“İstintaq müddətində həbs tədbirinə üstünlük verməsi məhkəmə-hüquq sisteminin böyük yanlışıdır”
Oxunub: 1353
20 Feb 2017 | 17:13
“İstintaq müddətində həbs tədbirinə üstünlük verməsi məhkəmə-hüquq sisteminin böyük yanlışıdır”
Hüquq elmləri doktoru, professor İlham Rəhimov Azərbaycan Respublikasında cəzaların humanistləşdirilməsi ilə bağlı prezident sərəncamı ilə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Professor, dövlət başçısı İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamla ölkənin məhkəmə-hüquq sistemində yeni islahat dönəmi başlayıb. Cinayət hüququ üzrə Azərbaycanın seçilən mütəxəssisi olaraq bu haqda yazdığınız elmi əsərlərdə müxtəlif ölkələrin praktikalarını müqayisəli təhlil etmisiniz. Sizcə, daha çox hansı cinayətlərdə cəzaların humanistləşdirilməsi yüksək effekt verə bilər?

- Cənab prezidentin haqqında danışdığınız sərəncamı çox vacib sənəddir. Xatırlayırsınızsa, bir müddət öncə “Yeni Müsavat” qəzetinə müsahibəmdə demişdim ki, bu sahədə hansı nailiyyətlər əldə edildiyini, harada yanlışlıqlara yol verildiyini, indiki siyasi, sosial şərtlər daxilində nələr etməyin mümkünlüyünü analiz edərək gələcəyə yönəlik islahatlar həyata keçirməyin zamanı gəlib. Dövlət başçısının imzaladığı sərəncamda əksini tapan ideyaların təhlilinə gəlincə, onları bir neçə qrupa bölməkdə fayda var. Cəzaların müəyyən edilməsi, təyin edilməsi və icrası üzrə qanunvericiliyin təkmilləşdirilməsindən başlayaq. Sənəddə qarşıya qoyulan əsas vəzifələrdən biri cəza institutunun humanistləşdirilməsidir. Bu, heç də o demək deyil ki, humanistləşdirmə prinsipi Cinayət Məcəlləsinin bütün maddələri üzrə tətbiq ediləcək, bağışlama, yumşalma olacaq. Bəllidir ki, indiki CM-i 2000-ci ildə qüvvəyə minib. 16 ildə cəzaların təyin edilməsi bölməsinə 50-dən çox dəyişiklik və əlavələr olunub, bəzi maddələr isə CM-dən tamamilə çıxarılıb. 50 dəyişikliyin 30-da cəzalar sərtləşdirilib. Hətta böyük ictimai təhlükə doğurmayan bir sıra cinayətlər üzrə də cəzaların hansı məntiqlə sərtləşdirilməsini başa düşmək çətindir. Məsələn, CM-nin 306.1 maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə) əvvəllər 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu, sonradan bu cəza 3 ilədək artırılıb. Sual olunur, hansı zərurətdən? Daha 1 il azadlıqdan məhrumetmə ilə cinayətlərin sayını azaltmaq mümkün ola bilərmi? Mümkündürsə, bu əsaslandırılmalıdır. Bu, cəzaların 1-2 il kimi qısa müddətə artırılması üzrə tək fakt deyil. Bir neçə maddəyə analoji dəyişiklik edilib. O sıradan 308.2.; 311.3.4.; 312; 312.2 maddələrə. Bir sözlə, axır illərdə cinayət-hüquq sahəsində cəzaların humanistləşdirilməsi yox, sərtləşdirilməsi yolu tutulub. Statistika isə göstərir ki, cəzaların sərtləşdirilməsi cinayətlərin sayının azalmasına müsbət təsir etməyib. 2000-ci ildə ölkədə 13958 cinayət hadisəsi baş veribsə, 2006-cı ildə bu rəqəm 18049-a, 2010-cu ildə 23010-a, 2016-cı ildə 24979-a yüksəlib. Bu mənada prezident İlham Əliyevin bu addımını cəzalandrıma sahəsində qanun yaradıcılığının humanistləşdirilməsi məqsədi ilə tövsiyə və ya qanunvericilik təşəbbüsü kimi anlamaq də olar. Əslində bu təşəbbüslə Ali Məhkəmə çıxış edə bilərdi. Çünki bu, həmin qurumun funksiyasıdır. Ali Məhkəmənin Plenumu var. Orada müzakirələr aparıla, cəzaların cinayətlərə adekvat olub-olmaması köklü şəkildə araşdırıla bilərdi, cəzalar sərtdirsə, məhkəmələrə konkret maddələrlə bağlı humanistləşdirmə üzrə tövsiyyələr verilə, qanunvericiliyə uyğun dəyişikliklər üçün parlamentə müraciət edilə bilərdi. Məhkəmə-hüquq sistemi də bir çox sahələr kimi zamanın tələblərinə uyğunlaşdırılmalıdır.

- Professor, siz yuxarıda humanistləşdirmə siyasətinin bütün cinayətlərə aid edilməsinin doğru olmadığı tezisini irəli sürdünüz. Belə cinayət törədənlərin reabilitasiyasında hansı addımlar atılmasını düzgün sayırsınız?

- Çox təəssüf, Azərbaycanda hələ də ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmə, zorlama cinayətlərinin sayı azalmır. Hər il 200-dək qəsdən adam öldürmə, 16 minə yaxın ağır və xüsusilə ağır cinayət, 40-dək zorlama hadisəsi baş verir. Bu fonda odlu silahla qətllərin azalması müsbət tendensiyadır. Azad edilənlərin reabilitasiyası əbədi problemdir və bütün ölkələrdə var. Azərbaycanda bir şəxsin təkrar cinayət törətmə faizi 8-10 faiz arasında dəyişir. Əgər reabilitasiya ilə bağlı atılan addımlar effektli olsa, yaxın illərdə bu statistikada azalma mütləq görünməlidir. Bu problemin həlli konkret olaraq dövlətin sosial, iqtisadi imkanlarından asılıdır. Reabilitasiyanın mənası cinayət törədən şəxsin yenidən cəmiyyətin bərabər hüquqlu üzvünə çevrilməsi, normal həyata qayıtmasıdır. Bu, mümkündürmü? Müəyyən dərəcədə - hə, amma geniş mənada çətin. Çünki ciddi nəticələr əldə etmək üçün şərait kökündən dəyişməlidir. Keçmiş məhkumların reabilitasiyası, məşğulluğu üçün kompleks tədbirlər görülməli, bu işlərə ciddi vəsaitlər xərclənməlidir. Bugünkü iqtisadi şərtlər daxilində ölkənin imkanları geniş deyil. Ona görə də hökumət alternativlər üzərində işləməlidir. Sərəncamda probasiya məsələsi qoyulub. Çox vacib məsələdir və bir sıra təşəbbüsləri sınaqdan çıxarmaq üçün bu qurumun effektiv fəaliyyətini təşkil etmək lazımdır. Bu üsul Avropada çox tətbiq olunur. Konkret cinayətlərlə bağlı alternativ variantlar tətbiq edilir, nəticələr baxılır, praktikada geniş tətbiq olunur və qanunvericilik buna uyğunlaşdırılır. Bundan başqa cəzaçəkmə müəssisələrində məhbuslarla birbaşa işləyən xüsusi xidmət yaradılmalıdır. Məhbuslarla psixoloqlar, sosioloqlar, pedaqoqlar işləməlidir. Həmin xidmətdə hüquqşünaslar çalışmalıdır, keçmiş hakimlərdən bu məsələdə istifadə olunmalıdır. Belə bir xidmət yaradılsa, cəzaçəkmə müəssisələrindəki mühit yaxşılaşdırılar və eyni zamanda təkrar cinayətlərin statistikası azalmış olar. Bundan başqa, qanunvericilik təkmilləşdirilərkən real vəziyyət nəzərə alınmalıdır. Reabilitasiya məsələsinə gəlincə, bir müddət öncə hüquq siyasəti ilə bağlı elmi konfransda bu haqda konkret təklif irəli sürmüşdüm. Söhbət ondan gedir ki, əgər bu gün dövlətin reabilitasiya üçün ayırmağa ciddi vəsaiti yoxdursa, bu işə iş adamları cəlb edilə bilər. Məsələn, tikinti biznesi ilə məşğul olan bir şirkətlə müqavilə bağlana, cəzaçəkmə müəssisələrindəki məhkumlardan şirkətdə fəhlə kimi istifadə edilə bilər. Təbii, burada nəzarət funksiyası ədliyyə orqanlarının üzərinə düşür. İşləyəcək şəxslərin seçilməsini, onlara tam nəzarət edilməsini bu struktur həyata keçirməlidir. Görülən işin qarşılığında isə şirkət ədliyyə orqanlarına vəsait ödəyər. Ədliyyə orqanı öz sırasında məhkumlara müəyyən vəsait ayırar. Beləliklə, dövlət ciddi bir yükdən qurtularaq bir neçə aspektdən xeyir əldə edə bilər. Üstəlik, əmək fəaliyyəti dönəmində seçilən nümunəvi fəhlələr cəzalarının bəlli bir müddətini çəkdikdən sonra şərti azadlığa çıxmaq üçün müsbət xarakteristika əldə etmiş olarlar. Bəlli olduğu kimi, qanunvericilik cəzanın 2/3 hissəsi çəkildikdən sonra şərti azadlığı mümkün sayır. Probasiya üzrə yaradılan xidmət həmin müəssisədə işləyən, cəzasını tamamlayan məhkumlarla da bağlı şirkətlə danışıqlar apara bilər. Düşünürəm, bu yol keçmiş məhkumların reabilitasiyası üçün çox yüksək effekt yaradar. Müxtəlif yanaşmalar olarsa da, əməklə islah hələ də ən uğurlu variant sayılır. Ancaq bu gün faktiki olaraq məhkumların əməyi təşkil olunmur. Sovetlər Birliyi dönəmində də məhkumların cəmi 30-35 faizi əməyə cəlb edilirdi. Bugünki faizlər isə çox-çox aşağıdır. Ciddi addımlara ehtiyac var.

- Son bir neçə ildə Azərbaycanda ləğv olunan ölüm hökmü ilə bağlı da müzakirələr gündəmə qayıdır. Sizcə, ölüm hökmünün ləğvi ağır cinayətlərin azalmasına, ümumiyyətlə cinayətlərin xarakterinə necə təsir edib?

- Cəzanın cinayətlərin vəziyyətinə və dinamikasına təsir etmədiyi sübut edilsəydi, dövlətlər çoxdan ondan imtina edər və cinayətlərə qarşı qeyri-cəza tədbirləri qəbul edərdilər. Mübaliğəsiz demək olar ki, cəza öz çəkindirici funksiyasını hər zaman qoruyub saxlayır. Amma onun effektivliyinin dərəcəsini müəyyən etmək başqa məsələdir. Ona görə bu və ya digər cinayət növü artanda qanunverici orqan cəzanı sərtləşdirir. Amma konkret cinayətdə azalma tendensiyası olanda cəza praktik olaraq yumşaldılmır. Ölüm cəzasına gəlincə, çoxdan məlumdur ki, bu və ya digər ölkədə qəsdən adam öldürmə və xüsusilə ağır cinayətlərin sayı ölüm cəzası olub-olmamasından asılı olmayaraq uzun müddət sabit qalır və "partlayışlar" isə ciddi sosial sarsıntılar dövründə baş verir. Bunu bizim ölkənin timsalında da görmək olar. Belə hallar ötən sərin 80-ci illərin sonu və 90-cı illərin əvvəllərinə ”“ Sovetlər Birliyinin dağılması və Azərbaycan-Ermənistan münaqişəsi fonunda baş verən ictimai-siyasi sarsıntılar dövründə yaşanıb. 1993-1997-ci illərdə qəsdən adam öldürməyə görə ölüm hökmü vardı, ancaq tətbiq edilmirdi. Həmin dönəmdə hər il orta hesabla 450 qəsdən adam öldürmə cinayəti baş vermişdi. 1998-ci ildən, yəni ölüm hökmü ləğv ediləndən bu günə qədər ildə təxminən 200 belə cinayət qeydə alınır. Bu o deməkdirmi ki, azalma ölüm hökmünün ləğvi ilə bağlıdır? Bu sualın cavabı daha dəqiq, dərin araşdırma tələb edir. Çünki təkcə “quru”statistik rəqəmlərlə tendensiyaları müəyyən etmək, səbəbləri tapmaq mümkün deyil.

- Bir sıra ekspertlər iddia edir ki, konkret cinayətlər üzrə cəzaların humanistləşdirilməsi həmin cinayətlərin statistikasında azalmaya səbəb olmur. Sadə desək, cəza ağır olmadığı üçün insanlar ondan çəkinmir. ABŞ-ın bir sıra ştatlarında ölüm hökmünün məhz bu faktora görə saxlandığı bəllidir. Sizin Azərbaycanla bağlı proqnozlarınız necədir? Yaxın müddət üçün statistikada hansı dəyişiklikləri gözləyirsiniz?

- İllər öncə belə araşdırmalarla yalnız kriminalistlər məşğul olurdu. Sonradan məsələyə yeni baxış ortaya qoyuldu və indi bu araşdırmalara sosioloqlar da cəlb edilib. Həmin araşdırmalar zamanı ortaya çıxan nəticə bundan ibarətdir ki, həyat səviyyəsi, eləcə də təhsil və mədəni səviyyənin inkişafı, məşğulluğun artması ağır cinayətlərin azalmasına çox müsbət təsir edir. Sivil, savadlı cəmiyyətlərdə fərdlər arası münasibətlərdə aqressiya xeyli azalır, bu isə kriminogen duruma müsbət təsir göstərir. ABŞ praktikasından görürük ki, bəzi ştatlar ölüm cəzasını saxlayır. Müqayisə üçün qeyd edək ki, afroamerikalılar ABŞ əhalisinin 12 faizini təşkil etsə də, cinayət göstəricilərində onların faizi 70-ə yaxındır. Bu onu göstərir ki, kriminogen vəziyyət əhalinin sosial rifahı ilə sıx bağlıdır. 
Gəlirik yenə bayaq dediyim məsələyə - ağır cəza hər zaman öz çəkindiricilik funksiyasını qoruyur. Bəzi araşdırmalar göstərir ki, 1 ölüm hökmünün icrası 18 nəfəri qəsdən adam öldürmədən çəkindirir. Ancaq tendensiyanı bütün ölkələrdə müşahidə etmək mümkün deyil. Çünki hər ölkədə mentallıq fərqlidir. Cinayət statistikasında ən axırıncı yerlədən birini tutan Yaponiya ölüm hökmünü saxlayıb, baxmayaraq ki, Yaponiyada qəsdən adam öldürmənin faizi cüzidir. Səbəb yaponların milli ənənələrində ölüm cəzasının olmasıdır. Eləcə də bir sıra ərəb ölkələrində cinayət faizi çox aşağıdır. Ancaq onlar ölüm hökmünü ləğv etmirlər. Çünki belə cəza şəriət qanunlarında var. Göründüyü kimi, ölüm hökmünün saxlanmasının cinayətkarlığa konkret təsiri ilə bağlı hər hansı ümumi mülahizələr irəli sürmək mümkün deyil. Mentalitet, zaman içərisindəki ictimai proseslər buna çox ciddi təsir edən faktorlardandır.

- Sərəncamda xüsusi diqqət ayrılan məsələlərdən biri də istintaq müddətində həbs tədbirinin seçilməsidir. Sizin məsələyə baxışınız necədir? Konstitusiyaya görə, hər bir kəsin ədalətli mühakimə hüququ var. Hələlik Azərbaycanda məhkəmələrin işini qənaətbəxş saymaq olmaz. Yeni sərəncamla məhkəmələrin üzərinə düşən əsas vəzifələr sizcə nədən ibarətdir?

- Mənə elə gəlir, prezident sərəncamının ən həlledici məqamı məhz həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Aydın görünür ki, Azərbaycanda bir çox hüquqa zidd hərəkətlər üzrə istintaq müddətində həbs tədbirinin seçilməsi tendensiyası dəyişdirilməsi tələb kimi gündəmə gəlməkdədir. Açığı, müxtəlif hallarda şübhəli şəxslərlə bağlı yeri gəldi-gəlmədi həbs tədbirinin seçilməsi, bəzən ikili standartların tətbiq olunması mənə hər zaman məntiqsiz görünüb. İstintaq gedən vaxt həbs qətimkan tədbiri ağır və xüsusi ağır cinayətdə şübhəli şəxs barəsində istisna tədbir kimi tətbiq edilməlidir. Yetərincə faktlar göstərmək olar ki, xırda hadisələrə, ehtiyatsızlıq üzündən baş verən cinayətə görə, o cümlədən qadınların törətdiyi cinayətlərdə həbs tədbiri seçilir, halbuki buna heç bir zərurət yoxdur. Axı, həbs tədbirinin seçilməsi məhkəmələri məhz azadlıqdan məhrumetmə cəzası verməyə təşviq edir. Söhbət insan taleyindən gedir. Bu məsələ maksimum diqqət, ədalət prinsipinə qeyd-şərtsiz əməl edilməsini tələb edir. Elə hallar da olur ki, ictimai təhlükəli cinayət törətdiyi aşkar olan şəxsə şərti məhkumetmə cəzası verilir. Sözügedən sərəncamla prezident bu məqama xüsusi diqqət ayırıb. Bu da onunla bağlıdır ki, Azərbaycanda azadlıqdan məhrumetmə cəzasının faizi həddən artıq yüksəkdir. Cinayət törədənlərin orta hesabla 16-20 faizi cərimə, 10 faizi şərti məhkumetmə, 42-45 faizi isə azadlıqdan məhrum etmə cəzası alır. Rusiyada isə bu rəqəm (azadlıqdan mərhum etmə cəzası) 30-32 faiz təşkil edir. Müqayisə üçün deyim ki, 2007-ci ildə Almaniyada 575152 cinayətkarın işi məhkəməyə göndərilib, 128046 nəfərə azadlıqdan məhrumetmə cəzası kəsilib, bunun yalnız 41324-ü, yəni 7,2 faizi real, qalanı isə şərtidir. Heç şübhəsiz, cinayət varsa, cəza olmalıdır. Humanistləşdirmə cəzasızlıq mühitinin yaradılması demək deyil. Ancaq qanun pozanların yarısının cəzaçəkmə müəssisələrinə göndərilməsi də çıxış yolu deyil. Bu eyni zamanda dövlət üçün nəhəng xərcdir. İldə yalnız məhkumlara dövlət büdcəsindən 80 milyon vəsait xərclənir. Yalnız məhbuslara... Buraya cəzaçəkmə müəssisələrinin saxlanması və digər xərcləri də əlavə etdikcə dövlət büdcəsinə çox böyük yük yarandığı ortaya çıxar. Ağır olmayan bir sıra cinayətlərlə bağlı Avropa təcrübəsindən yararlanmaq olar. Avropa çoxdan bir sıra cinayətlər üzrə azadlıqdan məhrum etmə cəzasından imtina edib. Xüsusən iqtisadi cinayətlərdə. İqtisadi xarakterli cinayətləri törədənlər məhbəsə göndərilmir və dövlət büdcəsi bu faktdan qazanır. Belə ki, dövlət onların saxlanmasına vəsait xərcləmək əvəzinə, hüquqa zidd hərəkətlər törətmiş şəxslər böyük məbləğdə cərimələr ödəyir. Effektivlik də göz qabağındadır. İldən-ilə bu statistikada azalma müşahidə olunur. Azərbaycan da bu yolla getməlidir. Nəzərə alınmalıdır ki, belə şəxslər cəmiyyət üçün xüsusi təhlükə yaratmır və onların azadlıqdan məhrum edilməsinə ehtiyac qalmır. Söhbət islahdan gedirsə, onları ciddi cərimə ilə bəlkə də daha yaxşı islah etmək olar.

- Azərbaycan qanunvericiliyində alternativ cəzalar da var. Sizcə, hansı səbəbdən onlardan belə az istifadə edilir?

- Söyləmək çətindir. Görünür, nə zamansa sərt tədbirlərin yüksək nəticə verəcəyi düşüncəsi ilə ev həbsi, cərimələr, ictimai işə cəlb etmə, məcburi əməyə cəlb etmə arxa plana keçib və ortaya indiki arzu olunmayan mənzərə çıxıb. Cinayətkarlıqla mübarizədə ən önəmli məqam cinayətkarlıq üçün münbit mühitə qarşı ardıcıl və kəskin mübarizədir. İslam tarixindəki bir fakt mənim hər zaman diqqətimi çəkib. Həzrət Ömərin xəlifəliyi dönəmində quraqlıq olduğu üçün xırda oğurluğun sayı artıb. Aydındır ki, ac qalan əhali çıxış yolu kimi oğurluğa əl atacaq. Şəriət qanunları isə oğrunun əlinin kəsilməsini, bir sıra hallarda edamını tələb edir. Həzrət Ömərə şəriət məhkəmələrinə oğurluq cinayətlərinin çoxalması ilə bağlı xəbər veriləndə o, bir müddət düşünür və qərar verir ki, quraqlıq dönəmində ərzaq oğurluğu üçün cəza tətbiqi dayandırılsın. Çünki o, dərk edir ki, insanlar bunu çıxılmazlıqdan edib və əhalinin rifahı üçün cavabdehlərdən biri də o özüdür. Beləliklə, təbii mühit bərpa olunana qədər Xilafətdə xırda oğurluq cinayət sayılmır. Demək, istədiyim odur ki, bu gün Azərbaycanda oğurluq halları çoxalıbsa, məhkəmələr məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Çünki iqtisadi çətinliklərin, işsizliyin olduğu istənilən cəmiyyətdə əmlak oğurluğu statistikası yüksəlir və belə işlərə baxıldıqda maksimum obyektivlik vacibdir. Durumu dəyişmək üçün xırda cinayət edənlərə ağır cəzalar vermək yox, cəza mühitini aradan qaldırmaq lazımdır. Diqqət yetirsək görərik ki, son illər iqtisadi çətinliklərlə əlaqədar oğurluq hadisələri, soyğunçuluq, quldurluq və dələduzluqla bağlı cinayətlərin statistikasında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur.

Məni narahat edən məsələlərdən biri də medianın cinayət və cəza məsələsində tutduğu mövqedir. Bəzən çox yanlış tendensiya müşahidə olunur - mediada “qanuni oğrular”ın az qala qəhrəman obrazı yaradılır. Başa düşmək lazımdır ki, bu şəxslər cinayətkardır. Bizim məqsədimiz sivil, qanunların ali olduğu cəmiyyət yaratmaqdırsa, qanunları pozanların təbliğinə son qoyulmalıdır. Başqa bir məqam penitensiar sistemdəki islahatların təbliğidir. Çox müsbət haldır ki, ölkədə məhbusların saxlanma şəraiti yaxşılaşdırılır. Ancaq media bu təbliğatda tərif tonunu elə yüksək həddə müəyyən edir ki, sanki cinayət törətməyin təbliğatı gedir. Belə həssas məqamlarla bağlı diqqətli olmaq lazımdır. Göründüyü kimi, məsələ həddən artıq çox şaxəlidir və maksimum duyarlılıq, konkret məsələlərin qoyuluşu zamanı incə xətlərin gözlənilməsini tələb edir. Ümid edək ki, Azərbaycanın məhkəmə-hüquq sistemi sərəncamda qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi üçün maksimum əmək sərf edəcək.
Oxşar xəbərlər
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”