“İmam Mehdi inancı batildir, islamla heç əlaqəsi yoxdur” -Türkiyəli ilahiyyatçı
Oxunub: 2597
05 Jan 2018 | 14:27
“İmam Mehdi inancı batildir, islamla heç əlaqəsi yoxdur”  -Türkiyəli ilahiyyatçı
Moderator.az xəbər verir ki, Türkiyəli ilahiyyatçı Haqqı Yılmaz Modern.az-a müsahibə verib. 

Onunla müsahibənin təqdim edirik:

- Haqqı bəy, Məhəmməd peyğəmbərin özəlliklərindən danışdınız. Biz isə sualı belə verəcəyik. Peyğəmbər nəyi ilə örnəkdir ”“ saqqalının uzunluğu, geyindiyi paltar yoxsa əxlaqı ilə?

- Mövzunu daha yaxşı anlaya bilmək üçün Məhəmməd peyğəmbərin örnək hərəkətlərini bizə çatdıran ayələrə diqqət etmək lazımdır.

“Əhzab” surəsinin 9-27-ci ayələrinə baxaq:

“Ey iman etmiş kimsələr! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz, onların üzərlərinə bir ruzigar və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, işləmiş olduqlarınızı çox yaxşı görəndir.

Həmçinin onlar, üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və Həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz. Bax budur, burada möminlər əziyyət olunmaqla, imtahan edilmiş və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.

Və o vaxt münafıqlar və qəlblərində bir xəstəlik olanlar”“zehniyyəti pozuq kimsə­lər: “Allah və Elçisi bizə bir aldanışdan başqa bir vəd etməmişdi” deyirdilər. Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yox, dərhal dönün” deyirdilər. Onlardan bir qismi də, “Evlərimiz gerçəkdən qorunmasızdır” deyərək Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə qaçmaq istəyirdilər.

Əgər onların üzərinə, evlərinin hər bir bucağındən girilsəydi, sonra da sosial yanğın çıxarmaları istənilsəydi, qətiliklə bunu yerinə gətirərdilər. Bunu artıq da gözləməzdilər.
Və heç şübhəsiz onlar, bundan öncə, arxalarını dönüb qaçmayacaqlarına Allaha andla “qəti söz” vermişdilər. Və Allahın əhdi/Allaha qarşı verilən sözlər məsuliyyət gətirir.

De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman sadəcə, çox az bir şey qazandırılırsınız.”

De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu yaxın tapa bilməzlər, bir yardımçı da.

Şübhəsiz Allah, sizdən o əngəlləyənləri, sarsaqlayanları və sizi qısqanaraq, qardaşlarına: “Bizə gəlin!” deyənləri bilir. Və onlar, sıxıntıya ancaq çox az gəlirlər. Deyərkən o qorxu gəlincə, sən onları, ölümdən huşunu itirmiş kimsə kimi gözləri dönərək sənə baxarlarkən gördün. Sonra o qorxu gedincə, yaxşılığa qısqanclıq edərək sizə kəskin”“kəskin dillər sıyırdılar. Bax budur, bunlar iman etmədilər və Allah əməllərini boşa çıxardı. Və bu, Allah üçün çox asandır.

Onlar, birləşik düşmən birliklərinin getmədiyini sanırdılar. Əgər düşmən birlikləri gələcək olursa, çöldə bədəvi Ərəblər içində yer alıb, sizin xəbərlərinizdən soruşmağı istəyərlər. Və əgər onlar içinizdə olsaydılar, ancaq çox az döyüşərdilər.

And olsun ki, Allah Elçisində, sizin”“Allahı və son günü uman və Allahı çoxca anan kimsələr üçün gözəl bir nümunə vardır. Möminlər, birləşik düşmən birliklərini gördükləri zaman da: “Bax budur, bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi” dedilər. Bu, onlara sadəcə iman və güvənlik təmin etməkdə üstünlük verdi.

Möminlərdən belə kimsələr vardır ki, Allaha, imanları gərəyi etmələri gərəkən şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/ canını verən kimsədir, kimi də gözləyən kimsədir. ”“Onlar, Allahın doğru kimsələri doğruluqları səbəbi ilə mükafatlandıracağı, dilərsə münafıqlara da əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb davranışlarında dəyişiklik etmədilər.”“ Şübhəsiz Allah, çox bağışlayıcıdır, çox mərhəmət edicidir.

Və Allah, kafirləri”“Özünün ilahlığını və rəbbliyini bilərək rədd edənadamları hər hansı bir xeyirə çatmadan kinləri ilə geri çevirdi. Və Allah, möminlərə döyüşdə kafi gəldi. Və Allah çox güclüdür, mütləq üstün olandır.

Həm də Allah, Kitab Əhlindən kafirlərlə yardımlaşanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı: Siz onların bir qismini qətl edirdiniz, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadı­ğı­nız bir yerə sizi son sahib etdi. Və Allah, hər şeyə ən yaxşı güc yetirəndir”.

Bu surənin 21-ci ayəsinə diqqətlə baxın, orada yazılıb: “And olsun ki, Allah Elçisində, sizin”“Allahı və son günü uman və Allahı çoxca anan kimsələr üçün gözəl bir nümunə var”.

Bu ifadədə diqqət çəkən məqam peyğəmbərin örnəkliyidir. Məhəmməd peyğəmbərin örnək olması bütün islami qaydalara uyğundur. Burada müharibəyə qatılmaq, Allah yolunda ölmək və öldürməyi gözə alan xüsusdakı örnəklər əsasdır.

Ayədə Xəndək döyüşünə qatılmayanlar qınaq obyektinə çevrilir. Bununla yanaşı peyğəmbərin özünü Allah yolunda fəda etməsi, səbri, cəsarəti, qərarlılığı, qorxuya düşməməsi möminlərə örnək kimi göstərilib. “Allahı və son gününü uman və Allahı daha çox anan kimsələr üçün burada gözəl bir örnək var” ifadəsindən anlaşılır ki, peyğəmbər Allahdan ümidi kəsən, qiyamətin qopacağına inanmayan, Allahı unudan kimsələr üçün örnək deyil.

- Anladıq, bəs peyğəmbər əxlaqı ilə nümunədirsə, niyə insanlar peyğəmbərin saqqalının uzunluğunu, necə yemək yeməsini örnək göstərir?

- Bunlar uca islam dinini dinlikdən çıxarmaq üçün ortaya atılan cəfəngiyyatlardır.

- Quranın orijinalında yazılanları ön plana çıxarırsınız. O zaman Quranı sırf içində yazıldığı kimi qavramalıyıqmı? Məsələn, İbrahim peyğəmbərin quşları parçalayıb, sonra onlara yenidən can verməsi rasional səslənirmi?

- Bizə görə məsələnin mahiyyəti fərqlidir. Sizə nəzərdə tutduğunuz ayəni təqdim edirəm:

“Bir zamanlar İbrahim də “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!” demişdi. Allah, “İnanmadınmı ki?” dedi. İbrahim, “İnandım, fəqət, qəlbim bütün sorğu”“sual işarələrini aradan qaldıraraq rahatlığa qovuşsun deyə” dedi. Allah, “Dərhal quşlardan dördünü tut və onları özünə alışdır. Sonra hər dağın üzərinə onlardan bir parça burax. Sonra da quşları çağır, qaça”“qaça/ sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən /sağlam­laşdırandır” dedi.(“Bəqərə” surəsi 260-cı ayə - A.K)
Bu ayədə insanlara yenidən dirilmənin sübutlarından biri İbrahim peyğəmbərin vasitəsilə çatdırılır. Belə ki, quşların İbrahimə öyrəşməsi və çağırdığında gəlməsi ilə ölünün dirilməsi arasında bir bənzərlik qurulub.

Ayədən anlaşıldığına görə İbrahim peyğəmbər ölülərin dirildiləcəyinə inanır, lakin bu, onu tam qane etmir. Bu ayə ilə insanlığa, tam bir imana sahib ola bilmək üçün əskik bilgilərini tamamlamaları, sorğulamadan çəkinməmələri lazım olduğu bildirilir. Xüsusilə də cəmiyyətin önünə çıxan kimsələrin bilgili, bacarıqlı, cəmiyyəti inandıra biləcək səviyyədə zehni bacarığa sahib olmaları gərəkir. Eyni məqama “Hud” surəsinin 17-ci ayəsində dədiqqət çəkilib.

“Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq bir dəlili olan və özünü Rəbbindən bir şahidin təqib etdiyi və həmçinin, önündə bir başçı və mərhəmət olaraq Musanın kitabı olan kimsə kimidirmi? Bax budur, belə olanlar, Qurana inanırlar. Hansı qarşı qrupdan olursa olsun kim Quranı ört”“basdır edərsə, ona vəd edilən yer atəşdir. Bax budur, bütün bunlardan dolayı sən də Qurandan şübhə  içində olma. Tam yəqinliklə bil ki,  o, Rəbbindən bir haqdır”“gerçəkdir. Fəqət insanların çoxu iman etmirlər”.

Bu hadisə ilə bağlı xəyal məhsulu olan bir çox rəvayət icad edilib.

- Onlar hansılardır?

- Həzrəti İbrahimi bu addımı atmağa vadar edənin nə olduğu xüsusunda fərqli fikirlər var. Məsələn birini təqdim edirəm: “Uca Allah ona özünün xəlil edəcəyinə dair bir vəd etmişdi. O da buna dair bir əlamət istədi”. Bu açıqlama Əs-Saib Yezidə aiddir.

Digər bir fikrə görə isə Numruzun “mən dirildərəm və öldürərəm” deməsindən sonra İbrahim Allahdan belə bir yardım istəmişdi. Əl-Həsən deyir ki: “O, bir leş görmüşdü. Onun yarısı quruda yırtıcı heyvanlar tərəfindən parçalanırdı. Digər yarısı isə dənizdə idi, dəniz heyvanları tərəfindən darmadağın edilirdi. Həzrəti İbrahim də bu leşin darmadağın edildiyini görüncə, onun bir araya gəlişini görmək istədi. Hansı şəkildə darmadağın edildiyini gördüyü kimi, hansı şəkildə də bir araya gəldiyini görmək istəyirdi ki, qəlbində heç bir şübhə qalmasın. Buna görə də ona “dörd quş al” deyə buyurdu”. Bu dörd quşun xoruz, tovuz, göyərçin və qarğa olduğu söylənilir. Bunu İbn İshak elm əhli birindən nəql etməkdədir.

İbn Abbas isə qarğa yox, quşlardan birinin durna olduğunu söyləyib. İbn Abbasın həmçinin göyərçin yerinə qartal dediyi də nəql edilib.

İbrahim peyğəmbər əmr olunduğu şəkildə bu quşları aldı. Onların başlarını kəsdi, sonra daha kiçik hissələrə böldü. Daha da heyranedici olsun deyə, qanlarını və tüklərini, ətlərini bir-birinə qarışdırdı. Daha sonra bu qarışıqdan hər dağın təpəsinə bir parça qoydu, o da bu parçaları görəcə biləcəyi yerdə durdu.

Kəsdiyi quşların başlarını da əlində tutdu, sonra da “Uca Allahın izni ilə” gəlin dedi. Bu parçalar, qanlar, tüklər hər biri öz əvvəlki bədəninə doğru uçuşdu, sonda isə öncəki vəziyyətinə gəldi. Amma başsız qalmışdılar. Həzrəti İbrahim bir daha səslənincə ayaqları üzərində qaçaraq gəldilər.

İbrahim quşları kəsib, onları parçalayaraq hər dağın təpəsinə bir parça qoyub, sonra onları çağırdıqda hər hissə öz əvvəlki vücuduna doğru uçmağa başladı. Bunun üzərinə “hər parça özünün bədəninə qaçdığı kimi, qiyamət günündə də hər parça öz parçasına doğru qaçar. Beləcə bədənlər təşəkkül edər və ruhlar onlarla birləşər” deyildi.

Bu dörd quş canlıların və bitkilərin bədənlərini meydana gətirən dörd əsas elementə işarədir. Bu işarət isə belədir: Sən dörd quşu bir-birindən ayırd etmədiyin müddətdə, sənin ruhun qüdsiyyət aləminə uça bilməz, yüksəlməz.

Burada quşlarla İbrahim peyğəmbər arasında mövcud olan bağa diqqət çəkilib. Belə bir bağın Allah ilə Onun yaratdıqları arasında da olduğu bildirilib. Bu da ölümdən sonra dirilməyə sübut kimi bəyan edilir.

Görüldüyü kimi, “Bəqərə” surəsinin 260-cı ayəsi Allahın ölüləri dirildə biləcəyini sübut edir. Dirilmə ilə bağlı, başqa ayələrdə də məqamlar yer alıb.

- Bir çoxları düşünür ki, Türkiyədə dini hərəkatın güclənməsi dünyəviliyə zərbə olacaq. Türkiyədə din çox təhlükəli vəziyyət yaradıb?

- Həqiqi islam dini toplumların əlindən alınınca söz-söhbətlə formalaşdırılan din insanlığın bəlası və fəlakəti halına gəlib. Kimsə Allahın Camal sifətlərini və onların təzahürlərini bilmir. Hər kəs Allahdan qorxmağa başlayır, Allahı ən çox qorxulacaq olan bir varlıq kimi xarakterizə edir.

Cihad da yanlış şərh edilir. Hərb, müharibə və hüquqları öyrənilməmiş hər kəs yandıran, yıxan Allahın əsgəri olub.

- Bildiyimizə görə, Azərbaycanda olmusunuz. Azərbaycandakı dini durumu heç təhlil etmisinizmi?

- Azərbaycanda iki gün qalmışam. Görüşdüyüm, müzakirə apardığım qardaşlar çox hörmətli adamlardır. Onlar Azərbaycanda əsl islamı anlamaq və yaşamaq cəhdləri edirlər. Quran, islam Azərbaycana yaxşı tanıdılsa, çox yararlı olar.

- Şiəlikdə imam Mehdiyə güclü inam var. Lakin imam Mehdinin mövcud olub-olmadığı din xadimləri tərəfindən də mübahisələndirilir. Siz necə düşünrsünüz, imam Mehdi həqiqətən olubmu və axirətdə zühur edəcəkmi?

- Mənası “hidayət görmüş”, “hidayət edilmiş” demək olan “mehdi” sözü bir qisim müsəlman tərəfindən qiyamətdə ortaya çıxması zənn edilən bir varlığa ad olaraq verilib.

İslamın tək qaynağı Quranda Mehdi  ilə bağlı bir dənə də ayə yoxdur. Hətta bir işarə belə yoxdur. Bununla belə müsəlmanlar arasında belə bir inancın olması yəhudi və xristianlıqdakı Məsih inancına söykənir.

Mehdi islamda qiyamətdən öncə gələrək dünyanı ədalətlə dolduracağı güman edilən xilaskardır. Bu, başda yəhudi və xristianlıq olmaqla bütün din və mədəniyyətlərdə olan məsih inancının islam xalq mədəniyyətinə yol açan uzantısıdır.

İslamda yeri olmayan bu batil inancın qaynağı məsih inancı ilə bağlıdır. Quranda İsa peyğəmbərin ləqəbi “Məsih” olaraq keçir.
Məsih, ibranicə maşiah ”“ yəni müqəddəs yağla müqəddəsləşdirilmiş deməkdir. Geniş anlamda isə dünya tarixinin sonunda ilahi bir vəzifəni yerinə yetirərək insanlığı pislik və günahlardan qurtaracaq şəxs mənasındadır.
Yəhudilikdə həzrəti Davudun soyundan gələrək israiloğullarını keçmişdəki qızıl dövrünə qovuşduracaq adamdır. Xristianlıq Məsih adını (yunanca Xristos) həzrəti İsa ilə uyğunlaşdırıb.

İnsan oğlunu günahkarlığın boyunduruğundan çıxararaq Tanrı ilə sonsuza qədər barışdıracaq şəxs İsa Məsih adlandırılıb. Amma Tövratın heç bir yerində dünya tarixinin sonunda ortaya çıxacaq bir məsihdən bəhs edilmir.

Zərdüştlük dinində də Zərdüştün ölümündən sonra gələcək bir oğlunun dünyanı sonsuza qədər firavanlığa gətirməsi və ölüləri diriltməsi haqqında yazılıb.
Göründüyü kimi, xilaskar obrazı  sadəcə səmavi dinlərə mənsub olanlar arasında deyil, ilkin inanclarda  da öz əksini tapıb.

Bu xilaskar obrazı əslində insanların zülm və işgəncə altında inlədiyi dönəmlərdə, əzilən, təzyiq altında olan zavallı kütlələrin ortaya atdığı xəyali bir qəhrəmandır. Yəni, utopik “Superman”dir.

Şiəlikdə Mehdi ali bir imamdır. İnanca görə onu kimsə görməz, bilməz. Çünki özünün gözlərdən saxlayıb. İnanca görə Mehdi ölməyib. Belə düşünülür ki, qiyamət yaxınlaşanda Mehdi yerindən çıxacaq və hər cür pisliyi aradan qaldıracaq, firavanlıq gətirəcək. Bununla da Allah tərəfindən verilən vəzifəni yerinə yetirəcək.

İmamlıq konsepsiyasına görə isə Mehdi Həsən Əsgərinin oğludur. İnanca görə, atası öldüyü zaman yaşı çox az olduğuna baxmayaraq atasının cənazə namazını qıldırıb. Sonra da dünyadan əl çəkərək qeyb olub, görünməz olub.
     
Topluma mesajları müəyyən etdiyi dörd təmsilçisi ilə çatdırıb. Özü ölüncə isə bu təmsilçilərin də vəzifələri bitib. Mehdi inancının şiəlikdə sünniliyə nəzərən daha çox qəbul edilməsinin səbəbi Əməvi soyunun Abbasi soyuna verdiyi aşırı zülüm işgəncədir.

İmam Mehdi inancının ”“ batil inancın islam dini ilə heç bir mərhələdə bir bağlantısı, heç bir əlaqəsi yoxdur.

Bu batil inancın tərəfdarları isə bunları deyirlər: Dünya zülm və fəsada boğulduğu zaman heç kim zəhmət çəkib bir cəhd etməyəcək. Çünki Allah insanlara Məsih və ya Mehdini yollayacaq, onlar da dünyanı zülmdən, fəsaddan qurtaracaq.

Bu tabloya görə, zülümə qarşı ölümünə mübarizə etmiş peyğəmbərlər və onların yandaşları sanki bir ağılsızdırlar.

Mehdi ilə İsanı müqayisə etdikdə, Mehdi deyilən şəxsin yəhudi və xristianlıq inancındakı Məsih olduğunu görürük. Başqa cür desək, Mehdinin Məsihin islamiləşdirilmiş olduğunu görürük. Əsl islamda isə belə bir qondarma inanc yoxdur ”“ heç olması da mümkün deyil.
Oxşar xəbərlər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb