“Bizim sizə pisliyimiz dəyməz”
Oxunub: 3127
27 Oct 2016 | 13:29
“Bizim sizə pisliyimiz dəyməz”

Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq yenidən intensivləşib. Bir il bundan əvvəl Avropa Parlamenti Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən qətnamə qəbul etdikdən sonra Bakı Brüssellə əməkdaşlığı faktiki dondurdu. Azərbaycan “Avronest”dən də çıxdı. Ancaq üstündən bir il keçdikdən sonra belə vəziyyətin nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına uyğun olduğu aydınlaşdı.


Avropa Parlamentinin Bakıya gələn nümayəndə heyəti prezident İlham Əliyevlə görüşdü, Azərbaycan parlamentində müzakirələr apardı. Bundan sonra rəsmi Bakı yenidən Avropa Parlamenti ilə əlaqələrin bərpasna qərar verdi. Əslində anormal vəziyyət yaranmışdı. Azərbaycan TAP və TANAP boru xətləri ilə öz qazını Avropaya çatdırmaq istəyir, digər tərəfdən Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq istəyir və buna görə Azərbaycan qazında maraqlıdır.Ancaq Brüssellə Bakı arasında dialoq azalmışdı.Ona görə də bu gərginliyə son verildi.


Hazırda vəziyyət belədir ki, rəsmi Bakı Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi məqsədilə Brüsselə strateji saziş layihəsi göndərib. Avropa İttifaqı Azərbaycanla Ukrayna, Gürcüstan və Moldova ilə olduğu kimi assosiativ saziş imzalamaq istəyirdi. Ancaq rəsmi Bakı assosiativ sazişə maraq göstərmədi. Rəsmi Bakı bunun əvəzinə fərqli saziş hazırladı.


Hazırda bu sənəd Brüsseldə öyrənilir. Aydındır ki, rəsmi Bakı bu sənəddə enerji və ticarət əməkdaşlığını göstərən bəndlərə üstünlük verir. Brüssel bu bəndlərdən imtina etmir. Ancaq eyni zamanda həmin sənəddə siyasi və iqtisadi islahatlar, o cümlədən vətəndaş cəmiyyəti ilə bağlı bəndlərin də yer almasını istəyir. Digər tərəfdən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də Avropa İttifaqı ilə əməkdaşlıqda əsas şərtlərdən biridir. Buna görə də Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müzakirəsi xeyli vaxt aparacaq.


Avropa İttifaqı Azərbaycandakı vəziyyəti diqqətlə izləyir. Azərbaycanda 26 sentyabr referemdumundan sonra Konstitusiyada dəyişikliklər edildi. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi islahatları sürətləndirməlidir. Doğrudur, referendumla bağlı Avropa İttifaqının mövqeyi Venetsiya Komissiyasının tənqidi mövqeyi ilə üst-üstə düşdü.


Buna baxmayaraq, Avropa İttifaqı referendumla bağlı kəskin tənqid səsləndirmədi, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etmədi. Çünki yenidən bu cür kəskin tənqid Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri birdəfəlik korlaya bilərdi. Ona görə də Brüssel sadəcə, seyrçi mövqeyində qaldı.


Azərbaycan son 10 ildə heç bir ölkədən və beynəlxalq təşkilatdan maliyyə yardımı almayıb. Çünki bu illərdə Azərbaycanın neft satışından əldə etdiyi gəlir bir çox iqtisadi və sosial problemi həll etməyə imkan yaradırdı. Hazırda həm neftin qiyməti, həm də Azərbaycanda neft istehsalı azalıb. Ona görə də Azərbaycanın beynəlxalq maliyyə qurumlarının kreditlərinə ehtiyacı yaranıb. Avropa İttifaqı tərəfdaşlıq etdiyi ölkələrə müxtəlif islahatlar məqsədilə maliyyə ayırır. Bu maliyyənin həcmi böyük olmur. Ancaq bu maliyyə vəsaitləri müxtəlif dövlət qurumlarında struktur islahatlarının sürətləndirilməsi üçün istifadə edilir ki, Azərbaycanın da buna ehtiyacı var. Ancaq rəsmi Bakı Avropa İttifaqından maliyyə alarkən Brüsselin də istəklərini yerinə yetirməlidir.Azərbaycan hakimiyyəti artıq bir neçə addım atıb. Bunlardan biri oktyabrın 21-də İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında imzaladığı fərmandır.


Sənədə əsasən, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunu asanlaşdırmaq, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.


Bu fərman Azərbaycandakı müstəqil qeyri-hökumət təşkilatlarının xarici donorlarla birgə fəaliyyətindəki bütün maneələri ortadan qaldırmasa da, Brüssel tərəfindən müsbət qiymətləndirilib. Məsələ burasındadır ki, mövcud qadağalar xarici qrantların daha çox digər bölgə ölkələrinə - Gürcüstana və Ermənistana yönəlməsinə şərait yaradır. Azərbaycanın müstəqil qeyri-hökumət təşkilatları xarici donorlarla əməkdaşlıqdan məhrum olarkən, Gürcüstandakı və Ermənistandakı qeyri-hökumət təşkilatları milyonlarla avro sayəsində müxtəlif layihələr həyata keçirirlər.

 

Rəsmi Bakı bir neçə il öncə xarici qrantlara ona görə qadağa qoydu ki, bu maliyyə vəsaitləri ilə Azərbaycanda rəngli inqilabın əsasının qoyulacağından şübhələndi. Ancaq Azərbaycanda inqilab Avropa İttifaqının maraqlarına cavab vermir. Əksinə, “ərəb baharının” yaratdığı problemlərdən sonra Avropa İttifaqı Azərbaycanda davamlı sabitlikdə maraqlıdır. Avropa İttifaqının məqsədi Azərbaycanda inqilab yox, siyasi və iqtisadi islahatların sürətləndirməsində hakimiyyət orqanlarına dəstək verməkdir.Bir sözlə Avropa İttifaqının Azərbaycana qeyri-rəsmi mesajı belədir: “Bizim Sizə pisliyimiz dəyməz”.


Bu arada, Avropa İttifaqından daha bir nümayəndə heyəti Azərbaycana səfər etdi. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberinbaşçılıq etdiyi nümayəndə heyəti oktyabrın 25-də Azərbaycana səfər edərək prezident, müdafiə və xarici işlər nazirləri ilə görüşdü. Helber Salber Bakıdakı bu görüşlərdə dedi ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.


Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı ATƏT-i əvəz etməyəcək. Brüsselin belə bir istəyi də yoxdur. Buna baxmayaraq, Brüssel vəziyyəti daima nəzarət altında saxlamaq istəyir. Çünki, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının əsas regional tərəfdaşına çevriləcək. Bir neçə ildən sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya daşınacaq. Bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin davamlı şəkil almasında maraqlıdır.


Bölgədə mümkün müharibə Avropa İttifaqının maraqlarına ziddir. Ancaq Avropada onu da anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bölgədə müharibə risqi yüksəkdir. Ona görə də bu risqin azaldılması məqsədilə Brüssel həm Bakı, həm də İrəvanla dialoqu intensivləşdirməyi və bu yolla Minsk Qrupu həmsədrlərinə dəstək vermək siyasətinə üstünlük verir.


“Atlas” Araşdırmalar Mərkəzi

Oxşar xəbərlər
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO