"Hələlik Azərbaycanın xarici dövlət borcunun məbləğini riskli hesab etmək olmaz"
Oxunub: 4208
20 Aug 2017 | 17:28
Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli gündəmin bir sıra aktual iqtisadi mövzuları ətrafında Moderator.az-a müsahibə verib. Onunla əməkdaşımızın söhbətini oxuculara təqdim edirik:
       
- 7 milyard xarici borcumuz varmış. Azərbaycan üçün bu rəqəm riskli hesab oluna bilərmi?

- Dövlət borcları ölkənin maliyyə-kredit sisteminin sabitliyini və möhkəmliyini xarakterizə edən əsas göstəricilərdən biridir. Rəsmi məlumata görə, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,913 milyon ABŞ dolları (12,241 milyon manat) səviyyəsində olub. Müqyisə üçün qeyd edək ki,  1 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,478 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil edib. 1 yanvar 2015-ci il tarixi ilə müqayisəd  1 yanvar 2017-ci il tarixinə xarici borcumuz 435 milyon dollar və ya 6,3 faiz,manat ifadəsində isə 7359 milyon manat və ya  2,4 dəfə artıb. Xarici borcun  dollar və manat ifadələrində, eləcə də ÜDM-ə nisbətdə  artımındakı  belə  kəskin fərq daha çox  2015-ci ildə iki sərt devalvasiya nəticəsində manatın məzənnəsinin 1 dollar=0,78 manatdan - 1,70 manata enməklə 2,2 dəfə ucuzlaşması ilə əlaqədardır. Bununla belə bunun necə baş verməsində asılı olmayaraq 2014-cü illə müqayisədə 2016-cı ildə xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinin  8.6 faizdən  20 faizin üstünə qalxması faktdır.
      
2017-ci ilin əvvəlinə Azərbaycanda adambaşına 700 dollar (1248 manat ) xarici borc düşür. Müqayisə üçün qeyd edək ki, bu, postsovet məkanına aid ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Belə ki, ötən ilin sonlarına olan məlumata görə, adambaşına xarici borc keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada 3649 dollar (Azərbaycankından 5  dəfə çox), Qazaxıstanda 3144 dollar (Azərbaycankından 4,5 dəfə çox) olub. Postsovet məkanına aid ölkələr arasında adambaşına xarici borcun  ən yüksək göstəricilər isə Baltikyanı ölkələrindədir: Latviyada - 19763 dollar, Estoniyada- 15947 dollar, Litvada -12323 dollardır. Qonşu ölkələrlə müqayisə aparsaq, adambaşına xarici borc Gürcüstanda 3144 dollar, Ermənistanda 4385 dollardır.
      
Artıq qeyd etdiyimiz kimi, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 20 faizi ötüb. Bu rəqəm Azərbaycan kimi ölkələr üçün təhlükəli hesab oluna biləcək həddən 2 dəfə aşağıdır. Müqayisə üçün qeyd edək ki, keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 41 faiz, Qazaxıstanda 124 faiz təşkil edir. Yenə qonşu ölkələrlə müqayisə aparsaq, Gürcüstanda xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 109 faiz, Ermənistanda  95 faiz təşkil edir. 
       
Dövlətin Beynəlxalq Bankla əlaqəli öz üzərinə götürdüyü xarici borc öhdəliklərini də bura əlavə etdikdə Azərbaycanın xarici borcu ÜDM-un 20 faizindən yuxarı qalxacaq. Bununla belə gətirdiyimiz müqayisələr göstərir ki, hələlik  Azərbaycanın xarici dövlət borcunun məbləğini riskli hesab etmək olmaz. Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən  demək olar  ki, bu ilin  6 ayımın sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 milyard ABŞ dolları təşkil edib. Strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət xarici dövlət borcunu 3,6 dəfə üstələyib.
       
Riskli xarici dövlət borcunun səviyyəsi yox, ondan nə dərəcədə səmərəli istifadə barədə yetərli məlumatın və bu sahədə tam şəffafalığın olmaması, borclanma sahəsində zəruri tədbirlrin  konkret proqram çərçivəsində elmi cəhətdən optimal əsaslandırılması və sistemli şəkildə həyat keçirilməməsindədir ki, bunlar da  gələcəkdə xarici borclar sahəsində problemlərin əsasını qoya bilər.        

- Bu borcu verənlərin bundan Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək niyyətləri olsa, rəsmi Bakı hansı addımları atmalıdır?
       
- Azərbaycanın xarici dövlət borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə öhdəliklər daxildir. Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib. Ölkəmizə borc verənlərin siyahısı göstərir ki, bundan Azərbaycana qarşı siyasi alət kimi istifadə etmək ehtimalı aşağıdır.
        
Bir necə il bundan əvvəl dövlət büdcəsində xarici borclara xidmətlə bağlı xərcləri simvolik rəqəmlərlə ifadə olunurdusa, indi 1,6 milyard manatdan artıq olmaqla cəmi büdcə xərclərini 9 faizini ötür.
Borc vəsaitlərinin 58.6 faizi 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 10 ilə qədər olan müddətdə ödənilməsi vacib olan borcları həcmi artıb və onları  vaxtında ödəməkdən ötrü büdcədən xarici borclara xidmət üçün ayrılan vəsait artacaq.           
       
- Borclanma sahəsində hansı tədbirlərin həyat keçirilməsini daha vacib hesab edirsiniz? 
        
- 2017-ci ilin büdcəsinə yenidən baxılanda bu il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 9 dəfə artırılaraq 500 milyon manatdan 4,5 milyard manata çatdırıldı. Həmin limitin belə kəskin surətdə artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması məqsədi ilə 2383 milyon dollar həcmində avrobondların (4099 milyon manat) emissiyası və digər layihələrin reallaşdırılması üçün alınan kreditlərlə bağlıdır. Azərbaycanın postneft dövrünün tələblərinə uyğun olaraq yeni iqtisadi modelə keçməyə başlaması, ölkənin xarici iqtisadi strategiyasında  iqtisadi inkişafının maliyyələşdirilməsi üçün əsas mənbələrdən biri kimi  xarici borc məsələsinə  yenidən baxmasını, yeni borclamaya gedilməsini, lakin xarici  borcların  idarəolunmaz həddə çatmasına imkan verməməkdən ötrü, xarici borc riskini qiymətləndirən və ondan istifadənin səmərəliliyinin artırılması tələblərə əməl edilməsini zəruri edir: 
        
- Azərbaycanın valyuta ehtiyatlarında qənaətlə istifadə edilməsi. İqtisadi təhlükəsizlik meyarlarına əməl etməklə əlverişli şərtlərlə xarici borclamaya gedilməsi və bu əsasda islahatların maliyyə təminatının gücləndirilməsi və ölkə üçün mühüm əhəmiyyət kəsb edən perspektivli layihələrin həyata keçirilməsinin sürətləndirilməsi; 
        
- Xarici borcların alınması və idarə edilməsi üzrə dövlər strategiyanın hazırlanması və tətbiq edilməsi, bu əsasda xarici borclardan dövlət tənzimləməsinin əsas alətlərindən biri kimi istifadə edilməsi; 
        
- Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətini 20 faiz səviyyəsi iqtisadi təhlükəsizlik meyarları ilə kritik həddən 2 dəfə aşağı səviyyədə olmasına baxmayaraq, beynəlxalq təcrübədən çıxış edərək ölkənin idarə edə biləcək borc yükünün müəyyən edilməsi və  imkan olan istiqamətlərdə və sahələrdə olkəyə kredit cəlb etməkədənsə, qabaqcıl texnika, texnologiya, yeni menecment və istehsal mədəniyyəti də gətirən birbaşa investisiya cəlb edilməsi üsuluna üstünlük verilməsi. Xarici  kreditlərdən istifadənin səmərəliliyinin əhəmiyyətli dərəcədə aratılmasına nail olunana qədər, xarici borc yükünün  iqtisadi təklükəsizlik baxımından Azərbaycan üçün  kritik hədd kimi ÜDM-in 35 faizi səviyyəsində götürüb, fövqəladə bir səbəb olmasa, borcun həmin həddən  aşağı səviyyədə saxlanılmasının təmin edilməsi;
           
- Ciddi tədqiqatlar və hesablamalar aparılmaqla, neft hasilatının və neftin qiymtinin kəskin surətdə aşağı düşdüyü şəraitdə xarici borclanmaya yalnız vaxtında qaytarılması mümkün olan məbləğlərdə gedilməsi; 
           
- Hazırkı qlobal qeyri-müəyyənliklər və risklərin artdığı bir dövrdə Azərbaycanın kredit reytinqi üçün təhlükə yaratmadan,  əlverişli şərtlərlə ölkəyə  yetərincə  xarici kredit cəlb etməkədən ötrü beynəlxalq maliyyə qurumlarından və digər təşkilatlardan, eləcə də müxtəlif ölkələrdən cəlb edilən xarici borcların həm alınması, həm də  qaytarılmasının dəqiq planlaşdırılması;
      
- Ölkəmizə cəlb edilən xarici borclardan səmərəli istifadə edilməsi və ondan  əldə edilən gəlirin xarici borclara görə ödənəcək məbləğlərdən çox olmasının təmin etməsi; 
      
- Xarici borcların mal və xidmətlərin illik ixracının həcminə nisbətinin optimal səviyyədə saxlanılması; 
       
- İndiyədək götülülmüş xarici kreditlərdən  istifadənin vəziyyətini  obyektiv dəyərləndirilməsi və  xüsusi məqsədli tədbirlər paketi hazırlayıb həyat keçirməklə götürülmüş kreditlərdən öz  təyinatı üzrə və  daha səmərəli  istifadə olunmasının təmin edilməsi;
      
- Azərbaycanda xarici borcların idarə edilməsi prinsiplərinin hazırkı mərhələnin məntiqinə və tələblərinə uyğun surətdə təkmilləşdirilməsi, korporativ idarəetməyə  keçilməsi;
      
- Dövlət zəmanəti ilə alınan borcların mümkün qədər azaldılması, onlardan istifadənin səmərəliliyinin artırılması yönəlik təsirli tədbirlər paketi hazırlayıb həyat keçirilməsi. Rusiyanın birbaşa xarici dövlər borcu az-178 milyard dollar  olsa da, zəmanət verdiyi və s. borcları daxil  xarici borc 530 milyard dollara çatıb ki, bu da Rusiyanın 420 milyard dollarlıq valyuta ehtiyatından  1,3 dəfə böyük rəqəmdir. Biz bundan nəticə çıxarmalıyıq. 
      
- Azərbaycanın neft sənayesinin  uğurlu inkişafı ilə yanaşı, bu sahədəki təcrübə həm də göstərir ki, iqtisadi artımın maliyyələşdirilməsi birtərəfli şəkildə xarici sərmayə və kreditlər hesabına həyat keçirələndə, məlum müsbət nəticələrlə yanaşı, həm də gələcəkdə ölkənin maliyyə resursları dünya konyunkturundan asılı vəziyyətə düşə bilir. Bu halın Azərbaycanda  yenidən təkrar olunmaması üşün strateji baxımdan maliyyələşdiriləcək sahələrdə milli iqtisadi subyektlərin  müəyyənedici  mövqe tutması üçün xüsusi mühit və şərait yaradılması istiqamətində  zəruri tədbirlr paketinin hazırlanması və həyat keçirilməsi; 
            
- Aidiyyatı dövlət orqanlarının birgə səmərəli fəaliyyəti əsasında xarici kreditləri və borcları izləməyə, borc vəziyyətinin təhlilini həyata keçirməyə imkan  verən  xarici borcun idarə edilməsinin kompleks sisteminin formalaşdırılması;
         
- Xarici borcların idarə edilməsinin Azərbaycanın  ümumi maliyyə siyasətinin real tərkib hissəsinə çevrilməsi, onun makro və mikro səviyyədə iqtisadiyyata təsir imkanlarının öyrənilməsi, tədiyyə balansı, pul-kredit sistemi və valyuta ehtiyatları ilə uyğunluğunun  daim nəzarətdə saxlanılması; 
        
- İnnovasiyalı inkişaf proqramında nəzərdə tutulan uzun və  orta müddətli konktret vaxt kəsikləri üzrə  iqtisadi artım ssenariləri ilə xarici borc sahəsində dəyişmələrin davamlı olaraq proqnozlaşdırılması və bu sahədəki riskləri dəqiq qiymətləndirilməsi; 
         
- Ölkədə xarici borcların idarə edilməsi ilə birbaşa məşğul olan Maliyyə Nazirliyi, pul-kredit siyasəti həyata keçirən Mərkəzi Bank və  aidiyyatı üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bu sferada səlahiyyətlərin dəqiq müəyyən edilməsi və həmin qurumlar arasında səmərəli koordinasiyanın təmin edilməsi;
        
- Xarici borc statistikasının təkmilləşdirilməsi, dövlət zəmanəti ilə alınan xarici borcların  şəffaflığının və ictimaiyyət üçün açıqlığının təmin edilməsi. Mövcud xarici borc yükü və gələcəkdə xarici borcların cəlb edilməsinin mümkün ehtimallarının müəyyən edilməsi və proqnozlaşdırılması;
        
- İllik büdcə paketlərində nəzərdə tutulan həcmdə daxili borclamaya gedilməsi və həmin vəsaitdən büdcə problemlərini həlli ilə yanaşı prioritet sahələrin inkişafında da səmərəli istifadə edilməsi.
Oxşar xəbərlər
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
GÜNLÜK
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 13:18
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 14:15
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 12:28
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
27 Apr 2024 | 12:50
Bu pomidorları almayın! - RİSKLİDİR
27 Apr 2024 | 12:34
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub