynalılar da qafqazlı olmasalar da, çox qonaqpərvərdirlər. Həmçinin Ukrayna demokratik ölkədir, belə şeylərə heç bir maneə, yaxud sovet dövründəki kimi qeyri-rəsmi qadağalar yoxdur. Bu gün Azərbaycan da sürətlə inkişaf edir, Bakıda olanda biz də bunun şahidi olduq, həm də avropasayağı gəncləriniz var. Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal “gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq. Yeri gəlmişkən, biz Bakıya gələndə təyyarədə çoxlu ukraynalı gənclər, oğlan və qızlar vardı. Yəni aradakı münasibətlərin bu qədər səmərəli inkişafını yalnız alqışlamaq olar.

- Müstəqillik dövründə də həm Azərbaycanda, həm Ukraynada bir çox gənclər vətən torpaqları uğrunda qan töküb, canından keçib və indi də qan axıdılır. Fikrinizcə, müasir gənclər daha vətənpərvərdir, yoxsa sovet dövrünün gəncləri?

- Bəli, ölkələrimiz ümumi bir problemlə üz-üzədir. Təəssüf ki, həm Azərbaycan, həm də Ukraynanın ümumi düşməni, əleyhdarı var – Rusiya Federasiyası. Yəni bunu xüsusilə vurğulamaq istərdim: Rusiyanın hökumətini, Putin rejimini nəzərdə tuturam, biz ukraynalılar ruslara düşmən münasibəti bəsləmirik. Əlbəttə, sizdə bu məsələ daha əvvəl başlayıb. Onu deyim ki, nə qədər xoşagəlməz olsa da, həmin hadisələr Ukraynada vətənpərvərlik ovqatının vüsət almasına olduqca böyük təkan oldu. Bəli, qan tökülür, insanlar həlak olur, buna son qoyulmalıdır. Keçmiş idmançı və idmanla bağlı komitə rəhbəri kimi deyə bilərəm ki, idmançılar, ümumiyyətlə, vətənpərvər olur, çünki idmançıların böyük zəhməti, səyi ilə ölkənin bayrağı qaldırılır, dövlət himni səslənir. Bizdə Maydan hərəkatı, Ləyaqət İnqilabı vətənpərvərlik ruhunu hədsiz yüksəldib. Gənclərimiz öz ölkəsi ilə daha çox fəxr edir, vətəni sevməyi, onu qorumağı öyrənir.

- Bəs ölkələrimizin gəncləri bir-birini dəstəkləməyə hazırdırmı?

- Ölkələrimiz oxşar problemlərlə üzləşib, sizdə Dağlıq Qarabağ, bizdə Donbas (Don hövzəsi) məsələsi. Bu gün gənclərimiz arasında əlaqələrin günü-gündən genişləndiyini nəzərə alsaq, yaxın gələcəkdə ukraynalı və azərbaycanlı gənclərin işğal altındakı əraziləri azad etmək, ölkələrinin suverenliyini bərpa etmək uğrunda birgə səylər göstərəcəyini istisna etmirəm. Mən həmçinin inanıram ki, yaxın illərdə Ukraynanın tarixi torpaqları azad olunacaq, işğalçı qüvvələrdən və qondarma LNR-in, DNR-in tör-töküntülərindən təmizlənəcək.

- Bəs ATƏT, AŞPA kimi beynəlxalq təşkilatlar çərçivəsində ukraynalı və azərbaycanlı millət vəkillərinin qarşılıqlı dəstək göstərmələri barədə nə deyərdiniz?

- Bizim gənclər və idman komitələr səviyyəsində tam qarşılıqlı anlaşma var, dövlət tərəfindən dəstək görürük. Lakin, məncə, son seçkilərdə bizim komitəyə həqiqi siyasətdən uzaq, siyasəti populizmlə səhv salan, öz mənafeyini güdən çoxlu şəxslər gəlib. Şübhəsiz ki, gələn il oktyabr ayının sonunda keçiriləcək seçkilər parlamentin mənzərəsini xeyli dəyişəcək, daha yaradıcı, qurucu parlament ortaya çıxacaq. İndi bizim torpaqlarımızı işğal edən düşmənlərlə apardığımız müharibədən savayı, daxili ixtilaflar da mövcuddur. Odur ki, Brüsseldə də, yaxud AŞPA-da mandata təsadüfən yiyələnən ukraynalı millət vəkillərindən kimlərəsə rast gəlinə bilərdi. Ona görə də müəyyən anlaşılmazlıqlar mümkündür. Lakin həm Ukrayna, həm də Azərbaycan parlamentlərindəki millət vəkillərinin əksəriyyəti arasında çox səmimi, konstruktiv münasibətlər var.
Oxşar xəbərlər
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
GÜNLÜK
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA