Guya ki, cənub zonasının insanlarını təhqir etmişəm...
Oxunub: 4075
13 Jun 2017 | 14:43
Guya ki, cənub zonasının insanlarını təhqir etmişəm...

“Sən kimsən, müəllim”? Bir həftə əvvəl  Moderator.az saytında yazdığım yazının sərlövhəsidi. Düz bir həftədi yazıya görə  məni  “cəzalandırırlar”.  Cənub bölgəsindən olan insanlar, üstəlik  də özlərini ali təhsilli, savadlı hesab edənlər ünvanıma ləyaqətə sığmayan, əxlaqdan kənar sözlər yazırlar. Guya ki, mən cənub zonasının insanlarını və müəllimlərini təhqir etmişəm.

AzTəhsil.com adlı sayt yazını elə həmin gün Moderator. Az-dan götürüb öz panelində yerləşdirib. Qiyamət də bundan sonra başlayıb. Öncə  cənub zonasından olanlar yazının şərhlər bölümündə yazdılar... söydülər. Əhəmiyyət vermədim. Sonra Masallı rayonundan bir kənd müəlliminin imzası ilə “məqalə” yerləşdirdilər. Yenə əhəmiyyət  vermədim. 

Bundan bir şey çıxmadığını, mənim susduğumu görən sayt  açıqlamalar alaraq “cənub bölgəsindən olan bir  qrup ziyalıların fikrini öyrənib” (dırnağa aldığım sözləri saytdan olduğu kimi götürmüşəm). Cənub regionundan olan təhsil ekspertləri, orta məktəb və universitet müəllimləri  kor-korana, yazının əsas məzmununa dəxli olmayan sözlərlə haqqımda xoşagəlməz fikirlər bildiriblər. Buna da sadəcə güldüm. Güldüm ki, ay “alimlər”, ay “ziyalılar”, bu qədərmi şovinistsiniz? Bu qədərmi torpağa bağlısınız? Bu qədərmi təəssübkeşsiniz? 

Amma yox, gördülər ki, söylədiklərinin mənim üçün bir qəpiklik dəyəri yoxdu, başqa üsula əl atdılar, başladılar facebookdakı mesaj qutuma yazmağa. Və bu yerdə səbr kasam daşdı....

Mən jurnalistəm. İşim və peşəm yazmaq və yazılarımla dövlətə, dövlətçiliyə  xidmət etməkdi. İmza qoyduğum yazılarda təkcə uğurlardan deyil,  ölkənin problemlərindən də  söz açıram. Bunları yazmağa tam haqqım var. Bu haqqı qazanmaq üçün universitetin jurnalistika fakültəsində müəllimlərindən beş il dərs almışam. Uzun illik  jurnalist təcrübəmdə və peşə fəaliyyətimdə aldığım dərslərə əməl edərək, etikadan kənar, əxlaqa sığmayan,  jurnalistikaya kölgə sala biləcək heç bir söz və fikir yazmamışam. Oxucunu incidə biləcək, onu təhqir edəcək cümləyə meyl etməmişəm. Amma indi məlum olur ki, özünü ziyalı, alim, müəllim, vəzifə sahibi adlandıran özünübilməzlər heç sözlərinin də yerini bilmirlər. Özünü və sözünü bilməmək təkcə sağalmaz qüsur deyil, həm də çox böyük qəbahətdi. 

Əslində yazıda başlığa çıxardığım sualın cavabını verməyə çalışmışam. Bu gün  ölkədə kənd müəllimlərinin vəziyyəti qətiyyən ürəkaçan deyil. Onlar müəllimlikdən çox kənd təsərrüfatı ilə məşğul olurlar ki, bu da həm təhsilin keyfiyyətini aşağı salır, həm də diaqnostik qiymətləndirmədə suallara doğru cavab  vermələrinə əngəl yaradır. Bu, faktdı, kimsə bunun üstündən xətt çəkib sıfıra endirə bilməz.

Mənim üçün Azərbaycanın  bütün regionlarında çalışan müəllimlər müqəddəsdi. Müəllim adı ilə bağlı birini o birindən fərqləndirən əlahiddə fərq görmürəm. Hamısının işi  öyrətməkdi, şagirdə bilik verməkdi. Və bu da çox zəhmətli, məsuliyyətli işdi. Sadəcə bu gün Azərbaycanın kənd  yerlərində işləyən müəllimlərin öyrətmənliyini ağırlaşdıran, çətinləşdirən onların dərsdən sonra kənd təsərrüfatı işlərində çalışıb pul qazanmalarıdı. Çünki məktəbdən aldıqları maaş az olduğu üçün o buna məcburdu. Yazıda da bu haqda ətraflı yazmışam.

Cənub bölgəsinin insanlarını hiddətləndirən isə başqa sözlərdi. Yazinin ümumi qayəsi, məzmunu qalıb bir kənarda yapışıblar bu fikirdən: “Hələ sovetlər dönəmində cənub bölgəsindən ali  təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə  işləyən müəllimlərin günahı deyildi.  O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil  almaq o qədər də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi,  fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı”.  

Burda nə var ki? Yalandı bəyəm? Hamı bilir ki, o bölgənin kəndlərində qızların  ali təhsil almalarından çox, tez ərə getmələri fəxr sayılır. İnsan həddini nə qədər  bilməz ki, bir xanımın, bir jurnalistin ünvanına dediyi sözlərin məsuliyyətini anlamayacaq qədər aşağı ensin. İnsan nə qədər əxlaqı dar,  abırsız olmalıdır ki, yazsın: “ mən bu arvad deyən qadınların necə və nə cür təhsil almalarını çılpaqlığı ilə deyim, yoxsa qalsın”. Qələtdir edir də... get bozbaşını bişir”?

Özünü kənd müəllimi hesab edən başqa birisi isə mənə belə irad tutur: “Soyadı da atasının adı ilə eynilik təşkil etməsi məlum olur. Akademik düşüncəyə malik qadının öz yaşını gizlətməsi onun şoumen psixologiyasına daha yaxın olduğunu sübut edir. Soyad və ata adının eyniləşməsi isə onun akademik düşüncədə problemi olmasını göstərir. Dünyada heç baba adının soyad kimi göstərilməsi qəbul edilmir”... Bu yerdə rəhmətlik Siyavuş Aslanın məşhur deyimi yerinə düşür: heç  dəxli var, mən ölüm?
Adam kəndlərindəki qızların təhsildən kənar qalmalarına  belə haqq qazandırır: “Talış qadınları ilk növbədə özlərini "ana” və ya "gələcək ana” hesab edirlər. Onlar dünyaya sağlam insan gətirməyi və onları bir savadlı və tərbiyəli şəxs kimi cəmiyyətə təqdim etməyi qadının ilk işi hesab edirlər. Bizim analarımız ali təhsil alıb yazı müəllifi kimi "bozbaş” təfəkkürünə sahib olmaqdansa və ya 200 manata işləyib və güya ki "ziyalı” adlanmaqdansa öz övladlarına özlərini qurban verməyi daha üstün sayırlar”... Beləsinə nə deyəsən?

Haqqımda söylənilən  təhqirlərdən ən yumşaq ifadə hesab etdiklərimi seçib yazdım. Mesaj qutuma yazılanlar isə daha dözülməzdi. Doğrusu, çox fikirləşirəm, çox düşünürəm ki, görəsən bu adamların hiddətlənməsinə, “gül ağızlarını” açmalarına səbəb olan yazınin məzmunu niyə bu qədər anlayıblar? Mən ki, tərtəmiz ana dilində yazmışam ”“ mübtədası, xəbəri  və durğu işarələri yerində. Yoxsa, bunlar Azərbaycan dilini başa düşmürlər?

Sıravi adamlar bəlkə də öyrədilmişlərdi, bəlkə də anlamazlardı. Ya da ki, düşüncələri elə cılızdı ki, jurnalistə bu qədər daş atırlar. Onların adını çəkməyə gərək  yoxdu. Amma Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev, Lənkəran Dövlət Universitetinin keçmiş rektoru Hacıbaba Əzimovovun adını çox böyük həvəslə yazıram. Hörmətli Əjdər müəllim  mənim savadsız, dünyadan xəbərsiz olduğumu iddia edərək məsuliyyətə cəlb olunmağımı  tələb edir. Hacıbaba Əzimov isə məni qərəzli fikir söyləməkdə suçlayır. Guya mən yazıda savadsızlığı, təhsilin pis vəziyyətdə olmağını cənub bölgəsinə bağlamışam.

Sadəcə gülməlidi. Ya bu adamlar yazını oxumayıblar, ya həmyerlilərinə gözüyumulu və haqlı-haqsız dəstək olur, ya da ki, saytın əməkdaşının onlara verdiyi sualı başa düşməyiblər. Bütün hallarda qüsurlu fikir bildiriblər.

Mənim damarlarımla tərtəmiz azərbaycanlı qanı axır. Vətənimi, torpağımı və  millətimi çox sevirəm. Azərbaycanda yaşayan başqa xalqların və etniklərin nümayəndələrinə də hörmətlə yanaşıram. Birinin də ətəyinə balaca daş dəyməyinə belə razı deyiləm. Həmin bölgədən çoxlu sayda dost-tanışım,  qohum olduğumuz ailələr, çox sevdiyim rəfiqələrim, oğlum qədər candan bağlandığım və  “qızım” dediyim gənc xanım var. “Sən kimsən, müəllim”? yazısında da heç bir ayrı-seçkilik salmamışam. 

Amma görünən o ki, regionda yaşayan bir qrup adamın əlinə  fürsət  düşüb ki, kimliklərini ortaya qoysunlar. Həmçinin də öz sözləri ilə öz savadsızlıqlarını bildirsinlər. Savad təkcə orta məktəb attestatı və ali məktəb  diplomu, ya da alim adı və yüksək vəzifə  ilə ölçülmür. Savad ziyalılığın baş tacıdı.
Özünüzü bundan məhrum etməyin...
Oxşar xəbərlər
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ