Toğrul Nərimanbəyovun gizli qalan üzü- PORTRET
Mədəniyyət
Oxunub: 4321
01 Dec 2017 | 17:52
Toğrul Nərimanbəyovun gizli qalan üzü- PORTRET



Bəzən özümüzdə belə bir təəssürat yaranır ki, guya, biz rəngləri görürük. Əslində,  rəngləri eşidirik, onlar daim bizə nələrisə çatdırmaq istədiyindən mütəmadi olaraq bizimlə danışırlar. Rəssam ürəyinin ən gizli qatından kağız üzərinə şığıyan həmin sehrli rənglər bəlkə də bizləri həmin fərqli aləmə qonaq edir, hər an insanları səsləyir, amma nə yazıq ki, onları anlaya bilmirik, daha doğrusu  eşidə bilmirik. Bəzən həyat eşqini, bəzən isə insan ürəyinin ən dərin qatlarını obrazların, əşyaların üzərində əks etdirən bu ulu rənglərin bizimlə ünsiyyəti istədiyimiz vaxt baş tutsa idi, onda kamil şəxsiyyət kimi formalaşmağımız daha tez baş verərdi. Rənglərin
fəlsəfəsində emosionallıq, duyğusallıq nə qədər olarsa, bir o qədər də rasionallıqla irrasionallığın vəhdəti var.

Azərbaycanın, eləcə də dünyanın tanınmış rəssamlarından olan böyük həmvətənimiz Toğrul Nərimanbəyovun da əsərləri bütünlükdə bu sintezə söykənib, insanların sevgisini qazanıb.
Amma əsərin gücündən, təsir qüvəsindən danışmazdan əvvəl onu araya-ərsəyə gətirən sənətkardan söhbət açmaq gərəkdir ki, biz də buna istinad edib Toğrul Nərimanbəyovdan
danışmağa çalışacayıq.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda doğulub. Nüfuzlu boyakar, teatr rəssamı və monumentalist sənətkar kimi tanınan Toğrul Nərimanbəyov həm Azərbaycan, həm də keçmiş SSRİ hüdudlarında tanınan və sevilən incəsənət xadimlərindəndir. SSRİ və
Azərbaycanın xalq rəssamı fəxri adına, həmçinin Dövlət mükafatları laureatlarına sahib olan boyakar özünün fərqli dünyagörüş, düşüncə tərzinə görə bir çox kolleqalarını qabaqlaya bilib. O, 1950-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litva Dövlət İncəsənət İnsitutunu bitirib. T. Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressivlik əlvanlığı ilə zəngindir. Əsərlərində çılğın ehtirasla  güclü xarakterin, emosional yüksəlişlə bədii duyum əsrarəngliyinin möhtəşəm sintezini görmək olur. Onun “Xəzər içində şəfəq”, “Baltika balıqçıları” tablolarında  gənc entuziastların romantik obrazları əks olunub.
“Emalatxanada”, “S.Bəhlulzadə”, “Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” kimi lirik lövhələrində isə  həyatın işıqlı anlarının mükəmməl təsviri verilib.
Əsərlərində ekspressivliyə yəni emosionallıq, bədii ifadə tərzinə daha çox yer ayıran sənətkarın daxili aləmi maraqlı olduğu qədər də mücərəddir. 
Hətta bu ekspressivliyin daxilində də nəsə bir fəlsəfi yanaşma tapmaq mümkündür. Adi nüansın tam fərqli rakursdan ifadəsi Nərimanbəyov sənətinin böyüklüyündən xəbər verir. O, bir bakılı kimi, Bakı vurğunu kimi doğma şəhərinin çayxanasını adi yol kənarında, park ətrafında deyil ağac üstündə verə bilir. Şərq-Qərb sintezi ilə təbiət kontrasını tam fərqli biçimdə canlandıran rəssam düşüncə baxımından Avropaya yaxın olsa da, ürəyinin həmişə, Şərq və onun bir hissəsi olan Azərbaycanla döyündüyünü göstərmiş olur. O , milli olduğu qədər müasir, müasir olduğu qədər də  qədim soykökə bağlı olan bir şəxsiyyətdir. Əsərləri də məhz, bu xarakterin ortaq məhsulu kimi meydana gəlib. Böyük insanlıq və kamillik mahiyyətini özündə cəmləşdirən qədim muğamımıza aid olan portreti onun bütövləşmiş tam olaraq intellektin ali mərhələsinə çatmış bir insan olduğunu sübut edir. Onun vətənə  bağlılığı yaratdığı bir çox əsərlərdə -“Göyçay bağlarında”,” Bahar yarmarkası”, “Narlar və armudlar”- özünü açıq-aşkar nümayiş etdirir.

Milliliklə naturalizmin, peyzaj sənəti ilə doğma torpağa sevgi hissinin qarışığından əmələ gələn bu portretlər sanki Nərimanbəyovun öz simasını əks etdirir. O, hər bir əsərində özüdür, ürəyinin işıqları zərrə-zərrə portretlərinə hopub və həmin işığı ordan qoparmaq  tamamilə müşkül  məsələdir. O, şəxsiyyət kimi mahiyyətini təkcə rəsm əsərlərində deyil, həmçinin şeir və musiqidə də nümayiş etdirir. Çox gözəl vokal imkanlarına malik olan və fortepionada peşəkarcasına ifa edən Nərimanbəyovun  Paris də daxil olmaqla bir sıra Avropa şəhərlərində solo-konsertləri olub. Klassik İtaliya və Almaniya bəstəkarlarına daha çox müraciət edən sənətçi opera musiqisinin incəliklərini portretlərində olduğu kimi səhnədə də insanlara çatdırır. 
Rəsm əsərləri Fransa, Çexiya, Polşa, Litva, Slovakiya, Almaniya, ABŞ, eləcə də Rusiyada saxlanılan Nərimanbəyovun hadisələrə, insanlara, təbiətə yanaşması təkcə bunlarla bitmir. Onun həddindən artlıq novatorluq prinsiplərini özündə əks etdirən şeirləri vardır. Xalq şairi Fikrət Qoca onlardan bəzilərini Azərbaycan dilinə tərcümə edib. Şeirlərinin nə qədər fərqli bir dünyagörünün məhsulu olması onu oxuyandan sonra dərhal bilinir.

Özünü həvəskar şair adlandırsa da misralarında gizlənən fəlsəfi qat, hikmət çələngi onu gələcəkdə şair kimi də tanıda biləcək. ”Ov səhnəsi“ adlı şeirində qədim Qobustan qaya rəsmlərinə müraciət və bu müraciətdə əks olunan Qərb müasirliyi ilə, ulu söykökü arasında bağlantı  Nərimanbəyov şəxsiyyətini bir daha gözlərimizin qarşısında böyüdür.

Amma bütün bunların sonunda ən çox rənglərlə dostluq edən və öz iç aləmini onlara açan dahi bir sənətkarı duya bilirik. O,öz rəgləri ilə birgə danışır, bizi kamillik mərhələsinin daha ali qatlarına dəvət edir. Nə xoş olardı ki, biz onun portretlərinə baxa  - “biz sizi eşidirik” cümləsini deyə biləydik.

Elmin Nuri

Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO