Bahar Muradova: “Ailədə də vitse-spikerəm”
Oxunub: 4046
11 Oct 2018 | 09:48
Bahar Muradova:  “Ailədə də vitse-spikerəm”

 Moderator.az xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb. 


Onunla müsahibəni təqdim edirik.

- Bahar xanım, necəsiniz?

- Yaxşıyam, çox sağ olun. 

- Elə həmişə yaxşı, gülərüz görünürsünüz. 

- Məncə, insanın daxili aləmi, onun əhval-ruhiyyəsi ətraf üçün maraqlı olsa da, onu olduğu kimi göstərmək məqsədəuyğun deyil. Daxilimdə təlatümlər olsa belə, mühitin tələb etdiyi görüntünü saxlamaq daha yaxşıdır. Hesab edirəm ki, ətrafa müsbət impulslar ötürə bilmirsənsə, heç mənfini də ötürməyəsən. 

- Düzü, Sizi əsəbi təsəvvür edə bilmirik. Sanki əsəbiləşəndə belə mimikanız dəyişmir kimi bir təəssürat yaradırsınız. 

- Mən indiyə kimi heç də az sayda olmayan insanlardan siz dediyinizin əksini eşitmişəm. Əksinə, bir az da sərt olduğumu deyənlər var. Görünür kim necə görübsə, elə də təsəvvür edir. 

- Bahar xanım, Milli Məclis rəhbərliyindəsiniz. Bu, daha çox məsuliyyət, daha çox gərginlikdir. Eyni zamanda sizin bir ailəniz də var. Bildiyimizə görə, ailəyə də kifayət qədər diqqət yetirirsiniz. Vitse-spiker statusunda biri ailəyə də necə vaxt ayırır? 

- Mən elə ailədə də vitse-spikerəm. Ona görə də, öhdəsindən gələ bilirəm. Ailənin başçısı evin kişisidir. Qadın da ona hər şeydə köməkçidir. Amma əlbəttə ki, qadının özünün üzərinə düşən, özünün yerinə yetirməli olduğu vəzifələr də var. Bu vəzifələri yerinə yetirməyə adama kömək edə bilərlər. Amma ən vacib məsələləri öz nəzarətimdə saxlamağa çalışıram. 

- Ailə başçısının özü, ailənizin “spikeri” olan nə işlə məşğuldur?
 

- Həyat yoldaşım sadə bir iş adamıdır. 30 ildən artıq “Azərsutikinti” və meliorasiya sistemində işləyib. Azərbaycanın Əməkdar mühəndisidir. Hazırda təqaüddədir. Ailənin ehtiyaclarını ödəmək üçün müəyyən işlərlə məşğuldur. 

- Adətən qadınlar bir yerə toplaşanda dedi-qodu edirlər. Sizin də dedi-qodu edən rəfiqələriniz varmı və ya özünüz də dedi-qodu etmisinizmi? 

- Siz ona bəlkə dedi-qodu deyirsiniz. Bir başqası qeybət deyə bilər. Əgər rəfiqələr bir yerə yığışanda bir-birindən xəbər tutmaq, işləri barədə məlumat almaq istəyirlərsə, bu, söhbətdir. Sizin nəzərdə tutduğunuz qeybət isə mənlik deyil. 
Mənim o qədər çox sayda rəfiqələrim də yoxdur. Və qadın toplantılarında çox az-az iştirak edirəm. Ona görə də, belə məsələlərdən uzağam.

- Bildiyimizə görə Sizin yaxşı dərzilik qabiliyyətiniz də var. Bütün paltarlarınızı özünüz tikirsiniz, yoxsa brend mallar almağa üstünlük verirsiniz? 

Mən ortaixtisas təhsilli modelyer-texnoloqam. Bu işin texnologiyasını bilirəm. Gəncliyimdə əlbəttə ki, bu işi sınaqdan keçirmək istəklərim də olub. Öhdəsindən də pis gəlməmişəm. Amma indi buna kifayət qədər vaxtım yoxdur. Ona görə də bu işi yaxşı bacaran dərzilərin köməyindən istifadə edirəm. Təbii ki, hərdən də müəyyən hazır geyimlər almaq qismətimə düşür. Amma daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Bu, məni daha çox qane edir. 

- Gələcəkdə də Milli Məclisin spikeri olmağı düşünürsünüz? 

- Mən heç vitse-spiker olmaq barədə düşünməmişdim. Zənnimcə, Azərbaycan hakimiyyətində təmsil olunan rəhbər şəxslər öz missiyasını uğurla davam etdirirlər və onlara bəslənən etimadları layiqincə doğrultmaqdadırlar. Bu, Azərbaycanın  hazırki uğurlarını, inkişafını şərtləndirən vacib amillərdəndir. Çox məmnunam ki, bu gün mən həmin insanlarla çiyin-çiyinə çalışaraq ölkə rəhbəri tərəfindən qarşıya qoyulan hədəflərə çatmaq üçün göstərilən fəaliyyətə hər hansı bir töhfə vermək imkanına malikəm.

 

- Yəni hər şey anidən oldu? 

- Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin bu qərarı verməsi mənim üçün gözlənilməz olmuşdu. Amma bir iqtidar partiyasındasansa, onun üst qurumunda təmsil olunursansa, hakimiyyət qanadlarının birində təmsil olunacağını gözləmək mümkündür. Konkret olaraq isə hansısa vəzifəni düşünmək, özünü ona kökləmək, ona doğru getmək mənə yaddır. Vəzifələri seçmək bizim işimiz deyil. Çünki partiya hansı üzvünün hansı vəzifəni daşıyacağına özü qərar verir. Biz də partiyanın əsgəriyik. Hara göndərsələr, hansı işi həvalə etsələr, çalışacağıq ki, onun öhdəsindən layiqincə gələk. 

- Hakim partiyanın adını çəkdiniz. Şəxsən biz neçə dəfə sizə zəng edib müxalifətlə bağlı sual ünvanlasaq da, siz bunu cavablandırmaq istəməməsiniz. Hakim partiyadan təmsil olunsanız da, müxalifətlə bağlı sualların hamısını niyə cavablandırmırsınız? 

- Qətiyyən belə ola bilməz. Əksinə, məni əks düşərgədə məsələlərə daha çox reaksiya verən insan kimi tanıyırlar. Bizim partiyanın iqtidarda olduğu dönəmdə onun fəaliyyətinə dair fikirlər varsa, onu mütləq cavablandırmaq lazımdırsa, burada heç zaman geri çəkilmirəm.

Xatırlamıram ki, siz hansısa məsələ ilə bağlı sual vermisiniz və mən imtina etmişəm.

Ancaq məsələ belə ola bilər. Mən ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəriyəm. Ola bilər ki, mənə AŞPA ilə bağlı sual verirlər. Mən buna ümumi cavab verə bilərəm. Ancaq bu işin içərisində olan, məndən daha çox məlumatlı olan başqası var. Bu zaman mən söyləyə bilərəm ki, Səməd Seyidova müraciət edin. Vəzifə bölgüsü onun üçündür ki, hər kəs öz istiqamətində işləsin və onunla bağlı cavabdehlik daşısın.

Yox, əgər görsəm ki, hansısa məsələlərə dair mütləq cavab vermək lazımdır, bu zaman sualı cavablandırıram. Müxalifətə gəldikdə, isə siz dediyiniz fikri qəbul etmirəm. 

- Müxalifətdən söz düşmüşkən. Hazırda Azərbaycanda müxalifətin vəziyyətini necə qiymətləndirirsiniz? 

- Müxalifətin hansısa ictimai-siyasi proseslərə ciddi təsir imkanları olsaydı, onu dəyərləndirmək mümkün idi. Faktiki vəziyyəti hamımız görürük. Bizə bəlli olan, sizə də bəllidir. Müxalifətin nəinki indi, 10-15 il bundan əvvəlki durumu ilə bağlı da saysız-hesabsız fikirlər bildirmişik. Onların bəziləri böyük siyasi kampaniyalarda iştiraka özlərində cəsarət tapa bilirlər. Ancaq əksəriyyəti ölkənin həyatını, ictimai-siyasi prioritetləri dəyişə biləcək yarışlardan kənarda qalıblar. Bir qayda olaraq ya boykot yolunu seçiblər ya da hansısa formada etirazlar ediblər. Ona görə də, müxalifətin vəziyyəti əvvəlkindən də zəifdir. Bu gün onlar təsirsiz, sosial bazası zəif, ölkə daxilində və xaricində gedən prosesləri adekvat dəyərləndirmə baxımından da münasibət bildirmək imkanında deyillər. Bu, Azərbaycanın reallığıdır. 

- Müxalifət isə özünün zəif duruma düşməsində iqtidarı suçlayır. Onların siz dediyiniz vəziyyətə düşməsində ancaq özləri təqsirkardır? 

Hər kəsöz taleyini özü müəyyənləşdirir. Heç bir ölkədə belə hala rast gəlməzsiniz ki, iqtidar partiyası müxalifət partiyalarını gücləndirmək üçün hansısa addımlar atır. Təbiidir ki, hər kəs öz əlindəki imkanları qoruyub saxlamaq və inkişaf etdirmək istəyir. Bunun üçünsə, qanunların müəyyən etdiyi qaydada ictimai-siyasi prosesə qatılmaq lazımdır.

Biz də Yeni Azərbaycan Partiyası olaraq məhz belə edirik. Daim əhali ilə görüşlər keçiririk, seçicilərlə təmaslarımızı genişləndirməyə çalışırıq. Onların da fikirlərini, düşüncələrini, problemlərini seçki kampaniyalarında siyasi konsepsiya halında irəliyə sürürük. Bunun da ardınca gedirik.Seçicilər də hər zaman bizim partiyaya etimad göstərirlər.

Bu prosesdə bizə qarşı olanlar da olub və indi də var. Qaralama kampaniyasından istifadə ediblər, guya özlərinin zəif olmasının səbəbkarının iqtidar olduğunu söyləyiblər. Biz artıq buna vərdiş etmişik. Reallıq bunu göstərir ki, kimlərsə hədəflərinə çatmaq üçün ciddi plan və proqramlarla işləyirlər. Kimlərsə də, oturub dedi-qodu və qeybətlə məşğuldurlar. Siyasəti dedi-qodu səviyyəsinə endirmək və bununla nəyəsə nail olmaq istəkləri əlbəttə ki, uğursuzluğa düçar olacaq. 

- Həm də sosial şəbəkə istifadəçisiniz. Bu yaxınlarda deputat Zahid Oruc məmurları sosial şəbəkəyə gəlmək üçün çağırış etdi. Məmurların sosial şəbəkələrdə olması çoxmu vacibdir? 

- Sosial şəbəkələr günümüzün reallığı, həyatımızın bir parçasıdır. İstəsək də, istəməsək də hər kəs bununla təmasda olur. Bu gün sosial şəbəkədə olmayan, bəlkə sabah orada olacaq. Əksi də ola bilər. Bu hər kəsin özünün müstəqil qərarı ilə ola bilər. Mən kiməsə tövsiyə verə bilmərəm ki, sosial şəbəkədən istifadə etsin. 

- Heç olurmu ki, “Feysbuk”dakı hansısa yazını, fikri daxilinizdə bəyənirsiniz, amma “layk” düyməsinə basmırsınız? 

- Bəli olur. 

- Nədənsə vəzifədə olanların çoxu belədir. Niyə “layk” düyməsinə basmırsınız? 

- İnsanlar var ki, “layk”ın sayına görə özünü təmin olunmuş hesab edir. Oxuduğum, tanış olduğum məni qane edirsə, bu, mənə bəsdir. Başqalarının bunu bilməsi vacib deyil. Yox, əgər hansısa sözüm varsa, onu status şəklində paylaşıram. 

- Siz eyni zamanda parlamentin İnsan hüquqları komitəsinin sədrisiniz. Azərbaycanda etnik azlıqlarla bağlı komitəyə şikayət xarakterli müraciətlər olurmu? 

- İstər vətəndaşların qəbulu, istərsə də yazılı müraciətlərdə belə bir şey rastıma çıxmayıb. Amma digər etnik qruplara mənsub adamlar şikayətlər ediblər. Bu isə onun etnik kimliyinə görə deyil, sadəcə vətəndaş kimi problemləri ilə bağlı olub. 

- Konstitusiyada insan hüquq və azadlıqları təsbit olunub. Bəs Azərbaycanda insan hüquqları ilə bağlı əsas problem nədədir? 

Məsələ odur ki, bunu problem kimi qələmə verirlər. Bunun da alt qatında başqa məqamlar yatır. Məqsəd heç də hər zaman insan hüquqlarının yüksək səviyyədə qorunması və ya pozulmasından doğan narahatlıqla bağlı olmur.

Biz bununla bağlı dəfələrlə fikirlərimizi bildirmişik. Azərbaycanın regionda və dünyada getdikcə artan rolu və imkanları bəzilərini narahat edir, bölgədə müxtəlif maraqları olan, maraqları toqquşan dairələrin məqsədlərinə maneə yaradır. Bilirsiniz ki, müstəqil siyasət yeridən Azərbaycan heç bir kənar diktəni, təzyiqləri qəbul etmir, öz xalqının, dövlətinin maraqlarına uyğun addımlar atır. Üstəgəl, bölgədəki maraqları çoxvektorlu siyasətlə yoluna qoymağa çalışır. Bu isə bir çoxlarını, o cümlədən, ölkəmizdə sözəbaxan idarə üsulu görmək istəyən dairələri narahat edir. Odur ki, təzyiq üçün insan hüquqlarının pozulması məsələlərini qabardırlar. Biz ki dünyada gedən bütün proseslərdən xəbərdarıq! Beynəlxalq təşkilatlarda oluruq, ayrı-ayrı ölkələrdəki vəziyyəti daha yaxşı bilirik. 

- Deyək ki, hər hansı vətəndaş məmur özbaşınalığı ilə üzləşib. Bu halların daha çox olduğu qeyd edilir. Olmazmı ki, məmur özbaşınalığı da olmasın? Bunun ki, beynəlxalq təşkilatlara bir aidiyyatı yoxdur. 

- Məmur özbaşınalığı ifadəsini hansısa hallarda bəlkə də işlətmək olar. Amma bütün halları bura aid etməyin özü məmurlara qarşı məqsədli olaraq neqativ  münasibəti formalaşdırır. Bu, isə sərhədlərin itməsinə gətirib çıxarır. İnsanlar müəyyən edə bilmirlər ki, məmur özbaşınalığı harada başlayır, harada bitir və nələri bura aid etmək olar.

Ucdantutma hər şeyi məmur özbaşınalığı adlandırmaq düzgün deyil...

- Cənab Prezidentin özü də məmur özbaşınalığı barədə danışır. 

- İcazə verin, fikrimi tamamlayım. Bütün məmurların birmənalı şəkildə borcudur ki, öz səlahiyyətləri çərçivəsində vəzifələrini icra etsinlər, insanların problemlərinin həllinə çalışsınlar.

Cənab Prezidentin təyin etdiyi məmurların əksəriyyəti də bu istiqamətdə fəaliyyət göstərir. Bu, canlı bir işdir. Bu baxımdan burada hər hansı nöqsanın olmadığını demək özü absurddur və ictimaiyyət də bunu qəbul etməz. Bu nöqsana münasibət də obyektiv formalaşmalıdır.

Gəlin nəzərə alaq ki, hər dəfə də vətəndaş haqlı deyil. Bunu da vurğulamaq lazımdır. Məsələn olur ki, mənə hansısa məhkəmə və cinayət işi bağlı tərəflərdən biri müraciət edir. Bəzi hallarda mən həqiqətən də düşünürəm ki, bu insana qarşı ciddi haqsızlıq edilib. Amma araşdırdıqda, tamamilə başqa məsələlər ortaya çıxır. Bəzən yanlış yanaşmalar problemlərin miqyasının geniş olduğu təəssüratını yaradır.

Obyektiv və subyektiv səbəblərdən nöqsanlar ola bilər. Bu nöqsanlar da müvafiq qurumların nəzarətindədir. Bu məsələlərə qarşı ən birinci mübarizə aparan ölkə Prezidentidir. Məsələn: 9 ayın yekunlarına həsr olunan son müşavirədə cənab Prezident bütün müsbət və neqativ meyllərlə bağlı obyektiv münasibətini bildirdi. Nöqsan və çatışmazlıqlarla bağlı kəskin şəkildə xəbərdarlıqlar etdi. Və biz də bilirik ki belə xəbərdarlıqlar konkret şəxslər tərəfindən nəzərə alınmadıqda onu birmənalı qaydada sərt tədbirlər əvəz edir. Və əhəmiyyətlisi də odur ki, ölkə Prezidenti bu məsələlər haqda qərar vermək və tədbir görmək üçün ictimaiyyətin iştirakçılığına və dəstəyinə arxalanır. Bunun üçün də vaxtaşırı ona müraciət edir. Bu dəfə də belə oldu. Belə halları müşahidə edənlər nəinki onu tənqid etməli, və eyni zamanda konkret qurumlara müraciətlər etməlidir mesajını verdi. Mən əminəm ki, bu mesaj hər kəsdən daha çox belə nöqsanlara yol verən məmurlar tərəfindən nəzərə alınacaqdır. 


- Zaman-zaman Milli Məclis sədri Oqtay Əsədov, birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara irad bildirir. Sizin iradlarınız daha çox nə ilə bağlıdır? 

- Parlamentdə hər bir deputat xalq tərəfindən seçilir. Milli Məclisin daxili nizamnaməsinə görə, bizim səlahiyyətlərimiz, hüquqlarımız, vəzifələrimiz eynidir. Birinin digərinə irad tutması o qədər də yaxşı qarşılanmır və məqsədəuyğun da deyil. Amma elə məsələlər, çıxışlarda elə fikirlər, elə davranışlar olur ki, onlar prosedurları pozur. İclasa sədrlik edənlər də bu prosedurlara əməl olunmasını təmin etməlidirlər.

- Axırıncı iclasda Fazil Mustafanın fikri ilə razılaşmadınız.
 

- Razılaşmamaq irad bildirmək deyil. Çünki eyni məsələ haqqında müxtəlif fikirlər ola bilər. O fikir söyləyir, həmin məsələyə dair mənim də başqa mövqeyim var. Mən bunu elə tərzdə deməliyəm ki, həm fikrimi aydın ifadə edim, həm də həmkarımı incitməyim.

Parlamentdə müxtəlif fikirlərin olması normaldır. Vətəndaş da hər ikisini dinləyib özü qərara gəlməlidir ki, hansı doğrudur.

Bir qayda olaraq əks fikir səslənməyəndə mən münasibət bildirirəm. Həm də o zaman, nə vaxtki mən özüm də o cür düşünürəm. Məsələn: Mən hesab edirəm ki, Azərbaycanın təhsil müəssisələri kifayət qədər yüksək səviyyəli kadrlar yetişdirir

Burada irad sözü yerinə düşmür. Mən iqtidar, Fazil Mustafa isə müxalifət partiyasının nümayəndəsidir.

 

- Əksər hallarda deputat obrazı ilə məmur kimliyi eyniləşdirilir. Bu baxımdan cəmiyyətin hüquqi maariflənməsi qənaətbəxşdirmi? 

- Əlbəttə ki, deputat məmur deyil və onların səlahiyyətləri də, vəzifələri də tam fərqlidir. Amma təəssüf ki, Sovet rejimindən qalma stereotiplər öz sözünü deməkdədir.

Hüquqi maariflənmə sahəsində də müəyyən problemlər var. Bir çoxları yerli bələdiyyə, icra nümayəndəliyi səviyyəsində həll olunacaq məsələlərlə bağlı deputatlara müraciət edirlər. İnsanlar özləri maraqlı olmalıdırlar ki, Milli Məclisi ali qanunverici orqan kimi qəbul etsinlər. 

- Mediadan razısınızmı? 

Ümumilikdə mediadan razı və narazı olmaq mümkün deyil. Media bizim həyatımızın reallığıdır. Xüsusilə də siyasətçilər üçün mühüm əhəmiyyət kəsb edən sahədir. 

- Fərz edək ki, hər hansı media orqanı sizin haqda tənqidi bir məqalə yazıb. O tənqidi oxuyanda narahat olarsınızmı? 

- Siz elə düşünürsünüz ki, bu illər ərzində bizə dəyib-dolaşan olmayıb?! Ədalətsiz yazılar çox olub. Mən neçə illərdir ki, siyasətdəyəm. Dəfələrlə belə hallarla rastlaşmışam. Təkcə özümlə yox, digər həmkarlarımla da bağlı. Belə məsələlər insanı narahat edir. Səni tanıyan insanların da narahatlığına səbəb olur. Hər zaman çalışmışam ki, lazım bildiyim formada münasibət bildirim. Sual necədirsə, elə də cavab olmalıdır prinsipi ilə yox!

Hərə layiq bildiyi və layiq olduğu səviyyədə özünü ifadə edir. Özümə layiq bilmədiyim ifadə formasını, mənə qarşı düzgün seçilməyən münasibətə görə qəbul edə bilmərəm. Belə hallar bir neçə dəfə olub. Mən isə məsələnin başqa cür olduğunu anlatmağa çalışmışam. 

- Adətən vəzifədə olan insanlar soyuqqanlı olurlar. Siz nə dərəcədə soyuqqanlısınız? 

- Bu barədə özümü sınamaq imkanlarım olub. Hər hansı bir təhlükəli, həyəcanlandırıcı bir hadisə olanda soyuqqanlı davranmışam.

2000-ci ildə baş verən zəlzələdə çox çətin bir vəziyyətlə qarşılaşdıq. Şəhərin köhnə məhəllələrindən birində bacımla birlikdə qonaq idik. Bu zaman həyəcanlı anlar başladı. Küçəyə çıxmaq üçün uzun bir tuneldən keçməli idik. Xatırlayıram ki, kiçik olmasına baxmayaraq həyətdə qalmağa məcbur olduq. Bu zaman bacımı qucaqlayaraq onun qorxmadan göyə baxmağını istəyirdim. Özümü isə sadəcə heç düşünmədim də. Səhərisi gün “Space” telekanalında siyasi tok-şou gedirdi. O zaman titrəmələr davam edirdi. Amma biz söhbətimizi aparırdıq. Demək olar ki, heç bir həyəcan yox idi. Bu uşaqlıqdan məndə formalaşmış bir xarakterdir. 

- Yerli telekanallarda daha çox xəbərlərə baxırsınız?

Xəbərlərə də, bədii verilişlərə, siyasi müzakirələrə də baxıram. Bizim soykökümüzlə, adət-ənənələrimizlə, mənəvi dəyərlərimizlə bağlı olan verilişlərə daha çox baxıram. Bu sayaq verilişlər AzTV-də yüksək səviyyədə çəkilir. 

- Bu yaxınlarda Prezident İlham Əliyev oğlu Heydər Əliyevin hərbi andiçməsində iştirak etdi. 

- Bu, çox gözəl bir nümunə idi. Bu, təkcə Prezidentin ailəsinə aid olan məsələ deyil. Bu, bütövlükdə Azərbaycana, hamımıza aid olan məsələdir. Hər kəs belə etməlidir. İmkan olduğu təqdirdə hər bir valideyn övladının andiçməsində iştirak etməlidir. Və onun vətənə, dövlətə sədaqət borcunu yerinə yetirməsini dəstəklədiyini, bundan qürur duyduğunu göstərməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun həqiqi hərbi xidmətə Qarabağa getməsinin qarşılığında möhtərəm Prezidentin ailəsinin addımı lap yerinə düşdü. Nəzərə alaq ki, işğalçı orduda xidmətlə öz ərazi bütövlüyünü qoruyan orduda xidmət etməyin fərqi çox böyükdür. Mən hər gün sosial şəbəkələrdə Heydər Əliyevin bu mərasimdə çəkilən fotosunun altından gözəl şərhlərin yazıldığının şahidi oluram. Qoy uca Tanrı Heydər Əliyevi və bütün əsgərlərimizi qorusun!

- Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva ilə ünsiyyətdə olmusunuz. Maraqlı hansı dialoqlarınız olub? 

- Ünsiyyətdə olmuşam, amma onların mətbuatda açıqlanmasını məqsədəuyğun hesab etmirəm. Çünki mətbuatda getməli olan vacib məsələlər işıqlandırılır. Mən ulu öndər Heydər Əliyevlə də çox ünsiyyətdə olmuşam. Amma bunun haqqında da mətbuatda informasiya verməmişəm. 

- Belə iddialar var ki, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu iddiaların əsası varmı? 

- Bilirsiniz ki, hazırda boş qalan deputat yerləri var. Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi haqda müzakirələr məntiqlidir. Bunun da müəyyən proseduru var. Amma parlamentin buraxılması ilə bağlı Konstitusiyada nəzərdə tutulmuş şərtlər ortada deyil. Konstitusiyadan kənar da parlamentin hansısa qaydada buraxılması mümkün deyil. Parlamentin buraxılması ilə bağlı fikirlərin sadəcə müzakirə olduğu qənaətindəyəm. 

- Toylara gedirsiniz? 

- Bəli. 

- Pul yazdırırsınız yoxsa hədiyyə alırsınız?

- Hər ikisi də olur. 

- Nə qədər pul yazdırırsınız?

Bu məbləği açıqlamaq məncə doğru olmazdı. Elə toylar da olur ki, bu və ya digər səbəblərdən iştirak edə bilmirəm. Bu zaman üzrxahlıq edirəm. 

- 8 Martda ən çox kimlərdən hədiyyə alırsınız? 

- Ailə üzvlərimdən, həmkarlarımızdan. Çox hörmətli sədrimiz Oqtay Əsədov da iclasda bizi təbrik edir, bununla yanaşı xanım deputatları qəbul edir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün Azərbaycan xanımlarına bayram təbrikini isə hamı gözləyir. Bu, əlbəttə ki, çox müsbət əhval-ruhiyyə yaradır.

Oxşar xəbərlər
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
GÜNLÜK
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub