Kiçik Əziz Sancar və "dahi" ateistlərimiz
Oxunub: 1879
24 Jun 2017 | 15:47
Kiçik Əziz Sancar və

Elm sahəsi üzrə Nobel mükafatı alan ilk türk oğlu Əziz Sancarın Bakıya gəlməsi şərəf verdi və şəxsən mən çox qürur duydum. Əziz Sancarın necə dahi bir elm adamı olmasını onun tədqiqat sahəsi ilə məşğul olanlar daha yaxşı bilərlər. 

Əziz Sancar 8 sentyabr 1946-cı ildə Türkiyədə, Mardinin Savur mahalında, orta gəlirli cütçü ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib.

1963-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub və 1969-ci ildə fərqlənmə diplomu ilə oranı bitirib. İki il Savurda bir səhiyyə ocağında həkimlik etdikdən sonra NATO-TÜBİTAK təqaüdü ilə əvvəl Johns Hopkins Universitetində, sonra isə Dallas Texas Universitetində təhsilini davam etdirib. Dallasda universitetin Claud Rupert laboratoriyasında molekulyar biologiya proqramına qatılıb. Bu laboratoriyada Sancar, məsləhətçisi Claud Rupert ilə nomenkulaturada "fotoliyaz" adlandırılmlış geni müəyyənləşdirmiş və gen mühəndisliyi yolu ilə bakteriyalarda onları çox yüksək nisbətdə artıra bilmişdir. Bu genin kodlaşdırdığı fermentin müdaxiləsi ilə ultrabənövşəyi şüaların təsirindən strukturu pozulmuş DNT-ni bərpa etmək mümkün olmuşdur. Bu tədqiqatlarına görə Dr. Sancar əvvəlcə yüksək lisans, sonra doktorluq dərəcəsi (1977) almışdır.

1997-ci ildən bəri Amerika Birləşmiş Ştatları Şimali Karolina Universitetində Chapel Hilldə, Biokimya və Biofizika Hissəsində Sarah Graham Kenan Professoru olaraq çalışır. ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türkdür. Hüceyrələrin ziyan görən DNT-lərinin necə bərpa edilməsi və genetik məlumatlarını qorumasının sxemini göstərən araşdırmaları ("DNT-nin bərpa edilməsi mexanizmləri")sayəsində 2015-ci ildə Nobel Kimya Mükafatını qazanmışdır.

Əziz Sancarın "maxicell" texnikası ilə kəşf edib adını qoyduğu "excinuclease ( Excision nuclease)" fermenti Oxford Biokimya və Molekulyar Biologiya terminləri Sözlüyünə daxil edilmişdir.
DNT-nin bərpa edilməsi ilə əlaqədar tədqiqatlara görə Sancarla yanaşı amerikalı Paul Modrich və isveçli Tomas Lindahl da 2015-ci il Nobel Kimya Mükafatına layiq görüldülər. Bu üç tədqiqatçı 30 ildən çox bir-birlərindən ayrı, müstəqil olaraq böyük nisbətdə bakteriya hüceyrələri üzərində tədqiqat aparıblar. Sancar nukleotid seqmentlərinin bərpası sahəsində ixtiralar etmiş, Tomas Lindahl və Paul Modrich isə digər DNT bərpa mexanizmləri olan bəzi seqment bərpası və səhv uyğunlaşma bərpasını kəşf etmişlər. Aydınlatdıqları təməl mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə təcrübədən çıxarılmışdır. Məsələn, nukleotid seqmentlərin bərpası pozğunluqları ilə dəri xərçəngləri arasında birbaşa əlaqənin olduğu müəyyən edilmişdir. 

Prof. Dr. Əziz Sancarın liderliyi ilə həyata keçirilən işdə, siqaretin DNT-yə verdiyi zərərin yüksək həllolma əmsalının xəritəsi də çıxarılmışdır. Bu cür xəritələrin siqaret qaynaqlı xərçənglərin necə ortaya çıxdığını, bəzi kəslərin xərçəngə qarşı daha müdafiəsiz ya da müqavimətli olduğunu və xərçəngin necə qarşısının alınmasının başa düşülməsinə kömək olacağına əminliyini çıxışlarında ifadə edən Sancar, siqaret çəkmənin zərərləri ilə bağlı belə qəti dəlillərin təmin edilməsinin, siqaret çəkənlərin bu pis vərdişi buraxmasına da köməkçi olacaqlarına ümid etdiyini qeyd etmişdir. Siqaretin DNT-yə zərər verdiyi və ağciyər xərçənginə səbəb olduğu elm insanlarına məlumdur. Ancaq ABŞ-da Şimali Carolina Universiteti Sancarın liderliyi ilə elmdə insanlarda siqaretin DNT-yə necə zərər verdiyini ortaya qoyan bir ilkə imza atdı. 

"Siqaretin zərərli olduğu illərdir deyilir. Çox insanımız siqaret çəkir. Xərçəng qaynaqlı ölümlərin yüzdə 30-u siqaretdən olur. Bizim araşdırmamızda çatdığımız nəticə bu: İnsan genomunda 6 milyard modul var. Siqaretin bütün bu 6 milyard modullarda meydana gətirdiyi zərərin xəritəsini çıxardıq. İnşallah bunu görüncə insanlarımız qorxar və siqareti tərk edərlər. Tütün bitkisinin yanmasıyla ortaya çıxan BENZO [a] piren adlı bu kansoregenə məruz qalmaq, orqanizmin xərçəngə mane olan sisteminə də zərər verir. Meşə yanğınları, dizel mühərriklər və hətta manqalda yemək bişirmək də bu kansoregenə məruz qalmağa səbəb ola bilər. Ancaq söz mövzusu kansoregenin insan toxumasına nüfuz etməsinə ən çox yol açan vəziyyətin siqaret istehlak edilməsidir"- deyə Əziz Sancar çıxışlarının birində qeyd edib.
Əziz Sancarın tədqiqatları xərçəng araşdırma sahəsində yeni üfüqlərin açılacağına zəmanət verir. Çünki şiş xəstəliklərinin yaranması birbaşa sağlam hüceyrrələrin DNT strukturunun pozulması ilə bağlıdır. Orqanizmin vəhdət halında tam olması bu mürəkkəb, möcüzəli, həm də nəhəng molekulun düzgün işləməsinndən asılıdır. DNT-nin kəşfi yaradılışın fəlsəfəsinin açarını verdi. DNT hüceyrəvi quruluşu olmayan bir canlı təsəvvürü yaradır. Orqanizmin bütün hüceyrələri təkrarlaını yaratmaq üçün onun diktovkası ilə hərəkət edir. Ona görə orqanizmi təşkil edən milyardlarla hüceyrələrin bircəsində belə onun strukturu pozulduqda dəyişkənlik yaranan DNT molekulu törənən yeni hüceyrəyə öz yeni quruluşunu yeridir. Beləliklə orqanizmdə ona yad olan hüceyrələr törənməyə başlayır. Bu da şiş xəstəliklərinin və digər ciddi genetik poizgunluqların törənməsinə başlanğıc verir. Məhz bu xüsusuyyətinə görə əslində təkcə DNT molekulundan ibarət olan viruslara həyatın hüceyrəsiz forması deyirlər. Əsrlər boyu alın yazımızı alnımızda axtardığımız halda DNT kəşfindn sonra məlum oldu ki, bu yazını məhz onun üzərində axtarmaq lazımdır. DNT bir sirrixudadır. Əlbəttə ixtisas sahibi olmadan bütün bunları dərk etmək bir az çətin məsələdir. Məhz DNT-ni öyrənən mahir bilicilərdən biri olan Əziz Sancarın allaha inanmasında təəccüblü bir şey yoxdur. DNT barəsində səhih məlumata malik olan hər bir kəs orada izah oluna bilməyən bir Allah qüdrəti görə bilər. 

Məsələn, məşhur filosof alim Entoni Flyunun son çıxışı elm aləmini şoka salıb. Elmi ateizmin əsas dayaqlarından biri olan Flyu on illər boyu Allaha inamın özünü doğrultmadığı barədə kitablar nəşr edib və mühazirələr oxuyub. O başqa ateistlər kimi uzaq keçmişdə ölü materiyadan sadəcə canlı materiyanın doğulduğunu iddia edirdi. Lakin son illərdə baş verən bir sıra ixtiralar ateizm müdafiəçisinin öz baxışlarını dəyişməyə məcbur edib. Flyu ictimaiyyət qarşısında çıxış edərək səhv etdiyini bildirib: «Kainat öz-özünə yarana bilməzdi. Belə görünür ki, o, bizim təsəvvür etdiyimizdən daha qüdrətli bir Kimsə tərəfindən yaradılıb. DNT molekullarının quruluşları barədə müasir məlumatlar onun öz-özünə yarana bilmədiyini, Kiminsə tərəfindən yaradıldığına şahidlik edir. Molekulun özündə saxladığı genetik kod və informasiyaların ensiklopedik həcmi kor-koranə təsadüfü inkar edir."

Buyurun, bu bir ateist filosofun DNT barədə azca biliyə malik olduqdan sonra gəldiyi nəticədir. Əziz Sancar isə DNT üzrə mütəxəssisdir. Onun Bakıda olarkən allaha inanmasını və müsəlman olması ilə fəxr etdiyini izhar etməsi bizim savadları qıjqırıb daşdanan bəziləri tərəfindən birmənalı qarşılanmadı. Guya bu boyda nəhəng bir alim allaha inanmaqda bir az tələsib. Əcəba niyə? Bəlkə siz, əslində islamın düşmənləri kimi ad çıxarmış yəhudi və ingilislərin içərisindən çıxıb Nobel mükafatı alan və yalnız elmə bu qədər vaqif olandan sonra allahın varlığını qəbul edən, hətta islam dinini qəbul edən elm fədailərindən də çox bilirsiniz? Bir- iki fakta diqqət etməyinizi istərdim.

Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib. Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda - "..Ərindən boşanan qadınlar 4 ay başqa kişiyə toxunmamalıdır.." - ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin xromosom izindən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. 
Kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş "İnsan embriologiyası" kitabının müəllifi Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım".

Avstraliyalı elm adamı Makkeni Human 20 il Quranla vuruşdu...Ən ali dərəcəli islam alimlərinin də təfsir verə bilmədiyi "Qarışqa" ayəsinin izahı təsadüfən onun ayədəki bir sözə diqqət yetirməsi ilə baş verdi. Onun əslində sınmaq sözünün əzilmək sözü kimi verilməsinə etirazını bildirməsi böyük bir mətləbin üstünü açdı və Human dəhşətə gəldi. Elmə indi məlum olan bir faktın 1400 il əvvəl quranda işarə verilməsi onu tutduğu səhv yoldan çəkindirdi və islamı qəbul elədi.

Belə faktlar həddindən artıq çoxdur və bu faktları qısa bir yazda vermək imkan xaricindədir. Bütün bunları deməkdə məqsədim odur ki, özünüzdən müştəbeh olmayın cənablar. Kitab oxuyun, kitab. Şeir, roman oxumaqla bərabər heç olmasa kütləvi oxucular üçün nəzərdə tutulmuş elmi bröşürlərə baxın. Əgər o qədər dünya əhəmiyyətli işlərlə məşğul olduğunuza görə kitab oxumağa vaxtınız yoxdursa, heç olmasa səhərdən axşama qədər qarşınızda açıq olan bilgi sayarınızda başqalarının paylaşdığı elmi məqalələri oxuyun. Görün müasir elmi mat qoyan təzə nələr kəşf olunub. Allahı kor-koranə yox elmlə dərk edin. Görün asimanda nələr öyrənilir? Görün fəzanın genişlənməsi barədə yeni axtarışlar nə nəticə verib? Hələ 1929-cu ildə rus Aleksandr Fredman və belçikalı Georgi Lemaytrla başlayıb, sonralar amerikalı Edvin Hubbl ilə davam etdirilən və bu gün tam təsdiqini tapan fəzanın daim genişlənməsi və daim hərəkətdə olması nəzəriyyəsi Quranda "Zariyat" 51/47, "Ənbiya"21/104, "Zumər"39/67 ayələrində necə də əvvəldən xəbər verilmişdi.

Bəlkə siz Lütfi Zadədən, onun özünə varis hesab etdiyi Rafiq Əliyevdən də çox bilirsiniz? İslam dininə ərəblərin dini kimi baxan bədbəxtlər, sizinkimilərin ucbatından bu gün dünya elmində söz sahibi xristianlar və yəhudilərdir. Halbuki, elmə 3 Nobelçi verən elm fədailəri Kürilər ailəsindən Pyer Küri deyir ki, müsəlmanlardan bizə cəmi 30 kitab gəlib çatdı, biz atomu bölə bildik, əgər kitabxanalarla birlikdə yandırılan minlərlə kitabların hamısı qalsaydı yəqin ki, indi planetlər arasında gəzərdik. 
Bizim geridə qalmağımızın bir səbəbi də savadsız mollaların ucbatından olub. Belələrinin dini elmlər və dünyəvi elmlər kimi elmi iki yerə parçalaması elə bil uçan quşun qanadının birini qırmağa bənzəyir. Halbuki elm birdir. Hz. Əliyə elmin vacibliyi barədə sual verəndə deyir ki, and olsun məni yaradan allaha qiyamətə qədər dünyaya nə qədər insan gələcəksə o qədər adam mənə bu sualı versə, onların hər birinə elmin vacibliyini ayrı-ayrı dəlillər göztərməklə müxtəlif cavablar verərdim. Bütün elmlər bir məqsədə xidmət edir-yaşayışın gözəlləşməsinə və mənəviyyatın kamilləşməsinə. Bundan kənardakı elm bədbəxtçiliyin açarından başqa bir şey deyil.

İndi zaman dəyişib. Sovet ideologiyasının boyunduruğunda olan savadlı alimlərimiz də inanclarından asılı olmayaraq allahı dillərinə gətirməyə qorxurdular. Yəni dövran beləydi ki, savadlı adam necə ola bilərdi ki, allaha inansın? Şükür allaha ki, indi elmə yiyələndikcə o elm səni allahın dərkinə aparır. Dünyanın bütün nəhəng alimləri təsdiq edirlər ki, onlar allahın qanunauyğun şəkildə yaratdıqlarının kəşfi ilə məşğuldurlar.

Bəziləri başa düşmədikləri mövzulara münasibət bildirməklə savadlı olduqlarını göstərməyə çalışırlar. Əziz Sancar ölkəsində Darvinizmlə bağlı tədbirlərin keçirilməsindən narahat olduğunu və təəsüfləndiyini bildirir. Təkamülün olmasını-yəni inkişafın və həm də sadədən mürəkkəbə doğru inkişafın mövcud olmasını elm də din də qətiyyən inkar etmir. Baxır bu məsələni kim öz arşını ilə necə ölçür. Darvinizm isə təkamül haqqında düzgün olmayan, əslində hamıda qıcıq yaradan istiqamətə yönəldilmiş eybəcər bir nəzəriyyədir. Bu nəzəriyyə dünyada mütərəqqi elmdə qəbul edilmir. Bu sadəcə bir qrup ailəsində, həyatında, işində, gücündə baş verən çatışmamazlıqlara, düçar olduğu bədbəxtliyə görə allahından küsənlərin çabasından başqa bir şey deyil. Darvinizmə görə insanın əmələ gəlməsi barədə xülyalar təsdiqini heç vaxt tapmayıb, heç tapmayacaq da. Əziz Sancar da müsəlman ölkəsi olan Vətənində belə mənasız tədbirlərin keçirilməsindən narahat olduğunu bildirib.

Əziz Sancarın Nobel mükafatı aldıqdan sonra doğma vətəninə dönərək sərgilədiyi davranışı onun dahi elm adamı olmasından başqa həm də zəngin mənəviyyat sahibi olmasını göstərdi. 

Prof. Dr. Sancar, bir şagirdin din və elm arasındakı əlaqəyə dair soruşduğu suala: "Mən müsəlmanam və müsəlman olduğumu hər yerdə deyirəm. Müsəlmanlığımla öyünürəm. Türkiyədəki təkamül müzakirələri məni çox üzdü. Türkiyənin çox problemi var. Mən Allaha inanıram. İstəyən təkamülə inanar, istəyən inanmaz. lakin bunu qalxıb böyük dövlət, millət problemi edərək bütün enerjimizi boşa xərcləməyə dəyməz"-deyə cavab verib. Sonra da deyib ki, biz siqaretin insan genomunda etdiyi təxribatın xəritəsini çıxardıq, ümid edirəm ki, ölkəmdə siqaret çəkən qalmaz.

Əziz Sancara İsveç Kral Elmlər Akademiyası tərəfindən verilən Nobel Kimya Mükafatı Alfred Nobelin ölüm ildönümü olan 10 dekabrda təşkil edilən mərasimdə verilib. Mükafat İsveç Kralı XVI Carl Gustaf tərəfindən təqdim edilib. Sancar: "Məni mükafata aparan Atatürkün və Türkiyə Respublikasının verdiyi təhsil sistemidir. Bu səbəbdən bu mükafatın sahibi Atatürk və Türkiyə Respublikasını təmsil edən Anıtkabir Muzeyidir" deyərək Nobel Mükafatı ilə medal və sertifikatını Anitkabira təqdim edib. Hazırda mükafat, Anıtkabirdəki Atatürk və Qurtuluş Döyüşü Muzeyində özünə ayrılan xüsusi sahədə sərgilənməkdədir.


Zahir Məlikli 
Oxşar xəbərlər
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO