"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
Oxunub: 5354
28 Feb 2017 | 15:20


Hər zaman poeziyada yeni forma axtarışında olan şair-alim Əli Şirin Şükürlü bir müddət öncə yeni ədəbi cərəyanın əsasını  qoyduğunu bildirmişdi. Dəqiq elm sahəsində çalışan alimin ədəbiyyata gətirmək istədiyi forma yenilikləri daha çox riyazi müstəvidədir. 

Ə.Ş. Şükürlü Moderator.az saytına müsahibəsində bu barədə ətraflı danışır:

-Əvvəlcə yeni ədəbi cərəyanın mahiyyətindən və ideyanın yaranma tarixindən danışaq...

-Təxminən, 30 ildir ki,  elmi-ədəbi yaradıcılıqla məşğul oluram. Yaradıcılığa ciddi yanaşmağa başladığım andan daima yeni üslub, yeni forma-məzmun yaratmaq barədə düşünürdüm. Çünki hesab edirdim, yaradıcılıq əslində, elə yenilikdi və uzun müddət mövcud olan ədəbi-bədii estetikaya söykənmək yeniliyə qapını bağlayacaq. Təbii, bütün bu qeyd etdiklərim isə zamanla meydana gələ bilərdi. Yaradıcılığımın dinamikası, elmi sahələrə bələd olma, təcrübə, tədricən elmi-bədii laboratoriyanın formalaşmasına zəmin yaratdı. Və bu laboratoriyanın sayəsində yaranan bədii mətnlər ədəbiyyatın intellektual qoluna aid olduğundan, bu mətnləri doğuran nəzəriyyə barədə düşünməyə başladım. Beləliklə, tədricən intellektual poeziya, ümumiyyətlə, intellektual bədii mətnlər barədə nəzəri mövzular hazırlamağa başladım; intellektual bədii mətnin yaranma mərhələləri, bədii mətnlərdə fəlsəfi dünyagörüşü, Qeyri-səlis məntiq və ədəbiyyat, bədii mətnlərdə ehtimal elementləri, Nisbilik nəzəriyyəsi və ədəbiyyat və s. Bu formatda bədii mətnlər və nəzəri mövzular məndə yeni ideya doğurdu: yeni ədəbi-fəlsəfi cərəyan yaratmaq və intellektual təmayüllü bədii əsərləri bu cərəyan altında sistemləşdirmək. Beləliklə, Ədəbi Suprematizm adlı ədəbi-fəlsəfi cərəyanın manifestini hazırlayıb, "Suprematizmdən Ədəbi Suprematizmə" esseni mediada dərc etdirdim. Və bu essedə cərəyanın nə üçün məhz ədəbi suprematizm olmasını və bu cərəyana aid edilən bədii bətnlərin yaranması modelini əsaslandırdım

-Bu ədəbi cameədə necə qarşılandı? Nə kimi müsbət və mənfi rəylər eşitdiniz?

-Doğrusu, bəzi media vasitələrində maraqla qarşılandı və qeyd etdiyim kimi manifesti “525-ci qəzet”də dərc olundu, internet mediada - axar.az, moderator.az, mustaqil.az və s. saytlarda və TalkTV, ButaFM internet televiziyalarda müsahibələr şəklində işıqlandırıldı. Amma nə nəzəri mövzulara, nə də cərəyana hələlik, akademik, yəni peşəkar münasibət bildirilməyib.

-Hazırda yeni ədəbi düşüncə olan cərəyanınızı inkişaf və təbliğ etmək üçün nə kimi addımlar atmağı düşünürsünüz?

-Bu cərəyanın inkişafı ilə bağlı nəzəri mövzular hazırlayıram və bədii mətnlər yazıb media vasitələrində dərc etdirirəm. Məncə, bu, elə bir növ həm də təbliğat mexanizmdi. Bir də, bu mövzuları AMEA-nın Ədəbiyyat İnstitutuna təqdim etmişəm və reaksiya gözləyirəm. Məlumdu ki, əsaslı yeniliyə bəzən, dərhal və qısa bir zaman kəsiyində münasibət gözlənilməzdi. Çox zaman bu tip hadisələrə induksiya metodu ilə yanaşılır - bu vaxta qədər belə olub, bundan sonra da belə olmalıdı. Empirik yanaşma, mövcud təcrübə yeniliyə müqavimət göstərir. Bu maneəni aradan qaldırmaq üçün lazımdı ki, apriori-nəzəri yanaşma da sərgilənsin.

Image

-Dünya ədəbiyyatında ideya müəllifi olduğunuz cərəyanın dəsti-xəttinə yaxın şeir, esse, proza yazan müəlliflər varmı? Varsa, kimlərdi?

-Bu barədə çox müsahibələrim və məqalələrim olub, yeri gəlmişkən bir də qeyd edim ki, təklif etdiyim model elmi informasiyanı fəlsəfi düşüncə vasitəsilə bədii mətndə ifadə texnikasına əsaslanır. Bu modeli əsaslandıran nəzəri mövzular öz elmi-bədii laboratoriyamın məhsuludu və fərqli çalarlara malikdi. Amma məlumdu ki, intellektual təmayüllü bədii mətnlər dünya ədəbiyyatı praktikasında mövcuddur və bu qolun çox görkəmli nümayəndələri var. Özümə ən yaxın bildiyim şair isə Vislava Şimborskadı.

-Belə anladım ki, bu yeni ideyanın Azərbaycanda inkişafı və sürətli yayımı hələlik, çətin məsələdir. Bu formatda şeirləri tərcümə etməklə xarici ölkələrin bazarlarına çıxarılmasına ümid qalır. Bu barədə nə düşünürsünüz?

-Əsas məsələ odu ki, həm ədəbi ictimaiyyət, həm də oxucu auditoriyası fikir ədəbiyyatının üstünlüklərini, onu yaratdığı yeni bədii texnikanı, məzmunu dəyərləndirə bilsin, azı 30-40 il əvvəlin ədəbi estetikasında ilişib qalmasın, tənqid, tədqiqat predmetinə çevirə bilsin. Bəzi şeirlərim bir neçə dilə tərcümə olunaraq xarici dərgilərdə yayımlanıb. Lakin səmərəli olması üçün bu məsələ sistemli həll olunmalıdı və bunun həyata keçirilməsinin işlək texnikasını reallaşdırmaq gərəkdi. Düşüncə adamları var ki, nəsə yaradır, onun səmərəsini də anlayır, lakin kütləviləşdirmək texnikası barədə ya düşünmür, ya da onun imkanları xaricindədi. Hesab edir ki, o ideyalar, nəzəriyyələr, yeniliklər zamanla invariantlığını qoruyub saxlaya biləcək. Hazırda isə əlimizdən yalnız yazmaq, yaratmaq gəlir.

-Əli Şirin müəllim, bu cərəyana aid bir şeirinizdən hər hansı parçanı nümunə kimi götürək və onu təhlil edək... Belə daha çatımlı və anlaışlan olar, məncə...

-Daha praktik olar, məncə də. Bir nümunə  deyim. 
Dayandı ”“ gedirdi amma”

Gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?

O isə
gəlirəm ”“ dedi. Elə bilirdi gəlir,
gedirdi amma. 

Keçirəm, gözlə - çığırırdı. Yolu keçməyə 
hazırlaşırdı. Keçirdi. Elə bilirdi yol keçir,
özündən keçirdi ”“ fərqində deyildi sadəcə.

Çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi
bir az əsəbi. Hə, çatdım, bu da mən. Dayanıb, nəfəs dərdi 
yorğun, hüzünlü. 
Dayandı. Gedirdi amma, xəbəri yoxdu, deyəsən.    

Elə bildi çatıb. Çatdığı özü idi ”“ bilmirdi hələ.
Çaşqınlıq içində boylandı ətrafa:
hardayam. azalmaqdansa çoxalıb məsafə, 
geriyə gəlmişəm ki.

Nə baş verdiyini bilən bilirdi. Mən də bilirəm:
çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə. 
Amma əvvəlcə yolun yarısının yarısını. Ondan da əvvəl 
yarısının yarısının yarısını”¦   
Beləcə, sayacaqdı yerində gedə-gedə. Sayacaqdı yerində, 
gedəcəkdi amma, elə hey gedəcəkdi. 

Gözləyən isə
düşünürdü gözləyə-gözləyə:
bu gəlişlə 
“itiayaq Axilles də çata bilməz tısbağaya”. 

Parmenidin "varlıqda hərəkət yoxdu" fəlsəfi tezisinə və Zenon paradokslarına istinadən qurulmuş mətndi. Kütləvi dildə qısa izah etsək, bu fəlsəfi tezisi görə varlıqda hərəkət yoxdu və hərəkət şüurun yaratdığı illüziyadır. Zenon paradokslarının birində bunu belə izah edir: bir məntəqədən digərinə getmək üçün əvvəlcə yolun yarısını getmək lazımdı, buna qədər isə yarısının yarısını, ondan da əvvəl yarısının yarısını... və s. sonsuz hərəkət tələb olunacaqdı. Beləliklə, heç bir hərəkət baş verməyəcəkdi əslində.
Image

-Oxucudan kifayət qədər yüksək intellekt tələb edən bir yanaşmadır. Sizcə, indiki Azərbaycan oxucusu üçün bunlar tez deyilmi?

-Bu tip mətnlər informativ olduğundan oxucunu düşünməyə, lazım olarsa öyrənməyə sövq edir və bunlardan yalnız informativliyi, düşünməyi sevən oxucular bədii zövq ala bilər. Tez olduğunu isə düşünmürəm, axı əvvəl-axır bu bədii müstəviyə də keçmək lazımdı. Nə qədər ənənəvi mövzulara və mövzuların doğurduğu lirik-sentimental hisslər üzərində qurulmuş mətnlərə heyranlıq baş alıb getməlidi?! Axı ədəbiyyat təkcə bu hisslərin doğurduğu mövzulardan ibarət deyil.
Ədəbiyyat həm də düşüncə məsələsidi. Məncə, daha çox düşüncə məsələsidi. Maraqlı olsun deyə, başqa bir şeir də əlavə edək. Bir qədər az intellektual hazırlıq tələb edir və forma baxımından da, məncə, maraqlı təsir bağışlaya bilər.  

"Məkan cazibəsi və ya yeni qravitasiya qanunu"

Bir iş var: 
o, nə vaxtsa olduğu məkanlara 
qayıtmağı çox sevir.
Hətta o məkanlarda 
“darıxma anları” yaşansa da  arabir.

Yaxşı ki, 
zamandan fərqli, məkan boyu 
gerçək səyahət edə bilir adamlar. 
Yoxsa, elə zaman kimi 
məkan barədə də yalnız ehtimal və fəlsəfələrlə 
dolub-daşardı “düşüncə sandıqları”. 

Bir iş də var: 
məkan kimidi adamlar da. 
Çıxıb gedəsən hərdən, çıxıb gedəsən 
təkcə məkanlardan yox, 
elə adamlardan da. 
Sonra yenidən qayıdasan   
getdiyin məkanlara və getdiyin adamlara. 

Daha bir iş də var:
nəsə qalır adamdan 
getdiyi məkanlarda və getdiyi adamlarda, 
nəsə qalır yoxluğundan savayı. 
Nəsə qalır daima geriyə səsləyən, qravitasiya təsirini 
uzaqlıqların belə zərrəcə azalda bilmədiyi nəsə ”“ 
dəqiq adını tapmaq çətin olur çox zaman.

Qayıtmağı sevdiyi şəhərlərin birində 
otel bələdçisi gözəl xanım 
nəzakətlə, amma yad adam kimi 
qarşıladı onu əvvəlcə. Sonra 
tanıyıb gülümsədi və rəfdəki kitabı göstərdi; 
iki il əvvəl avtoqrafla otelə bağışladığı, 
üz qabığının arxa hissəsində fotosu.

-Çağdaş oxucu kütləsinin ədəbi zövqü sizi nə dərəcədə qane edir?

-Zövqlər müxtəlifdi. Buna görə oxucunu heç vaxt qınamamışam. Sadəcə, bir məsələ var, qoy onu da deyim, bəzən, elə olur ki, kifayət qədər filoloji biliyi, səriştəsi olan adamın poetik duyumu zəif olur, standartdan kənara çıxa bilmir, bəzən də adi oxucu mətni elə anlayır və dəyərləndirir ki, adam heyranlığını gizlədə bilmir. Mənim mətnlərimin taleyi məhz belədi. Qaldı, fikir, düşüncə ədəbiyyatı, onun oxucu auditoriyası heç vaxt geniş olmur və buna gələcəkdə də ümid etmirəm.

-Əsasən, poeziyadan danışdıq. Nümunələri də poeziyadan dediniz. Bəs, Azərbaycan nəsrində nə kimi yeniliklərə gərək var?

-Əsərlərim arasında proza nümunələri də var; esselər, hekayələr, iki povest. Bu əsərlər də elə qeyd etdiyimiz ədəbi parametrlərdə qələmə alınıb və yaxşı reaksiyalar da olub. Xüsusilə, magik realist bədii üslubda yazıldığına və elmi-fəlsəfi yükünə görə. Hesab edirəm nəsr əsərlərinin də daima fəlsəfi dərinləşməyə və intellektuallığa ehtiyacı var və bu proseslər ədəbiyyatımızda hazırda gedir də. Amma bütün hallarda poeziya haqqında daha ürəklə danışa bilirəm və nəsr haqqında isə onun görkəmli nümayəndələri daha səriştəli rəy verə bilərlər.

Image

-Yuxarıda Qeyri-səlis məntiqin adını çəkdiniz. Maraqlıdır,  Lütfi Zadə düşüncəsini şeirə necə gətirmək olar?

-Adını çəkdiyim nəzəri mövzulardan da biri "Qeyri-səlis məntiq və ədəbiyyat" essesidi və “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Bütün elmi informasiyalar, eyni zamanda bu nəzəriyyənin fəlsəfəsi də bədii mətnə təklif etdiyimiz model əsasında həyata keçirilir: elmi informasiya - fəlsəfi düşüncə - bədii təfəkkür. İlk növbədə nəzəriyyənin fəlsəfəsi müəyyənləşdirilir, sonra mövzu kimi seçilən hadisə ilə onun fəlsəfəsinin adekvatlığı tapılır. Məlumdu ki, bu nəzəriyyənin fəlsəfəsinə görə mütləq heç nə yoxdu, mövcud olan nə varsa, dərəcəsi ilə mövcuddu; yalan da, həqiqət də, sevgi də, nifrət də, bədbəxtlik də, səadət də və s. İndi qalır bu tezisləri bədii mətnə gətirmək. Şeirdən bir parçaya nəzər salaq.

bir qədər lirik-sentimental alındı, lakin həqiqət ölçüsü böyükdü bu təyinatda. 
həqiqət ölçüsü dedik ”“ niyə? ”“ axı deyirlər mütləq həqiqət yoxdu həyatda; 
həqiqət var, yarımhəqiqət var, yarımyarımhəqiqət var...
heç mütləq yalan da yoxdu, hər yalanda az da olsa həqiqət var, 
hər həqiqətdə bir az yalan.

sevgi də elədi, hər sevgidə sevginin bir az tərsi olur; çox zaman 
çoxalır getdikcə və vaxt ötdükcə azalır, bəzən də tükənir sevgi. 
ya da tərsinə, vaxt sevgi gətirər, ya da sevgi qoyar sevginin üstünə. 
lakin vaxt daha çox sevgi aparar ”“ bilirsiniz hər halda, 
xanımlar və cənablar, çətin olsa da gülümsəyin o zaman! (Sevginin əksi var özündə)

Elmin Nuri

Oxşar xəbərlər
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır