İlham Rəhimov: “Lavrov Rusiyanın yox, Ermənistanın xarici işlər naziri kimi danışıb”
Oxunub: 2833
20 Jan 2017 | 18:06
İlham Rəhimov: “Lavrov Rusiyanın yox, Ermənistanın xarici işlər naziri kimi danışıb”
Hüquq professoru İlham Rəhimovun fikrincə, Rusiya xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikrə görə açıqlama verməlidir.

Professor İlham Rəhimov “Yeni Müsavat”-a müsahibə verib. Həmin müsahibənin 1-ci hissəsini təqdim edirik: 

- İlham müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan jurnalistinin sualına cavabında “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” fikrini səsləndirməsi ən müxtəlif dairələrdə müzakirə olunmaqdadır. Siz bu bəyanatı necə şərh edirsiniz?

- Məsələ burasındadır ki, Lavrov bu fikri bir qədər fərqli ifadə edib. O, deyib ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq Azərbaycanın daxili məsələsi deyil. Bu, çox ciddi bəyanatdır. Birincisi ona görə ki, belə açıq münasibət ilk dəfədir səslənir. İndiyə qədər analoji bəyanat olduğunu xatırlamıram. İkincisi ona görə ki, bu fikri çox yüksək dövlət vəzifəsi tutan şəxs deyir. Sergey Lavrov sıradan siyasətçi, deputat, politoloq, jurnalist deyil, o, Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət idarəsinə başçılıq edir. Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycandakı bir sıra media orqanları Rusiyanın ayrı-ayrı politoloqlarını yanlış olaraq prezident Putinin siyasi məsələlər üzrə müşaviri kimi təqdim edir. Prezident Vladimir Putinin belə müşavirləri yoxdur, ola bilər, onlar hansısa ictimai palataların üzvləridir və Rusiya prezidenti də həmin qurumun rəhbəridir. Dediyim kimi, son bəyanatın ciddiliyini müəllifin politoloq, jurnalist yox, XİN rəhbəri olması da artırır. Lavrov Rusiyada Qarabağ məsələsi ilə birbaşa məşğul olan ən yüksək rütbəli dövlət yetkilisidir. Azərbaycanda gedən müzakirələrlə qismən tanışan, bəziləri Lavrova verilən sualın provokasiya xarakteri daşıdığını düşünür. Mən bu fikri bölüşmürəm. Sual çox cəsur, birbaşa və düzgün sual idi. İndiyə qədər Azərbaycan jurnalistlərindən heç biri nə Lavrova, nə də Qarabağ məsələsinin beynəlxalq müstəvidə müzakirəsində birbaşa iştirak edən hər hansı şəxsə belə açıq sual verməmişdi. Ona görə də sualın provokasiya kimi qiymətləndirilməsini ədalətli yanaşma saymıram. Çox yaxşı ki, jurnalist belə bir sual səsləndirib. Çünki cavabdan məmnun qalmasaq da, biz məhz bu sualın cavabında gerçək mövqeni öyrənə bildik. Sözsüz ki, cavab gözlənilməz idi... 

 “Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür”


Rusiya dəfələrlə həm dövlət başçısı, həm də XİN-i səviyyəsində Azərbaycan Respublikasınn ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu dəfə isə, Rusiya XİN-nin deyərdim diplomatik üslub baxımdan qeyri dəqiq ifadəsi Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb. Bununla əlaqədar ehtimal etmək olar ki, Rusiya tərəfi məlum ifadə ilə bağlı əlavə açıqlama verəcək.

Mənim yorumum belədir - Sergey Lavrov demək istəyib ki, gəlin, müzakirə edilən mövzuları dəqiqləşdirək, Dağlıq Qarabağın statusu və Dağlıq Qarabağa aid olmayan ərazilərin işğaldan azad edilməsi ayrı-ayrı müzakirələrin predmetidir. Beynəlxalq hüquq sənədlərində Dağlıq Qarabağa aid olmayan ərazilər Azərbaycanın işğal edilmiş əraziləri kimi göstərilir. Dağlı Qarabağın statusu məsələsini isə o, istisnasız olaraq Azərbaycanın məsələsi hesab etmir. Əslində beynəlxalq institutlar tərəfindən bu məsələnin həlli bir neçə ölkəyə həvalə edilib. Düşünürəm ki, Lavrov məhz bu məqamı vurğulamaqla problemin yalnız Azərbaycanın olmaması məsələsini dilə gətirib. Bu, eyni zamanda o deməkdir ki, Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın əl-qolu bağlıdır. Lavrov da məhz həmin hüquqi sənədlərə işarə vuraraq belə bir ifadə işlədib. Bu mənim yorumumdur. Sözsüz, bu, bizim üçün heç də xoş olmayan durumdur. Məsələnin digər bir tərəfi də var ”“ Rusiya XİN rəhbərinin bəyanatı sanki savaş durumunda olan iki ölkəyə deyil, yalnız Azərbaycana yönəlib. Ona görə də söylənənləri “tək başınıza bu işlərə qarışmayın kimi” qəbul etmək olar. Hər halda bu xoş deyil. Fikrimcə, Azərbaycan rəsmən Rusiya XİN-dən bu haqda açıqlama tələb etməlidir. Çünki baş verənlər Azərbaycanın maraqlarına cavab vermir.

- Lavrov onu da bildirib ki, işğalın bitməsi ilə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi paralel baş verməlidir. Rusiya XİN rəhbəri bu fikri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq bildirib. Sizcə, belə bir çözüm  mümkün ola bilərmi?

- Sözsüz, bu Azərbaycan üçün asan qərar deyil. Proses qərar zamanı Azərbaycanın üstün mövqedə olub-olmamasından birbaşa asılıdır.

- Professor, siz həmsədrlərin təklif etdiyi 5+2 formatını da müsahibələrinizdən birində Azərbaycan üçün tələ adlandırmışdınız. O fikrinizdə qalırsınızmı?

- Hər zaman bildirmişəm ki, Azərbaycanın işğal olunan torpaqlar məsələsini bütünlükdə önə çıxarmasına ehtiyac yox idi. Çünki, məsələnin bu cür qoyuluşu maraqlı tərəflərə gərək deyil. Lavrovun son bəyanatı da göstərir ki, Azərbaycan birmənalı olaraq problemin həllində müzakirə predmeti kimi yalnız və yalnız Dağlıq Qarabağın üzərində dayanmalı idi və dayanmalıdır. Söhbət Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturam. Həm də istisnasız olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Dağlıq Qarabağın statusu müzakirəyə çıxarıla bilər, amma önəmli olan bu statusun Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində müzakirə pridmeti olmasıdır. Lavrov “Dağlıq Qarabağ istisnasız olaraq Azərbaycanın məsələsi deyil” deməklə həm də bütün tərəflərə yaxın zamanlarda Qarabağ düyününün açılmayacağını bildirib. O, açıq şəkildə bəyan edib ki, yaxın perspektivdə problemin həllini görmür. Ötən ilin aprelində Azərbaycan-Ermənistan cəbhəsində yaşananları xatırlayırsınızmı? Hər kəs bildirirdi ki, artıq məsələ çözülüb, bir sıra məqamların dəqiqləşdirməsi qalıb... Ancaq hər iki tərəf daha artıq qanın axıdılmaması üçün atəşi dayandırdı. Yanlış qərar idi.

 “Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir”

- Dünya birliyi konfliktin hərb yolu ilə nizamlanmasını qəbul edəcəkdimi?

- Apreldə Azərbaycan tərəfi Ermənistanın hərbi provakasiyasına cavab olaraq döyüş əməliyyatlarını davam etdirsəydi heç şübhəsiz ki, daha geniş əraziləri işğaldan azad etmək mümkün idi. İndi isə hərbi əməliyyatları bərpa etmək Azərbaycana ziyan gətirə bilər. Bu halda dünya ictimaiyyəti, bütün beynəlxalq qurumlar Azərbaycanı hərbi yola əl atdığı üçün ittiham edəcək. Çünki beynəlxalq sənədlərin hamısında Azərbaycana problemin dinc yolla həlli tövsiyə olunur.

- Əgər dinc yolla alınmırsa, Azərbaycan alternativ yola əl atmamalıdırmı?

- Əgər indi mümkün çözüm variantları Azərbaycanı qane etmirsə, problemi həll edilməmiş saxlamaq bizim maraqlarımıza daha çox cavab verir. Ona görə ki, problemin dondurulmasından Azərbaycandan çox, Ermənistan əhalisi əziyyət çəkir. Bu sirr deyil ki, Rusiya onlara dəstək verir ”“ kreditlər, investisiyalar ayırır. Bundan başqa, erməni diasporu, imkanlı insanlar yardımlar ayırır. Ancaq bütün bunlar günlərin bir günündə bitəcək. Xüsusən indiki ağır iqtisadi şərtlər altında bu imkanlar xeyli azalır. Rusiya indi qarşılıqsız olaraq heç kimə bir qəpik də vermir. Erməni diasporu da sağmal inək deyil. Dəstəyin azalması o deməkdir ki, Ermənistanda həyat şərtləri durmadan ağırlaşacaq. Hər halda, Ermənistanda çox yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarının işğalını davam etdirdikcə belə asılılığın ömrünü də uzadırlar. Bütün hallarda zaman onların xeyrinə işləmir.

- Ancaq prosesin uzanmasının mənfi tərəfləri də var. Zaman keçdikcə Qarabağ yaddaşlardan silinir...

- Əgər şərtlər bizə qətiyyən uymursa, bizim hər hansı addım atmağımız doğru qərar sayıla bilməz. Problemin dondurulması onun gündəmdən çıxarılması anlamına gəlmir. Müzakirələr şərtlər Azərbaycan üçün məqbul olana qədər davam etməlidir. Azərbaycan Qarabağ məsələsini ciddi itkilər hesabına çözə bilməz. Bu bizim milli maraqlarımıza cavab vermir. Azərbaycan bu gün həm iqtisadi, həm sosial cəhətdən Ermənistandan qat-qat üstündür. Biz bu balansı öz xeyrimizə dəyişdikcə, Qarabağ məsələsinin həllinə daha çox yaxınlaşırıq.

 “Ötən ilin aprelində Azərbaycan dünyanı fakt qarşısında qoya bilərdi”

- Açıqlama öz yerində, sizcə, Lavrovun dediklərində nə qədər həqiqət var? Atəşkəs 1994-cü ildən davam edir, konflikt ara-sıra aktiv hərbi əməliyyatlara keçir, ancaq bir şəkildə çözülmür. Daha dəqiqi, Azərbaycan Dağlıq Qarabağı və digər işğal edilən əraziləri hansısa səbəbdən işğaldan azad edə bilmir. Bu mənada Lavrova haqq qazandırmaq mümkün deyilmi?

- İşğalı dayandırmaq sözsüz ki, sadə məsələ deyil. Ancaq bütün dünyanın qəbul etdiyi həqiqətlər var ”“ Ermənistan işğalçıdır, işğal olunan ərazilər Azərbaycanındır. Beynəlxalq sənədlərdə bu açıq şəkildə təsbit olunub. Ancaq həmin beynəlxalq sənədləri diqqətlə analiz edəndə görünür ki, problemin həlli Azərbaycanın yurisdiksiyasından alınaraq beynəlxalq qurumlara verilib. 

Şübhəsiz ki,işğal faktının davam edəcəyi və dünya birliyinin konfliktin həllinə yönəlmiş səyləri ciddi nəticə vermədiyi təqdirdə,Azərbaycan işğal altında olan əraziləri azad etmək hüququnu özündə saxlayır.Bu baxımdan  Azərbaycanın özünün müdafiə imkanlarını daha da artırmaq siyəsətini gələcəkdə də davam etdirməlidir. 

- Qarabağ məsələsinin çözümü ilə bağlı ictimai müzakirələrdə hər zaman belə bir fakt səslənir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün qərarlılıq göstərsə, Rusiya buna birmənalı mane olacaq. Aprel döyüşlərinin də Rusiya faktoruna görə yarımçıq qaldığını düşünənlər var. Sizin bu məsələyə baxışınız necədir?

- Bir neçə dəfə bu haqda demişəm, yenə də o fikrimdə qalıram ki, Rusiya heç zaman heç bir tərəfdən bu münaqişəyə qarışmayacaq. Aprel hadisələrində də biz bölgədə Rusiya əsgəri görmədik. Rusiya prezidentinin də fikri budur ki, həmin bölgədə Rusiya Ordusu heç zaman, heç bir itki verməməlidir. Moskva sadəcə məsləhət verdi ki, atəşi dayandırın. Qərarı tərəflər özləri qəbul etdilər. Aprel döyüşləri zamanı Rusiyanın Ermənistan tərəfdə vuruşmaması Azərbaycandakı “Moskva qoymaz” xofunu darmadağın etdi. Bu, aprel döyüşlərinin ən ciddi nəticələrindən biri hesab edilə bilər.

- Belə bir fikrin formalaşmasında Rusiyanın Ermənistana davamlı olaraq silah verməsi faktı da dayanır.

- Rusiya silah istehsalçısı olan ölkədir. Ermənistan da Rusiyadan silah alır, Azərbaycan da. Ancaq Azərbaycana silah satmaq Rusiyanın iqtisadi maraqlarına, Ermənistana silah satmaq isə strateji maraqlarına xidmət edir. Mənim Moskvada Qarabağ danışıqları ilə bağlı çox ciddi fiqurlarla söhbətlərim olub. Bir neçə müddət öncə, konkret aprel döyüşlərindən sonra onlardan biri mənə sübut eləmək istədi ki, artıq tərəflər razılığa gəlib, müqavilə imzalanacaq. Mən razılaşmanın hansı formada olacağını soruşanda o, cavab verdi ki, öncə 5 rayon qaytarılacaq, daha sonra 2 rayon boşaldılacaq və status müəyyən ediləcək. Dərhal soruşdum - bunlar konkret nə zaman baş verəcək, bildirdi ki, hər halda bu yaxınlarda baş verməyəcək, bəlkə də 50 il sonra olacaq. Onun dediklərindən belə nəticəyə gəlmək olar ki, həmin 50 ildə Qarabağ Rusiyanın nəzarətində olacaq. Mən o zaman 5+2 formatının tələ olduğunu başa düşdüm. Çünki proses uzandıqca çözüm çətinləşir. Aydındır ki, yeni gələn nəsillər Qarabağı daha az xatırlayacaq və problem yavaş-yavaş gündəmdən çıxacaq. Əgər bu gün Sergey Lavrov açıq mətnlə “Bu istisnasız olaraq Azərbaycanın problemi deyil” deyirsə, 50 ildən sonrakı durumu təsəvvür etmək çətin deyil. Mən sizə bir məsələni də deyim, əslində Rusiya problemin çözümünü istəyir. Xüsusən dövlətin başçısı. Çünki Rusiya Ermənistana kömək etməkdən yorulub. Onlar da istəyir ki, problem həllini tapsın, Ermənistan blokadadan çıxsın, regional layihələrə qoşulmaq imkanı əldə etsin və müstəqil yaşasın. Ermənistanın Rusiyadan tələbləri böyükdür. Qazı güzəştli qiymətlərlə istəyirlər, sonra heç onun da pulunu ödəmirlər, borclardan nəhəng məbləğlər əmələ gəlir. Rusiya bu durumdan bezib. Mən bu mənada Rusiyanı çox gözəl başa düşürəm. Rusiyanın qarşısını kəsən sözsüz ki, həm də tarix boyu iki ölkənin əlaqələri, strateji münasibətlər haqqında imzalanan çoxsaylı sənədlərdir, o sıradan hərbi müqavilələrdir. Əslində bu müqavilələr NATO-ya yönəlikdir. Ermənistanın nə hərbi potensialı var ki, Rusiya kimi supergüc onunla müqavilə bağlasın? Aydındır ki, həmin müqavilələrlə Kreml Avroatlantik Alyansla sərhədlərini möhkəmləndirir. Elə Rusiyanın Ermənistana Nebo-M raketləri verməsini də bu cür qəbul etmək gərəkdir.

 “Aprel döyüşləri zamanı Rusiyanın Ermənistan tərəfdə vuruşmaması Azərbaycandakı “Moskva qoymaz” xofunu darmadağın etdi. Bu, aprel döyüşlərinin ən ciddi nəticələrindən biri hesab edilə bilər”

- Beynəlxalq siyasət ekspertləri Qarabağ düyününün açılmamasını Azərbaycanın uzun müddət balanslaşdırılmış siyasət yürütməsi ilə də bağlayırlar. Onlar Gürcüstanı örnək gətirərək bildirirlər ki, Azərbaycan strateji hədəflərini, xüsusən inteqrasiya siyasətini dəqiq müəyyən etsəydi, mənzərə tam olmasa da fərqli ola bilərdi. Ən azı Gürcüstandakı kimi. Sizi bu fikirlərə münasibətiniz necədir?

- Düşünürəm ki, bu, müvəqqəti durumdur. Azərbaycanın bir çox məsələlərdə əl-qolunu bağlayan haqqında danışdığımız Qarabağ problemidir. Bu problem olmasaydı, Azərbaycanın mövqeyi daha qəti ola bilərdi və biz daha rahat seçim edə bilərdik. Ancaq problem imkan vermir. Gürcüstana gəlincə, bu ölkə inkişaf edir, öz yolunu seçib, Qərbə inteqrasiya edir. Artıq Avropa Birliyi ilə vizasız rejimə qədər yaxınlaşa bilib. Bütün bunlar Gürcüstan dövlətinin uğurlarıdır. Artıq bu proses geridönüşü olmayan bu mərhələyə gəlib. Məncə, rəsmi Tiflis çox doğru seçim edib. 

Abxaziya və Osetiya problemi hələlik həllini tapmasa da qərar düzgündü. Gürcüstan Qərb yolunu seçdi, münaqişə qaldı, sizi əmin edirəm, ölkə şimal yonümünü seçsəydi yenə Abxaziya və Osetiya problemləri qalacaqdı. Gürcülər gələcəyə baxdılar və doğru seçim etdilər. Bütün postsovet respublikaları dərk etməlidir ki, gələcək üçün ən düzgün yol Qərbə yönəlməkdir. Onsuz da gec-tez bu baş verəcək. Biz bunu istəsək də, istəməsək də proses buna aparır. Rusiyanın özü Qərbə münasibətləri normallaşdırmağa çalışır, tərəfdaşlıqları möhkəmləndirmək arzusunu bildirir.

Lakin, eyni zamanda müşahidə edirik ki, bu günkü Gürcüstan rəhbərliyi Rusiya ilə əmakdaşlığa can atır. Bu da fikrimcə, Gürüstanın milli maraqlarına cavab verir. 

- Artıq ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayır. İki supergücün  yaxın gələcəkdəki münasibətlərində nələr gözləyirsiniz?

- Donald Trampın addımlarını hesablamaq, proqnozlaşdırmaq mümkün deyil. Birincisi, o, siyasətçi yox, iş adamıdır. Siyasətçi olmadığı üçün emosiyalar burulğanında çoxlu yanlışlıqlar edir. Belə bir şəxs ABŞ prezidenti postunda da xeyli yanlışlıqlara yol verə bilər. Belə proqnozlaşdırılmayan şəxslərlə münasibətlərdə xeyli ehtiyatlı davranmaq lazımdır. Uzun müddət siyasətdə olan insanları çözmək asandır. Əgər Hillari Klinton ABŞ prezidenti seçilsəydi, onun siyasəti haqqında nələrsə danışmaq mümkün idi, çünki illərdir bu şəxs dünya siyasətinin aparıcı simalarındandır. Həm Rusiya, həm də digər maraqlı ölkələr supergüc olan ABŞ-ın siyasi vitrinindəki bütün şəxsləri dərindən öyrənir, beləliklə də önəmli postlar tutarlarsa onların hansı addımlar atacağı haqqında müəyyən təsəvvürlər formalaşır. Bir şəxs siyasətə kənardan gəlirsə, o zaman durum çətinləşir, “o, hansı addımlar ata bilər”, “ondan nələr gözləmək mümkündür” sualları bir müddət açıq qalır. Donald Trampın namizədliyi gündəmə gələnə qədər hansı kənar ölkədə düşünə bilərdilər ki, belə bir iş adamı siyasi proseslərə qoşulacaq və çoxlarının mənfi proqnozlarına baxmayaraq supergücün lideri seçiləcək? 

 “Ermənistanın Rusiyadan tələbləri böyükdür. Qazı güzəştli qiymətlərlə istəyirlər, sonra heç onun da pulunu ödəmirlər, borclardan nəhəng məbləğlər əmələ gəlir. Rusiya bu durumdan bezib”


Keçmişinə görə Trampı dövlət başçıları yox, onunla təmasları olan iş adamları tanıyır. Bu, əslində ABŞ prezidentinin özü üçün də o qədər də müsbət hal deyil. Başqa dünya liderlərini deyə bilmərəm, ancaq konkret Rusiya prezidenti üçün belə durumları idarə etmək çox asan kimi görünür. Trampla işləmək Putin üçün asan olacaq. Siyasətçi üçün siyasətdə yeni olan iş adamını çözmək çox sadə məsələdir. Ancaq bütün hallarda prezident Putinin ABŞ-dan olan yeni həmkarı ilə çox ehtiyatlı davranacağını düşünürəm. Tramp dediyim kimi, çox gözlənilməzliklər edə bilər. Putin ehtiyatı heç zaman əldən verməyəcək. Yaxın bir neçə ayda mənzərə daha da aydın olacaq. 

Trampın öz ətrafına siyasətçiləri deyil, iş adamlarını toplaması artıq bəzi proqnozlar vermək üçün yetərlidir. ABŞ tarixində “gözləniləməz prezidentlərlə” bağlı gözlənilməz qərarlar olub. Aydındır ki, Donald Tramp da bunu çox yaxşı bilir. Onun afroamerikalılara çox kəskin baxışı var, eyni zamanda seçki kampaniyasına müsəlmanlara qadağa tətbiq edilməsi çağırışları ilə bağlayıb, ərəb dünyasından olan miqrantlara qarşı siyasətin dəyişməsi haqda çağırışlar səsləndirib. Bütün bunlara görə ABŞ prezidenti çox ehtiyatlı olmalıdır. Zərbə iki tərəfdən - həm daxildən, həm də xaricdən gələ bilər. Nəzərə almaq lazımdır ki, ölkə əhalisinin 10-12 faizi avroamerikalılardır. Bu məsələyə sadə baxmaq lazım deyil ”“ onlar açıq şəkildə Trampa qarşı olduqlarını bəyan edirlər. Nəticələr Trampın özü kimi gözlənilməz ola bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki,gələcəkdə Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Azərbaycana və bizim yerləşdiyimiz regiondakı duruma da əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərə bilər. ATƏT-in Minsk qurupunun həmsədrləri olaraq ABŞ və Rusiya arasında münasibətlərin inkişafı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin də həllinə yardım göstərə bilən faktor kimi çıxış edə bilər.
 
Oxşar xəbərlər
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
GÜNLÜK
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"