Rəsulzadə və Pepinovun qanunsuzluqlarla bağlı paralamentdə etdiyi haraylar - TARİX...
Oxunub: 3408
16 Feb 2018 | 15:41
Rəsulzadə və Pepinovun qanunsuzluqlarla bağlı paralamentdə etdiyi haraylar  - TARİX...
Moderator.az Azərbaycan Cümhuriyyətinin bir neçə aydan sonra keçiriləcək yüzillik yubileyi ilə bağlı silsilə yazılarına davam edir. Bu il həm də parlamentin yaranmasından bir əsr ötəcək. Bu səbəbdən, Cümhuriyyət parlamenti, iclasları, orada baş verən maraqlı hadisələrlə bağlı oxucuları məlumatlandırmaqda fayda görürük.

1919-cu il 3 aprel…. Cümhuriyyətin sayca 26-cı iclası… Cümhuriyyət naziri Əhməd bəy Pepinov və Milli Şuranın sədri Rəsulzadə bəzi məmur qanunsuzluqlarına qarşı üsyan edirlər. Parlamentin iclasındakı başqa deputatlar da onların bu çıxışlarını sürəkli alqışlayırlar.
Moderator.az Azərbaycan Cümhuriyyətinin parlament stenoqramlarına istinadən, həmin iclasdakı iki məşhur çıxışı təqdim edir:

Əhməd Cövdət Pepinov: Əfəndilər! Hər bir qanun ki, parlamentdən keçir, onun barəsində bizim bir nöqteyi-nəzərimiz var. Görək bu qanunun camaata füqəreyi-kasibəyə nə qədər mənfəəti ola bilər. Onu mülahizə etdikdən sonra qanunu ya qəbul ya da rədd edəriz. Yoldaşımızın söylədiyi bu nöqteyi-nəzərdən idi və Səməd ağa bu nöqteyi-nəzəri ilə daxiliyyə nəzarətinin layihəsinə səs verməyəcəyimizi söylədi, fəqət, məndən əvvəl söyləyən daxiliyyə naziri cənabları buyurdular ki, indi qanunu tənqid etmək yersizdir, çünki nəzarətin işləri qayda üzrə gedir və Azərbaycanda lazımi əhəmiyyəti vardır. Əfəndilər! Üsuli-idarə xüsusunda indiyə qədər iki nöqteyi-nəzər vardı. Əvvəlinci nəzər padşahların, çarların, soltanların yer üzündə Allah-taala vəkili olduqlarını iddia edərək üsuli-idarədə onların əmri lazım olduğunu və camaatın bilaqeyd, bilaşərt onlara tabe olması lazım gəldiyini söyləyirdi. İkinci prinsip isə demokratizm əsası idi ki, bu fikrə görə bütün ixtiyar gərək camaat əlində bulunsun və üsuli-idarə camaatın istədiyinə görə düzəlsin. Bizim yoldaşlar, sosialistlər indiyə qədər prinsip davası çəkirdilər. Birinci fikrin əsassız olub demokratizm fikrinin haqlı olduğunu isbat etmək üçün dəlillər gətirirdilər. Fəqət, Rusiya inqilabi-kəbirindən sonrakı çarların, qeysərlərin, imperatorların taxtları sərnigun oldu, birinci prinsip demokratizm səlinin qüvvəti ilə süpürülüb ortalıqdan götürüldü. İndi bu saat dünya üzərində demokratizm əsasları artıq hökmran oldu və kimsə bunların əleyhinə çıxmağa cəsarət edəmir. Demokratiyanın, xalqın ziddinə olanlar indi başqa bir yol götürmüşlər. Söz demokratizm əsaslarının etiraf və qəbul etməklə bərabər işdə bunun əksinə gedirlər. Bu gün baxınız, dünya, cahan kəbirləri Aloyd Corc və Vilsonlar və arkadaşları dəxi demokratizmdən bəhs edirlər, xırda millətlərin müqəddəs haqlarından dəm vururlar. Fəqət, işə gəldikdə Osmanlı məmləkətlərini, Rusiya və Avstriya torpaqlarını, Almaniya koloniyalarını kəndi aralarında təqsim edir və onlarda ağalıq etmək istəyirlər. Bir çox adamlar, firqələr dəxi indi söz də demokratizm əsaslarını qəbul edirlərsə də işə gəldikdə bunun əksini işlətməyə çalışırlar. İşdə bu gün zikr etdiyimiz qanuna gəldikdə, biz də deyirik ki, idarə məmurlarının aldıqları pul kifayət etmir. Məvacibləri gərək  artırılsın.  Fəqət,  qanunun  mahiyyətinə bərəks getmiriz.  Fəqət, daxiliyyə  nəzarətinin  indiyə qədər işlətdiyi və camaat üçün fəlakətli olan siyasətinin əleyhinə gediriz. Biz də istəriz ki, adminstrasiya və polis idarələri qaydaya qoyulsun, düzgün olsun və məmurlar xalqın canını və malını təmin etsinlər. Fəqət, qanun layihəsini qəbul etməklə bizim istədiyimiz təmin edilir. Çünki nəzarətin siyasəti yenə əski qaydası üzrə qalır. Daxiliyyə naziri cənabları bizə isbat etməyə çalışdı ki, polis nəfəratı arasında çox canfəda və vətənpərəstlər vardır. Hərgah doğrudan da çoxusu belə olsaydı, sözümüz yox idi. Fəqət, ayrı-ayrı canfəda fərdlər bulunmaqla bərabər bir çox məmurlar da var ki, öz qaradovoylarını yanına alıb gecələr çapğınçılığa gedir, xalqın evini soyur, başını kəsir. Bir çox polis nəfəratı şimdi böyük pullar sahibi olmuşlardır. Məsələn, Qazax uyezdinin başında olan polis naziri neçə ay bundan əvvəl heç bir şeyə malik olmadığı halda bu gün çapğınçılığı və xəyanəti sayəsində milyonlar sahibi olmuş və Tiflisdə mülk üstünə mülk alır. (Soldan alqış!) Bu kürsüdən dəfələr ilə bu barədə danışıldı, nəzarətə işarət edildi. İndi haman şəxs qazandığı pulları kafi görüb qulluqdan əl çəkmək istədikdə nazir cənabları istefasını qəbul etməyib "qal və çapğınçılığa da davet!"- deyir. (Soldan alqış!) Daxiliyyə naziri cənabları hökumətin istefasından sonra özünün liberal, hürriyyətpərvər bir şəxs olduğunu isbat üçün qubernatorların adına bir müraciətnamə sadir etmişdir ki, orada idarə məmurlarının bir çoxunun yaramaz və əyri olduğunu göstərir və qubernatorlara əmr edir ki, polis   idarələrini   elə   adamlardan   təmizləsin   və   düzgün məmurları qəbul eyləsin. Fəqət, əfəndilər, əvvəlcə dediyim kimi bu bir gözəl nümayişdir. Və yazılanlarla nazirin tutduğu işlər bir-birinə təvafüq etmir. Nazir cənabları nəzarət başına gəldikdə bu elannamə ilə başlamalı idi və onu həqiqətdə mövqeyi-icrayə qoymalı idi, nəinki istefaya çıxdıqdan sonra baxınız qubernatorlara polis idarələrini düzəltməyi əmr edərək və məsuliyyəti onların üzərinə qoyduğu halda Zaqatalaya qubernator olmaq üzrə sizə və bütün Azərbaycana məlum olan Nikolayın köhnə məmurlarından öz rüşvətxorluğu ilə və qaçaqlarla əlbirliyi ilə məşhur olan bu zatı təyin edir. (Soldan alqış!) Və zati əfəndilərə tapşırır ki, idarələri düzəltsin, əyriləri çıxartsın və düzgün adamları qulluğa qoysun. Bu gülünc deyilmidir, əfəndilər? Nəzarət bizdən polis məmurları məvacibi üçün 60 milyon camaat pulunu tələb edir. Əlbəttə veririk və bundan ziyadə veririk, fəqət bu şərtlə ki, camaatın əmin-amanda olacağı bizə məlum olsun. Nazir əfəndinin söylədiyinə görə polis nəfərləri bu gün sərhədlərimizi düzəltmək kimi və kontrabanda ilə mübarizə etmək kimi vəzifələrini görürlər. Fəqət, biz hamımız və bizimlə bərabər nəzarət də bilməlidir ki, sərhəddə olan kontraband (qaçaq mal aparmağı) hamıdan ziyadə polis idarələri özləri edirlər və yaxud onların köməklikləri ilə olur. Bir vaxt var idi Gürcüstan sərhəddində neft əvəzinə neft möhtəkirçiliyi kontrabandaçılığı meydan almışdır. İndi neft əvəzinə çörək kontrabandası və möhtəkirliyi polis nəfərlərinin köməkliyi ilə davam etməkdədir. Əlbəttə, hər bir idarə içində olduğu kimi daxiliyyə nəzarətinin içində də pis adamlar var, canilər, əyrilər ola bilir. Amma əyər daxili nəzarətinin siyasəti, sistemi düz olsaydı, nəzarət böylə ünsürlər və adamlar ilə mübarizə edər və islaha çalışardı. Amma biz nəzarətin siyasətində əksini görürüz. Haman yaramaz adamlar iş başında oturur, heç bir tövr ilə onlardan xilas ola bilmirlər. Çünki nəzarət bunları bilir, kömək edir.

Məhəmməd Əmin Rəsulzadə: Bizim nöqteyi-nəzərimiz əvvəl başdan müəyyəndir. Bu kimi tənqidlər büdcə müzakirəsi əsasında olmalıdır. Meydandakı qanunu istəmiriz demək və ağzı köpüklü, hökuməti Nikolay hökumətinə bənzətmək, hamınız bu xəyanətlərdə müqəssiriniz deyə nəzakətdən xaric bir vəziyyət almaq, vəziyyəti anlamamaqdır. Bir halda ki, hər bir şey təzədən qurulur. Məclisi-Məbusan öz aralarında bir neçəsini seçib nazir etmiş, yerdə qalanlar da oturub özlərinə məbus demişlərdir, belə bir halda vəziyyət almaq ki, nə gəlirsə gəlsin, qəbul etməyəcəyik, doğru olamaz. Bunu Nikolay hökuməti zamanındakı şəkli-hökumət ilə əsasından düşmən olan qeyri-məsul müxaliflər yaparlardı.  Onların hərəkətində məntiq də vardı. Əhməd bəy Pepinov dedi ki, zəmanəmiz Nikolay zamanına oxşayır. Sonra bizə hökumətlər haqqındakı nəzəriyələrdən bəhs elədi. Hökumətin bir nöqteyi-nəzərində müəyyüd, münəndullah, digər tərəfdən xalqdan doğma nəzəriyyəsi olduğunu anlatdı. İkinci nəzəri-məziyyətin, faydasını vək ədalətə müvafiq olmasını da ayrica anlatdılar. Burada Ağamalı oğluna bir nəzirə yaparaq bir anektod hazırladım. Bir də bir hekayə söyləyəlim: "Köylünün birisi kənddən şəhərə ərbaba pay gətirmiş idi. O pay içərisində bir toyuq da var idi. Ərbab toyuğu almayıb dedi ki, apar sal qazana,  tüklərini  üt,   təmizlə   ver  uşaqlar  yesin.   Kəndli təzim ilə dedi ki, Allah xana ömür versin, yoxsa tüklü-tüklü yeyəcək idik." Allah sosialistlərə ömür versin ki, hökumət haqqında müxtəlif nəzəriyyələr mövcud olduğunu bizə anlatdılar. Allah onlara həqiqətən ömür versin, yoxsa ki, biz bunu bilməyəcəkdik. Daxiliyyə nəzarətinin bir çox şayani-tənqid cəhətləri var. Əsasən tənqid sırası olduğuna qane olsaydıq, biz də burada bir çox şeylər söylərdik. 

Hazırladı: Elmin Nuri
Oxşar xəbərlər
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək