Şaumyan Rəsulzadəni həbs etdirmək üçün külli-miqdarda rüşvət təklif etdi- Romandan XII fəsil
Oxunub: 3295
25 Oct 2017 | 14:55
Şaumyan Rəsulzadəni həbs etdirmək üçün külli-miqdarda rüşvət təklif etdi- Romandan XII fəsil


Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.


XII Fəsil-Ermənilər

Şaumyan, Məhəmməd Əminin siyasi fəaliyyəti haqqında kiçik cib dəftərçəsində müəyyən qeydlər eləmişdi və iki gündən bir özündən asılı olmayaraq dəftərçəsini cibindən çıxarıb bir möcüzə baş verəcəyi, orda yazılanların başqa şəkil alacağı, Məhəmməd Əminin də sadəlövh müsəlmanlar kimi sətirlənəcəyi ümidilə, bu lənətə gəlmiş türklə bağlı olan səhifələri nəzərdən keçirir və şikarı qartal tərəfindən əlindən alınmış keçəl quzğun kimi qırıldayırdı. 

Şaumyanın cib dəftərində Məhəmməd Əmin barəsində bu sözlər yazılmışdı; “M.Ə.R. Bakının bütün məktəblərində təhsil alan və onu özlərinə “mürşid” seçən müsəlman tələbələrə doğma dildə çarizmin əleyhinə yazılmış inqilabi şerlər əzbərlətdirir, o cümlədən bütün klassiklərimizin əsərlərini oxutdurur, eyni zamanda qəzet-jurnallarda xalqın ağrısını-acısını, əsarətdən qurtarıb azad yaşamağın yollarını göstərən publisistik məqalələrlə çıxış edir, divarlara rotarinlə çap olunmuş kağızlar ya¬pışdırır, eyni zamanda əlinə silah götürüb müsəlmanların düşÂ¬mənlərinə qarşı rəşadətlə mübarizə aparır. Belə ki, artıq bu savaşda Bakı şəhərində müsəlmanlar tərəfindən öldürülən daş-nakların on doqquzu məhz onun tərəfindən öldürülüb. Onun gülləsindən isə iyirmidən yuxarı daşnak ağır və yüngül şəkildə yaralanıb kazakların nəzarətində olan xəstəxanalara aparılıb”. 
 Məhəmməd Əminin fövqəladə bacarığı ermənilərə qarşı sərt münasibəti Şaumyana biz kimi batırdı. Türklərin arasında “Bö¬yük Ermənistan” yaratmağa mane olan, qarşısını kəsə bilən kötüklər çox idi. Bu kötükləri cürbəcür üsullarla aradan götürmək olardı. Lakin Rəsulzadə çox nəhəng və ağır kötük idi, belə kötükləri kənarlaşdırmaq olduqca zor bir şey idi. Bu cür kötüyü yandırıb yox eləmək üçün sadə üsullara əl atmaq olmazdı, bu ermənilərə, o cümlədən Şaumyanın özünə olduqca baha başa gələ bilərdi. Bunun üçün çox “incə plan” cızmaq, riyazi bir tədbir tökmək lazım idi. 
Şaumyan çox düşündü, çox götür-qoy elədi və nəhayət məsələnin həllini tapdı. Şaumyan, Rəsulzadənin rus hərbi məhkəməsinin prokuroru “dəli sudya” ləqəbi ilə tanınan Lun¬yakinlə soyuq münasibətdə olduğunu bilirdi. Əksər iclaslarda, yığıncağlarda sözləri çəp gəlmiş, Rəsulzadə Çar Rusiyasının tərkibində yaşayan müsəlman xalqlarına qarşı qadağaların götürülməsini, onlara sərbəstlik verilməsi mövzusu altında çıxışlar edərkən hər dəfə Lunyakin ona qarşı çıxşmış, böyük iddəalara düşdüyünü söyləmiş, hər dəfə həbs edəcəyi ilə hədələmiş, lakin qanunu çox yaxşı bilən Rəsulzadə ona qanun çərçivəsindən kənara çıxmadığını, Rusiyada yaşayan müsəlman xalqlarının huququnu tələb etdiyini və bu yolda daim mübarizə aparacağını, eyni zamanda nə ondan, nə də başqa bir çar məmurundan qorxmadığını deyərək çıxışını davam etdirmişdi. Lunyakin zatən ermənipərəst bir adam idi və tək Məhəmməd Əmin bəyə deyil, bütün müsəlmanlara nifrət edirdi. Şaumyanın Lunyakinlə xüsusi tanışlığı olmasa da ermənilərə qarşı müsbət münasibətini bildiyi üçün Rəsulzadəyə qarşı Lunyakindən istifadə eləmək qəraraına gəldi. 
Onların görüşünü çar ordusunun polkovniki Baqramyan təşkil elədi. Baqramyan çar məmuru qiyafəsinə girmiş daşnak idi və “Bö¬yük Ermənistan” yaratmaq üçün gecə-gündüz əlləşirdi. O, Lunyakini Şaumyanla tanış eləyəndə Şaumyanı əks sinifdən olmasına baxmayaraq rus xalqını həddindən artıq sevdiyini, lazım gələrsə rus xalqından ötrü canından belə keçməyə hazır olduğunu bildirdi. 
Söhbətləri o qədər də uzun olmadı. Şaumyan, Lunyakinə düşməni Rəsulzadəni həbs eləmək, sonra da başını batırmaq üçün külli miqdarda rüşvət təklif etdi. O, Lunyakinin həddindən artıq pula həris, rüşvətxor olduğunu da çox yaxşı bilirdi. Lunyakin pul adı eşidən kimi razılaşdı. Şaumyan da öz növbəsində cürbəcür yollarla müsəlmanlardan qopartdığı pullardan iki dəstini cibindən çıxarıb beh kimi ona verdi. 
Lukyanin, Şaumyanı arxayın eləyib ona dedi ki, Rəsulzadəni hökmən həbs edəcək və ağır ciyaət məcəlləsi ilə ittiham edəcək. Lakin bunun üçün əlverişli bir zaman lazımdır. Odur ki, müəyyən qədər gözləmək lazımdır. Amma ya gec, ya tez mən bu işi hökmən icra edəcəyəm. 
Təxminən on gündən sonra Lukyanin, Məhəmməd Əmin bəyi “çar-üsul idarəsi”nə qarşı üsyan eləyən bir adam kimi həbs elətdirdi və “Jandarmeriya idarəsi”nin xüsusi kamerasına apartdırdı. 
Lakin Şaumyanın sevinci cəmisi bir gün çəkdi. Onun bu dəfəki arzusu da xülyalar batağlığında qərq oldu. Lukyanin həm Məhəmməd Əmin bəyi səbəbsiz yerə həğbs elədiyinə, həm də erməni-müsəlman qarşıdurmalarında yalnız müsəlmanları ittiham etdiyi üçün, ermənilərin hucumunu dəf etmək, onlara qarşı mü¬barizə aparmaq, müsəlman-türk xalqını erməni soy-qırımından qorumaq üçün Əhməd bəy Ağayevin yaratdığı “Difai” partiyasının üzvüləri Mehmandarovun, Hacınskinin və Əhməd bəy Ağayevin özünün qərarı ilə gecə yarısı evində öldürüldü və yazı masasının üstünə namə yazılıb qoyuldu. Namədə bu sözlər yazılmışdı;-Neçə vaxtdır bizə məlumdur ki, “Dəli sudya” ermənipərəstir və müsəlmanlara, İslam dininə sonsuz nifrət bəsləyir. Lakin onun Rəsulzadəni heç bir səbəb olmadan kiminsə və yaxud kimlərinsə fitvası ilə həbs etdiyinə yüz faiz əminik və şübhə eləmirik ki, bu işdə erməni barmağı var. Tələbimiz budur ki, Rəsulzadə tez bir zamanda həbsxanadan buraxılsın, yoxsa yüz başınız olsa da gecəyarısı qətllər davam edəcək və Lukyaninin düşdüyü aqibətlə üzləşəcəksiz. Yaşamaq istəyirsizsə tələbimizi bu naməni oxuyan kimi icra edin”... 
“Jandarmeriya idarəsi”nin yüksək rütbəli şəxsləri naməni oxuyandan sonra möhkəm qorxuya düşüb dərhal Məhəmməd Əmin bəyi həbsdən azad etdilər. 
Məhəmməd Əmin bəy də ordan çıxan kimi onun azad olun¬masında böyük xidməti olan Əhməd bəy Ağayevlə görüşdü. 
Məhəmməd Əmin bəy, Əhməd bəy Ağayevlə çoxdan tanış idi və aralarında olduqca səmimi bir münasibət var idi. Məhəmməd Əmin bəy 1905-ci ildən etibarən Əhməd bəy Ağayevin nəşr etdirdiyi “İrşad” və”Tərəqqi” qəzet-jurnallarında tez-tez məqalələr dərc etdirirdi. Onların hər ikisinin amalları, əqidələri, prinsipləri, tutduqları yol, mövqeləri çox uyğun gəlirdi. Əhməd bəy Ağayev, Məhəmməd Əmin bəyi, Məhəmməd Əmin bəy də Əhməd bəy Ağayevi milləti üçün çox vacib, lazımlı adam hesab eləyirdi və bir-birinin haqqında olduqca müsbət fikirdə idilər. 
“Difai” partiyasının rəhbəri Əhməd bəy Ağayev həddindən artıq vətənpərvər, millət təəsübünü çəkən, xalqını, millətini, torpağını yağı düşmənlərdən qorumaq üçün hər an canından keçməyə hazır olan bir insan idi. Onun rəhbərlik etdiyi “Difai” partiyasının Bəyannaməsində belə yazılmışdı; “Mütəşəkkil hərbi qüvvəyə mailk, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş “Daşnak-sütyun” partiyası, bir tərəfdən silah gücü ilə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpağlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlikyaratmaqdır. Hərgah Daşnak partiyası namus və səmoimoiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiq proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və mlüstəqlliyinə xələl gətiməzsə, o zaman biz öz birlik əlimizi həmişə - ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hucumlar edərsə, biz¬dən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükən¬məz qanlı səhnə halına düşər. 
 Daşnak partiyası əmin olsun ki, heç vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.
Şaumyan, “Difai” partiyasını, onun lideri Əhməd bəy Ağayevi 1905-1906-cı il erməni-müsəlman davası zamanından yaxşı ta¬nısa da, eyni zamanda başda Əhməd bəy Ağayev olmaqla nələrə nail olduğunu bilsə də, Əhməd bəyin ən yaxın dostlarından və məsləkdaşlarından biri Rəsulzadəyə qarşı qurmaq istədiyi tuzağın onun üçün nələrlə nəticələnə biləcəyini də erməni xislətindən qıcığlanan səbrsizlik çöküntüsü səbəbindən nəzərə almamışdı.
Şaumyanın iki min rubl pulu batsa da ən qatı düşməni olan Rəsulzadənin Uca Yaradan tərəfindən qorunduğunu anlamadı, çünki zatən allahsız və dinsiz adam idi. Belələrinin qəlbini isə Uca Allah millətindən və yaxud tutduğu vəzifəsindən asılı olmayaraq möhürləyir və onlar haqqı görə-görə inkar edirlər. 
Şaumyanın üzünü isə şeytan yalamışdı, o şeytanın əqidə bacısı idi və yalnız şərə xidmət eləyirdi. Əslində onun müsəlman-türklərin nəslini kəsmək istəməsi “Böyük Ermənistan” yaratmağ arzusu da yalnız şərə meylli olmağından irəli gəlirdi. Çünki Uca Yaradanın bütün xilqətləri arasında ən kamil olaraq yaratdığı bir varlığın bir hissəsinin kütləvi surətdə qətlini istəmək, bir qarış torpağa sahib olmayan etnik bir tayfanın Xəzər dənizindən Aralıq dənizinə qədər nəhəng bir ərazinin ağası olmasını arzulamaq və bu yolda hər gün minlərlə yalan söyləmək, riyakar planlar hazırlamaq, kimlərinsə qətlinə fərman vermək, kimlərə qarşı isə sui-qəsd, şantaj hazırlamaq qəlbin ölənə qədər açılmayan bir möhürlə möhürlənməsinə, heç vaxt qırılmayan bir zəncirlə bağlanmasına işarədir. 
Uca Yaradan insanı elə bir şəkildə xəlq etmişdir ki, insan yalnız xeyirxah əməlləri, haqq sevərliyi, gözəl əxlaqı, düzgünlüyü, paklığı, təmizliyi, hallalığı ilə qəlbinin möhürlənməsinin qarşısını ala bilər. Əks təqdirdə qəlb mexaniki olaraq möhürlənir və həmin adam lənətə gəlmiş kor şeytanın aciz köləsinə çevrilir. 
Özünü dünyanın ən xoşbəxt adamı hesab edən, əslində isə yer üzünün ən bədbəxt məxluqu olan Şaumyan yenə uduzmuşdu və heç cür anlamaq istəmirdi ki, bu iyrənc xüsusiyyətləri ilə ömrünün sonuna qədər uduza-uduza gedəcək. 

Oxşar xəbərlər
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
GÜNLÜK
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb