"Əsəbiləşib “nə özünüzü cırırsız orda, Arifi çağırın” deyəndə canlı efiri kəsdilər"
Cəmiyyət
Oxunub: 6836
12 Jul 2016 | 09:30













Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/143878.html

Üçüncü fəsil

Içimdəkiləri bu yazıya həvəslə tökürəm. Illər boyu özümlə daşımışam. Unutmaq, yaşamaq istəyirəm, həyatıma mane olur, ona görə. 13 ildir içimdəki qəzəbdən, nifrətdən xilas  ola bilmirəm, çünki suçsuzam. Çünki haqsız yerə cəzalandırılmışam, bəraət də ala bimirəm. Korun-korun közərirəm.

Içimdəkiləri bu yazıya həvəslə tökürəm.  Halbuki qarşımdakı oxucunun kim, necə birisi olduğunu bilmirəm. Narazıların etirazlarını görmürəm. Qəzəblənənlərin hədəsini hiss etmirəm  Əslində adam arasında ötən illərlə bağlı danışmağı, qələbəlikdə duyğularımı bölüşməyi heç sevmirəm. Rəsmi məclislərdə əsla. Çünki o qarışıqlıqda hisslər olduğu kimi qəbul edilmir, maraq oyatmır, anlaşılmır, dinlənilmir,  hətta məsxərəyə qoyulur. Kef havasına hərə bir söz atır. Hamını məcbur edib demək olmaz ki, mütləq məni dinləməlisən, anlamalısan, razılaşmalısan. Ya da fikirlərini senzuradan keçirib danışmalısan, auditoriya ilə hesablaşmalısan. Bu yaxınlarda tələbə yoldaşlarla 35 ildən sonra bir görüş keçirdik.

_20160705_190055 

35 ildən sonra

Elə tələbə yoldaşlarım vardı, dövlət imtahanından sonra üzlərini görməmişdim. Üzdən dəyişsələr də bəziləri içdən necə vardılar elə də qalıblar. Tələbəlikdə iki qrupda 50 nəfərdik, hardasa 20-22-si gəlmişdi görüşə. Bəziləri həyatdan köçmüşdülər, bəziləri həyatdan küsgündülər, bəziləri bizə küsgündülər, bir ayrılar vardı biz onlara küsgündük, ayrıları da var; onlar barədə yazıb yazımdakı yaxşıları yamanlamaq istəmirəm. Sağ olsunlar təşkilatçılar- İlham, Qardaşxan  xeyli əziyyət, xərc çəkmişdilər. Amma mən o məclisdən zövq almadım, hətta sıxıldım da. Sanki rəsmi törəndi, hər kəs masa arxasında əyləşib yeməli, içməli, oynamalı, məcburi qaydada çıxış etməli, xatirə danışmalı, bu zaman kimsənin xətrinə dəyməməli, mütləq müəllimləri tərifləməli, bir sözlə, öhdəliklər yerinə yetirməli idi. Bunların heç birini etmədim, mənə dərs deyən  Nəsir müəllimin, Akif müəllimin, hətta mövqeyini paylaşmadığım fakultə  dekanının yanında qol qaldırıb oynamağı özümə yaraşdırmadım. Nə olsun ki, indi onların mənə dərs dediyi yaşdan da yaşlıyam, müəllim müəllim olaraq qalır. Indi tələbələr müəllimləri ilə araq içir, qol-boyun rəqs edir- bunlar mənim qəbul etmədiyim şeylərdir. Bəlkə də müəllim ailəsində böyüməyimdən irəli gəlir. Protokola uyğun, rəsmi ortamları, yaxud “səmimi göstərilər”i  sevmirəm. Hələ də keçmişə qayıtmaq üçün  toplaşmağa, paylaşmağa çalışanları anlamıram. Axı nəyə görə 35 il sonra da 35 il qabaqdan danışmalıyam? Mənim üçün hamımızın bildiklərinin təkrarındansa, ayrı-ayrılıqda hər kəsin tələbəlikdən sonrakı həyatı daha maraqlıdır. Yəni bildiyimi eşitməkdənsə, bilmədiyimi öyrənmək. Çox sıxıldım, Qardaşxan, Novruz, Nəriman, Sevil, Xavər, Samrat, Vəsilə, hətta gəncliyində romantikliyi ilə hər kəsdən seçilən İlham keçmişdən qopa bilməyiblər. Həmin gün anladım ki, o məclisdə mənim kimi düşünənlər azdı. Bəlkə etiraf edim: heç yoxdu. Belə rəsmi görüşlərdə hər şey olur, gerçək açılımdan savayı. Ondansa Qaxa Xavərgilə getmək, Balakəndə Samratların həyətindəki ağacın altında kölgələnmək, İsmayıllıda Vasyanın (Vəsilənin) ikimərtəbəli evinin aynabəndində mütəkkəyə dirsəklənib çay içmək, tələbəlikdən yadigar qalmayan venetkadan danışıb pullarımızın başına daş salan Seyidağaya rəhmət diləmək, Mehmanın Atlıağacdakı evinin həyətində çəmənlikdə oturub uşaqların (tələbə yoldaşların) Yetim (Yefim ) Saratovlu söhbətlərini dinləmək , Müzəffərin evinə sarı boylanmaq daha xoşdu. Mehmanı da insafa gəlsin, beş ildir  “təşkil edəcəm” deyib bizi Altıağaca aparmır. Amma hər bayramda mənə zəng edir. Illərdir təbriklərinin, arzularının mətni dəyişmir.

ADU-da keçirdiyim illər sıradan bir tələbəçilikdi. Hələ də bu fikirdəyəm ki, tələbə yoldaşlarımın bəzisi məni içdən tanıya bilmədi, ruhumu anlamadı. Məni özündənrazı, dünyanın dərdini dərinə çəkməyən qayğısız, yaraşıqlı bir qız kimi xatırlayanlar səhv etdilər. Səhv edirlər. Tələbəlik həyatımın sadəcə bir dönəmi, mənim sevinclə, həyəcanla  xatırladığım, kimlərinsə ucbatından dolu-dolu yaşaya bilmədiyimə görə üzüldüyüm illərdir.

_20160705_190151  

35  il qabaq

Tələbəlik mənim qazandığım pulla özümü dolandırdığım, oxuya-oxuya işlədiyim, bununla kimsənin toplamadığı təcrübəni topladığım, teleradio jurnalistləri ilə yaxınlıq qura bildiyim illərdir. Bu yaxınlıqlar hələ də davam edir. Tələbəlik mənim  kimlərdənsə küsgün qaldığım, kimlərinsə hərəkətindən inciyib hələ də unuda, Zinyət Əlizadənin hikkəsini, Qulu Xəlilovun qərəzliyini hələ də sinirə bilmədiyim  illərdir. Prinsipləri, dəyərləri qoruya bilməyənlərin xətasını hər zaman xatırladığım illərdir. Bu gün onlar özlərini necə təqdim etmələrinə baxmayaraq yaşadıqlarımız yaddaşımızdan silinməz. Onda gərək zamanı siləsən. Üzr istəyərək yazıram, rəhmətlik anam həmişə pis işini gizlətməyə çalışanlar barədə deyərdi: “Qarlar yağıb ”¦ üstü örtülüb, iyi də gəlmir”.  Amma heç deməzdi ki, qarların əriməkliyi də var. Bizim tələbəliyimizin qarları çoxdan əriyib! Beş illik tələbəçilikdə olanların hamısını doğrusuyla, yanlışıyla mən yaşamışam, mənə aiddir. Amma yaşamadıqlarım da var, adıma yazılıb, pozdura bilməmişəm. Əslində cəhd göstərməmişəm də. Hər zaman dəyişməz prinsipim olub: “özüm bilirəm ki bu belə deyil”. Vəssalam. Özgələrin münasibətini önərisəm də sonda prinsipimə sadiq qalmışam. Mən bunları zaman-zaman ikili-üçlü söhbətlərdə kimlərləsə bölüşə bilərəm, hamıya, hər şeyi, heç vaxt! İstər 35 illik olsun, istər ondan o yanası. İllər sonra işi-gücü qaydasında olan tələbə yoldaşlardan biri “kasıb, yetim-yesir uşaqlar idik, biriniz bizi bəyənib ərə gəlmədiniz”-deməkdə bəlkə də haqlıydı. Zamanında düzgün qərar vermək-məncə insan ağlının ölçüsü ancaq bu göstərici ola bilər.

Əbdülhəmid müəllim dərsdə məni ayağa qaldırıb soruşdu: “şeir yazırsanmı”?

Dayım Nəriman Əzimov AzTV-də Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanda ilk və yeganə televiziyanın sayılıb seçilən əməkdaşı idi. İndi də belədir. Səksəni haqlayıb, televiziya yaranandan AzTV-dədir.  Dayımın tanışlığı ilə birinci kursdan radionun Gənclik redaksiyasının baş redaktoru Fəridə xanım Aslanbəyovanın yanında təcrübə toplamağa başladım.

IMG_20160705_115321 

Seçilən radiojurnalistlər

Universitetdən bizə həftədə bir dəfə “yaradıcılıq günü” vermişdilər. Mən bir dəfə də onu boş keçirmədim. Dəmir müəllimdən, Həsən müəllimdən öyrənə- öyrənə verilişlər hazırladım, qonorar aldım. İlk aylardan öz qələmimlə  pul qazanmağa başladım. Arada Uşaq redaksiyasında da verilişlər hazırlayırdım. Paralel olaraq o zamankı “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq edirdim. Amma orda mənə qonorar vermirdilər. Qəzetin şöbə müdiri Rizvan Cəbiyev (sonralar deputat da oldu) Xırdalanda o biri xalamın qonşusu idi. Xalamın xahişindən sonra demişdi ki, bir yazı tapşıracam, yaxşı olsa əməkdaşlıq edər, olmasa bir-iki il oxuyandan sonra gələr. Onun tapşırığı ilə yazı yazdım, bəyəndi, çapa verdi. Yazı çap olunandan sonra dilçi Əbdülhəmid müəllim dərsdə məni ayağa qaldırıb soruşdu: “şeir yazırsanmı”? Təəccübləndim, dedim “xeyr”! Dedi-“ ola bilməz. Gənclər qəzetində (“Azərbaycan gəncləri” qəzetini nəzərdə tuturdu) sənin yazını oxudum. O yazını yazan mütləq şeir yazmalıdır”.  Amma mən heç zaman şeir yazmadım. Bundan peşiman da deyiləm. Mən sadəcə jurnalist oldum. AzTV-dəki bəzi “zurnalist”lərdən fərqli jurnalist. Bir türk jurnalistindən eşitmişdim, deyirdi: “Küçənin bu başında uydurduğu yalana küçənin o biri başında özü inanan kəsdən jurnalist olmaz”. Mənalı fikirdir. Nə yaxşı ki, mən heç yalan uydurmadım, yalana inanmadım. AzTV-də işləyib yaltaq olmadım. Kimsə inciməsin, şeir yazan qadınların mənim anlamadığım qəribəlikləri olur. Qəribəlikləri sevməm. Özüm yazmasam da mənə şer yazanlar olub. Atam “Təzə gül” adlı ilk şeri mənim 5-6 yaşım olanda yazıb, ikincini ailə quranda. Bunu da arada, səyahətlərinin birində, Rusiyanın hansısa şəhərindən göndərdiyi açıqcanın üstündə:

Ay Mimi qızım,

Körpəcə quzum,

Şəkil sənindir,

Kiçik ulduzum.

Uşaqlıqda mənə “Mimi” deyiblər. Doğmalarım hələ də belə çağırır. Əmim qızı Sevinc hərdən zəng edəndə sözə “Ay Mi”¦.” deyərək başlayır. Deyəsən məni iki hərfdən ibarət görür. Bacılarımın uşaqları mənə “Mimi xala” deyirlər. Onların uşaqlarına da belə dedizdirirəm. Balacalar unudub mənə “nənə” deyəndə cavab vermirəm, onlar da səhvlərini anlayırlar. Bu çağırış mənim üçün komplimentə bərabərdir. Hərdən düşünürəm; bəlkə “nənə” sözündən qaçdığımdandı, nənəlik də məndən qaçır.Tələbəlikdə birinci şeri mənə rəhmətlik tələbə yoldaşım, iki gözdən əlil Fikrət Mursaqulov yazmışdı, almanaxda çıxıb, özüm oxumuşam. Təzəlikcə nə qədər soraqlaşdım almanaxı və şeri tapa bilmədim. Yazıya əlavə etmək istəyirdim, olmadı. Fikrət çox savadlı, duyğulu və həssas gəncdi. Cəmi 34 il yaşadı. Təxminən Cabbarlı, Lermontov, Puşkin, Yesenin yaşında dünyadan köçdü . Eşitdiyimə görə sobanın yanında yuxuya dalıb, paltarının, canının yandığından xəbəri olmayıb. Heyif ondan! İkinci şeri tələbəlikdə mənə bu gün də xətrini əziz bildiyim  Qardaşxan Əziz yazmışdı, “İstəməz” adında, deyəsən çapa verməyib. Bu xatirə və ovqat yazısını çapa hazırlayanda şeri Qardaşxandan istədim. Birinin yerinə ikisini göndərdi, əlavə şərhlərlə. Şərhləri qondarma olduğundan qəbul etmədim, xatırladığım şeiri isə yazıya əlavə etdim.

Könlün kimə qızsa, o adam yüz il

Qürbətdə dolanar, bahar istəməz!

Hansı bəxtiyarla peyman eyləsən,

O şöhrət istəməz, o var istəməz.

 

Mən ülvi saymışam saf məhəbbəti,

İnsanda insana olan ülfəti.

Bizim aramızda səmimiyyəti,

Əzizim, əlbəttə əğyar istəməz.

 

Qurbanam eşqimə,“olma”desə də,

Həyatdan soraqçı adi səsə də.

Bilirəm, xətrimi kim istəsə də,

Xətrini sevdiyim Fimar istəməz.

 

Qəlbim sizdən alır təbi, qüdrəti,

Mənimlə ürəksiz danışma qəti.

Nəinki ürəksiz sözü, söhbəti,

Ürəksiz baxışı Dilqar istəməz.

  1. 10. 1976. (O vaxtlar Qardaşxan Dilqar Əziz imzası ilə də yazırdı)

Sadəcə duyğular üzərində köklənən bir həvəskar şeiri də var:

Sarı köynək, Sarı Çiçək

Ömür keçdi ləçək-ləçək.

Dəyişməyən baxışındır,

Bir az nazlı, bir az ürkək.

Qəlbim gözümə töküldü,

Gözüm həsrət, qəlbim kövrək.

Sarı köynək, Sarı Çiçək,

O illərim dönməyəcək!

 

fff

Sonra iki şer də Xaliq yazdı. Biri belə idi:

Bir ad

var;

telefon kitabıma

heç vaxt düşməyəcək

bir  ad;

Fimar!

Bir cümləlik şeirdi, siz onu mənim gözümlə oxuyun. Hər dəfə bu şeir yadıma düşəndə gözəl müğənni Flora Kərimovanın sözlərini xatırlayıram. İşə başladığım ilk illərdə Flora Kərimovadan radio üçün müsahibə götürürdüm. Sonda özümə maraqlı olan sualı verdim: “Sevginizi necə paylaşırsınız”? Mən müsahibə aldığım zaman Flora xanım  üçüncü dəfə rəsmi nikahdaydı. O ilk evliyindən, İbrahim Topçubaşovdan danışanda belə bir fikir söylədi: “Mən onun mənə olan sevgisini sevirdim””¦  Sevgini sevərək evlənmək də varmış bu dünyada”¦

Dediyim kimi şer yazmadım, bir ara “Əcəl” adlı silsilə yazılar yazdım. Bunlar sənədli-bədii yazılar idi. Amma yaşımın üstünə yaş gəldikcə əcəlin qulağına səs çata biləcəyindən qorxub silsiləni yarımçıq kəsdim. Əlyazmalarım hardasa kənd evinə bənzəyən bağ evimizdədir. Mən onları axtarmayacam, bəlkə məndən sonra kiminsə əlinə keçər. Neynər, bilmirəm.  Hər halda ocağa atmaz. Əcəl bizdən uzaq olsun, hələ görəcəklərimiz var. “Azərbaycan gəncləri”nə məni Rizvan Cəbiyev gətirmişdi, bir il sonra elə o da qorxudub qaçırdı”¦

Axırda Məmməd müəllim əsəbiləşib “nə özünüzü cırırsız orda, Arifi çağırın” deyəndə canlı efiri kəsdilər

Dörd il tələbəlikdə dövlət radiosu ilə əməkdaşlıq etdim. Beşinci il diplom işi yazarkən təcrübə üçün televiziyaya keçdim. Gənclik redaksiyasına. Onda xəbər proqramlarından savayı bütün verilişlər qabaqcadan çəkilib montaj olunur, lent yazısı ilə yayımlanırdı. Redaksiyaya gəldiyim ilk günlər xatırlamadığım hansısa səbəbdən aparıcı, şair Məmməd Kazım  efirə canlı çıxmalı oldu. Veriliş başlayanda hamıya tapşırdı ki, canlı efirdə olduğumu mənə xatırladın, “quş buraxmayım”. Veriliş başladı, qonaqlar təqdim olundu, biri çıxış elədi, bu zaman Məmməd müəllim rejissor pultu arxasında əyləşən Arif müəllimə səslənib, “Arif süjet hazırdımı, elan edimmi” deyə soruşdu. Studiyadakılar- rejissor köməkçisi, redaktor, operatorlar, işıqçı, hətta  mən hərə bir yolla Məmməd müəllimə canlı efirdə olduğunu xatırlatmağa çalışdıq. Alınmırdı ki, alınmırdı. Axırda Məmməd müəllim əsəbiləşib “nə özünüzü cırısız orda, Arifi çağırın” deyəndə canlı efiri kəsdilər. O hadisə Məmməd müəllimə töhmətlə başa gəldi, mənə qorxulu təcrübə oldu. İlk həftədə hərbi jurnalist Şəmistan Nəzirlinin tapşırığıyla bir süjet hazırladım. İlk dəfə əlimə mikrafon götürüb efirə çıxdım, hərbi mövzuda rəsmlər çəkən bir rəssamdan müsahibə aldım. Yadımdadır, o zamanın dəbi ağ rəngli don-xalat da tikdirmişdim erməni dərziyə.

image2 

70-ci illərin bulvarı

Rəfiqəm, tək onun toyunda iştirak etdiyim, amma ailə xoşbəxtliyi uzun çəkməyən  tələbə yoldaşım Ülfətin qonşusu Zinaya. Zinanın (xala yazmağa əlim gəlmir)  cavanlıqda övladı olmamışdı, uşaq götürüb saxlayırdı. Dediyinə görə, azərbaycanlı ailənin uşağıymış, atıblarmış. Zina o uşağa Artur adı vermişdi və onu erməni kimi böyüdürdü. Artur sir-sifətdən də erməniyə oxşayırdı. Görəsən Arturun canında indiyə azərbaycanlı qanı qalıb, ya yox? Mənim gəlinlik paltarımı da Zina tikmişdi”¦  Beşinci kursda diplom yaza-yaza dərzilik, toxuma kurslarını da bitirdim. Yükün ağırlığından əriyib üzülmüşdüm. Indi köklüyüm kompleksə çevrilib.

image3 

Dərzi qızlar

Bəli, 1980-ci ildə həyatımda ilk dəfə efirə çıxdım. Ölkənin ilk və tək televiziyasında-AzTV-də. Bu böyük məhəbbətin başlanğıcı oldu. O gündən efirə aşiq oldum. Hələ də elədir. Sadəcə indi bu təktərəfli eşqdir. Kimlərsə “televizora baxmıram” deyəndə bu mənə anormallıq kimi gəlir.  Televiziya proqramlarını davamlı izləyir, arada yazılar da yazıram. Gözüm görənə, əlim yazana qədər də belə olacaq.

Efirdən sonra ilk olaraq yaxınların, uzaqların reaksiyası şok effekt yaratdı. Mən hamının gözündə dəyişmişdim, sanki böyümüşdüm, nüfuz qazanmışdım, vacib, yaraşıqlı, hamının təriflədiyi  biri olmuşdum. Əslində sujetə baxanda özümü bəyənməmişdim; həyəcanlydım, mikrafonu üzümə çox yaxın tumuşdum, olduğumdan kök görünürdüm. Deyim ki, həmişə özümə tənqidi yanaşmışam. Görmək istəmədiklərimi etməməyə çalışmışam. İlk onda bildim ki, ağ rəng, iri plan videoda, şəkildə adamı kök göstərir. Sonra Gənclik redaksiyasında çalışan qazaxlı, rəhmətlik Gülsəfa Əhmədova ilə işləməyə başladım. Çox bacarıqlı, işgüzar, min dərənin suyunu bir dərəyə yığmağı bacaran xanım idi. Ora-bura məni qaçırdırdı. Onun sayəsində televiziyanın “mətbəx”inə daha yaxından bələd oldum.  Bizim 50 nəfərlik patokdan AzTVdə mən tək idim. Mənə baxıb radioya, televiziyaya gələnlər çox oldu, qalanlar olmadı. Sonda həyat yoldaşıma görə qapanan televiziyanın qapılarını mənə dayım açdı, o qapıları özüm  açıq saxladım. Dayım heç vaxt məni televiziyaya aparmağının peşimançılığını çəkməyib, hər yerdə “bacım qızı ilə fəxr edirəm” deyib. O da sağ olsun, mən də.

Fimar Asimqızı

Davamı 14 iyulda

Oxşar xəbərlər
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 08:30
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
04 May 2024 | 09:00
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
04 May 2024 | 07:30
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?