Ayaz Mütəllibovdan “20 Yanvar” etirafı: “Günahım o idi ki...”
Oxunub: 13165
20 Jan 2017 | 13:05
Ayaz Mütəllibovdan “20 Yanvar” etirafı:  “Günahım o idi ki...”

1990-cı ilin 20 Yanvar faciəsindən 27 il ötür. SSRİ prezidenti Mixail Qorbaçovun tapşırığı ilə həm qurudan, həm də dənizdən ölkəmizin paytaxtına yeridilən işğalçı qoşunlar rəsmi Moskvanın imperializm əsarətinə, riyakar siyasətinə və Qarabağda baş verən hadisələrə dinc şəkildə etiraz edən insanlara qarşı qətliam həyata keçirdilər. Yaşından, cinsindən, hətta milliyyətindən asılı olmayaraq hər kəsi hədəf seçən rus və erməni hərbçiləri Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda ayağa qalxmış vətənpərvərlərə qarşı insanlığa yaraşmayan zorakılıqlar törətdilər və öz çirkin məqsədlərini reallaşdırmaq üçün müxtəlif qəddarlıq aktlarından istifadə etdilər.

Moderator.az jurnalist Anar Tağıyevin həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri postunu tutan və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi səlahiyyətlərini icra edən Ayaz Mütəllibovla müsahibəsini təqdim edir. 


"Heyifsilənirəm ki, xilas tədbiri də görə bilmədik"

- Ayaz müəllim, həmin dövrdəki hadisələri necə xatırlayırsınız? Göz qarşısında baş verən proseslər aydın idi, bəs hadisələrin görünməyən tərəfləri hansılar idi?

- Həmin təlatümlü dövrü, ağır hadisələri bir azərbaycanlı olaraq böyük ürək ağrısı ilə xatırlayıram. Heyifsilənirəm ki, insanlarımızı toqquşmalardan, belə ağır faciələrdən qorumaq üçün bir xilas tədbiri də görə bilmədik... Gərgin, qalmaqallı illər idi. Bu hadisələrdə SSRİ rəhbərliyinin çox böyük günahı var. İndi hərdən eşidirəm ki, bəziləri o dövrdəki prosesləri hələ də öz subyektiv fikirləri ilə izah etməyə çalışırlar. Belə sözləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu baş katibi, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan da eşidirəm. Biz indi həmin illərin təsiri altında qalmışıq və hər il şəhidlərimizi yad edirik. Əgər bu ayıq-sayıqlıq ötən əsrin 90-cı illərinin əvvəllərində də olsaydı, onda bir çox faciələrdən uzaq ola bilərdik. Bəzi faciələrdən yaxamızı qurtarardıq. Təəssüf ki, belə olmadı. Bir-birimizə qarşı ədavətə son qoymamağımız çox böyük fəsadlara səbəb oldu. Ona görə də yaxın tariximizdən ibrət dərsi götürməli, ayıq-sayıqlığımızı əldən verməməliyik.

“Moskvadan gələnlər də deyirdilər ki, əmr var”

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc insanlara atəş açılması, qan tökülməsi xəbərini nə vaxt, necə qarşıladınız və Nazirlər Sovetinin sədri kimi baş verənlərə ilk reaksiyanız nədən ibarət oldu?

- Mən yanvar ayının 16-dan başlayan mitinqləri kabinetimdə izləyirdim. İnsanların tələblərini eşidirdim. Həmin mitinqlərdə rəhbərliyə qarşı istefa tələbləri səsləndirilirdi. Bəziləri tələb edirdilər ki, filankəslər vəzifədən getsin, onların əvəzinə başqaları gəlsin. Bütün bunlar ağlabatan söhbətlər deyildi. Hətta Moskva nümayəndələri bura gəlib mitinqdə çıxış edərək deyirdilər ki, siz təhlükəli addımlar atırsınız, sonu pis nəticələnə biləcək yolla gedirsiniz, belə olmaz. Ölkənin konstitusiyası var, onun tələblərini pozmayın. Təəssüf ki, onları eşidən olmadı. Bilirsiniz, bizim o zamankı bəzi gənc demokratlarımız yanlış olaraq deyirdilər ki, ruslar, daha doğrusu, sovet rəhbərliyi Tiflis hadisələrindən sonra Bakıya qoşun yeridə bilməz, qanlı qırğın törətməz. Ancaq Moskvadan gələnlər isə deyirdilər ki, bu heç də belə deyil. Kremldən əmr var və əgər qarşıdurmalara son qoymasanız, biz “ictimai asayişi pozanlara” qarşı tədbir görə bilərik. Qarşıdurmaya yol vermək olmaz, bunlar “qeyri-qanuni hərəkətlərdir”. Amma təəssüf ki, buna məhəl qoymadılar. Bizim əlimizdə isə elə bir imkanlar yox idi ki, həmin məsələləri özümüz həll edə bilək. Çünki cəmiyyət parçalanmışdı. Cüzi sayda insan o zamankı müvəqqəti rəhbərlikdə təmsil olunurdu. Hamımız bilirdik ki, fəaliyyətimizin gələcək taleyi naməlumdur. Mən, təbii ki, həmin dövrdə yaranmış vəziyyəti nəzərdə tuturam. O vaxt deyə bilməzdin ki, bu kürsüdə nə qədər otura, fəaliyyət göstərə biləcəksən. Bu mümkün deyildi.

“Bu nə bəladır gəldi başımıza?”

- Ayaz müəllim, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qırğınların qarşısını almaq, gündən-günə gərginləşən proseslərdən itkisiz çıxmaq mümkün idi?

- Həmin hadisələrlə bağlı o dövrdəki hakimiyyəti tənqid edirlər ki, 1990-cı ilin iqtidarı müəyyən tədbirləri həyata keçirə bilməyib, ona görə belə mənfi nəticələr ortaya çıxıb və hadisələr bu səviyyəyə çatıb. Burada həqiqət var. Amma siz yada salın - bizim Qarabağ dərdimiz xalqımızı elə həddə çatdırmışdı ki, insanların qəlbləri az qalırdı partlasın. Hamı düşünürdü ki, görəsən, gündən-günə gərginləşən hadisələrin sonu necə olacaq. Bu nə bəladır gəldi başımıza? Axı niyə belə olsun?
Biz həmin vaxtlar demokratiya uğrunda ilk addımlarımızı atırdıq. Amma “demokratiya, demokratiya” şüarı altında bəzi faciəli hadisələr baş verdi. Hərçənd ki, biz bunlara yol verməməli idik. Bütün tənqidlər ancaq rəhbərliyin ünvanına yönəldilmişdi. Halbuki o vaxtkı rəhbərlik rəsmi Moskvanın sərt mövqeyi səbəbindən heç nə edə bilmirdi. Nə səlahiyyətimiz var idi, nə də bir işi icra edə bilirdik. Demokratik qüvvələr həmin vaxt rayonları, şəhərləri, Bakının özünü nəzarət altında saxlayırdı. Onlar tədbir görə bilərdilər. Amma təəssüf ki, biz bu tədbirləri görə bilmədik və sonda çaşıb qaldıq.

“Onlar uşaq ağlında deyildilər ki...”

- Siz faciənin baş verməsində kimləri əsas günahkarlar, müqəssirlər hesab edirsiniz?
- Mən heç vaxt inanmaram ki, sovet dövründə millətlərarası münaqişələr yaratmaq, onu daha da alovlandırmaq, buna qarşı qəti tədbirlər görməmək başda Mixail Qorbaçov olmaqla, o zamankı Kreml rəhbərliyinin sadəlövhlüyünün nəticəsiydi. Yox, bunlar sadəlövhlük deyildi. Onlar uşaq ağlında deyildilər ki, baş verən proseslərin, millətlərarası münaqişənin alovlandırılmasının aqibətinin necə olacağını anlamasınlar. Mənim fikrim bundan ibarətdir. Əvvəllər “kompartiyanın” təbliğatı nədən ibarət idi? Yuxarılardan aşağılara deyirdilər ki, əgər Sovet Sosialist Respublikaları İttifaqında yaşayan millətlərin arasındakı münasibətlərin nizamını gözləyə bilməsək, yaxud qarşıdurmaya yol versək, onda ölkə dağılacaq. Bu, elementar, sadə bir siyasi anlayışdır. Məgər Mixail Qorbaçov bunu başa düşmür, anlamırdı? Əgər həmin dövrdə Azərbaycanın o zamankı rəhbərliyi iqtidarda təmsil olunmasaydı, hakimiyyəti başqa adamlar idarə etsəydi... Dağlıq Qarabağ münaqişəsinin həlli tapılmayacağı təqdirdə, respublikadakı heç bir hakimiyyət xalqın gözündə hörmətə layiq olmayacaqdı. Belə idi! Kimi dindirirdinsə, hamı soruşurdu ki, bəs Qarabağ probleminin həlli necə olacaq? Biz özümüz Moskvaya nələri demirdik?! Elə götürək mənim özümü. Elə bir söz qalmırdı ki, Mixail Qorbaçovun özünə deməyim.

“Allah bilir, siz hələ ermənilərə nə deyirsiniz?”

- Mixail Qorbaçova nələri deyirdiniz və o, iradlarınıza necə reaksiya verirdi?

- Mən iradlarımı bildirəndə gözləri qamaşırdı. Qorbaçov danışanda özünü itirirdi. Soruşurdum ki, Mixail Sergeyeviç, siz nə edirsiniz? Ölkəni dağıdırsınız. Bu nə deməkdir? Niyə baş verən riskli hadisələrə, bu cür təhlükəli məsələlərə, problemlərə belə laqeyd, biganə yanaşırsınız? Allah bilir, siz hələ ermənilərə nələri deyirsiniz?! Qorbaçov iradlarımı eşidəndə əsəbiləşirdi. Özünə də deyirdim ki, kresloya bağlı adam deyiləm. Nazirlər Sovetinin sədri ”“ baş nazir kimi mənim əsas vəzifəm bu məsələləri həll etməkdir. Ancaq mən sizsiz həmin problemləri həll edə, aradan qaldıra bilmirəm. Yumruğunuzu çırpın masaya və tabeliyinizdəki insanlara qəti göstərişlərinizi verin. Onlara deyin ki, biz belə danışmamışıq. Yenidənqurmanın, onun nəticələrinin bu cür fəsadlara gətirib çıxaracağını təsəvvür belə etməzdik. Siz belə xoşagəlməz hallara son qoymursunuzsa, bəs onda biz nə edək? Yaratdığınız problemləri necə həll edək? Xalq da haqlı olaraq bizdən Qarabağ probleminin tezliklə həll olunmasını tələb edirdi. İndi də bəziləri Qarabağ probleminin açarının orda-burda olduğunu deyirlər. Çünki münaqişə hələ həll edilməyib. Onda da belə idi.

- Lakin o dövrdə hakimiyyət nümayəndələrinə daha kəskin iradlar bildirilirdi...

- Həmin vaxt bütün tənqidlər bizə ünvanlanırdı. Fikirləşirdik ki, neyləyək... Daxildə çaxnaşma, siyasi qarşıdurmalar, hakimiyyət uğrunda gizli-açıq mübarizələr. Bütün bunların hamısı sonda böyük siyasi partlayışa səbəb olan amillər kimi meydana çıxdı. Baş verənlər çox böyük faciələr üçün şərait yaradırdı. Bunu etiraf etmək lazımdır. Hərdənbir mənə elə suallar verirlər, elə bil, bu adamların 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələrdən xəbərləri olmayıb. Bilmirlər ki, Azərbaycanda hansı proseslər baş verirdi. Sanki həmin hadisələrin iştirakçıları deyillər.

“Biz siyasətlə məşğul deyildik”

- Bəziləri həmin dövrdə baş verən hadisələrin nəticələrini faciə, bəziləri isə fərqli izah edir. Proseslərə sizin yanaşmanız necədir?

- Bilirsiniz, Azərbaycan xalqı hər zaman siyasətdən uzaq olub. Sovet dövründə hər kəs özünün dolanışığı uğrunda çalışır, ailəsi üçün çörək pulu qazanır, rifahının yaxşılaşmasına səy göstərirdi. Biz siyasətlə məşğul deyildik. Ona görə də SSRİ-də birdən-birə yenidənqurma islahatlarına start veriləndə insanlar çətin durumla üzləşdilər. Bir tərəfdən də Qarabağ problemi. Mən də demokrat adamam. Özü də təbii demokrat. Bu, xarakterimdən irəli gəlir. Diktator deyildim, baş verənləri müsbət qarşılayır, alqışlayırdım. Bilirdim ki, millətlərarası münaqişələrə, ermənilərin fitnəkarlıqlarına son qoymamaq böyük cinayətdir. Baş verən bəzi proseslər sonda buna apara bilər. Və belə də oldu.
Bu proseslərdə faciəvi məqamlar da vardı. Həmin məqamlar bundan ibarət idi ki, biz hadisələrə nəzarəti, ayıq-sayıqlığımızı əldən verdik. Söylədiklərim həmin dövrdə meydana çıxan bəzi siyasətçilərə, ayrı-ayrı demokratik qüvvələrə, hakimiyyətin bəzi məmurlarına aiddir. Hamımız çaşıb qalmışdıq ki, nəticə niyə belə olur? Qarabağ münaqişəsi çox ağır durum yaratmışdı. Amma vallah, bizim sözümüz keçmirdi! Lakin sözü keçən adamların da sözləri o zamankı vəziyyətə uyğun deyildi. Əksinə, biz xalqa yekdilliklə başa salmalıydıq ki, baş verənlər geosiyasi hadisələr deyil, daxili siyasi proseslərdir. Bu məsələdə ehtiyatlı olmaq, təmkinlə davranmaq lazımdır. “Bizə silah paylayın, top verin, gedək erməniləri belə edək” deyənləri başa salmağa çalışırdım ki, hələlik burada top məsələsi, güc amili önəm daşımır. Biz ağılla, təmkinlə iş görməliyik. Elə etməliyik ki, sonu nöqsanlara gətirib çıxaran addımların atılmasına yol verməyək. Nəticəsi fəsadlarla sonuclanan amillərə şərait yaratmamalıyıq ki, kimlərsə bundan istifadə etsin. Deməli, bütün bunlar həm də faciə idi. Bilmədiyimiz, düzgün qiymət vermədiyimiz proseslər baş verirdi. Bu, bütün cəmiyyətə aid idi. Elə ziyalıların özlərinə də. Bir sözlə, hamıya. İndi sizin yadınıza salıram. Hay-harayla danışanlar, “ay gedək belə edək” deyənlər, “filankəs hara baxır” tənqidini səsləndirənlər vardı. Bu insanlardan da istifadə edirdilər. Belə bir klassik siyasi şüar var: “Parçala, hökm sür”. Bu, çarlar, xanlar dövrünə aid olsa da, həmin vaxtda belə siyasi texnologiyadan yararlanırdılar. İnsanlardan istifadə edirdilər.
Həmin meydanda şəhid olan insanlar vətənpərvər mübarizlərdir, qəhrəmanlardır. Onlar əliyalın, silahsız olsalar da, öz sinələrini tankların önündə, əsgərlərin silahlarının, topun, tüfəngin qarşısında sipər etdilər. Fəxr edirik ki, bizim belə vətənpərvər insanlarımız, fədakarlarımız olub. Belə insanlar sonrakı hadisələrdə də ortaya çıxdı. Qarabağ müharibəsində həlak olan qəhrəmanlarımız, əlillərimiz, müharibə veteranlarımız buna misal ola bilər. İndi də bu cür vətənpərvər insanlarımız kifayət qədərdir. Amma biri var rəqibinin zəif və güclü tərəflərini biləsən, əlinə silah alıb döyüşəsən, bir də var, arxada fitnəkarlıq fəaliyyəti göstərəsən. Kremldə bizə qarşı aparılan dırnaqarası siyasətin aradan qaldırılması həmin vaxt heç kimin iradəsindən asılı deyildi. Heç kim deyə bilməz ki, mən olsaydım, bu proseslərin qarşısını ala bilərdim.
Bəziləri indi həmin hadisələri müstəqillik uğrunda mübarizə kimi qələmə verirlər. Düzdür, o prosesləri belə qələmə vermək olar. Mən heç kimin xətrinə dəymək, qəlbini incitmək istəmirəm. Amma gərək məsələnin başqa tərəfini də götür-qoy edək, araşdıraq. Məsələn, elə respublikalar var ki, onlarda belə qan tökülmədi, ağır faciələr baş vermədi. Bu cür qanlı hadisələr nə Özbəkistanda, nə Türkmənistanda, nə də digər respublikalarda baş verdi. Niyə? Çünki onların ermənilər kimi məkrli qonşuları yoxdur, olmayıb. Onların Qarabağ dərdi mövcud deyil. Bu məsələlərə aydın şəkildə, obyektiv formada yanaşmaq lazımdır. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hər şeyi açıq demək lazımdır - biz böyük fəlakətə sürükləndik. Bu, tarixi məsələydi. Özü də birinci dəfə deyildi. Çünki Qarabağ məsələsi ötən əsrin əvvəllərində də, 1918-ci ildə də, sonralar da ortaya çıxmışdı. Həmin vaxtlarda da günahsız insanların qanı töküldü.

“Dmitri Yazov dedi ki, siz idarəçiliyi itirmisiniz”

- Sizcə, biz 20 Yanvar faciəsinin əsl günahkarlarının cəzalandırılmasına, onların beynəlxalq məhkəməyə verilməsinə nail ola biləcəyik?

- Faciəyə siyasi qiymət verilib. Baş verənlər Azərbaycan xalqının faciəsi idi. Şəxsən mən özüm zəng edib, SSRİ-nin o zamankı baş naziri Nikolay Rıjkovla danışdım. Nikolay Rıjkov hətta bunu öz kitabında da qeyd edib ki, Ayaz Mütəllibov Azərbaycandan mənə zəng edərək Bakıya qoşun yeridilməsinin yolverilməz olduğunu bildirdi və bunu tələb etdi. Azərbaycanın Nazirlər Sovetinin rəhbəri dedi ki, Bakıya qoşun yeritmək qətiyyən olmaz. O, danışığımızın mətnini öz kitabında müfəssəl qeyd edib. Bununla bağlı digər şahidlər də var. Yerli vaxtla saat təxminən on iki radələrində Moskva ilə əlaqə saxladım. Rıjkova dedim ki, quru qoşunlarının şəhərə girməməsi barədə əmr verin. Həmin vaxt yanımda yoldaşlar da vardı. Ona hələ bir faktı da misal çəkdim. Bildirdim ki, azərbaycanlıların təsəvvürlərində sovet qoşunları ruslardan ibarətdir. Həmin vaxt isə bizim beş yüz mindən çox rus vətəndaşımız vardı. Nikolay Rıjkova dedim ki, niyə onları qırğına verirsiniz? Buna yol vermək olmaz! SSRİ-nin müdafiə naziri Dmitri Yazov da həmin vaxt Moskvada idi. Onunla da telefonla danışdım. Müdafiə nazirinə bildirdim ki, indicə Rıjkovla əlaqə saxladım. Sizə də deyirəm, nəbadə, qoşunları Bakıya yeridəsiniz! Dmitri Yazov buna cavab olaraq mənə dedi ki, siz idarəçiliyi itirmisiniz. Cavab verdim ki, idarəçiliyi biz yox, siz itirmisiniz. Məgər bilmirsiniz ki, bu hadisələrin konkret kökləri, başvermə səbəbləri var? Proseslərin kökü Qarabağ məsələsinə söykənir. Qarabağ problemini həll edin, görün biz vəziyyəti nizama salacağıq, yoxsa yox. Heyif, çox heyif ki, o cür qəhrəman övladlarımız şəhid oldular. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən onların ailələrinə, doğmalarına başsağlığı verir, dərdlərinə şərik oluram.
“...mən də Nazirlər Sovetinin sədri kimi göstəriş verirəm ki, camaatı döyüb meydanlardan, küçələrdən çıxarın”.

- Ayaz müəllim, siz özünüzü 20 Yanvar faciəsinin günahkarlarından hesab edirsinizmi? Düşünürsünüzmü ki, əgər qırğının qarşısını vaxtında almaq üçün hər hansı addımı ata bilərdiniz, amma bu addımı atmamısınız?

- Yox, bu, addım atmaq məsələsi deyildi. Ümumiyyətlə, o zaman Bakıdakı prosesləri nəzərdə tutsaq, Qarabağdakı hadisələrin təsiri altına düşən xalqımız, paytaxt sakinləri, insanlarımız baş verənlərə kəskin etiraz edirdilər. Həmin vaxt “Azadlıq” meydanındakı mitinqlərə yüz minlərlə insan toplaşırdı. Camaat könüllü olaraq ora yığışırdı. Ürəkağrısı ilə mitinqlərə gəlirdilər ki, səslərini eşitdirə bilsinlər. Belə olan halda desəm ki, məndən nəsə asılı idi, bu, sadəlövhlük olardı. Axı bu belə deyildi. Baş verənlərə özümün də ürəyim ağrıyırdı. Bilirdim ki, bunun nəticələri çox pis ola bilər. Zavodlarla, fabriklərdə insanlarla görüşüb söhbət edəndə onlara deyirdim ki, mənim də sizin kimi ürəyim ağrıyır. Ancaq biz bu tələyə düşmüşük, proseslərə çox ehtiyatla yanaşmalı, ayıq-sayıq olmalıyıq. Təsəvvürünüzə gətirin ki, camaat Qarabağ haqqında tələblər irəli sürür, belə bir səlahiyyətimin olmamasına baxmayaraq, mən də Nazirlər Sovetinin sədri kimi göstəriş verirəm ki, gedin camaatı döyüb meydanlardan, küçələrdən çıxarın. Bu, mümkün olan şey deyildi.

Yəqin ki, mənim dediklərimə inanırsınız. Bütün söylədiklərim həqiqətdir. 20 Yanvar faciəsində mənim günahım o idi ki, həmin zamanlarda rəhbərliyə düşdüm. Sözün doğrusu, heç bunu istəmirdim də. Məni yaxından tanıyan insanlar, xarakterimə bələd olanlar, ətrafımdakılar xahiş etdilər ki, vəzifə təklifinə etiraz etməyin. Biz sizi tanıyırıq və kömək edəcəyik. Məgər mən buna can atırdım? Yox. Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdırım. Bir dəfə şəxsən mən özüm Mixail Qorbaçovun dilindən bu sözləri eşitdim. O dedi ki, mən çox şeyi həyata keçirə bilmədim. Ancaq bir məsələdə öz-özümə əhsən deyib tərifləyirəm ki, mən kommunist sistemini dağıtdım. Onun bu sözləri söyləməsinin şahidiyəm. Kommunist sistemini dağıtmağa müttəfiq respublikalardan başladılar. Çünki həmin vaxt Rusiyanın “kompartiyası” yox idi. Yerlərdə on dörd respublikanın “kompartiyaları” fəaliyyət göstərirdi. Bu adamlar səriştəli insanlar, bacarıqlı kadrlar idi. Onlar vəzifələrdə təmsil olunmuş şəxslərdi. Əgər hadisələr təkamül yolu ilə həyata keçirilsəydi, onda bu faciələrə yol verilməzdi. Ancaq öz məqsədlərini ekstremist, radikal formada həyata keçirməyə başlayanda biz istər-istəməz onlara ”“ rəsmi Moskvanı nəzərdə tuturam - niyyətlərini reallaşdırmağa şərait yaratdıq. Kommunist sistemini dağıtmaq dövlətçiliyi dağıtmaq demək idi. Kommunist sistemi dağılandan sonra heç bir il ötmədi ki, SSRİ də dağıldı.
Allah 20 Yanvar faciəsində həlak olan bütün şəhidlərimizə rəhmət eləsin, millətimizi yeni təlatümlü dövrlərdən uzaq eləsin. İndi dünyada elə proseslər baş verir ki, onun nəticəsinin necə olacağını proqnozlaşdırmaq çox çətin olur. Bu məsələlərdə xalqın həmrəyliyi, birliyi mühüm önəm daşıyır. Azərbaycan xalqı yekdil, həmrəy olmalıdır. Səmimi deyirəm - hakimiyyətin, ölkə başçısının ətrafında birləşməliyik. Çünki bizim paxıllığımızı çəkən, ölkəmizə düşmən olan qüvvələr az deyil. Azərbaycanın sərhədlərindən kənarda da onlara qarşı yekdil olmaq lazımdır. Biz daim ayıq-sayıq olmalı, yenə də ehtiyatımızı əldən verməməliyik.


Qeyd edək ki, müsahibə 2015-ci ildə 20 Yanvar faciəsinin ildönümü ərəfəsində alınıb. 
 
Anar Tağıyev
Oxşar xəbərlər
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
GÜNLÜK
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?