Bahar Muradova: “Bu adı mənə atam verib, 8-ci övladına, 6-cı qızına...”
Oxunub: 1973
20 Mar 2017 | 22:56
Bahar Muradova: “Bu adı mənə atam verib, 8-ci övladına, 6-cı qızına...”

Bu gün, martın 20-də Milli Məclisin sədr müavini Bahar Muradovanın doğum günüdür. Parlamentin xanım vitse-spikerinin 55 yaşı tamam olur. Doğum günü söhbəti etmək üçün əvvəlcə tərəddüd etdim. Nədən ki, xanımlar əksər hallarda bu mövzuda danışmaqdan vaz keçirlər. Ancaq Bahar xanım üçün bu mövzunun hər hansı narahatçılığı yox imiş. Suallarımza cavablarından özünüz də görəcəksiniz:


- Bahar xanım, doğum gününüzü, 55 yaşınızı təbrik edirəm. Çox əlamətdar bir gündə, yurdumuza bahar fəslinin qədəm qoyduğu gündə dünyaya gəlmisiniz. Bu tarixin özəlliyi barədə nə deyə bilərsiniz?

- Təşəkkür edirəm. Şəxsən mənimçün bayram günündə doğulmağın iki özəllliyi var, mən ötən illər ərzində bunu hiss eləmişəm. Birinci özəlliyi ondan ibarətdir ki, bunun miqyası çox böyük olur. Nəinki bir ölkənin, dünyanın bir hissəsinin bayramı qeyd etdiyi gündə dünyaya gəlirsən və sənin varlığından xəbəri olmayan insanlar bir növ sənin şadyanalığında iştirak edirlər. Amma ikinci bir tərəfdən insanın yalnız özünə xas olmayan günün olmaması kompleksini yaşayırsan. Məndə hər zaman bu iki hiss olur. Bir çox hallarda mən bayramdan ya bir gün əvvəl, ya bir gün sonra doğulmağı arzulayırdım ki, belə daha yaxşı olardı (gülür). Yəni insanlar, sırf özümə yaxın olan şəxslər ən azı münasibətlərini mənə görə bildirərdilər. Xatırlayıram, uşaqlıqdan üzü bəri məndən söhbət düşəndə, mənim dünyaya gəlişimin əhəmiyyətli və yaxud əhəmiyyətsiz olması barədə danışanda mütləq bunu bayrama bağlayırdılar. Elə ikinci, üçüncü cümlədən dərhal mövzu dəyişir və hamı bu məsələ barədə danışırdı. Ona görə də mənimçün bir az xoşagəlməz anlar yaşanırdı. Amma bu illər ərzində bunun üzərinə üçüncü bir hiss də əlavə olundu. Biz məcburiyyət qarşısında elliklə evimizdən, eşiyimizdən köçəsi olduq. Bu gün artıq əvvəl hiss etdiyim o iki hiss arxa plana keçib, üçüncü hiss daha çox üstünlük kəsb edir. Bu da öz ev-eşiyində bayramı qeyd etməmək, sənin dünyaya gəldiyin evin, həyət-bacanın işğal altında olması və səni ora bağlayan nə xatirələr varsa, hamısının bir növ girovluqda, əsirlikdə olması barədə düşüncələrdir. Bu, nə ümumi bayramı bütövlükdə hiss etməyə, nə də özünəməxsus olan bir günün hissiyatını tam duymağa imkan verir. Ona görə bu günlər mənimçün bir az ağrılı günlərdir.


- Amma hər halda 55 yaş sıradan bir yaş deyil. Bu mənada yəqin ki, müəyyən planlarınız var...

- Yox, bu günü hansısa şəkildə qeyd etməklə bağlı planım yoxdur. Sadəcə bu gün hamı kimi biz də ailəvi bir süfrə ətrafına toplaşacağıq və yəqin ki, ümumilikdə həm bayramı, həm ad gününü qeyd edəcəyik. Amma bununla belə, 55 yaşdır. Biz 55 ildir biz bu yer üzündəyik, bu dünyanın sakinlərindən biriyik. Bu 55 il bizə həyatın hər üzünü göstərib. Amma düşünürəm ki, bütün bunların hamısı bundan sonrakı dövr və irəliyə baxmaq üçün mühüm rol oynayır. Acısı da, şirini də, sevinci də, kədəri də bunu daha geniş çərçivədə hiss etməyə imkan verir. 55 il az deyil, mən Tanrıma minnətdaram, bu, onun mənə lütfüdür ki, bu yaşa qədər yaşamışam. Bundan sonra nə qədər yaşayacağam, bilmirəm, bir ona bəllidir. Amma bildiyim bir odur ki, həyatın hər gününü təkcə özünçün, ailənçün yox, mənsub olduğun millət, xalq, vətəndaşı olduğun dövlət üçün yaşamağa çalışmaq lazımdır. 55 ilin mənə anlatdığı əsas həqiqət budur.


- Qoşa 5-ləri dəfələrlə təkrarlamağınızdan bir daha əmin oldum ki, əksər xanımlar kimi yaşınıza “hərbi sirr” kimi yanaşanlardan, yaş kompleksi olanlardan deyilsiniz...


-(gülərək) Yox, burada heç bir sirr yoxdur. Mən yaşımı gizlətməyi də mənasız hesab edirəm. Bu, insan həyatının faktıdır. Əgər bu illər ərzində bu qədər ömür yaşamışıqsa və onun da hər gününü, hər anını prinsiplərinə, düşüncənə, istəklərinə, arzularına uyğun yaşamağa çalışmısansa, onu gizlətməyin mənası yoxdur. Ən azı bu dünyada 55 il olmağın lütf olduğunu başqalarına da anlatmaq lazımdır. Ona görə mənim bununla bağlı heç bir kompleksim yoxdur. Mənim kompleksim, çatışmazlığım bayaq dediyimdir, yurdda olmamaq kompleksi. Ondan qalan şeylər hamısı əhəmiyyətsizdir. 55 il yaşamağı, o ömrü sürməyi də bacarmaq lazımdır. Bu da insanın özünə bir hesabatıdır. Hesabatı da verəndə çalışmaq lazımdır ki, hər şey şəffaf olsun. Biz axı, şəfaff cəmiyyətdə yaşamaq istəyirik (gülür).

- Bahar xanım adınızı kim qoyub?

- Mənim adımı atam verib. Mart ayının 20-də, bayram günündə doğulduğumçün. Məlumatlı adamlar bilir ki, mənim atamın 9 övladı olub, onun 7-si qızdır. 8-ci övladına və 6-cı qızına Bahar adı verən kişinin mahiyyəti, məzmunu, həyata baxışı, qız övladlarına münasibəti açıq-aşkar ortadadır. Ona görə mən Tanrıma minnətdaram ki, mən bu ailədə dünyaya gəlmişəm. Atama da minnətdaram ki, mənə bu cür ad verərək, 6-cı qızın heç olmasa onun həyatına bahar gətirdiyini düşünüb. Təəssüf ki, artıq həm atam, həm anam dünyasını dəyişib, ömürlərini bizə bağışlayıblar. Bizim də borcumuz odur ki, onların yaşaya bilmədikləri, edə bilmədiklərini biz həyata keçirək. Düşünürəm ki, valideynlər ömrünü başa vurmur, onlar ömrünü övladlarına bağışlayır. Övladlar da öz həyatları boyu onları yaşatmalıdırlar.

- Sizin də bir qız övladınız var. Yəqin ilk təbriki qızınızdan almısınız...

- Bəli, mənim bir Nigarım var. Həqiqətən də belə oldu. Səhər-səhər məni çiçəklərlə ilk təbrik edən qızım Nigar oldu. Nigar adı uşaqlıqdan mənim xoşuma gəlirdi. Hərdən düşünürdüm ki, niyə mənə Nigar adı qoymayıblar? Eləcə də düşünürdüm ki, qızım olacaqsa, adını Nigar qoyacağam (gülür). Tanrı da mənə qız övladı verdi, mən o adı qoydum, arzuma yetişdim. Artıq 10 yaşını adlayıb. Nigar adında olan insanların bir çoxunun ümumi keyfiyyətlərinin olduğunu müşahidə etmişəm. Onlar - ən azı mənim tanıdıqlarım - bir qayda olaraq çox yüksək məntiqə, dərin təfəkkürə, çox həssas qəlbə malik olurlar. Və həyatın hər bir sınağına özlərini hazır hiss edirlər. Hətta hansısa bir ağır işi görməyə gücü çatmasa da, ona gücünün çatacağını bəyan edir. Mənim qızımda bu keyfiyyətlər var, ona görə də sevinirəm, düşünürəm ki, bu da Tanrının mənə bir lütfüdür. Mənim həyatda edə bilmədiklərimi inanıram ki, gələcəkdə mütləq Nigar edəcək.

 

“Mən yaşımı gizlətməyi də mənasız hesab edirəm”
 

- İnşallah. Həyat yoldaşınız siyasətin episentrində olan bir xanımla yaşamağın çətinliklərindən danışmır ki?

- (gülür) Danışmır, onu hiss edir. Hiss etdiyini bilirəm və çalışıram ki, onun bu hissiyatları az olsun. Məndən asılı olmayan, gücüm çatmayan məsələlər də olur. Çünki burada hər şeydən əvvəl ümumi, kişilərin bu məsələyə yanaşmasının əlamətləri var. Üstəlik də onun özü çox güclü xarakterə malik olan şəxsdir, bundan doğan narahatlıqlar ola bilir. Bir də ki, siyasi həyatın özünün reallıqda doğurduğu çətinliklərdir. Yəni evdə az olmaq, ünsiyyətin az olması, ümumi məsələlərin daha önəmli cərgədə dayanması, onun doğurduğu problemlər var. Amma o, bunun öhdəsindən layiqincə gəlir. Mən ondan çox razıyam. Mən özümü uğurlu şəxs hesab edirəm. Düşünürəm ki, həyatda bu qədər uğur qazanmağımın əksər hissəsi məhz onun köməyinə, onun dəstəyinə və iştirakına bağlı olan məsələdir.


- Siyasətdən kənar adamdır, yoxsa...


- O, özü də Yeni Azərbaycan Partiyasının üzvüdür və biz o partiyanın sıralarında rastlaşmışıq, ailə qurmuşuq. Ona görə də o özü peşəkar siyasətçi olmsasa da, bir vətəndaş olaraq aydın, qəti, siyasi mövqeyə malik olan şəxsdir. Hesab edirəm ki, onun bir çox fikirləri, tövsiyyələri mənim fəaliyyətimdə öz əksini tapır və mən bir çox hallarda ondan məsləhətlər alıram. O məsləhətlər də mənə çox kömək olur. Ona görə də o, dolayısı ilə siyasətin içərisindədir.

- Bahar xanım, şəxsi həyat təbii ki, toplumun həyatına, onun taleyinə bu və ya digər şəkildə bağlıdır. Ona görə də Azərbaycanın bu günü, sabahı ilə bağlı düşüncələriniz, məlumatlarınız nədən ibarətdir? Hər halda hakimiyyətin mətbəxinə yaxından bələd olan şəxssiniz. Bayram günündə əhaliyə hansısa müjdəniz varmı?

 

“Həyat yoldaşım da Yeni Azərbaycan Partiyasının üzvüdür və biz o partiyanın sıralarında rastlaşmışıq, ailə qurmuşuq”

- Təbii ki, şəxsi həyat, ictimai həyat bizim özümünüzün, cəmiyyətimizin həyatına bağlı olan məsələdir. Yəni ölkədə hansı ab-hava varsa, o, mütləq mənada insanların həyatına təsir göstərir. Ailədəki mühit, ab-hava da təbii ki, ictimai-siyasi fəaliyyətdə bu və ya digər şəkildə öz izini qoyur. Ona görə də bunlar bir-birini tamamlayır, bir-birini şərtləndirir. Şəxsən bizim ailənin həyatı ictimai-siyasi həyatdan kənar deyil, bütövlükdə onun içərisindədir. O ki qaldı hansı müjdə verməklə bağlı, konkret belə bir müjdə vermək səlahiyyətini öz üzərimə götürmək istəməzdim. Amma ümumi inamımız getdikcə daha artıq möhkəmlənməkdədir və bu inamın möhkəmlənməsinə imkan verən şərtlər də getdikcə daha aydın şəkildə görünür.

Azərbaycan öz mövqeyini daha qətiyyətlə ortaya qoymaqdadır və dünya ictimaiyyəti də bununla hesablaşmaq zorundadır. Hətta istəməsə belə, bir çox dairələr müstəqil dövlət olan Azərbaycan, onun qətiyyətinin və mövqeyinin ortada olduğu qənaətini bölüşür, bununla hesablaşmamamğın mümkünsüzlüyünü də dərk edir. O cümlədən də Ermənistan. Təbii ki, sualın cavabında mütləq bu məsələ dayanmalıdır. Çünki bizim başqa məsələlərlə bağlı elə ciddi narahatlığımız yoxdur.

Sosial durum, iqtisadi vəziyyət, ölkənin bütün istiqamətlərdə inkişafı, bəzi məsələlərdə dünyada gedən proseslərdən yan keçə bilməmək...Bunlar ümumi istiqamətlərdir, bütün ölkələrdə belədir. Amma əlbəttə ki, bizim bütün imkanlarımızın hədəfi işğalın aradan qaldırılmasıdır. Düşünürəm ki, onunçün də şərtlər getdikcə aydınlaşır və o gün uzaqda deyil.

Cocuq Mərcanlıdan başlayan böyük qayıdış mütləq bütün ərazilərimizə yetəcək və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Bütün şərtlər, bütün fəaliyyət məhz məsələnin buna doğru getdiyini daha artıq şəkildə ortaya qoyur.

Bu bayram niyyət bayramıdır, istək və arzuların yerinə yetəcəyinə inamı şərtləndirən bayramdır. Ona görə hər birimiz öz ailəmizlə, öz övladımız, öz gələcəyimizlə bağlı niyyətlər edərkən, bundan əvvəl də mütləq Azərbaycan torpaqlarının azad olunması niyyətini edək. Bunda da fayda var. Bütün niyyətlərimizin başında dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması, insanların öz yurdunda yaşamaq haqqının ona qaytarılması dayanmalıdır. Arzu edək ki, hər bir insan ağrı-acısını, kədərini, sevincini, xoşbəxtliyini öz yurdunda, öz evində hiss etmək imkanı əldə etsin! Mən insan üçün bundan böyük xoşbəxtlik təsəvvür etmirəm...(musavat.com)
Oxşar xəbərlər
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır