“Çayxanada, toyda, yasda Qarabağ haqqında danışmaq qadağan edilsin!..”
Oxunub: 4871
06 Oct 2018 | 14:17
“Çayxanada, toyda, yasda Qarabağ haqqında danışmaq qadağan edilsin!..”
Müsəlmanlar üçün müqəddəs cümə günündə parlamentdəki bir neçə deputatın haqsevər, vətənpərvər çıxışı ürəyimə yağ kimi yayıldı. Kişilər dəyərli söz danışır da... Deyirlər ki, hər yoldan ötən Qarabağdan danışmasın, boş-boş mitinq keçirməsin, bu haqda ancaq buna səlahiyyəti çatan partiya, dövlət nümayəndələri, bir də bəzi deputatlar danışa builər. Qarabağ mitnqinə gedənlər, orda çıxış edənlər avantüristlərdir...

O deputatların parlamentdə vaxtı çatmadı bütün ürək sözlərini deməyə, amma onların deyə bilmədikləri mənim də qəlbimdən keçir. Kişilər demək istəyir ki, əgər meriya Qarabağla bağlı mitinq keçirmək üçün Azadlıq meydanına toplaşmağa icazə vermirsə, hətta bunun üçün balaca bir kənd klubu təklif edirsə, sonda da o təmirsiz “Məhsul” stadionunu zorla, böyük minnət-sünnətlə verirsə, deməli, Qarabağ haqqında danışmaq azadlığı hər kəsə verilməyib və məhdudlaşdırııb. Nə təhər ki, kartofun, badımcanın, pomidor-xiyarın, bananın, qoz-fındığın, qoyun-quzunun, uşaq bezinin və s. idxalını-ixracını inhisara, monopoliyaya alan cəngavər oğullarımız var, Qarabağ məsələsinin də öz inhisarçıları var... Odur ki, bir futbol meydançasına yığışıb boş-boş “Qarabağ” qışqırmaq - yazılmamış qanunları pozmaqdır...

Futbol demiş, hökumət “Azərsun”un sponsorluğuyla gül kimi futbol komandasını verib kütlələrin ixtiyarına... Dırnaq içində “Qarabağ”... Gördünüz o gün Olimpiya stadionunda 70 minə yaxın adam ikiqat dırnaq içində ““Qarabağ!”” qışqırdı, bir faydası olmasa da, əlini, ayağını yerə, skamyalara döydü... Görün, onlara güldən ağır bir söz deyən oldu?.. Daha nə istəyirsiz, şərait yaratmışıq da; “Qarabağ” futbol klubunun Bakıdakı hər oyununda ailəli-uşaqlı gedin stadiona, doyunca ““Qarabağ”” qışqırın, dişlərinizi qıcayın, oturacaqları yumruqlayın, tum çırtlayıb zibilləyin oraları, saqqız çeynəyib sonra oturacaqlara yapışdırın. Bir sözlə, stresinizi çıxardıb rahat qayıdın evinizə-eşiyinizə, çayınızı-çörəyinizi yeyib sakitcə yıxılıb yatın, uyuyun. Uyumaq çox xeyirlidi, bütün həkimlər deyir, dünyanın dərdi-sərini yaddan çıxarıb o dünyaya yaxınlaşırsan... Hətta, istəsəniz, yuxuda Qarabağı da görə bilərsiniz, qaçqın olanınız royayi-aləmdə Şuşadakı, Laçındakı, Kəlbəcərdəki, Ağdamdakı... evlərinizin xarabalıqlarına da baş çəkə bilərsiniz, buna da azadlıq, sərbəstlik veririk... Hələ istəsəniz, pulunuz çatarsa, gedib Avropada, İspaniyada, İngiltərədə, Almaniyada da “Qarabağ”ın oyunlarına baxıb yenə ikiqat dırnaq içində ““Qarabağ”” qışqıra bilərsiniz...

Belə baxanda kişilər düz deyir də... A kişi, heç o məmurların, deputatların bəzisi Qarabağın xəritədə yerini tanımır, biz hardan bilək, Qarabağ nədir, nə deməkdir, onu niyə işğal ediblər, kimlərin güdazına gedib, niyə azad edə bilmirik. Hər kəs getsin öz işi lə məşğul olsun, başını aşağı salıb çörəkpulunu qazansın, partiya və hökumətimiz nə vaxt məsləhət biləcək, onda da azad edəcək Qarabağı...

Deyirlər ki, xalq, qaçqınlar daha dözmür, dünyadan Qarabağ, torpaq dərdi ilə köçüb gedirlər, camaat öz torpağında ölmək istəyir. A kişi, 30 il dözüblər, bir 10 il də dözsünlər də, nə olar?.. 40-a dözən 41-ə də dözər... Ölməyə gəldikdə, onsuz da əvvəl-axır hamımız öləcəyik də, nə fərqi var, ya Bakıda, Yevlaxda, Kürdəmirdə basdırdılar səni, ya da Laçında, Şuşada... Dağın başında kim sənə qəbir qazacaq? Bir də gördün, qəbirə qoyanda ayağın minaya toxundu, meyitin də ələ gəlmədi. Bir də ki, kim gedib tapacaq, kim ziyarət edəcək qəbrini Murovda, Dəlidağda? Hamısından yaxşı Bakıda, özü də yeri pulla alınmış bahalı qəbirlərdə yatmaqdır...

Ümumiyyətlə, biz bir qrup zəhmətkeş yığışıb yekdilliklə belə bir qərara gəlmişik ki, Qarabağla bağlı nəinki mitinqləri, 2-3 nəfərin çayxanada, yasxanada, toyxanada, avtobusda, taksidəki və s. söhbətini də qadağan etmək lazımdır... Qardaş, o kişi deputatlar düz deyir də, Qarabağ böyük siyasətdi, ondan bizim –qara camaatın başı çıxmaz. Biz Qarabağdan danışırıqsa, deməli, siyasətə qarışırıq, siyasətçilərimizin, diplomatlarımızın işinə pəl vururuq. Odur ki, nə təhər ki, bu məscidlərdəki xütbələrdə, yas məclislərindəki söhbətlərdə mollalara siyasətdən danışmaq qadağan edilib, bizlərə də çayxanada, pivəxanada-filanda Qarabağdan danışmaq qadağan edilsin... O boyda sovet hökumətinin evini bu çayxanada, meyxanada toplaşıb siyasətdən, Qarabağdan danışan ektremistlər yıxmadı?.. Bir də gördün, çayxanalardan camaat sel kimi stadionlara, ordan da Azadlıq meydanına axır...

Amma məndən olsa, məsələni kökündən həll etmək üçün “Qarabağ” sözünü birdəfəlik unutmaq, işlətməmək lazımdır. Başım çıxmır, niyə bu savadlı deputatlar, birdəfəlik demir ki, Qarabağı unudun, yaddan çıxarın?.. Kor-kor, gör-gör... Kor deyilik ki? Görürük ki, 25 ildən çoxdur, bu hökumət, BMT, ATƏT başda olmaqla beynəlxalq güclər nə qədər zülm çəkir, məsələni həll edə bilmirlər. Minsk qrupu nümayəndələrinin Qarabağa, İrəvana yeyib-içməyə gedib-gəlməkdən ayaqları, bizim xarici işlər nazirinin də həftə səkkiz-mən doqquz erməni həmkarının əlini sıxmaqdan əli qabar olub. Yazığınız gəlsun bunlara, gəlin Qarabağı unudaq, lap “Qarabağ” futbol komandasının da adını dəyişib “Aladağ” qoyaq. Təki bu söz, bu torpaq yaddan çıxsın... Belə bir təcrübəmiz də çoxdur axı. Hələ Təbrizi-filanı demirik, XX əsrin əvvəlində İrəvanı, Zəngəzuru, Basarkeçəri, Göyçəni –filanı ermənilərə verəndən sonra da sovet hökumətini yıxmaq istəyən bir-iki araqarışdıran bir neçə il daldada- bucaqda hay-küy salmaq istədi. Onların da yarısını sürgün elədilər, güllələdilər, yarısı da öz əcəli ilə xəstələnib, dərddən-filandan çərləyib öldü... Sonra da sovet hökumətinin uğurlu daxili və xarici siyasəti, bir də erməni qızları və erməninin tut arağı sayəsində ermənilərlə olduq kirvə və qardaş... Bununla da hər şey yaddan çıxdı... Onnan da Zəngəzur, Göyçə və s. problemləri həllini tapdı... Daha heç kəs torpağa qayıtmaq sözünü dilinə gətirmədi... Vəssəlam-şüttəmam... İndi də belə olacaq. Bəs bu BMT, AŞ, ABŞ, ATƏT, Minsk Qrupu, Rusiya, Fransa, neçə-neçə savadlı, uzaqgörən deputatlar, məmurlar nə işə yarayır?...
Oxşar xəbərlər
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI