“McDonalds-dakı qidaların heç biri müsbət rəy ala bilməyib” - Azərbaycanlı həkim dəhşətli faktlar açıqladı
Oxunub: 1909
14 Feb 2018 | 09:16
“McDonalds-dakı qidaların heç biri müsbət rəy ala bilməyib” -  Azərbaycanlı həkim dəhşətli faktlar açıqladı
Vüqar Rəsulov: “Fastfood yeməkləri konkret olaraq zəhər, genetik silahdır”

“Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetikdir”

Son zamanlar mədə-bağırsaq xəstələrinin sayında artım müşahidə edilir. Maddələr mübadiləsinin pozulması, qida rejiminə riayət olunmaması, genetik və xarici faktorlar bu xəstəliyin əsas səbəbləri sırasında sadalanır.

Moderator.az modern.az-a istinadən xəstəlik və onun əsas səbəbləri və müalicə yolları barədə Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov ilə söhbətləşib.
 
- Doktor, mədə-bağırsaq xəstəliklərini yaradan əsas faktorlar nədir? 

- Əsas səbəb qida rejimi və stresdir. Eyni zamanda, ekologiya, mühit, hava, su da çox önəmlidir. Problem bilavasitə qida məhsulunun özü ilə bağlı deyil. Qida məhsulunun istehsalı, saxlanması, istifadə qaydalarına diqqət edilməməsi, eyni zamanda düzgün qidalanmamağın özü orqanizm üçün zəhərə çevrilə bilər. Normal, zamanında yeyilən yemək fayda verdiyi halda, gecə yatmazdan qabaq yeyiləndə həzmə getmir. Əmələ gələn ara məhsullar qana sovrulur və orqanizmə zəhər kimi təsir göstərir. Bu bir tərəfə, son vaxtlar insanlar çöldə, ayaqüstü yeyilən fastfood, lahmacun, dönər, pide, peraşki və s. kimi qidalara üstünlük verirlər. Bəzən də stresli həyat, qaçaqaç deyərkən, günorta yemək yemirlər, axşam bir oturuma bütün günün əvəzinə qidalanırlar. Fastfood yeməkləri isə konkret olaraq zəhərdir, hətta mən deyərdim genetik silahdır. Hətta elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, “McDonalds”da oturub çipsi yeməyi özlərinə istirahət sayırlar. Aydındır ki, o dəyərdə, özü də Amerikadan bura gətirilmiş qida heç yemək deyil. Hətta sintetik məlzəmələr belə, hansısa bir paltar ondan qat-qat baha başa gəlir. Bütün məhsullar Gigiyena və Epidemologiya Mərkəzindən sertifikat almalıdır. “McDonalds”dakı qidaların heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb. 

- Söhbət “McDonalds”dakı yeməklərin menyusundan gedir?

- “McDonalds” bir nümunədir, əslində bütün “KFC”lərdə vəziyyət bu cürdür. Biri bir az ucuzdur, digəri bir az bahadır, amma nəticə etibarilə hamısı orqanizm üçün zərərlidir. “KFC”lərdə insanları nə ilə isə cəlb etməyə çalışırlar. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Amma onların hamısı broyler toyuqlarının dərmanlar toplanmış qanadları, budları və s.dir. Adi, evimizə aldığımız “doktorskaya kolbalas”ları götürək. Kiloqramı neçəyə düşür?  4-5 manata. Maraqlıdır, hansı ətdən istifadə edirlər ki, bu kolbasalar 4-5 manata satılır? Südlü kolbasalar, sosiskalar da onun kimi. Mən hələ demirəm ki, istifadə etdiyimiz yağlar sağlam yağlar deyil. Çoxusu deyir ki, yeməkləri qarğıdalı, günəbaxan yağında bişirir. Əslində mağazalarda satılan günəbaxan yağının ən keyfiyyətlisinin 1 litri 6 manatadır. Maksimum İtaliya istehsalı olan günəbaxan yağlarıdır ki, 9 manata satılır. Neçə kiloqram günəbaxan tumu sıxmaq lazımdır ki, 1 litr yağ alınsın? Əminliklə deyirəm ki, bitki yağlarının çoxunun tərkibi sintetik yağlardır. Əvvəl “Teksun”, “Sana”nın adı çəkilirdi. Bunlar da həmin şeylərdir. Əslində dədə-baba qaydasında hazırlanan kərə yağı hamısından ləzzətli və keyfiyyətlidir.

- Əslində kərə yağlarının keyfiyyətinə də zəmanət verilmir...

- Doğrudur, hazırda bazarda kərə yağı adı altında çox şey satılır. Mən əsl kərə yağını nəzərdə tuturam. 3-4 manata kərə yağı satılır, çoxu da bitki mənşəlidir. Bitki yağları doymamış yağlardır. Kərə yağı doymuş yağdır. İndi süni doydurulmuş yağları kərə yağı adı ilə əhaliyə satırlar. Mən kərə yağı deyəndə əsl nehrə yağını nəzərdə tutdum.

- İndi elə kiloqramı 6-7 manata nehrə yağı da bazarları cənginə alıb.  Xüsusilə ötən il kərə yağının qiymətindəki sürətli artım əhalini həmin “nehrə yağları”na möhtac qoyub...

- Yenə də deyieəm, ki mən əsl nehrə yağından bəhs edirəm. Təbiidir ki, 6 manata satılan yağ quru süddən, marqarindən hazırlanmış “nehrə yağı”dır. Fikir vermisinizsə, həmin yağları əridəndə çox pis qoxu yayılır. Bir az da insanlarımız öz səhhətlərinə səhlənkar yanaşırlar. Axı normal insan bilməlidir ki, indiki bazar iqtisadiyyatı şəraitində nehrə yağının bir kiloqramının 6 manata satılması anormal haldır.

- Doktor, azərbaycanlıların əsas problemlərindən biri də qidalanma ilə bağlıdır. Qidanı çayla, qazlı içkilərlə birlikdə qəbul edirik. Yeyirik, dərhal çay süfrəsinə otururuq. Şirniyyatla pürrəngi çay içirik. Sonra da...

- Belə təsəvvür edin ki, insan vücudu bir filterdir. Oraya kirli su, palçıq, doldursan, nə baş verəcək? Filter tez bir zamanda tutulacaq. Vücuda da ağızdan təbii olmayan nə versən, sidik və nəcislə ifraz olunacaq. Bunların hamısı bağırsağın, böyrəyin divarından keçir və ifraz olunur. O kubik şəklində yığılmır ki, sən çıxarıb atasan. O görünən və görünməyən tərəfdən yığılır vücuda. Yığıldıqca toksikasiya nəticəsində səthi dəri problemləri, allergik reaksiyalar və daha da dərinə gedir. Mədə-bağırsaq, böyrək xəstəlikləri yaranır, bir qədər də dərinə gedir və ağır xroniki xəstəliklərə-oynaq, qaraciyər xəstəliklərinə yol açır, sonda xərçənglə nəticələnir. Bəzən isə heç xərçəng mərhələsinə çatmır, böyrək, qaraciyər xəstəliyi diaqnozu ilə dünyasını dəyişir. Amma xərçəngə çatanların da yaşı gəncləşib. Niyə? Çünki genetik yük aktivləşib. Təsəvvür edin, 30-35 yaşında dünyaya uşaq gətirən qadın, ana bətnində uşağa qida ilə yanaşı öz toksinlərini də verir. 35 ilə yığdığı “şlak”ı da verir ona. Çünki orda mexanizm belədir. Ana hər şeyini paylaşır. Toksinlər piy qatında, bağırsaq ətrafında toplaşır. Əvvəllər süni qidalar yox idi. Ağacda necə bitirdirsə, yerdə necə çıxırdısa, insanlar eləcə qəbul edirdi. Maksimum onu texniki emal edirdilər. Qidalar əsasən sulu formada qəbul edilirdi. Kasıblıq vaxtında kim idi hər gün qızartma yeyən? Son 1 əsrdə texnologiya o qədər inkişaf edib ki, yeməyə nə desəniz qatılır, hansı formaya deyirsiniz salınır. Araşdırma aparsaq, marketlərdə satılan məhsulların 90 faizi süni formadadır. Süni formada vücuda daxil olan məhsul, heç vaxt təbii yolla bədəndən çıxa bilməz.

- Günümüzün əsas problemlərindən biri də oturaq həyat tərzidir. Biz oturduqca, sanki orqanizm tənbəlləşir, geri gedir.

- Oturaq həyat tərzinin zərərləri o qədərdir ki, saymaqla bitməz. Həyat hərəkətdir. Mən çalışıram ki, misallarla izah edim fikirlərimi. Adi su borusu götürün. Əgər o borunun içərisində su varsa və onun axarı yoxdursa, nə olacaq? O su, borunun içərisində iylənəcək, çamurlaşıb, mamırlaşıb divarına yapışacaq. Bir müddət sonra boru tutulacaq. Gün ərzində vücudda müəyyən intensivlikdə dövriyyə olmalıdır.  İnsanın ağciyər yollarını işlək oksigenin qana keçməsini təmin edən şar kimi təsəvvür edin. O şarların ətrafı da kapillyarlardır. Hava şarın içərisinə daxil olur, o zaman sahə böyük olur. Kapilyarlar həmin havanı əmir. Sakit halda 30 faiz alveollu borular işləyir. İnsan dərindən güləndə daha dərin qatlar açılır. Alveolluların tam işləməsi üçün gərək qaçasan, təngnəfəs olasan. Təngnəfəs halda, əlin dizinin üstündə əyilib dərindən nəfəs alanda alveolluların hamısı işləməyə başlayır. İşləməyənlər getdikcə sönür, fəaliyyətdən düşür, yatır, daha sonra gücsüzləşərək ölür. Eləcə də əzələlər, böyrək, qaraciyər və s. Sürətli qan dövranı olmayanda böyrəyin də toxumasının bir hissəsi işləməyəcək. İşləməyəndə məhv olacaq. Eləcə də digər orqanlar. Hətta nəzərə alsaq ki, hansısa xəstəlik əmələ gəlib, “şlak” bir orqanda toplaşıb, onun da xaric olması üçün qan bol gəlməlidir ki, o, xaric olsun. İnsan hərəkət etmirsə, qan dövr etmirsə, xəstəlik çözülmür.
 
- Söhbətimizin nəticəsi olaraq bu qənaətə gəlinir ki, bütün xəstəliklərin mənbəyi mədə-bağırsaqdan qaynaqlanır.

- Hətta bizim ürək, böyrək, beyin, qan-damar, oynaq xəstəliyi bildiyimiz xəstəliklərin hamısının zəminində mədə-bağırsağın fəaliyyətindəki pozulmalar durur. Çünki mədə-bağırsaq maddələr mübadiləsini təmin edən orqandır. Həm maddələri qəbul edən, həm də qaraciyər vasitəsilə toksikasiyanı bədəndən xaric edəndir. Qaraciyər filterdir, laboratoriyadır, iki yüzdən çox funksiyası var. Bütün bunlar işləməyəndə digər orqanlarda da problemlər çıxır. Amma müalicə zamanı diaqnoz qoyulmasında bu amillər nəzərə alınmır. Açıqlama zamanı deyilir ki, əksəriyyət infarkt, ürək çatışmazlığından ölür, problem ürəkdədir. Amma problemin kökü ürəkdə deyil, mədə-bağırsaqdadır. Yetmiş kiloqram çəkiyə malik insanın dəri səthini açsan iki kvadratmetr edəcək. Onun ağciyərini açsan, 35-40 kvadratmetr edəcək. Bayaq qeyd etdiyim alveolluları açsan, o da təxminən 40 kvadratmetr edəcək, mədə-bağırsağı açsan bir futbol meydançası edəcək. İndi müqayisə edin. Biz dərilə fiziki təmasdayıq. Ağciyərlə hava alıb-veririk. Amma 95 faiz lazımi maddələr bizim vücudumuza mədə-bağırsaqdan keçir. Mədə-bağırsaq nə dərəcədə düzgün işləyirsə, o, maddələri düzgün həzm edirsə, bəzilərini passiv buraxacaq, bəzilərini soracaq, toksinləri aktiv ifraz edəcək. Nəticədə vücud ya tez “şlak”lanacaq, ya da “şlak”dan tez can qurtara biləcək. Yəni mədə-bağırsağın düz işləməsi digər orqanlara da təsir edir. O düz işləməsə, “şlak”lar quruluşuna görə hansı orqana uyğundursa, gedib orada ilişir. Oynağa uyğunsa, oynaq xəstəliyi yaradır, böyrəkdə ilişibsə, böyrək xəstəliyi yaradır. Sonra da deyirlər “mənim babamda da oynaq xəstəliyi vardı, irsidir”. Daha demirlər ki, əslində bu xəstəliyi yaradan səbəb vardı deyə, onda da yaranıb. Nadir genetik xəstəliklər var ki, bilavasitə genlərdəki qüsurlardan irəli gələrək meydana çıxır. Əksəriyyət meyillilik yaradır, yəni mütləq deyil. İnsan vücudunda çox maraqlı və qəribə proseslər gedir. Son vaxtlar o fikrə gəlinir ki, insan vücudunda maddələr sintez olunur. Sadəcə onu registrasiya edə bilmirlər. Amma söhbət sağlam vücuddan gedir, bizim kimi xəstələrdən yox. 

Hazırda tam sağlam insan demək olar ki, yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada cəmi 3 faiz insan sağlamdır, 75-80 faizi praktiki olaraq sağlamdır. Praktiki sağlam insanın bədənində ağır xroniki xəstəliklər olmur, amma xəstəlik var. Ağır xroniki xəstəlik daşıyıcıları isə faktiki olaraq xəstədirlər. Təsəvvür edin biz indi nə gündəyik, qismət olarsa, 50 ildən sonra nə gündə olacağıq. Qərb ölkələrinin, Şərq ölkələrinin, Şimal və Cənub ölkələrinin qəsdən, bilərəkdən, qida vasitəsilə zəhərləmə, ərzaqlara qəsdən başqa maddələrin yeridilməsi və s. halları var. Siyasi müstəvidə, genetik silah kimi istifadə edilən alkoqol, siqaret, yemək, su, dalğa təsirləri hələ illər sonra bilinəcək. Hələ demirəm ki, “Ebola”, “Ziko” kimi viruslar laboratoriyalarda süni yaradılmış viruslardır.
 
- İnsanların öz səhhətinə qarşı səhlənkarlıqları danılmazdır. Amma həkimlərə, xüsusilə dərman pereparatlarına qarşı da bir inamsızlıq var. Həkimə gedirsən, səni evə ən azı 300-400 manatlıq reseptlə yollayır. Məsələ burasındadır ki, yüksək məbləğ ödəyərək aldığımız iynə-dərmanın da keyfiyyətinə zəmanət yoxdur...

- Tam doğrudur. Hətta Avropada istehsal olunaraq, Azərbaycana gətirilmiş dərmanla, MDB-də satılan dərmanların tərkibini araşdırsaq, çox böyük fərq görərik. Necə ki, adi televizorlar kimi. 90-cı illərdə “Panasonik” şirkətinə məxsus televizor alırdım. Baxdım ki, üzərində “Orta Şərq ölkələri üçündür” yazılıb. Onda anladım ki, istehsal edilən mallar MDB üçün ayrıdır, Avropa üçün ayrıdır, Amerika üçün ayrıdır. Eləcə də dərmanlar. Bunlar fərqli-fərqli şirkətlər tərəfindən istehsal olunur və keyfiyyətləri də fərqlidir. Şimali Amerika öz ölkəsi üçün istehsal etdiyi dərman pereparatlarını əsas maddə saxlanılmaqla başqa tərkibdə istehsal edir, ixrac üçün olanları başqa tərkibdə. Və sözsüz ki, ixrac dərman pereparatlarının keyfiyyəti daha aşağıdır. Onların tərkibində xüsusi qatqı maddələri var, hansı ki, onların doğuracağı nəticələr barədə yalnız istehsalçılar məlumatlıdırlar. Ona görə də mən xəstələrimə Avropadan çox, Türkiyə istehsalı dərmanları məsləhət görürəm.
Oxşar xəbərlər
22:22, Bu gün
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
22:03, Bu gün
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
21:39, Bu gün
Sumqayıtda zavodda yanğın başlayıb
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:36, Bu gün
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
GÜNLÜK
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI