“Qarabağ” uduzur –Qarabağı uduzuruq...
Oxunub: 4108
26 Oct 2018 | 14:26
“Qarabağ” uduzur –Qarabağı uduzuruq...
Dünən “Qarabağ” futbol klubu yenə uduzdu -   Avropaliqada ardıcıl 3-cü dəfə...  İnanın ki, doğma klubumuzun bəzi fanatları bu gecə bu məğlubiyyəti o dərəcədə  faciəyə döndərib ki, hətta bəlkə də intihar etmək həddinə yaxınlaşıblar... 

***

Hər hansı yarışmada, o cümlədən futbolda məğlubiyyət -acıdır, amma faciə deyil, həyatın sonu deyil... Faciə - bir insanın gözlənilməz ölümüdür. Faciə- bir, beş, on, yüz, min, milyon insanın, körpənin, uşağın, qadının, qocanın qəddarlıqla qətli, amansız işgəncələrə məruz qalması, əsir-girov götürülməsi, sürgün  edilməsi, yurd-yuvasından didərgin salınmasıdır... Faciə - min illərlə yaşadığın dədə-baba torpağının işğalı, oradakı evlərin, məzarlıqların, abidələrin, meşələrin, çəmənlərin yandırılması, məhv edilməsi, yeraltı-yerüstü sərvətlərin talanmasıdır...  Belə faciələr isə 30 ilə yaxındır “Qarabağ”ın yox, Azərbaycanın, dırnaqsız Qarabağın, gerçək Qarabağın, olan-qalan torpaqlarımızın beşdə birinin, əhalimizin səkkizdə birinin,  Qərbi Azərbaycanlı, Qarabağlı milyondan çox soydaşımızın başına gəlib...

*** 

Əzizlərim, əziz fanat gənclərimiz, “Qarabağ” 3 dəfə ardıcıl uduzursa, Qarabağı artıq 30 ildir ki, faktiki uduzmaqdayıq... Çünki o torpaqlarımıza nəzarət etmək, işğalçıları o yurdlarımızda ağıllarına gələni etməkdən çəkindirmək imkanından məhrumuq... Odur ki, bizlərə öncə Qarabağın fanatı olmaq gərəkdir... Qarabağı azad etmək gərəkdir ki, “Qarabağ” da qaçqınlıqdan qurtarıb Ağdam şəhərindəki doğma meydanında, öz torpağının, öz  yaşıl çəməninin üzərində daha ürəklə, daha qeyrət və əzmlə oynasın ki, qələbələri daha çox olsun...

*** 

Dünən gecə “Qarabağ” öz meydanında Ukrayna klubuna uduzduqdan sonra Qurban Qurbanovun  boynubükük siması hamımızı çox məyus etdi. Bəlkə də o təcrübəli  məşqçimiz “Qarabağ”ın qələbəsi üçün hər şeyini verməyə hazırdır... Amma 30 ilə yaxındır ki, Qarabağ uğrunda qurban gedən şəhidlərimizin, dinc sakinlərimizin   qanı yerdə qalıb.  Və 26-27 ildir ki, hamımız boynubükük, məyus, miskin bir durumdayıq... Allahın, ata-analarımızın, xanımlarımızın,  övladlarımızın, nəvələrimizin, gələcək nəsillərimizin, dünyanın, digər xalqlarının önündə başıaşağıyıq... Torpaqlarımızı azad edə bilmirik... 

 *** 

Doğrusunu Allah-Təala Özü bilər, amma bəlkə də “Qarabağ”ın ardıcıl uduzması da  Qarabağsız dözən bizlər üçün bir ibrət dərsidir ki, ayılın, zaman sürətlə ötür, artıq 3-cü onillik tamamlanır və sizlər - o torpaqların gerçək tarixi-hüquqi sahibləri Qarabağı uduzursuz... “Boş-boş “biz güclüyük-filanıq” deyərək hay-küy salıb özünüz-öz başınızı aldatmayın... İllər ötür və torpaqlarınızı azad edə bilmirsiniz və o torpağın əsil sakinləri, Qarabağ yolunda qanını tökən, canının bir şaqqasını itirən Etimad Əsədov, Ziyəddin Abbasov kimi Qarabağ qaziləri dünyadan köçür...

***

Artıq Rusiyanın, ATƏT-in, AŞ-ın, ABŞ-ın-filanın bu mənasız gediş-gəlişlərinə, görüşlərinə, danışıqlarına inanmaq, aldanmaq lazım deyil.  Bir az öncə Rusiyanın “5 rayon”,  “7 rayon” nağıllarına ümid bağlayırdınız, indi isə dələduz biznesmen Trampın santa-klausa oxşayan köməkçisi  Boltonun  “demokratik səyləri”nə  uymusuz. Guya bu Bolton elə həmin ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın və s. 30 il ərzində birgə  bərkitdiyi Qarabağ “düyünü”nün “bolt”unu  açacaq?..

*** 

Görmürsünüzmü, 25-26 ildir, xarici super güclər neftimizi-qazımızı sümürüb bizim Qarabağı azad etmək ümidlərimizlə əməlli-başlı futbol oynayır?..” 

Dediyimiz kimi, həmin güclər elə çoxbaşlı gedişlər, manipulyasiyalar edirlər ki, gah Moskvaya ümidlənirik, gah Vaşinqtona, ara-sıra hələ Fransaya, Almaniyaya da...  Halbuki, 30 il öncə həmin güclər bizim xalq olaraq potensial gücümüzü dərk edərək  SSRİ-ni dağıdıb məqsədlərinə çatma və Azərbaycanın da yeraltı-yerüstü sərvətlərini azad(!), müstəqil(!), demokratik(!) şəkildə talamaq üçün yüz minlərimizi meydana toplayıb enerjimizi xərclədikləri kimi, biz özümüz də öz gücümüzə inanaraq toparlanıb öz qüdrətimizi  özümüz(!) ortalığa qoysaq, torpaqlarımızın azadlığına nail ola bilərik... Bu səbəbdən müxtəlif siyasi, həm də mədəni, idman, şou başqatmalarına aldanmadan  “Qarabağ”ın udması, yaxud uduzması fonunda  Qarabağın düşmən tapdağı altında qalması gerçəkliyini unutmayaq...

*** 

Bəşər tarixi boyu nəfslərini özlərinə hakim edənlər kütlələrin başını qatıb onlara  hakimlik etmək üçün çeşidli vasitələrə əl atıblar: təlxəklər, manıslar, atəş-fəşanlıqlar, teatrlar, qladiator qulların savaşları, xoruz döyüşdürülməsi, it boğuşdurulması və s.  Eyni vasitələrlə həm pul, var-dövlət qazanıblar, həm də baş qatıblar...

*** 

Son bir əsrdən çox müddətdə isə futbol - kütlələrin siyasi, sosial ədalətsizliyə yönəlik etiraz enerjisini, stresini-filanını çıxarmaq üçün ən sərfəli və qlobal əhəmiyyətli vasitəyə çevrilib...

Futbol azarkeşləri bu kütləvi şou növünə tamaşa edərkən, demək olar ki, hər şeyi unudurlar: gündəlik dolanışıq, yoxsulluq, işsizlik, borc, kredit qayğılarından tutmuş hər hansı dövlət qurumunda qarşılaşdığı haqsızlıqlara, hansısa xarici dövlətin onun dövlətinə hədə-qorxu gəlməsinə, hətta torpağını işğal etməsinə qədər...

*** 

Amma torpağı işğal altında olan bir xalqa istənilən növ şouya aldanıb torpaqlarını unutmaq əsla yaraşmaz. Düzdü, “Qarabağ” adlı klub bir yandan bizdə Qarabağ eşqini gücləndirir. Amma digər yandan da bu komandanın qalib gəlməsi bizi uydurub eyforiyaya qapdıraraq  yalançı QƏLƏBƏ İLLÜZİYASI  yaradır, məğlubiyyəti isə məyus edərək əsil faciələrimizi yaddan çıxartdırır...

*** 

Halbuki, gerçəklikdə nə “Qarabağ”ın qələbəsi Qarabağın azad edilməsidir, nə də “Qarabağ”ın uduzması – faciədir. Qarabağda qələbə çala bilməmişik və əsil faciə yüz minlərlə insanın həyatı, taleyi hesabına itirdiyimiz Qarabağın 30 ilə yaxındır ki, işğal altında qalmasıdır...

*** 

Kimlərsə bizləri xalqa bədbinlik aşılamaqda suçlaya bilər ki, dövlətimiz, partiya və hökumətimiz on illərdir ki, Qarabağın azadlığı üçün çalışır, səy göstərir, biz Qarabağı uduzmuruq, tezliklə daxili və xarici siyasətimiz sayəsində torpaqlarımızın azadlığına nail olacağıq... 

*** 

Yaxşı, biz təslim, yanılırıq... Təki, biz deyənlər yalan olsun, Putin, Tramp, Bolton, Duqin, Markov-filanlar, ATƏT-in  Mİnsk qrupunun həmsədrləri, eləcə də Elmar Məmmədyarov deyənlər  düz olsun. Təki Elmar Məmmədyarovun 14 il ərzində apardığı siyasi-diplomatik mübarizə(!) ilə Qarabağı, o cümlədən doğma kəndlərimizi azad edək. O halda  kəndimizdəki evimizin xarabalıqları yanında, rəhmətlik babamın qoz ağaclarının kölgəliyində o kişinin heykəlini özüm  yapdıracam...  

Oxşar xəbərlər
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi