"İnkişafda tərəqqi ilə tənəzzül ortaqdır" - İqtisadçı alim
Oxunub: 4931
20 Jan 2017 | 15:53
Moderator.az bu gündən etibarən tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədovun 17 il öncə çapdan çıxan "Azərbaycan: İqtisadi inkişaf proqramı (2000-2050)" kitabını hissə-hissə oxuculara təqdim edir:

           
«Haradakı  gələcəyi görmə yoxdur, - demişdir Solomon - orada xalq məhv olur». Proqnoz və millətin gələcək inkişafının əvvəlcədən müəyyən edilməsi sivilizasiyanın ən mühüm amilidir. Napolyon Bonapartın sözlərini də xatırlatmaq yerinə düşərdi: «Müharibə aparılması sənəti bir elmdir. Burada yalnız əvvəlcədən düşünülmüş və əsaslı ölçülüb-biçilişmişlər baş tutur».  Bu sözlər artıq təcrübədə özünə yer almışdır. Hansı millət heç olmasa bir neçə il proqnoz verə bilmirsə və fəaliyyət istiqamətlərini müəyyən edə bilməmişdirsə, başqa millətlərin şikarına çevrilmişdir. Son iki əsrin inkişafı az qala azərbaycanlıları da belə bir   acı təcrübənin daşıyıcısına çevrəcəkdi. Əvvəl bütün türklərin parçalanması, sonra onun bir hissəsi olan Azərbaycanlıların parçalanması və başqa millətlər içərisində əriməsi prosesi baş vermişdir. Böyük öndər Əbülfəz Elçibəyin kəlamları ilə desək, «bir zamanlar quzeydə Dərbənddən, güneydə Həmədan əyalətinə, doğuda Xəzərdən batıda Göyçə gölünün batı əyalətlərinədək olan torpaqlarda yerləşən qüdrətli böyük Azərbaycan 19-uncu yüzilin birinci rübündə Rusiya imperiyasının iki dəfə, üst-üstə götürdükdə 11 il davam edən qanlı müharibələri nəticəsində əvvəl iki hissəyə, sonra bir neçə hissəyə parçalandı. Elə bununla da Azərbaycanın 187 il davam edən faciəsi başlandı».  Azərbaycanın kiçik bir hissəsində müstəqil dövlətin yaranması ümumiyyətlə, bu prosesin qarşısını aldı. Amma faciələrin qarşısını almaq hələ də mümkün olmamışdı.
                         

Azərbaycanın tarixi təcrübəsi göstərir ki, ölkənin heç vaxt kompleks sosial və ya iqtisadi inkişafı ilə məqsədyönlü poqramı olmamışdır. Bir yalnız Sovet dövründə beşillik planlar tərtib olunurdu. Həmçinin 15 illik məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı proqramları tərtib olunurdu. Amma bu proqramlar Sovet iqtisadiyyatının Azərbaycan üzrə inkişafı proqramları idi. Azərbaycanın isə müstəqil inkişafı üzrə hər hansı bir proqram və ya başqa bir sənəd tərtib olunmamışdır. Nəinki iqtisadiyyat, heç başqa istiqamətlərdə də Azərbaycada cəmi bir ildən sonra  nə baş verəcəyini heç kim bilmir. Bax bu fəlakətdir, bu bütöv bir millətin taleyini tarixin axarına buraxmaqdır. Nə qədər acınacaqlı da olsa qəbul etməliyik ki, gələcəyi görməmiz mümkün olmadığı kimi keçmişimizi də öyrənə bilmirik. Bu da millətin inkişafını birbaşa dayandıran amillərdən biridir.Tariximizin öyrənilməsinin mənim öz şüuruma təsiri səviyyəsini müəyyən etdikdən sonra mən bu nəticəyə gəldim. Sovet ideologiyası ilə bizə qəbul etdirilən tarixlə Azərbaycanlı olduğumu hətta bildirməyə belə xəcalət çəkirdim. Rus mənbələrindən öyrənənlərin əksəriyyəti də zənn edirəm bu vəziyyətdədir. Amma türklər, o cümlədən Azərbaycanlılar şanlı bir tarixə malikdir, bütövlükdə dünya sivilizasiyasının inkişafında böyük rola malik olmuşdur. Avropa, Asiya və Afrikanın  çox hissəsini əhatə edən böyük ərazilərdə ən böyük imperatorluqları, dövlət və xanlıqları məhz türklər qurmuşdu. Dünyaya dövlət idarəçiliyi, ordu quruculuğu sistemi, başqa millətlərin yüksək və azad inkişafını təmin edə biləcək mənviyyat mexanizmi, elm və texnologiya gətirmişdir. 
           
Hər bir millətin inkişafı hamar düz xətt üzrə getmir. İnkişafda tərəqqi ilə tənəzzül ortaqdır. Təəsüflər olsun ki, 16-cı əsrdən sonra Azərbaycan, bütövlükdə türklər tənəzzülə doğru meyllənmiş və bu böyük parçalanmalar, ərazilərin itirilməsi, milli müflisləşmə, insanların məcmuu gücünün ciddi surətdə düşməsi ilə nəticələnmişdir. Dünyanı idarə edən bir millət özü passiv idarəçilik obyektinə çevrilmişdir. İnsanların özünə və öz dövlətlərinə inamı sarsıdılmışdır. Xüsusi proqramla Azərbaycanlılar elə bir vəziyyətə gətirilmişdir ki, millət özünü ən aciz insanlar kimi hiss edir. Bu özəl olaraq davamlı insanların beyninə yeridilir. Hər hansı problemin həlli üçün xaricə üz tutulur.  Əsrin əvvəllərində Mehmet Akifin (Türkiyə) yazdığı şer sanki Azərbaycanın bu gününə həsr olunmuşdur:

İşimiz düşdümü tersanaye və ya dənizə,
Adətimizdir dərhal müraciət edəriz ingilizə,
Yoxdur büdcə hesabatını çıxaran,
Haydı gəlsin bakalım Müsyö Loran,
Sənayemiz nərədə, tersanələrimiz nərədə,
Ya Mançesterdə, ya Brüsseldə, ya Berlində”¦  
Mehmet Akif             
           
Millətin inamı, hətta özünə inamı sarsıdılmışdır. Bu çox təhlükəlidir. İnsanlar nə özünə inanır, nə dövlətinə, nə də dininə. İnanc olmayanın taleyi isə yalnız Sovet imperiyasının taleyi kimi ola bilər. İçərisində yaşadığına görə bunun təhlükəlilik dərəcəsini heç kim hiss etmir. Hətta bəzən labüd proses kimi qəbul edilir. Çünki, artıq insanlar adətkar olmuşdur və uzun müddət qapalı yaşamışdır. Yaxşını görməmişdir ki, pisi dəyərləndirə bilsin.  Buna görə də birinci növbədə millət psixoloci cəhətdən özünə gəlməlidir, Hər kəs kimi yüksək səviyyədə yaşamaq, yaratmaq bacarığına malik olduğunu, bu onların haqqı olduğunu anlamalıdır. İkinci Göytürk imperatoru Bəlgə xaqan deyirdi: «Ey türk milləti! Sən ac olunca toxluq nədir bilməzsən, fəqət tox olunca da aclıq nədir düşünməzsən! Belə olduğun üçün səni ucaldan xaqanın sözünə baxmadın. Onun sözünü almadan yerdən yerə vardın. O yerlərdə tükəndin. Geri qalanlarla daha da zəifləyərək məhv olurdun”¦ Tanrı yar olduğu, öz taleyim var olduğu üçün mən xaqan olaraq taxta oturdum. Taxtıma oturunca ac, yoxsul, dağınıq milləti topladım. Yoxsul milləti zəngin qıldım. Az milləti çox qıldım”¦Ey türk! Titrə özünə dön!» . Ulu əcdadlarımızın düşdüyü vəziyyət bu günkü vəziyyətimizlə çox oxşardır.  Türk dünyasına yeni bir yaşam nəfəsi verən Atatürk demişdir: «Əgər dünyanın bizə hörmət etməsini istəyiriksə, hər şeydən əvvəl özümüzün öz məmləkətimizə və öz millətimizə olan hörmətimizi həyatda hisslərimizlə, mənəviyyatımızla, qısası, bütün iş və hərəkətlərimizlə sübut edək və başa düşək ki, milli mənliyi olmayan dövlətlər başqa millətlərin ovudur» . Təəsüflər olsun ki, Azərbaycanda geriləmənin, tənəzzülün millətin öz gücünə inamının sındırılmasının ən mühüm səbəblərindən biri də bu məşhur Atatürk prinsipinə əməl olunmamasıdır. Yenə də Atatürkün ifadələri ilə - türk balası əcdadını tanıdıqca daha böyük işlər görmək üçün özündə qüvvə tapacaqdır. Bu millət böyükdür, amma özünü tanımaqla daha böyük ola bilər.
             
Bunlar və ümumiyyətlə Azərbaycanın inkişaf perspektivləri və inkişaf modelləri  məni hələ ali təhsil almaq üçün  fəaliyyətə başladığım vaxtdan narahat etmişdir. Çünki, o vaxt ölkənin gələcək taleyi haqqında heç yerdən nəsə oxumaq və ya informasiya almaq mümkün deyildi. Keçmiş tarixi qapalı saxlandığı kimi, gələcəyi də tamamilə başqa və ağıla gəlməz istiqamətdə göstərilirdi. Uzun sürən və dərin təhlillərdən sonra SSRİ-nin dağılması və Azərbaycanın müstəqil dövlət ola biləcəyi ehtimalını özümdə dəqiqləşdirə bildim (bunun haqqında 1981-ci ildə aspirant olarkən Moskvada aspirant və tələbələrin gizli toplantısında ilk dəfə olaraq fikir söylədim) və Azərbaycanın inkişaf istiqamətlərini müəyyən etməyə çalışdım. Bunlar mənim elmi işlərimdə, namizədlik və doktorluq dissertasiyamda öz əksini tapmışdır. 80-ci illərin sonlarında Azərbaycanın regional təsərrüfat hesabına keçmə proqramını hazırladım və müzakirəyə təqdim etdim. Həmin proqram bir neçə konfransların, seminarların və hökümət toplantılarının müzakirə obyektinə çevrildi. Bu hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxt hazırlandığına baxmayaraq, tamamilə ölkənin sərbəst iqtisadi sisteminin qurulmasını nəzərdə tuturdu. SSRİ-nin dağılması ehtimalları gücləndiyi dövrdə (1991-ci ildə) yenidən Azərbaycanın iqtisadi və sosial inkişaf proqramını hazırladım (Svoboda qəzeti, 1991). Bu proqram Xalq Cəbhəsinə təqdim olunmuş və sonralar Milli hökümətin iqtisadi islahatlarının əsas istiqamətlərinin müəyyən edilməsinin mənbəyi olmuşdur. Həmin proqramın daha dəqiq variantı isə Beynəlxalq valyuta fonduna təqdim edilmiş və bəyənilmişdir (bu artıq Milli hökümət devrildikdən sonra baş vermişdir). Lakin sonralar proqram xeyli dəyişdirilmiş, faktiki olaraq onun yalnız stabilləşməyə yönəldilən hissəsi qəbul edilmiş, milli iqtisadi inkişafı əhatə edən hissəsi isə aradan götürülmüşdür. Yenidən proqram həm zaman və həm də tərkib etibarı ilə təkmilləşdirilərək  50 illik  dövrə hesablanmışdır. 
              
Proqram geniş miqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Burada həm iqtisadi sistemin qurulması və həm də nail olunması proqnozlaşdırılan istiqamətlər və konkret göstəricilər əks olunmuşdur. Proqram bir neçə qrup problemləri  əhatə edir.Birinci qrup problemlər son əsrdə Azərbaycanın sosial iqtisadi inkişafı nəticələrinə həsr olunmuş, 20-ci əsrdə, xüsusilə də son 50 ildə ölkənin iqtisadi və sosial inkişaf qanunauyğunluqları müəyyən edilmiş, islahatlar və sürətli inkişaf üçün Azərbaycanın böyük insan və təbii ehtiyyatları olduğu göstərilmişdir. Həmçinin 21-ci əsrin spesifik inkişaf xüsusiyyətləri müəyyənləşdirilmiş, Azərbaycanın inkişafına təsir edəcək texniki, demoqrafik, təbii, qlobal və milli amillər araşdırılmış və həmin amillərin təsir dərəcəsi təyin edilərək ölkənin iqtisadi və sosial inkişafının ən vacib iqtisadi və sosial göstəriciləri proqnozlaşdırılmışdır. Konkret proqnozlar 2050-ci illərə qədər olan dövrü əhatə edir. İkinci qrup problem iqtisadi sistemin qurulmasını əhatə edir. Təbii ki, mən nə Platonun respublika modelini (Respublika əsəri), nə də Nikkolo Makiavellinin padşahlıq (Hökmdarlar əsəri), nə də ki, Azərbaycanın bu günkü iqtisadi modelini almamışam. Dünyanın müasir iqtisadi idarəçilik modeli və 21-ci əsrin və Azərbaycanın  spesifik xüsusiyyətləri nəzərə alınmaqla tamamilə yeni bir iqtisadi model qurulmuşdur. Burada  iqtisadi sistemin qurulması prinsipləri və  istiqamətləri, konkret təşkili forması və bütün iqtisadi alətlərin quruluş prinsipləri  müəyyənləşdirilmişdir. Proqram böyük dövrü əhatə etdiyi səbəbindən  iqtisadi sistemin tez-tez dəyişdirilməsi zəruriyyəti də nəzərə alınmış, onun ayrı-ayrı onilliklərdə spesifik xüsusiyyətləri  müəyyənləşdirilmişdir. Hər bir dövrə uyğun olaraq iqtisadi sistem  yenilənməlidir. Proqramda öz həllini tapan üçüncü qrup problemlər konkret olaraq ayrı-ayrı real altproqramların müəyyən edilməsi ilə əlaqədardır. Bura sənayenin, kənd təsərrüfatının, yolların, investisiyaların inkişafı və bir çox digər sahələrin inkişafı ilə konkret altproqramlar aiddir. Proqramda bu məsələlərə geniş yer ayrılmışdır. Nəhayət prqramın icra xüsusiyyətləri mühüm  problem kimi  araşdırılmış, icra mexanizmi verilmişdir. Proqramın mahiyyətindən göründüyü kimi proqramla qarşıya qoyulan vəzifələr olduqca geniş və yüksəkdir.
          
Bir vacib məsələni də qeyd etmək yerinə düşərdi ki, hər bir dövlətin sirr kimi saxladığı müəyyən məqamlar var. Onların  açıqlanması dövlətə və millətə fayda gətirə bilməz, amma  zərər vura bilər. Buna görə də proqramda açıq ifadə oluna bilən və gizli saxlanılmalı məqamlar dövlət sirrlərinin qorunması prinsiplərinə uyğun səviyyədə rəsmiləşdirilmişdir.  
          
Proqramla tanış olanların bəziləri hətta təhlil etmədən nəzərdə tutulan vəzifələrə  nail olunmasının imkansızlığını ifadə etdilər. Bu da anlaşılandır. Uzun müddəti əhatə edir. Böyük və möhtəşəm    planlardır.   İlk baxışdan qəbul edilməz kimi görünür. Bunu isbatlamaq üçün bütün ehtiyyatlar aşkar olunmuş, bir çox ölkələrin təcrübələri təhlil olunmuşdur. Bizə uyğunluğu olan müxtəlif çeşiddə olan Almaniya (müharibədən çıxmış ölkə), Sinqapur (yeni müstəqillik qazanmış ölkə), Türkiyə (eyni millətli ölkə) və s.  kimi ölkələrin təcrübələri təhlil olunmuş və xəyal kimi görünən yüksəkliklərə çatmağın gerçəklik ola biləcəyi sübut olunmuşdur. Mən bu böyük xalqın qüdrətini və bu qüdrəti yönləndirə biləcək dahilərin olmasını nəzərə alaraq bir daha təsdiq etmək istəyirəm ki, bu vəzifələr minimal səviyyədə götürülmüşdür, daha böyük müvəffəqiyyətlərə nail olmaq mümkündür.  
          
Doğrudan da hələ yaşamağa dəyər. Bizim hər birimizən gözəl yaşamağa, dünya sivilizasiyasına böyük töhvələr verməyə bütün imkanlarımız və haqqımız var. Biz daha böyük işlər görə bilərik. Yetər ki, birlikdə möhtəşəm və əzəmətli gücümüzə inanaq və millətin taleyinin hər birimizdən asılı olduğunu hər gün evimizdən çıxanda dərk  edək və özümüzə xatırlayaq.


Proqramın işlənilməsində ciddi məsləhətlərinə görə dostlarıma, aspirant və tələbələrimə,  onun işıq üzü görməsində və ictimaiyyətə çatdırılmasında kütləvi-informasiya vasitələrinə öz dərin təşəkkürümü bildirirəm.  
Bölmə1.
İlkin müddəalar.

1. İqtisadi inkişaf fəlsəfəsi.

İqtisadi inkişafın əsasını iqtisadi inkişaf fəlsəfəsi təşkil edir. Amma təəssüflər olsun ki, ümumiyyətlə beynəlxalq aləmdə bu mövzu diqqət mərkəzindən yayınmışdır. Bu proqramın tərtibi zamanı ilk əvvəl iqtisadi inkişaf fəlsəfəsi müəyyən edilmiş, Azərbaycan üçün onun spesifik xüsüsiyyətləri araşdırılmış və ölkənin iqtisadi inkişafı üçün iqtisadi inkişaf fəlsəfəsi əsas olaraq qəbul olunmuşdur.
          
İqtisadi inkişaf dedikdə milləti formalaşdıran fərdlərin iqtisadi gücünün artımı nəzərdə tutulur. Həmin fərdlərin iqtisadi gücünün artması məhz iqtisadi inkişafı müəyyən edir. Bu ümumi bir tərifdir. Amma bəzi fərdlər çox zəif də  ola bilər, onların gücü çox aşağıya da enə bilər.  Fərdlərin iqtisadi gücü dedikdə məcmuu və orta güc nəzərdə tutulur. Amma burada başqa suallar ortaya çıxır. Bu güc hər şey deməkdirmi? Bu güc tutaq ki, bir adamın gündə neçə odun kəsə bilməsi iləmi ölçülür, yaxud başqa meyyarlar da varmı?   Əlbəttə, fərdlərin gücünün olması heç də hər şey demək deyil. Bir ölkənin fərdlərinin gücü ola bilər, amma reallaşmadığından güc kimi qiymətləndirilə bilməz. Bir Azərbaycanlının  və bir Yaponun iqtisadi gücünü müqayisə etsək görərik ki, iqtisadi güc etibarı ilə bir Yapon bir Azərbaycanlıdan təqribən 80 dəfə güclüdür,  yəni, bu qədər çox  istehsal etmək və ya qazanmaq gücünə malikdir. Bu ayrı-ayrılıqda hər kəsin öz ölkəsində görə biləcəyi işdir. Amma bu gün, tutaq ki,  Rusiyada bir yapon bir Azərbaycanlı ilə elə eyni miqdarda istehsal edə bilir, bəzən fərdi olaraq Azərbaycanlı Yapondan güclü çıxa bilir. Buradan iki nəticə çıxarmaq olur:
        
Birincisi, iqtisadi güc olması heç də onun reallaşması demək deyil, bunun üçün həm də şəraitin, mühitin  olması lazımdır. Mühit olmadıqda güc yalnız potensial olaraq qalır və iqtisadi inkişafa heç bir təsiri olmur. Belə mühit isə ayrı-ayrı fərdlər tərəfindən deyil, onların toplumları, qrupları (dövlətləri) tərəfindən yaradılır. Fərdlərin gücü və mühitin yarada bildiyi ümumi güc onların toplumlarının, dövlətlərinin gücünü müəyyən edir.    
        
İkincisi isə, Azərbaycanın iqtisadi gücü çox böyükdür, lakin mühit olmadığından bu güc yalnız potensial olaraq qalır və bü gün də çürüməkdə davam edir. Hətta Azərbaycanda millət belə gücün olmasından xəbərsizdir, ilk öncə millət öz gücünü qavramalıdır.  İnsanların gücünün böyük olmasına baxmayaraq dövlətin belə mühiti yaratmaq imkanı yoxdur. Hal-hazırda dövlət nəinki fərdlərin gücünün  artmasına kömək etmir, əksinə, bu gücün reallaşmasına mane olur və beləliklə də son nəticədə ümumi  gücün zəifləməsinə şərait yaradır. İstifadə olunmadıqca isə güc zəifləyir, daralır.
        
İnsanların iqtisadi gücü yalnız onların fiziki gücü ilə müəyyən olunmur. Fiziki güc iqtisadi gücə müsbət təsir edən amildir. Amma  əsas güc zehni və təşkilati güclə müəyyən olunur. Əgər ayrı-ayrı fərdlərin fiziki gücləri ən çox birin beşə nisbətində fərqlənə bilərsə, zehni və ya təşkilati gücləri sonsuz ölçüyə  qədər fərqlənə bilər. 
        
İqtisadi inkişafın ən vacib hədəfi millətin potensial gücünü reallaşdırmaq və onun günü-gündən artırılmasıdır. Nə üçün bu güc reallaşa bilmir və artırılmır? Suala cavab vermək üçün bir sıra əlamətləri və xüsusiyyətləri təhlil etmək vacibdir. Burada proqramın tərtib olunması zamanı müəyyən etdiyim və iqtisadi inkişaf fəlsəfəsinin əsasında dayanan iki qanunu da göstərmək zərurəti var:

1. Fərdlərin gücü ilə yanaşı təbiətin də hər bir məmləkətə bəxş etdiyi nemətlər vardır. Bu nemətlər  ayrı-ayrı məmləkətlər arasında tamamilə qeyri-bərabər bölüşdürülmüşdür. Təcrübə göstərir ki, təbii güc, bu nemətlər çox olan yerlərdə insanların məcmuu gücü az olur, çünki ehtiyaclar daha çox təbii güclə ödənilir. Amma təbii nemətlər olmayan yerdə  insanların məcmuu gücü daha yüksək olur. İnsan gücü təbii gücdən fərqli olaraq  istifadə olunduqca güc gətirir. İnsanlar məcburiyyət qarşısında qalaraq daha təsirli üsullar axtarır, daha çox güc sərf edirlər ki, bu da onların məcmuu iqtisadi gücünün artmasına gətirib çıxarır. Buradan da iqtisadi inkişaf fəlsəfəsinin yuxarıda qeyd etdiyimiz qanunlarından birinin  mahiyyəti meydana çıxır: Təbii ehtiyyatlarla məcmuu insan gücünün tərs mütənasibliyi qanunu. Qanun aşağıdakı formada ifadə oluna bilir:

N↑H↓ və ya N=K/H                    (1)

Burada,   N  - təbii ehtiyyatlarla təminlik dərəcəsini,
               H  - isə məcmuu insan gücünü, 
               K  - mütənasiblik əmsalını göstərir.
          
Təbii ehtiyyalarla zənginlik səviyyəsi insanların müqavimət gücünə və bütövlükdə məcmuu gücünün formalaşmasına mənfi təsir edir. İnsan təbiətdən nə qədər çox müqavimət görürsə,  ona qarşı bir o qədər müqavimət formalaşdırır və bununla da daha çox güc toplamış olur. Körpəliyindən meşələrdə heyvanların içində qalıb böyüyən insanlara (mouqlilərə) az rast gəlinməmişdir. Amma evdə böyümüş bir uşaq meşəyə buraxılası olsa, nələrin baş verəcəyi, o uşağın həmin şəraitə uyğunlaşa biləcəyi böyük sual altına düşüəcəkdir.  Təəssüflər olsun ki, Azərbaycanda bu qanunun fəaliyyəti çox açıq formada özünü göstərir. Amma təbii ki, qanunun fəaliyyətindən dəyən zərəri azaltmaq və minimuma endirmək üçün tədbirlər görmək olar və proqramın bütün müddəaları məhz bu tədbirlər sistemi əsasında formalaşmışdır.

2. İqtisadi idarəçilikdə və iqtisadi inkişafda nə qədər dar çərçivədə insanlar iştirak etsə iqtisadi inkişafın səviyyəsi bir o qədər aşağı olmalıdır. Bu iqtisadi demokratiyanın  mahiyyətini əks etdirir və iqtisadi inkişafın yuxarıda qeyd etdiyimiz ikinci qanununun məzmununu izah edir: iqisadiyyatın idarə olunmasında fərdlərin iştirak səviyyəsi ilə iqtisadi inkişafın düz mütənasib asılılığı qanunu.  Bu qanun həm də insan azadlığı ilə cəmiyyətin inkişaf tempi ilə düz mütənasib asılılıq qanununu ifadə edir. Qanunun qısa formulu belədir:
P↑G↑   və ya  P=KG                        (2)
                     Burada,
                P - məcmuu insan iştirakı səviyyəsi    
                     indeksini,             
                G - isə istehsalın artım və səmərəlilik                                    
                      indeksini 
                 K - mütənasiblik əmsalını ifadə edir.     
           
İqtisadi inkişafda və iqtisadiyyatın idarə edilməsində nə qədər çox insan iştirak etsə  və ya insanların bu prosesə qoşula bilmək səviyyəsi nə qədər çox olsa iqtisadi inkişafın sürəti və səmərəliliyi bir o qədər yüksək olacaqdır. Məhz buna görə də kommunist iqtisadiyyatı çökdü, ümumiyyətlə, diktatura recimlərinin hamısında iqtisadiyyat zəif olur və irəliləmir.   İslam iqtisadiyyatında bir mühüm prinsip var. Həmin prinsip ondan ibarətdir ki, harada ki, dövlət iqtisadiyyat və ticarətlə məşğul olur, orada iqtisadiyyat çökür. Məhəmməd peyğəmbər bazara çıxarkən bazarlığı heç vaxt bir dükançıdan etməzdi, hərədən bir-bir olmaqla hamıdan mal alardı. Çünki, dövlət də abstrakt bir şey deyildir, o bir qrup insandan ibarətdir. Bir qrup insanın idarəçiliyi ilə milyonlarla əhalinin qarışdığı və iştirak etdiyi idarəçilik eyni ola bilməz. Müasir şəraitdə də Azərbaycanın iqtisadiyyatının idarə edilməsinə (həm də biznes fəaliyyəti nəzərdə tutulur) və iqtisadiyyatının inkişafına yalnız  bir qrup buraxılmışdır ki, bu da iqtisadi inkişafa olduqca pis təsir edir. Buna görə də ölkəmizdə inkişaf və yüksəliş yoxdur, əksinə günü-gündən geriləmə var.
3. İqtisadi inkişafda başqa bir əlamət insanlar arsında gəlir bölgüsündə fərqlərin səviyyəsini normal ölçülər səviyyəsində tənzimləməkdən ibarətdir. Amma bu heç də kommunist recimi şəraitində olduğu kimi hamıya bərabər bölgü demək deyil. Əksinə belə bölgü iqtisadiyyatı dayandıra bilər. Bunun iqtisadi inkişafa   ciddi təsiri vardır. İnsanlar təbiət etibarı ilə bir-birilərindən fərqlidir. Ağıl, zəka, fiziki quruluş ”“ hamısı fərqlidir. Təbii ki, onların gördükləri işlər də fərqli olacaqdır. Əgər bu işin nəticəsi olaraq hər kəsə eyni haqq verilərsə, daha çox çalışanlara haqsızlıq edilmiş olardı. Daha çox qabiliyyəti olan qabiliyyətini istifadə etməz və onu inkişaf etdirməz, investisiyalarını artırmaz, hər hansı əlavə iş görməz və ya öz üzərinə böyük məsuliyyət götürməz. Çünki bunun qarşılığını almayacaqdır. Bütün bunların nəticəsində   potensial güc istifadə olunmaz və bütövlükdə iqtisadi inkişaf olmaz.  Amma bununla bərabər bölgüdə həddindən artıq təbəqələşmənin yaranması da iqtisadi balansı poza bilər və sosial partlayışlarla nəticələnə bilər. Burada da islam iqtisadiyyatının fəlsəfi əsasları köməyə gələ bilər: Bölgüdə haqq və ədalət prinsipi və ehtiyacı olana yardım göstərilməsi iqtisadi inkişafın mühüm əsasını təşkil edə bilər. 
4. Proqram üzrə nəzərdə tutulan iqtisadi inkişaf fəlsəfəsinin mühüm elementlərindən biri də qənaət sistemindən ibarətdir. Qənaət recimi bütün istiqamətlərdə iqtisadiyyatın canına hopmalıdır. Bunun üçün isə iqtisadi sistem qənaət stimullaşdırıcı olmalıdır. Burada həm əmək, həm maddi və həm də pul ehtiyyatlarının qənaətlə istifadəsindən söhbət gedir. Bu gün istifadə olunan “mənimki deyil, nə işimə qalıb” prinsipi ilə yanaşma metodu kökündən dəyişdirilməlidir. Ölkədə milli mənafe ilə şəxsi, qrup  və ya dövlət mənafelərini   bir-birindən fərqləndirmək lazımdır. Şəxsi, qrup və ya dövlət mənafeləri milli mənafelərin tərkib hissələridir. (bax formula 3) 
N=G+P,                       (3)
Burada,
N ”“ milli mənafeni,
G ”“ dövlət mənafeyini,
P ”“ isə şəxsi mənafeləri ifadə edir.
          
Şəxsi mənafelər qrup, partiya, birlik mənafelərini də formalaşdıra bilər. Formuladan göründüyü kimi toplananların yerində və qarşılıqlı həcmində dəyişiklik cəmdə mütləq dəyişiklik yaratmır...

Ardı var...
Oxşar xəbərlər
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI