"Elmin “quyruğu” ilə yox, “başı” ilə məşğul olmaq lazımdır" - Professor resepti...
Oxunub: 3963
12 Apr 2018 | 22:45
Aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra yenidən xalqın dəstəyini alan prezident İlham Əliyev inauqurasiytadan sonra yeni komandasını formalaşdıracaq. Bu zaman heç şübhəsiz bir neçə aydır boş qalmış və cəmiyyətdə çoxsaylı müzakirələrə rəvac vermiş təhsil naziri postuna da təyinatın gerçəkləşəcəyi şübhəsizdir. Maraqlıdır ki, istər təhsil ekspertləri, istərsə də mediadakı bəzi müzakirələrdə Təhsil Nazirliyinin AMEA ilə birləşərək Elm və Təhsil Nazirliyi formasında ortalığa çıxa biləcəyini ehrimal edirlər. 

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərovsa tamam başqa mövzu ətrafında Moderator.az əməkdaşının çoxsaylı suallarını cavablandırıb. Bəri başdan müsahibimizin mükəmməl cavablarından çıxış edərək həcmi böyük olsa da oxucularımızı yormayacaq çox aktual məsələlərə işıq salan söhbət olduğunu diqqətinizə təqdim edirik:   

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/219844.html

- XX əsrdə elm gəmisi fizikanın bayrağı altında üzürdü. XXI əsrdə hansı elmin bayrağından istifadə ediləcək?

- Dəqiq elimlər dalana yaxınlaşırlar. Misal üçün qazların, mayelərin, bərk cisimlərin fiziki xassələri geniş tədqiq edilib, artıq tükənir. XXI əsrdə ixtisaslararası, sahələrarası elmlər aparıcı olacaqlar. Misal üçün riyazibiologiya, biofizika, ekonofizika və bunun kimi. Mən arzu edərdim ki, gənclərimiz yeni yaranan elm istiqamətlərə diqqəti artırsınlar. 100 il öncə öyrənilməyə başlamış bərk cisimlər fizikasında indi uğur qazanmaq asan deyil, amma 20 il bundan qabaq əsası qoyulmuş ekonofizikada uğur qazanmaq çox asandır. Jarqonla desək, elmin “quyruğu” ilə yox, “başı”  ilə məşğul olmaq lazımdır.
                                 
- Dəqiq elmlərdən danışdıq, fizikadan misal gətirdiniz. Bəs ictimai, humanitar elmlərdə vəziyyət  necədir?

- Humanitar elmlərdə də vəziyyət dövrün tələbinə cavab vermir. Onlar da öz sovet keçmişindən ayrıla bilmirlər. Bir misal çəkim. Dövlətimiz cəmiyyətdə vətənpərvərlik ruhunu yüksəltmək niyyəti ilə çoxsaylı tədbirlər keçrir. QHT-lər da bu işdə fəal iştirak edirlər. Amma nəticə arzu olunan səviyyədə deyil. Demək çətindir ki, bugünki vətənpərvərlik beş il öncəkindən xeyli yüksəkdir. Əvvəlcə belə bir suala cavab axtaraq: öz tarixini bilməyən gənc vətənpərvər ola bilərmi? İnanıram kı, bu sualın cavabı mənfi olacaq. Vətənin tarixini bilməyən insan vətənpərvər olmaz.  Və ya tərsinə, vətənin tarixini bilən gənc İSİD -ə qoşulmaz. 

- Deməli, səbəb tarix kitablarındadır? 

- Bir şeyi sevmək üçün, əvvəlcə onu bilmək lazımdır. Vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilməlidir. Xoşu gəlməyən tarixi gənclər öyrənmirlər. İlk öncə millətin qürurverici tarixi  yazılmalıdır. Yazılmalıdır ki, bu millət bu günə gəlib çatmaq üçün necə od-alov içərisindən keçib.  Bu şərəfli yolda ideya verənlər, qəhrəmanlıq göstərənlər, şəhid olanlar həmin tarix kitabının səhifələrini bəzəməlidir. Orta məktəbin tarix kitabları xalqın şərəfli səhifələrini əks etdirməlidir. Qorxmaq lazım deyil. Rusiyanın, İranın xoşuna gələn tarix Azərbaycan gənclərinin xoşuna gələ bilməz. Belə tarix kitabını dövlət başçısının və ya vitse preidentin rəhbərliyi altında müəlliflər kollektivi yazmalıdır ki, şəxsi ambisiyalar, subyektiv fikirlər kitabda yer almasın. Müəllifərdən əlavə filosofları, yaşlı alimləri redaksiya heyətinə cəlb etmək lazımdır. Mənim düşüncəmə görə tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır.  

- Reallığı nəzərə alanda, bəzən şərəfli tarix yazmaq çətin olur...

- Düşüncəmə görə orta məktəb və ali məktəb üçün tarix kitabları xeyli fərqli olmalıdır. Orta məktəb tarixində milli ruh, ali məktəb tarixində elmi ruh güclü olmalıdır. Ali məktəb üçün tarix kitabında dəqiq elmi faktlar əks olunmalıdır ki, gənc tələbələr tarixi səhvləri araşdıra bilsin. Orta  məktəbin tarix kitabında ruh yüksəldən məqamlar, şərəfli  səhifələr çox olmalıdır. Helsinki universitetində ezamiyyətdə olarkən bir finn müəllimindən eşitdiyim fikir yadıma düşür: “bir finn 9 rusun öhdəsindən gələr, ancaq 10-cu rus gələrsə finn neyləsin” ? Bu fikirdə  çox şey var, həm də güclü milli ruh var. Hər millətin tarixində belə dəyərli fikirlər çoxdur və onlardan istifadə etmək lazımdır. Misal üçün, Şah İsmayıl Xətainin vəsiyyəti bu sözlərlə qutarır: 
“Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, Türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin - Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur”!  Bu sözlər gəncləri vətənpərvər edər. Belə ruh verici sözlər tarix kitabını bəzəməlidir. 

- Mətbuatda tarixlə bağlı Sizin “bəşəriyyətin tarixi ictimai mənafenin inkişaf tarixidir” fikrinizə rast gəldim... 

- “Kamilləşən bəşəriyyət”  kitabımda  bir çox iqtisadi-sosial hadisələrə yeni baxış, yanaşma əks olunub. 
Tarixə bu baxış böyük alman filosofu Karl Poperin “bəşəriyyətin tarixi ola bilməz”  tezisinə  rəğmən deyilib. Qənaətimə görə tarixin başlanğıcı var, amma sonu yoxdur. Məncə bunlar da tarix kitablarında yazılmalıdır. Bəşəriyyətin inkişafına  diqqət yetirsək görərik ki, bəşəriyyətin tarixi ictimai mənafenin inkişafı tarixidir. Yəni tarixin başlanğıcında ictimai mənafe olmayıb, ancaq şəxsi mənafe olub. Zor olub. Zaman keçdikcə ictimai mənafe inkişaf edərək, zoru azaldaraq bu günkü ali səviyyəyə qalxıbdır. İnkişaf etmiş Qərb dövlətləridə isə çox yüksəkdir.  XX əsrdə iki dünya müharibəsindən keçən qərbi Avropa ölkələrində  düşüncə elə dəyişib ki, onlar nəinki insan ölümünün, hətta Afrikada vəhşi heyvanların  (şirlərin, bəbirlərin, fillərin, meymunların...) də ölmünün əleyhinədirlər və vəhşi təbiəti  ancaq onlar qoruyurlar. Əgər vəhşi təbiət ikinci və üçüncü dünya ölkələrinin ümidinə qalsa idi, əminliklə demək olar ki, Afrikada bir dənə də olsun vəhşi heyvan qalmazdı. 

- Yuxarıda dünya dövlələrini üç qrupa böldünüz. İkinci dünya ölkələrindən birinci dünya ölkələrinə keçid inqlabi yollad mümkündür, yoxsa inkişaf ancaq təkamül yolu ilə getməlidir ?

- Dünya dövlətləri bugünki inkişafı təkamül yolu ilə təmin ediblər. Bunun nəzəri əsası Karl Poperin əsərlərində var. Ancaq Cənubi Koreya və Sinqapur  sıçrayış ilə inkişafa nail oldular.  Deməli, hər iki yol məqbuldur. Sinqapur deyəndə bizə elə gəlir ki, hansısa coğrafi baxımdan böyük bir dövlətdən bəhs edilir. Hansı ki, onun ərazisi bizim Zəngilan rayonunun ərazisi qədərdi. Ancaq görün nələr edir! Cənubi Koreya 30-40 il bundan əvvəl Türkiyədən borc alırdı. Ancaq indi onun iki-üç böyük firmasının büdcəsi az qala Türkiyənin dövlət büdcəsi qədərdi.

- Onlar buna necə nail oldular?  

- Güclü universitetlər hesabına güclü kadr potensialı yaratdılar. Qərbdə olduğu kimi onlar  universitetlərdə  elm və yeni texnologiyalar yaradılır.  Sonra da texnologiyanı sənayeyə tətbiq etdilər.  Bu sistemdə  akademiya kimi müstəqil qurum saxlamağa ehtiyac qalmır. 

- İnkişafa sıçrayış yolu ilə nail olmaq üçün nə etmək lazımdır?

- İkinci dünya ölkələrinin  bir çoxunun (Sinqapur, Cənubi Koreya və onlardan  da qabaq Yaponiyanın) inkişaf  yolunu seçməsində fayda vardır.  Bunun üçün vacib şərtlər: 
a)ilkin texnologiyaları, patentləri xaricdən almaq; 
b)hüququ müstəvi üzərində rəqabət mühiti yaradıb, manopoliyaya son 
qoymaq; 
c)güclü universitetlər yaratmaq; texnologiyaya çıxan elmləri inkişaf etdirmək;
d)texnologiyalari təkminləşdirərək yüksək səviyələrə nail olmaq.

- Son olaraq nələri vurğulayardınız?
 
- Təkrar edirəm, Akademiya həm formaca (strukturca), həm də məzmunca dəyişməlidir. Tədqiqat obyekləri  əsasən qlobal yox, lokal aktual olmalıdır. Siyasətdə elm və elmdə siyasətin yeri düzgün müəyyənləşməlidir. Elmi qurumlarda  elmi azadlıq mühiti digər sahələrlə müqayisədə yüksək olmalıdır.  İdarəetmə kvazialimə yox, əsl alimlərə həvalə edilməlidir.
Son olaraq qeyd etmək istəyirəm ki, elmə arxalanmaq günün tələbidir. Bunu bizdən davamlı inkişaf da tələb edir. Elm elə strukturlaşmalıdır ki,  ölkəmizə və xalqımıza xidmət etsin. Bu faydalılıqları üzə çıxarmaq üçün elm yeni quruluşun mahiyyətinə uygun yeniləşməlidir. Bu yeniləşmə “Elm, Texnologiya və Sənaye”  adı altında da ola bilər. Alim elmi məqalə yazar. Texnoloq məqalənin məğzini texnololoji reseptə çevirər. Sənayeçilər də texnoloji resept əsasında elmi tutumlu məhsul istehsal edər. Sonda qeyd edim ki, Respublika Prezidenti İlham Əliyev 27 mart gününü  "Elm " günü elan etdi. Bu münasibətlə bütün alimləri təbrik edirəm.
Oxşar xəbərlər
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
07 May 2024 | 14:40
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
07 May 2024 | 14:38
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
07 May 2024 | 14:37
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 14:31
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
07 May 2024 | 14:28
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO