“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik?
Oxunub: 2529
25 Sep 2016 | 00:23
“Sənin iki yox, üç övladın var”  - Hüseyn Cavid haqda nələri bilmirik?

1937-ci il repressiyasının Azərbaycan ədəbiyyatına vurduğu Hüseyn Cavid boyda zərbə güman ki, tarix boyu unudulmayacaq. O, milli düşüncənin formalaşması üçün bütün həyatını sərf etmişdi. Ölümünə səbəb də məhz bu mövqeyi idi.

 

1937-ci ildə Sibirə sürgün edilən Hüseyn Cavid 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində gözlərini əbədi olaraq yumdu. 59 illik həyatında Cavid milli ədəbiyyatın ən gözəl nümunələrini yaratdı. Amma çoxlarımızın bilmədiyi bir şey var ki, bu da Hüseyn Cavidin şəxsi həyatı, uşaqlığı, sevgisi və ömrünün ən maraqlı anlarıdır.

Böyük ədibin həyatının ən maraqlı anlarını təqdim edirik:

Hüseyn Cavid uşaqlıqda çox nadinc olub. Bacısı deyərdi ki, Hüseyn məktəbə gedəndə qonşu arvadlar sevinirdilər. Elə böyük vaxtı da nadincliyi başından getməmişdi. Gecə vaxtı bir yerdən gələndə tanış qapını döyüb çıxıb gedərdi.

news-detail


Cavid əsərləri üzərində işləyərkən xırdaca səs belə onun fikrini dağıdarmış.

Bir dəfə Cavid Tiflisə gedir. Orda iki otaqlı mənzillərdən birində kirayənişin olaraq qalır. Qaldığı evin eyvanından bütün şəhər görünürmüş. Bir gün axşamtərəfi Cavid həvəslə gəlib işə başlamaq istəyir. Birdən görür ki, qonşu otağın qapısı açıqdır. Ürəyində fikirləşir ki, təzə gələnlərin ailəsi, uşaqları çoxdusa, heç işləyə bilməyəcək.

Tez ev sahibəsinin yanına gedir. O, Cavidi sakitləşdirir ki, yox canım, nə ailə, nə uşaq? Qohumdu, tələbədi, tək oğlandı.

Cavid bu sözlərdən rahatlanır və otağına keçib kağızlarını səhmanlayıb, qələmi götürüb yazıya başlamaq istəyir. Amma nə fayda? Sən demə, qonşu otaqdakı oğlan musiqiçi imiş. Özü də truba çalır. Elə o gecə dinməz-söyləməz dəftər-kitabını yığıb oradan köçür.
 
news-detail

Cavid öz xatirələrinin birində söyləyirdi:

- Bir dəfə bir dağıstanlı dostuma qonaq getmişdim. Fürsətdən istifadə edib işləmək istəyirdim. O vaxt “Maral”ı yazırdım. İnsafən məni hörmət-izzətlə qarşıladılar, ayrıca bir otaq verdilər. Ürəyimdə sevindim ki, “əla”, lap mən deyən şəraitdi. Ancaq sən demə, onlarda qonağı evdə tək qoymaq hörmətsizlik sayılırmış. Buna görə də dostum qardaşına tapşırıb ki, mənimlə otursun. Qardaşı da bütün gün yanımdan heç yerə getmədi, söhbət olsun deyə arada ya mənasız bir sual verir, ya da öskürürdü. Üç-dörd gün canımı dişimə sıxıb dözdüm. Axırı gördüm bir sətir də yaza bilmirəm, səbrim daşdı. Dostumu çağırdım yanıma ki, ay əzizim, sənin bu qardaşının işi-gücü yoxdu? Səhərdən axşamacan oturur yanımda, fikrimi dağıdır, məni işdən edir. Sən Allah, buna bir məşğuliyyət tap, mən də işimi görə bilim. Qayıtdı ki, Cavid əfəndi, vallah, sizi tək qoymaq ayıbdı axı. Dedim, mən tək niyə oluram? Yanıma o qədər oğlanlar, qızlar, rəssamlar, şairlər, vaizlər, dərvişlər gəlir ki! Otururlar yanımda, mənimlə söhbət eləyirlər.

Ev yiyəsi mən belə deyəndə yan-yörəsinə baxıb təəccüblə dedi ki, ay qardaş, bəs onlar hanı, heç mən görmürəm?

“Darıxma, görərsən” ”“ dedim. O adamlar hamısı yazdığım əsərin içindədirlər. Onları küsdürüb barışdırmaq, ağladıb güldürmək məni darıxmağa qoymur.

Dağıstanlı dostum çox sevindi, sabahdan qardaşını da özü ilə işləməyə apardı. Axır ki, başladım yazmağa.

news-detail

Hüseyn Cavidin ömür-gün yoldaşı Müşginaz xanıma elçi düşməsinin də maraqlı tarixşəsi olub.

Cavidin bacısı qızı ilə Müşginaz xanım yaxın rəfiqə olublar. Həm də qonşu imişlər. Bacısının ürəyindən keçirmiş ki, nə olaydı Cavid gələndə Müşginazı ona alaydıq.

O zamanlar Cavid Bakıda müəllimlik edərdi. “Ana” , “Şeyda” kitablarını o vaxtlar təzəcə çapa verir və düşünür ki, aldığı pulla ev-eşik düzəldər. Nəhayət Cavid Naxçıvana qayıdanda bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu açıb deyir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa da, Cavidi razı sala bilmir ki, bilmir. Deyir “Gərək özüm görəm. Görməsəm “hə” deməyəcəm”.

Cavidin böyük qardaşının arvadı deyir ki, Müşginazı evə çağıraq, Cavid də onu görsün.

Günlərin bir günü Müşginaz anasından icazə alandan sonra, Cavidgilə gəlir. Müşginazı yaxşı görmək üçün Cavid iki sandığın arxasında gizlənir. Amma işıq arxa tərəfdən düşdüyü üçün qızı yaxşı görə bilmir və razılıq da vermir. Bir neçə gün evdəkilər götür-qoy edirlər ki, neyləsinlər. Axırda qərara gəlirlər ki, indi də qızı bacısıgilə çağırsınlar.

Müşginazı bir daha gətirdirlər və bu dəfə onu görən Cavid razılaşır. Nəhayət, 1918-ci ildə evlənirlər.

news-detail

Müşginaz xanım Hüseyn Cavidlə bağlı xatirələrində qeyd edirdi: 

- 1921-ci ildə bərk xəstələnmişdim. Bir gün Cavid kitablarından bir neçəsini ayırdı. Soruşanda ki, onları neyləyirsən, cavab verdi ki, bir nəfər istəyib, ona çatdırmalıyam.

İki-üç saatdan sonra Cavid qayıdıb gəldi, dərman, qənd, çay, çörək, ət alıb gətirdi. Elə onda kitabları satdığını anladım.Pulunun olmadığını bilirdim. Özü də çox fikirli görünürdü. Oturub ağladım. Çünki Cavidin apardığı kitabların hər birini neçə dəfə əlinə alıb yerə qoyduğunu görmüşdüm.

Məni ağlayan görəndə Cavid yaxınlaşıb saçımı sığalladı:

- “Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki!”

- Sən darıxdığına görə ağladım - dedim.

- Keçib gedər, darıxma. Dar günün ömrü az olar, acısı çox.

news-detail

Müşginaz xanım digər xatirəsində danışır:

- Cavid bir əsərin üzərində illərlə işləyərdi. Dönə-dönə üzünü köçürərdi. Öz istədiyi kimi tamam hazır olmayana qədər üzə çıxarmazdı. Əlyazma nə qədər qarmaqarışıq olurdusa, üzünü köçürəndə o qədər təmiz, o qədər səliqəli olardı, elə bil çapdan yenicə çıxıb. Dəftərin üstünə ləkə çəkməsin deyə suçəkən kağızı qoyardı. Çox vaxt gecə işləyərdi. Gündüzlər isə gecə yazdıqlarının üzünü köçürərdi. Cavidin yazı masası o biri otağa açılan qapının yanında yerləşirdi. Masanın yerini dəyişmək mümkün deyildi. Ona görə də Cavid işləyən zaman çox gir-çıx eləməzdim, uşaqları səs salmağa, mane olmağa qoymazdım.

news-detail

Bir gün uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Nə iş üçünsə durub o biri otağa keçməli idim. Bildim ki, nə qədər yavaş keçsəm də, yenə Cavidin fikri dağılacaq. Kiminləsə danışırmış kimi əli ilə hərəkətlər edirdi. Qayıdıb oturdum. Kitabın vərəqini də çevirməyə ehtiyyat edirdim. Qorxurdum ki, birdən fikri dağılar. Xeyli sonra qalxdı ayağa. Gördü ki, oturmuşam.

- Yuxusuz qaldın. Niyə gedib yatmadın ?

- Qıymadım. Dedim fikrin dağılar.

- Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun.

news-detail

Hər gün nahardan sonra 1-2 saat yatardı. İşləməyə başlamazdan əvvəl bir fincan tünd qəhvə içərdi. Özünün xəbəri olmadan hazır edərdim.

Çox əsəbi idi. Həmişə deyərdi: “Sənin 2 yox, 3 övladın var. Özü də üçüncüsü lap cəncəl, lap nadincdir”. Özünə işarə edərdi.

Bir qonaqlığa, ya toya gedəndə deyərdi: “Gec gedək, tez gələk. Adam bir yerdə 4-5 saat otura bilər?”

Ancaq işləyən vaxt nəinki 4-5 saat, ondan da çox oturan vaxtı olurdu.

news-detail

Cavid qayğıkeş, qədirbilən bir ailə başçısı idi. Heç yadıma gəlmir ki, səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durub onların yeməklərini verərdi, yola salardı.

Bir vaxt ayaqqabısı və kostyumu çox köhnə idi. Ha fikirləşirdim necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyəndə belə cavab verirdi ki, bir az da gözlə. Yemək-içməyimizdən kəsmə.

Axırda dözmədim. Bir cüt ona ayyaqabı aldım. Sabahı geyib getdi. Axşam evə gələn kimi dedi:

- Sağ ol ki, bu ayyaqabını aldın. Bu gün neçəsi dedi, Cavid əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?

Mərdimazarlara, evyıxanlara lənət. Zaman gəldi, həmin ayaqqabılara da pənah gətirdim.

news-detail

Qızı Turan xanım isə belə xatırlayırdı:


- Bir dəfə qonşuluğumuzda yaxşı bir adam rəhmətə getmişdi. Mən onda uşaq idim. Dedim ki, niyə, həmişə yaxşı adamlar ölür? Babam, yəni Cavid gülürək dedi: “Ay şeytan, bəyəm biz pis adamıq?”

***
Hüseyn Cavid çox dürüst insan idi. Bir gün Maarif şöbəsində guya Cavidin vəziyyətini nəzərə alıb qız məktəbində ona əlavə dərs verirlər. Molla oğlu olduğu üçün şəriət müəllimi təyin edirlər. Heç yerdən gəlir yox idi deyə, buna çox əsəsbiləşsə də, dərs verməyə gedir.

news-detail

Özü həmin anları belə xatırlayardı:

- Sinfə girdim, dedim ki, məni sizə şəriət dərsi demək üçün göndəriblər. Ancaq mən molla deyiləm. Qızlardan biri dedi: “Yox, biz istəyirik ki, siz ədəbiyyatdan dərs verəsiniz”. Onsuz da mən özüm də o fikirdəydim. Bir neçə gün belə dərs dedim. Sonra bu barədə kimsə gedib müdriyyətə xəbər verdi. Bir gün müdir məni çağırdı: “Cavid əfəndi, bu necə dərs deməkdi?”. Mən də dedim ki, mənim şəriət dərsim budur. O gündən də dərs kəsildi.(Admiral.Az )

Oxşar xəbərlər
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:54, Bu gün
Əli Əsədov Türkiyədə rəsmi səfərdədir - FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:35, Bu gün
Bakıda hoteldə vəzifəli şəxslər zəhərləndi - 2 nəfər öldü
13:33, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:55, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB + FOTO
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi