Atalarının gözü qabağında oğlanlarla görüşən dayım qızları
Oxunub: 3443
04 Feb 2017 | 16:30
Atalarının gözü qabağında oğlanlarla görüşən dayım qızları

 Moderator.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

 

 Əvvəli: 

Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

Romandan parça (IV)

Romandan parça (V)

Romandan parça (VI)

Romandan parça (VII)

Romandan parça (VIII)

Romandan parça (IX)

Romandan parça (X)

 

 

...Bircə o yadımdadı ki, zavallı başım həkimlərin əlinə düşəndə ağaclar çılpaq, havalar soyuq idi. Şüurum yerinə gələndə isə harda olduğumu kəsdirə bilmədim. Önümdə böyük pəncərələr açılırdı, pəncərədən yamyaşıl ağaclar görsənirdi. Yan-yörəmdə bir tanış üz tapa bilmirdim. Qonşu çarpayıda yatan yaşlı qadın qara-qara əncirləri soyub əlindəki dərmanları iki-iki əncirin içinə qoyurdu, ardınca da başını geri qanırıb əncirləri ağzına atırdı. Hər ənciri udandan sonra “Qadamı alasan ağzımın içini görsən” deyib üzümə baxır, qəhqəhə çəkirdi. Əvvəlcə anlamırdım niyə belə deyir, kimə deyir. Hərdən onun atmacasını özümə çıxırdım, sonra bildim ki, deməyəsən, dərmanları bu “bicliklə” udurmuş, sataşdığı da mən yox, dərmanlarmış.

 

Çarpayıda nə qədər uzanılı qaldığımı bilmədim. Düşünürdüm ki, məni yenə qara basır. Bu hallar məndə uşaqlıqdan olurdu; balaca vaxtı qarabasmadan çox qorxardım, böyüdükcə gözümə görünən əcinnələrə alışdım. Bəzən yeməyə oturanda masanın ayaq ucunda həvədiş, uzunsaqqal bir kişi də mənlə qabaq-qənşər otururdu. Qəfildən qalxıb hoppanırdım masanın o biri başına, elə bilirdim bu əcaib məxluqu indicə tutub saxlayıb hamıya göstərəcəm. Dediklərimə nənəmdən başqa heç kəs inanmazdı; deyərdi, fikir vermə, səni qara basır, gözünə bir şey görünən kimi ucadan “bismillah” de. Hər gecə namazını qılıb yatağına uzananda nənəm kəlmeyi-şəhadətini deməmiş gözlərini yummazdı. Məni də öyrətmişdi, kefimə düşəndə şəhadətimi oxuyurdum. Gecə yuxuya getməmiş qara məni basanda deyirdim, ay nənə, o eybəcər kişilər yenə gəlib; nənəm də qayıdırdı ki, sən kəlmeyi-şəhadətini deməmisən, buna görə onlar sənin üstünə ayaq açıblar...

 

Mənim əcinnələrimdən seçilməyən çarpayı qonşum əncirləri udub ayağını sürüyə-sürüyə qapıya gedən kimi mən gözlərimi yumub uca səslə bir kəlmeyi-şəhadət çevirdim. Gördüm, yox, arvad yenə qayıdıb mənlə üz-üzə oturdu, hətta mənə bir ağız da güldü ki, qoca arvadlar kimi mollalıq eləyirəm. Yavaş-yavaş anladım ki, bu, qarabasma deyil. Güclə dikəlib çarpayının ortasında oturdum. Əllərim, qollarım nazilib çöpə dönmüşdü, sinəm quru taxta kimiydi. Birtəhər yerimdən qalxıb pərdəsiz enli pəncərənin önünə gəldim. Həyətdə adamlar qaynaşırdı. Ağ xalatlı bir xeyli qız-gəlin görəndə anladım ki, xəstəxanadayam.

 

Boynumun arxasından başımın ortasına doğru bir damar ağrı qaçdı. İki əlimin ikisini də eyni anda başıma apardım, elə bildim başım həmişəki ağırlığında deyil. Barmaqlarım təpəmin ortasında çataqlandı. Gözlərimə qaranlıq çökdü, bütün qanım başımın içində gölləndi elə bil. Əllərim sanki başıma yox, tikanlı bir şeyə toxundu. Qollarımı yanıma salıb bir də başıma əl atdım. Ağlımdan keçənlərdən üşəndim, əl havasına saçlarımı axtardım, tapa bilmədim. Gözlərim qaraldı, tavan ayağımın altında qaldı. Var gücümlə bağırdım:

 

- Mənə güzgü verin! Mənə güzgü verin!..

 

Ağ xalatlılar göz qırpımında içəri doluşdular. Başı kəsilmiş toyuq kimi partlayırdım. Hamı mənə mərhəmətlə baxırdı. Göyçək bir tibb bacısı məni dikəldib bərk-bərk sinəsinə sıxmışdı. Mən dayanmadan qışqırır, ağlayır, güzgü istəyirdim. Birdən o göyçək xanım məni buraxdı, yanındakılardan birinə güzgü gətirməyi tapşırdı.

 

Güzgünü əlimə alanda birinci üzümə tutmadım, sinəmə sıxdım, sonra ətrafdakılara məhəl qoymadan yavaş-yavaş üzüm boyu qaldırdım. Yox, güzgüdən baxan mən deyildim; ovurdları batıq, gözləri quyu dibində, başı keçəl, cinsi bəlli olmayan bir məxluq idi!

 

Anamın bətnində cərrah bıçağını gördüyüm o gündən keçmiş 19 ildə belə zədə, belə zərbə almamışdım. Sən demə, o vaxtacan cənnətlə cəhənnəmin sərhədlərində dolaşırmışam. Mənim cəhənnəmim qulac-qulac saçlarımın qırxıldığı başımı görəndə od aldı, bura qədər yaşadıqlarım bunun yanında heçnəydi.

 

Güzgünü divara fırladıb özümü ağzı üstə yerə çırpdım...

 

***

 

Xəstəxana divarları ömrümün ən gözəl illərini əlimdən aldı. Gündüzləri yenə birtəhər yola vermək olurdu, gecələrim başdan-başa işgəncəydi. Gözlərimə yuxu getməzdi, çarpayıda oturub səhərəcən düşünərdim, öz-özümə danışardım, bəzən də öz-özümə gülərdim. Palata yoldaşlarım məni dəli sanırdılar ”“ ağlım bunu görməyəcək qədər qaçmamışdı.

 

Doğmalarım başımın üstündəydi, Dostum, ancaq mən xəstəxana divarları arasında hamıdan çox Səni gözlədim. Gecələr gizlicə danışdığım da, küsdüyüm, küsüb barışdığım da Sən idin. Heç kimə uyuşa bilmirdim, heç kimə dərdimi-sirrimi aça bilmirdim. Bir balaca özümə gələndə əzizlərimə yalvarırdım ki, məni burdan götürüb aparsınlar.

 

Bir ara paytaxtdan əyalətə göndərilmiş qardaşım Aqil bu müddətdə yenidən Bakıda işə düzəlmişdi. Atam çoxdan köçüb şəhərə gəlmiş dayımın vasitəsilə bizə paytaxtda ev almışdı. Özümü qərib sandığım bu yad şəhərdə Aqil məni bir dəqiqə yalqız buraxmırdı, nişanlısı Fəridə də az qala mənim palata yoldaşım olmuşdu.

 

Uzun müddət güzgüyə baxa bilmədim ”“ aynalardan küsmüşdüm, heç üzbəsurət durub danışdığım insanların gözündə də özümə baxmaq istəmirdim, suçlu kimi gözümü gözlərdən yayındırırdım. Əvvəlki görkəmimi qaytarmaq üçün indi ömrümün qalanından keçərdim. Düzdü, mən bundan irəli də elə gözəl deyildim, ancaq başıma gələnlərdən sonra anlamışdım ki, sən demə, mənim bütün gözəlliyim elə o şabalıdı qıvrım saçlarımdan ibarət imiş.

 

Fasilələrlə düz iki il xəstəxanalarda yatdım, o iki il ərzində beynimdən iki ağır əməliyyat keçirdim, ikisində də saçlarım dibindən qırxıldı. Birinci əməliyyatdan sonra qırxılmış saçlarımı bibimin yalvarışları müqabilində ona vermişdilər. Bibim mənim saçlarımdan balaca bir yastıqça düzəltmişdi, mən ölümlə əlləşdiyim vaxtlarda hər gecə o yastıqçanı üzünün altına qoyub qoxulaya-qoxulaya yatırmış.

 

O yastıqçanı bibim son gününəcən qoruyub saxladı. Hərdən zarafatla deyirdim, mama, qaytar özümə saçlarımı. Oğluna vəsiyyət eləmişdi ki, öləndə mənim saçlarımdan düzəltdiyi yastıqçanı üzünün üstünə qoysunlar (Nənəmin də buna bənzər bir vəsiyyəti olmuşdu ”“ dünyadan cavan getmiş qardaşının təsbehini, köynəyini nənəmlə birgə məzara qoymuşdular). Ancaq Telli mamanın vəsiyyətinə əməl olunmadı, qəbirə sallandığı gün o yastıqça tapılmadı ki, tapılmadı...

 

...İki ildə mən bu işıqlı dünyadan, bu gözəlim həyatdan sürgün olundum. O günləri yada saldıqca yaşanmışları bir də yaşayıram, üstümə qaranlıq çökür, qapqara qatı tüstü Sənin işığınla dolmuş içimə yol tapıb boğur məni. Mən Sənin cənnətində o cəhənnəm tüstüsünün hisinə bulaşmaq istəməzdim, Dostum, heç istəməzdim...

 

Çox şey silindi yaddaşımdan o iki ildə. Hərdən Əliyə də içimdən nifrət püskürürdü, elə bilirdim bütün bəlalara məni o salıb. Amma yenə o xəstəxananın palçıq rəngli künclərində gecə-gündüz onun yolunu gözləyirdim. Bilirdim gəlməyəcək, yenə də gözləyirdim. Kimsə mənə nəsə maraqlı bir əşya gətirəndə saatlarla onun tamaşasına dururdum, elə bilirdim o əşyanın içindən Əlinin məktubu çıxacaq. Bilirdim məktub-zad yoxdu, yazılmayıb, yazılmayacaq ”“ bilə-bilə gözləyirdim. Fəridə bir gün yenə dedi ki, istəsən Əlini tapıb bura ”“ xəstəxanaya gətirdə bilərəm. Qəti razılaşmadım; bilsəydim ki, onu görsəm ikinci əməliyyata ehtiyacım qalmayacaq, yenə razılaşmazdım. Heç vaxt istəməzdim o məni elə bir görkəmdə görsün. Bununla belə, elə hey gözləyir, gözləyir, gözləyirdim...

 

...Onda elə bilirdim mən onu gözləyirəm. İndi başa düşürəm ki, Səni gözləyirmişəm, Dostum, Səni, Səni, Səni...

 

***

 

Axırıncı yoxlamalardan sonra həkimin nə dediyilə heç maraqlanmırdım da. Ötən müddətdə qardaşım Kamilin iki qızı dünyaya gəlmişdi, mehrimi o uşaqlara salmışdım. Artıq həyatdan bir yenilik, bir sevinc, bir xoş üz gözləmirdim.

 

Belə yekrəng günlərin birində qardaşım Aqil paytaxtdan kəndə gəldi. Bir axşam atam-anamla nəyin üstündəsə uzun-uzadı mübahisə, çək-çevir elədi, səhəri də mənə dedi ki, hazırlaş, səni özümlə Bakıya aparıram.

 

İnan ki, içimdə bircə hüceyrə də yerindən tərpənmədi, sevinc bir yana, heç qüssə də oyanmadı. Sakitcə:

 

- Heç yerə getmirəm, heç nə də istəmirəm, - deyib nənəmin otağına çəkildim.

 

Aqil üç gün məni dilə tutdu, yalvardı, inandırmağa çalışdı. Hələ də bilmirəm onu bu qərara gəlməyə kim, nə vadar eləmişdi. Razılığa gəldiyimiz günün səhəri məni qonşu erməni kəndinin dükanına apardı, dükandan dörd cür parça aldı, elə o kənddə yaşayıb-işləyən adlı-sanlı erməni dərziyə fərqli modellərdə yaraşıqlı paltarlar tikdirdi. Qısası, bircə həftənin içində Aqil məni başdan-ayağa şəhər dəbinə uyğun bəzədi, özü də bütün bunların müqabilində atamdan bir qəpik almadı.

 

Evdən çıxanda Kamilin o iki qızından ötrü ağladım. Vəssalam. Qalan heç kimdə, heç nədə gözüm qalmadı.

 

***

 

Bakıda Aqil məni texniki peşə məktəblərindən birinin iki illik dərzi kursuna qəbul elətdi. Onu bu fikirdən daşındırmaq üçün çox minnət elədim, çox yalvardım:

 

- Axı dərzilik mənim nəyimə lazım? Oxumağımı istəyirsənsə, qoy instituta girim, - dedim.

 

Bunun qarşılığında Aqil:

 

- Mən səni dərzi olasan deyə oxutmuram, - dedi, - istəyirəm o xarabadan çıxasan, cəmiyyətə qarışasan. Həm də burda oxumaq səni yormayacaq, kefin istəyəndə gedib özünü göstərəcəksən...

 

Məni yola salanda anam uzun bir çıxış eləmişdi, mənə bərk-bərk tapşırmışdı ki, birdən oralarda Əlini axtarıb tapmaq fikrinə düşərəm. Belə bir iş tutaramsa, məni dərhal kəndə qaytaracağına and içmişdi.

 

Bəri başdan deyim ki, anamın gözləri Bakıda da məni güdməyindən qalmadı. Şəhərdə bizlə qonşu olan dayımla arvadı gecə-gündüz məni izləməklə zəhləmi tökdülər. Məni səbəbsiz bir qəzəblə Əliyə qısqanan dayım qızları sonralar istədikləri oğlanlarla elə atalarının gözü qabağındaca görüşürdülər. Mənim sevgimə ikrahla baxan dayım da, dayım arvadı da illər sonra görüşdən gələn qızlarını qarşılamaq üçün dəqiqələrlə, bəzən saatlarla dayanacaqda durub, gələn avtobusların içinə boylanırdılar...

 

Bilmirdim hara gedirəm, necə bir yerə gedirəm. Sentyabrın biri günü Aqil məni filan qədər pul hesabına adımı yazdırdığı peşə məktəbinə apardı. Əvvəlcə məktəbin yolunu mənə tanıtdı, çatandan sonra da məni müəllimlərlə tanış eləyib, uzaq bir şəhərə ezamiyyətə getdi.

 

İlk günlər çox sıxılırdım. İnsafən məktəbin şəraiti yaxşıydı. Həftənin üç gününü tədris korpusunda, üç gününü də istehsalat korpusunda olurduq. Tələbə yoldaşlarıma alışa bilmirdim. Qrupumuzda məndən, bir də üç erməni qızından başqa heç kəsin şəhərdə evi yoxuydu, qızlar hamısı yataqxanada qalırdı.

 

Oktyabr ayında artıq bütün məktəb məni barmaqla göstərirdi, ancaq içim yenə də qımıldanmırdı. Məni dərsə dayım aparır, evə Hakim qaytarırdı. Əlini görmək əsla könlümdən keçmirdi. Məktəbdəki uğurlarım da üzümü güldürmürdü. Doğmalarımın hamılıqla məni güdməsi doğulandan azadlığa dartınan ruhumu müdam əzir, incidir, sıxırdı.

 

Hələ də nişanlı olan Aqil gərgin işləyir, qazancının çoxunu bizə xərcləyirdi. Hakimlə məndən kiçik bacım Sevil ali məktəbdə oxuyurdular. Aqil mənim əyin-başıma ayrıca diqqət göstərirdi, yemək-içmək sarıdan da qəti korluq çəkmirdik. Dərziliyə heç bir meylim, həvəsim olmasa da, artıq noyabrda ilk işimi başa gətirdim ”“ özümə yubka tikdim.

 

Məktəbdə keçirilən tədbirlərin gözüydüm ”“ həm təşkilatçılıq, həm də aparıcılıq eləyirdim. Müəllimlərim mənim nədən ali məktəbə sənəd vermədiyimi, peşə məktəbini seçdiyimi heç cür anlaya bilmirdilər. Yavaş-yavaş şəhərə də, tələbə yoldaşlarıma da alışıb-yovuşurdum. Bircə şey hələ də zəhləmi tökürdü: anamın şəhərdəki canlı kamerası olan dayım daim məni izləyir, bu gərgin fəaliyyətdən heç yorulub usanmırdı. Gedəcək bir yerim də yoxuydu, dərslər bitən kimi evə qayıdırdım. Dərsdən sonra hərə öz yuvasına qaçırdı, mənsə dayanacaqda boynumu büküb Hakimi gözləyirdim ki, nə vaxt bu da dərsdən çıxıb avtobusla uzun-uzadı yol gələcək, gəlib məni götürüb evimizə aparacaq. Şəhərdəki evimizin də bazarlığı, biş-düşü mənim boynumdaydı. Üstəlik, dayımın balalarına da baxırdım ”“ kimisini məktəbə aparır, kimisini də bağçadan gətirirdim.

 

Dostum, peşə məktəbində də mənim ömrümə çox dərin iz salacaq bir insanla rastlaşdım...

 

ardı var

(Kulis.az)

Oxşar xəbərlər
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq