“AXC hakimiyyəti arxivləri açsaydı, 20 Yanvarın çox sirri də açılardı...”
Oxunub: 6140
20 Jan 2017 | 21:38
“AXC hakimiyyəti arxivləri açsaydı, 20 Yanvarın çox sirri də açılardı...”
Qara Yanvar qətliamından 27 il ötsə də, barəsində nə qədər araşdırmalar aparılsa, məqalələr, kitablar yazılsa da, bu müdhiş faciənin sirli məqamları həddindən artıq çoxdur. Və həmin olayları qismən də olsa, obyektiv   araşdırmaq üçün onların sıravi iştirakçılarından tutmuş hərəkat liderlərinə, Əbdürrəhman Vəzirova, Qorbaçovadək hər kəsi dindirmək, yüzlərlərlə cild kitab yazmaq lazımdır. Faciədən ötən hər ildönümündə, demək olar ki, eyni keçmiş dövlət adamları, hərəkat liderləri, fəal iştirakçılardan müsahibələr götürülür. Və danışanların əksəriyyəti məsuliyyəti öz üzərindən  atıb başqalarını günahlandırmağa çalışır. Beləliklə, ortaq bir nəticəyə gəlinmir və icitimaiyyətin fikri əsl hədəflərdən yayındırılır... 

Moderator.az -ın məxfi konspiroloq-eksperti öz müsahibəsində "Qara Yanvar"la bağlı bir çoxu bu günədək deyilməmiş, tamamilə fərqli fikirlər söylədi.

- Bu günə kimi əksər tanınmış siyasət adamları və politoloqlar belə hesab edir ki, SSRİ-nin sonuncu prezidenti M.Qorbaçov 1990-cı ilin yanvarında Bakıya xüsusi hazırlanmış qaniçənlərdən ibarət hərbi birləşmələr yeritməklə Sovet imperiyasını qorumağa çalışırdı.  Siz necə düşünürsüz?


- Allah 20 Yanvar şəhid və qurbanlarına rəhmət eləsin! Bizim əsas səhvlərimizdən  biri də odur ki, Azərbaycandakı digər hadisələrə olduğu kimi, 20 Yanvar faciəvi olaylarına da dar çərçivədən, uzaqbaşı, SSRİ miqyasından baxırıq. Olayları düzgün təhlil etmək üçün  öncə onlara qlobal dünya prosesləri bucağından baxmaq lazımdır. O ərəfədə  planetdə hansı proseslər baş verirdi? O zaman SSRİ və bütün keçmiş sosialist məkanında “yenidənqurma” islahatları adı altında əslində nəhəng bir imperiyanın, sosializm sisteminin çökmə prosesi gedirdi. İkincisi, bilmək lazımdır ki, SSRİ-nin və sosialist sisteminin qurulması da, dağılması da eyni mərkəzdən idarə olunub. Və SSRİ-ni nə quranlar, nə də dağıdanların müsəlmanlara, türklərə, o cümlədən Azərbaycan xalqına canı yanır. Onlar öz planlarını həyat keçirmək üçün Makiavellinin məşhur “məqsəd vasitələrə haqq qazandırır” prinsipi ilə hər cür alçaqlıq, əxlaqsızlıq, cinayət və qətliama əl atırlar. 


SSRİ  - həmin məkanda yaşayan xalqların üzərindəki bir eksperiment idi.  “Yenidənqurma” illərində  baş verən digər faciəvi olaylar kimi, 20 Yanvar da eyni məkanda digər bir eksperimentə keçidin başlanğıcına aparan pillələrdən biri oldu. Bu mənada 20 Yanvar faciəsi qlobal bir hadisə idi... Və  sovet məkanında belə olayların əsas icraçısı Sovet İttifaqı Kommunist Partiyasının (Sov.İKP MK) baş katibi və SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov idi... 

“Qorbaçov 20 Yanvarı SSRİ-ni dağıtmaq üçün törətdi...”


- Bəs Qorbaçovun arxasında kimlər dayanırdı? 

- Artıq orta savadlı bir şəxsə də aydındır ki, Qorbaçovu idarə edən əsasən dövlət kimi ABŞ, Böyük Britaniya, İsrail, Fransa vasitəsi ilə planlarını həyata keçirən super güclər  idi. Və onların məqsədi SSRİ-ni çökdürüb Yeni Dünya Düzəninin inşasına başlamaq idi. Deməli, Qorbaçovun atdığı hər addım üzdə “sovet xalqının gələcək rifahı naminə” adlansa da, əslində imperiyanın parçalanmasına yönəlmişdi. Qorbaçovun və SSRİ rəhbərliyinin Azərbaycana münasibətinə də, onların törətdiyi Yanvar faciəsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Əgər Qorbaçov ABŞ-ın, Qərbin adamı idisə, deməli, məntiqlə Yanvar faciəsində dolayısıyla ABŞ və Avropanın da əli var idi... Və Alma-Atı, Fərqanə, Qarabağ, Tiflis, Vilnus və s. hadisələri kimi Bakıda qətliam təşkil edilməsinin də göstərişi Qərbdən, transmilli güclərdən gəlmişdi. Yəni burada məqsəd heç də SSRİ-ni qorumaq deyil, əksinə, onu dağıtmaq idi. Çünki  Kommunist Partiyasının tabeliyində olan  sovet ordusunun  vəhşi hücumlarıyla müşayət olunan 20 Yanvar kimi faciələr həm partiyanı, həm də ordunu gözdən salırdı. Yadınızdadırsa, Qara Yanvardan sonra Bakıda və bölgələrdə kommunistlər kütləvi şəkildə biletlərini atmağa, yandırmağa başladılar. Bu “alov” tezliklə Orta Asiya və digər respublikalara da sıçradı...  
Üçüncüsü, aydınlaşdırmaq lazımdır ki, Yanvar hadisələrində üzdə olan əsas iştirakçı və maraqlı tərəflər kimlər idi. 

- Siz necə hesab edirsiniz,  20 Yanvar faciəsinin törənməsində kimlər maraqlı idi?

- Əvvəlcə iştirakçıları sadalayaq. Birincisi, birbaşa Qorbaçovun komandası ilə idarə edilən Əbdürrəhman Vəzirovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və onun təsiri altında olan Nazirlər Soveti, ikincisi, Azərbaycan xalqının maraqları, Qarabağın erməni təcavüzündən müdafiəsi, müstəqil dövlət qurulması uğrunda mübarizə apardığını iddia edən Əbülfəz Elçibəyin lideri olduğu Azərbaycan Xalq Cəbhəsi, üçüncüsü, “respublikada qanun-qayda yaratmaq” adı ilə ölkəyə yeridilmiş sovet ordusu hissələri və dördüncüsü, Kremlin  və onun xətti ilə İrəvanın maraqlarını həyata keçirən təxrbatçı qüvvələr və beşincisi, bu dördü arasında çaş-baş qalmış xalq kütlələri, milli suverenlik, demokratiya uğrunda səmimi mübarizə aparan sadə insanlar... Faciə törənməsində maraqlı tərəflər isə öncə dediyimiz qlobal güclər, onların əmri ilə SSRİ-ni parçalamaq məqsədi güdən Qorbaçov və onun Kompartiya, DTK və “QRU”-nun ələ alınmış əksər hissəsindən ibarət komandası, torpaqlarımızı mümkün qədər işğal etməyi planlaşdıran erməni daşnakları, Azərbaycanda gələcəkdə hakimiyyəti ələ keçirməyi planlaşdıran qüvvələr, eləcə də dolayısıyla onlara dəstək verən müxalifətin yalnız hakimiyyət uğrunda mübarizə aparan qeyri-sağlam hissəsi... 


Eyni zamanda buraya Bakı neftində gözü olan xarici transmilli korprorasiyaları da əlavə etmək lazımdır. Xüsusilə, cəmi 4 il sonra - 1994-cü ildə “Əsrin müqaviləsində”   neftimizə ən çox investisiya qoymuş  “BP”,  “Amoco” kimi şirkətlər “yenidənqurma” illərindən SSRİ-dəki ən gəlirli regionlara öz agentlərini yerləşdirməyə başlayıblar...  Onların da ağası hələ XIX əsrin sonlarından Bakı neftini “sümürməyə” başlamış Rotşildlər kimi super oliqarx nəsilləridir... 

“Xalq Cəbhələrini  Qorbaçovun göstəriçi ilə  kompartiya və “KQB”-nin Qərbə satılmış qanadı yaratmışdı...”

- 20 Yanvar  ərəfəsində Azərbaycan rəhbərliyinin ayrı-ayrı fərdləri çıxmaq şərti ilə sırf Kremlin nəzarətində davrandığı aydın idi. Bəs AXC? 

-Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, Yanvar hadisələrinədək AXC necə formalaşmış və hansı yolu keçmişdi. Artıq bir çox beynəlxalq və yerli siyasətçi, eləcə də siyasətşünaslar Baltikyanı ölkələrdən başlayaraq keçmiş SSRİ məkanında bütün xalq cəbhələrinin Qərbin planı və Qorbaçovun xeyir-duası ilə yarandığını təsdiqləyirlər. 33 il SSRİ DTK-da çalışmış keçmiş DTK generalı Vyaçeslav Şironin özünün  “Yenidənqurma agentləri” kitabında yazır: ”...1988-ci ilin avqustunda Siyasi Büro üzvü, Sov.İKP MK-nın ideolgiya üzrə katibi Aleksandr Yakovlev (Qorbaçovun ən yaxınlarından biri olan bu adam 1960-cı illərdə ABŞ-ın Kolumbiya Universitetində təcrübə keçən zaman MKİ tərəfindən ələ alınıbmış) Litvanın paytaxtı Vilnüsə gəlmişdi. O, yaranmaqda olan “xalq cəbhələri”nin liderləri ilə görüşdü və onların əsas məqsədinin SSRİ-dən ayrılmaq olduğunu bildikdə ikili oyuna başladı. O açıq çıxışlarında “xalqlar dostluğu”ndan dəm vurur, arxada isə öz “şagirdlərinə” qarşıya qoyulmuş məqsədə çatmağın taktika və strategiyasını öyrədirdi. Sonradan Litva KP MK-nın ikinci katibi V.N.Şved bəyan etmişdi ki, Yakovlev həmin səfərində demək olar ki, 1991-ci ilin yanvarında, yəni sovet ordusunun Vilnüsdəki qırğınına aparan proseslərin ideoloji-nəzəri əsaslarını hazırladı. Yakovlevin Vilnüs səfərindən sonra “Sayudis” (Litva Xalq Cəbhəsi) hiss etdi ki, artıq onu əsas siyasi gücə çevirirlər. Buna görə də təşkilat liderləri faşist ideologiyasından seçilməyən “Litva- yalnız litvalılar üçündür” şüarları ilə hakimiyyətə can atdıqlarını və əsas məqsədlərinin SSRİ-ni dağıtmaq olduğunu etiraf etdilər... 

“AXC Polyaniçkonun “Alimlər klubu”nun “şineli”ndən çıxmışdı...”


- Sözünüzdən belə çıxır ki, Azərbaycanda da Xalq Cəbhəsi “KQB”nin patronajlığıyla qurulub? 

 -Bəli. Oxşar ssenari Azərbaycanda qurulmuşdu. 1988-ci ildə Azərbaycan KP MK-nın II katibi V.Polyanişkonun xeyir-duasıyla Elmlər Akademiyası əməkdaşları və bəzi ali təhsil ocaqlarının müəllimlərinin iştirakıyla Alimlər Klubu yaradıldı. Həmin qurumun bazasında isə 16 iyul 1989-cu ildə AXC yaradıldı və AXC İdarə Heyəti formalaşdı. İdarə heyətinin formalaşması çox maraqlı şəkildə baş verdi. Hansı əsasda tutulması aşağılara bəlli olmayan Əbülfəz Elçibəy, İsa Qəmbər, Zərdüşt Əlizadə, Leyla Yunus, Nemət Pənahlı, Etibar Məmmədov, Ələkrəm Hümbətov, Pənah Hüseyn, Hikmət Hacızadə və s. dən ibarət  15 nəfərlik siyahı yarımgizli konfransda birbaşa səsverməyə qoyuldu və təsdiqləndi. Sonradan “aşağıların” təkidi ilə həmin siyahıya Rəhim Qazıyev də əlavə edildi. Azərbaycanın bu günədək başına gələn hadisələrdə,  xalq hərəkatının və sonradan AXC-nin özünün parçalanmasında, partiyalar arasındakı düşmənçilik həddinə çatan ziddiyyətlərdə,  hakimiyyət çevrilişlərində, o cümlədən  20 Yanvar faciəsində, eləcə də Qarabağın işğalında 16 iyul 1989-cu il tarixinin böyük rolu var... 

“AXC İdarə Heyətinə bilərəkdən biri-birinə zidd baxışlı fiqurlar yerləşdirilmişdi...” 

Həmin 16 nəfər arasında  bəzilərinin birbaşa Rusiya və Fransa kəşfiyyatları ilə əlaqəli olduğu, hətta İrəvana gedib Azərbaycana qarşı çıxışlar etdiyi sonradan təsdiqləndi. Amma qalanlar  arasında kimlərinsə “KQB”, yaxud digər xarici kəşfiyyat orqanı ilə əlaqədə olduğunu söyləmək üçün əlimizdə sübut yoxdur.  Ola bilsin, onların əksəriyyəti Vətənini, xalqını ürəkdən sevən kəslər idi. Amma fakt hamının gözü qarşısındadır ki, AXC İdarə Heyətində sanki bilərəkdən, Azərbaycan xalq hərəkatını və bütövlükdə xalqın potensialını gələcəkdə parçalamaq məqsədilə ideoloji baxışları və xarakterləri tamamilə bir-birinə zidd olan şəxslər toplanmışdı. Diqqət edin; Zərdüşt Əlizadə- İsa Qəmbər, Etibar Məmmədov-İsa Qəmbər, Nemət Pənahlı-Zərdüşt Əlizadə və s. ziddiyyətləri sonradan özünü hansı proseslərdə, hansı məqamlarda biruzə verdi? Məhz 20 Yanvar ərəfəsində də AXC rəhbərliyində radikal və liberal deyə iki qanadın ayrılması, Nemət Pənahlının, Rəhim Qazıyevin, Zərdüşt Əlizadənin və Leyla Yunusun istefası və nəticədə təpədən-dırnağa silahlanmış imperiya ordusu ilə üz-üzə qalmış xalq kütlələrini çaş-baş vəziyyətə düşməsində də bu amil öz rolunu göstərdi. Yeri gəlmişkən, 1993-cü ildən bəri Azərbaycan müxalifətində gedən parçalanmalar, qarşılıqlı ziddiyyətlər və bir neçə il öncəki “Milli Şura” oyununun, liderlərin qarşıdurmaları da məhz 1980-ci illərdən SSRİ və Qərb xüsusi xidmət orqanlarının Azərbaycan xalq hərəkatı və AXC-yə yerləşdirdiyi“gecpartlayan minaların” “qızışması”nın nəticəsidir... 

“AXC hakimiyyəti arxivləri açsaydı, 20 Yanvarın çox sirri də açılardı...”

Təəssüf ki, 1992-ci ildə   Xocalı, Şuşa, Laçın faciələri fonunda radikallaşmış xalqın potensialından istifadə edərək hakimiyyətə gəlmiş AXC rəhbərliyi Bakıdakı “KQB” arxivlərinin açılmasına,  vətənə, xalqa xəyanət edən ikiqat-üçqat agentlərin ifşa olunmasına imkan vermədilər. Halbuki, Baltikyanı və Şərqi Avropanın keçmiş sosialist ölkələrində Lüstrasiya haqqında Qanun qəbul edilərək Moskvaya bağlı arxivlər açıldı. Kimin kim olduğu bilindi. Keçmiş “KQB” agentləri siyasi həyatdan və dövlət orqanlarında vəzifə tutmaqdan kənarlaşdırıldı. Amma torpaqları faktiki Rusiya tərəfindən işğal edilmiş Gürcüstanda arxivlər 1992-ci ildəki çevriliş zamanı guya təsadüfən yandırıldı. Azərbaycanda isə arxivlər açılmadı və nəticədə Rusiya və digər xarici ölkələr öz agentura şəbəkələrini işlətməkdə davam etdilər. Hələ 1990-cı illərin sonunda Mirzə Xəzər “Azadlıq” radiosuyla bir çıxışında demişdi ki, ABŞ MKİ-nin hesablamasına görə, Azərbaycanda 80 min nəfər Rusiya agenti var. O vaxt Azərbaycanın əhalisi 8 mln. nəfər idi. Belə çıxırdı ki, hər 100 nəfərdən biri “KQB-FSB” agentidir. Bu nəhəng bir şəbəkə deməkdir.  İnanın ki, Qarabağın işğalında və bu gün azad edilməməsində, eləcə də hüquqi baxımdan müstəqil(!) bir ölkənin korrupsiya bataqlığından çıxa bilməməsində keçmiş “KQB” şəbəkələrinin böyük rolu var. Elə Qara Yanvarın da, 20 Noyabr vertolyot qəzasının da sirləri xeyli hissəsi də Moskvaya qaçırılmış “KQB” arxivlərində yatır... 

“Qara Yanvarın hədəfində həm də  Bakının “qara qızılı” idi...”

Amma 20 Yanvarın mahiyyətini tam anlamaq üçün  hələ 1918-ci ildə general Tomsonun başçılığıyla ingilis qoşunlarının Bakıya gəlişindən Xəzər neftində gözü qalmış Böyük Britaniyanın “Mi-6” kimi kəşfiyyatlarının arxivi ilə də maraqlanmaq lazımdır... Çünki Azərbaycandakı dövlət çevrilişlərində “Mi-6”-nın kurasiyasında olan “BP”-nin də böyük rolu olduğu deyilir. Çünki “Qara yanvar”ın bir hədəfi də  Azərbaycanın “qara qızılın”ın Moskvanın nəzarətindən çıxarılması idi...


Ardı olacaq...

Sultan Laçın
Oxşar xəbərlər
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə  olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar”
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO