Tanrıçılıq fəlsəfəsi - 5-ci yazı...
Araşdırma
Oxunub: 1667
12 May 2017 | 10:51
Tanrıçılıq fəlsəfəsi  - 5-ci yazı...
Ümumiyyətlə, Türk hikmətində “yaradılış” örnəklərinə Oğuznamə, Dədə Qorqud Kitabı və Orxon Kitabələrində rast gələ bilirik. Ülkendə yazır ki, əski Türk hikmətinə görə, aləm iki zidd qüvvətin arasındakı ahəngdən doğmuşdur.  İnsanların səadəti, dünya cənnətləri və millətlər arasındakı sülh, bu ahəngin davamına bağlıdır. İctimai mərtəbələrin birbirinə hörməti, zümrələr arasındakı uyğunluqda yenə eyni nizamın əsəridir. Ülkenə görə,  bu nizamın pozulması insanın həyat və ruhundakı ahəngi pozacağı kimi; əksinə insanın dərin ahənginin pozulması da bu nizamı sarsıda bilir: “Beləcə varlıqla insan arasında Türk hikmətinə görə qarşılqlı bir bağlılıq, adətən bir vəhdət yaradır. O surətlə ki nə varlıq insana, nə insan varlığa tabe olmayıb əməli həyatın əsası bunların vəhdətindən asılı olan ahəngdədir. Məsud olmaq üçün bu vəhdətə uyğun yaşamaq lazımdır. Fəqət ona uymaq yunan hikmətində olduğu kimi aləmin müqəddər və dəyişməz mərtəbələrinə boyun əymək, ona zidd gələn arzuları öldürmək deyildir.

Çünki Türk kosmologiyasında aləmin uçurumlara ayrılmış mərtəbələri yoxdur. Ancaq biri-birinin ziddi olmasına rəğmən yenə biri-birini tamamlayan və beləcə insanlara dəruni inşirah içərisində  “tərəqqi” imkanı verən iki prinsip vardır. Əvvəlcə gördüyümüz kimi bu prinsiplərdən biri mükəmməlliyin, şəklin, sükünun və ulaşmanın timsalı olan “Göy Tanrı”dır. O, bütün insanların hədəfi, son qayəsi, yəni bizzat “məfkurə”dir. Digəri insanların içindən çıxdıqları və yenə içinə döndükləri torpaq; arzular, ümidlər, ehtirası və iztirabları, nəhayətsiz bir şövq və həmlənin timsalı olan “Asra Yer”dir. O da, bütün insanların qaynağı, qüdrətlərinin pinarı, özlərinə məfkurəyə doğru atılma şövq və hərarətini verən mənbə, yəni bizzat şəniyyətdir. Bu iki prinsip birbiriylə çatışmaq və ya birbirinə yabancı aləmlər halında qalmaq belə dursun, bləkis nəhayətsiz iştiyaqlarından dolayı ancaq vəhdət halına gəldikləri zaman varlıq və insanın ahəngini vücuda gətirirlər. Halbuki yunan hikmətində təbiətin mərtəbələri birbirinə yabancı olduğu kimi; İran hikmətində də yaxşılıq və pislik şəklində təcəlli edən edən iki zidd qüvvət insanın vicdanında bir mücadilə səhnəsi bulur”.

Beləliklə, o fikrə gəlirik ki, qədim türklərin dini-fəlsəfi dünyagörüşünün təməlini və başlıca məzmununu Tanrıçılıq təşkil etmişdir: “Türk mifologiyasının ümumi mənzərəsi və başlıca problemləri, bir dünyabaxışı və mifik görüşlər sistemi kimi türk tanrıçılığının struktur-semantik tərkibi, təməl, ünsür və anlayışları, funksional strukturu məhz türk tanrıçılığının məzmununda daha tam halda və qabarıq görünür. Türklərin tək bir yaradıcı varlığa inanmaları və onu «tanrı» (çənli tənqri, teyri, tora, tanrı, dingir) adlandırmaları haq­qında ilk məlumatları qayaüstü rəsmlərdən, Şumer dönəmindən başlayaraq mixi yazılardan, arxeoloji və etnoqrafik mənbələrdən alırıq». Doğrudan da qədim türklərin/turanlıların bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-mifoloji sistemi olmuşdur ki, bu da tenqrizm ya da tanrıçılıqdır: «Əski türklərdə Tanrı ”“ dini-mifoloji sistemin mərkəzi anlayışı idi. Hərfi mənası həm «göy», həm də «allah» anlayışını ifadə edirdi. Bir çox araşdırmaçılar bu xüsusiyyəti göz önündə tutaraq «tanrı» kəlməsi ilə əslində «Göy Tanrı» anlayışının ifadə edildiyi fikrini irəli sürmüşlər. Bu fikrə görə «tanrı» səmavi bir allah anlayışı olub, bütün türklərə xas milli bir din sisteminin özəyini təşkil edirmiş. Başqa sözlə, türk tanrısı həm maddi «göy», həm də «göy tanrısı» kimi konkret və mücərrəd anlayışların sintezidir». Beləliklə, Tanrıçılıq türk dini-fəlsəfi dünyagörüşünün mahiyyətini və strukturunu müəyyənləşdirmiş, əski Turan imperatorluqları dövr­ündə təktanrıçı inanc sisteminin təməli olmuşdur. Türk tanrıçılığının monoteist inanc sistemi olması Orta çağ qaynaqlarında da yekdilliklə qəbul edilmiş, onun türk mifologiyası əsasında formalaşmış monoteist bir sitem olduğunu təsdiq etmişdir: «Monteist türk dini-mifoloji sistemində gerçəkdən də «tanrı təkdir və şəriki yoxdur». Tanrının belə yüksək və tək yaradıcı başlanğıc olaraq ortaya çıxması nisbətən sonrakı dövrlərin, daha doğuru, imperatorluqlar çağının məhsuludur».

Bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan, Kərkük, Krım, Uyğurustan və digər Türk dövlətlərinin, ellərinin bayrağında öz əksini tapmış mavi (göy) rəng də qədim türk­lərdə mövcud olmuş Tanrıçılıq dini ilə bağlıdır: «Qədim türklər Tanrıya (Allaha) «Göy Tanrı» deyə müra­ciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boya ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək («Göy Tanrı» ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı». Göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: «Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaşÂ­maq» ideoloji modelinin bir istiqamətini simvollaşÂ­dır­mışÂ­dır». Deməli, bu gün türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı ”“ tək­al­lah­lı­lığı da ifadə edir.

Tan­rı­çılıqdakı göy boya qədər İslam dinindəki yaşıl boya da eynilə tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin Tan­rıçılıqdan sonra İslam dininə tapınmalarını başa düşmək çətin deyildir. Ən vacib məqam odur ki, Tanrıçılıqda və İslamda Tanrı ilahi mahiyyət daşıyır, yəni gözə görünməz qüvvə kimi qəbul edilir. Tarixçi alim Həsən Həsənov da hesab edir ki, Tanrıçılıq tək Allah dini olduğu üçün türklər sonralar asanlıqla İslam dinini qəbul etmişlər: «Bu da, on­dan irəli gəlirdi ki, o zamanlar türk xalqlarının çoxu hələ də tanrı­çı­lığa sadiq idilər. Beləliklə, haqlı olaraq bütün Türk xalqları XIX-XX əsrlərdə yeniləşməyə, müstəqilliyə doğru gedərkən hər hansı şüarının başlıca kəlməsi islamlaşmaq idi». Doğrudan da, əski türklərin tanrıçılıq, daha sonra tanrıçılıq qədər sev­dikləri İslam dini milli ideyanın (türklük, çağ­daşÂ­lıq, islam­lıq) başlıca istiqamətlərindən biri olmuşdur.

Hesab edirik ki, Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İsla­ma keçid arasında bir körpü rolu oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qor­quda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütöv­lü­yündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaq­la Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçı­lıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyul­ma­sı­na inanır. Bununla da, türklərin Islam dinində də özlərini tap­a­caq­la­rına müdrikcəsinə qərar vermiş olur. Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləşÂ­dirilmiş tanrıçı bir müdrikdir. Çünki Dədə Qorqudun yaşadğı zamanla İslamın meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncə­sin­dən kənara çıxmamasıdır. Başqa sözlə, burada Qam oğlu Qam olmaqla, müsəlman oğlu müsəlman olmaq arasında ciddi fərqin olmaması ön plana çəkilir. Zümrüd Quluzadə hesab edir ki, Qamların təbliğ etdiyi tanrıçılıq fəlsəfəsini öyrənmək üçün, onların Kitabi-Dədə Qorqudda ortaya qoyduqları fəlsəfi məsələləri incələmək çox vacibdir: «Bunu biz­dən Qam (şaman) oğlu qam Bayandur xanın türklərə başÂ­çı­lığı, başqa sözlə, əcdadlarımızın şamanizmə ta­pınması tələb edir. Digər tərəfdən, dünya ”“ təbiət və insanla üz-üzə duran hökmü rəvan şaman şəxsiyyəti etnik türk xarakterində özü­nə inam, ötkəmlilik, qüdrət və cəsarətin olmasını müəyyən edir desək, bəlkə də yanılmarıq». Ola bilsin ki, Bayındır xanın atası Kam-büre də (boz qurd timsalında) ulu Qam “Qamer” boyundan olmuşdur.

Doğrudan da, «Kitabi-Dədə Qorqud» boyları türk­lərin, o cumlədən Azərbaycan türklərinin qədim dini etiqad­larını, eləcə də Tanrıçılığı öyrənmək baxımından çox önəmlidir. Bu boylarda qədim türklərin dini etiqadları, dünyagörüşləri, adət-ənənələri öz dolğun əksini tapmışdır. «Dədə Qorqud» boylarında qədim türk epos təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir. Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlar olmuşdur (Su, Göy, Yer, Ağac, Quş, Boz Qurd, Tanrı xan və b.). Türklər İslamı qəbul etdikdən sonra türk Tanrısını İslam Allahı əvəz edir. Eyni zamanda «Kitab»da türk boyları, oğuzların yaşadığı coğrafiya, «iç» və «dışÂ» oğuzların münasibətləri yanaşı, oğuzların dini etiqad, inam və əxlaq normalarından bəhs olunur. Burada totemizmin, qamlığın izləri olsa da, əsas yeri İslamla səsləşən Tanrıçılıq tutur: «Vurduğunu ulatmayan ulu Tanrı! Basdığını bildirməyən bəlli Tanrı! Apardığını göyə yetirən əziz Tanrı! Qəzəbləndiyini batırıb-boğan acıqlı Tanrı! Bir­li­yinə sığındım, qadir Tanrı!». Deməli, «Ki­tabi-Dədə Qorqud»da türklərin dünya­görüşünün ən ali forması kimi Göy Tanrıya inam öz əksini tapmışdır ki, onun mahiyyəti də əsasən İslamla üst-üstə düşür.

Dos., Dr. Faiq Qəzənfəroğlu
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO