Hacıbala Abutalıbov bəlkə də onun yerində Ermənistandan gətirtdiyi ağacı əkib...
Cəmiyyət
Oxunub: 6302
10 Jul 2016 | 09:30
Hacıbala Abutalıbov bəlkə də onun yerində Ermənistandan gətirtdiyi ağacı əkib...












Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/143765.html

İkinci fəsil

1974-cü ildə anamın hər türlü etirazlarına baxmayaraq, (əsas arqument bunun qız sənəti olmaması, mənim ərə getmək şansımın azalması idi) sənədlərimi S.M.Kirov adına ADU-nun (Azərbaycan Dövlət Universiteti), indiki BDU-nun hüquq fakültəsinə verdim. O zaman ADU tək universitet idi və mən universitet bitirmişəm deyəndə hamı bunun ADU olduğunu bilirdi, daha hörmətlə yanaşırdı.

İndi hər diplomun altından bir universitet məzunu çıxır. Hər yoldan ötənin cibindən də universitet diplomu.  Orta məktəbdə bir il ingilis dili, iki il də alman dili keçmişdim deyə o zamankı qəbul qaydalarına görə qabaqcadan mənə xarici dildən “3” yazdılar. Bu o demək idi ki, tələbə adı qazanmaq üçün mən ən azından iki “4”, bir “5” almalı idim. Mənimlə birgə bizim məktəbdən iki nəfər də hüquq fakultəsinə sənəd vermişdi. Birinci imtahan tarixdəndi. Biletə düşən suallara ətraflı cavab yazdım, yazdıqlarımı izah elədim. İmtahan götürənlərdən biri “4” qiymət yazmaq istədi, yanındakı “qoy bir əlavə sual verim”- deyib işləri korladı. Suala cavab verə bilmədim, üstəlik özümü itirdim. İkinci sual da cavabsız qaldı. Məni “4”-dən edən Yaqub müəllimin boz sifəti hələ də yadımdadır. Dörd vermək istəyənin isə nə adı yadımdadır, nə üzü. Belədir, adam yamanları, yamanlıqları heç unutmur. Çünki o yamanların yamanlığı ömür boyu həyatına mane olur və sən pislikləri unuda bilmirsən. Beləcə tarixdən “4”ala bilmədim.  Ümidim azaldı. Kefsiz halda universitetdən çıxdım. Pilləkanları düşəndə atamla qardaşım qarşıma gəldi.

-Neçə aldın?

-Üç.

Onların hər ikisi sevinclə məni qucaqladılar. Atam hələ bir “Afərin”də dedi. İki dənə ”3” ”“dən sonra mən  iki “5” almalıydım ki, bu da real deyildi. Atamgil nəyə sevinirdilər? Sonra öyrəndim ki, məndən qabaq imtahan verən iki sinif yoldaşımın hər ikisi “2” qiymət alıbmış, yəni kəsilibmiş. Atam mənim kəsilmədiyimə sevinirmiş. Heç demə kədərin özü də nəyinsə nisbətində sevincə dönə bilirmiş, bunu sonralar anladım və qəbul etdim. Sonrakı imtahanlardan “4” alıb müsabiqədən keçmədim. Atam “2” almadım deyə kədərlənmədi. Anamsa hüquq fakültəsinə girə bilmədiyimə sevindi.

Bir il məktəb kitabxanasında işlədim. İmtahanlara hazırlaşdım. İyun, iyul aylarında Bakıda alman dili üzrə əlavə dərslərə getdim. Dərsləri mənə orta məktəbdə iki il dərs deyib əsgərliyə gedən Rəşid müəllim keçdi. Köçərlilər nəslindən olan bu gənc müəllim əsgərlikdən sonra Xarici Dillər institutuna (indiki Dillər universiteti)  işə düzəlmişdi. Heç demə iki il kənd məktəbində müəllimlik, il yarım əsgərlik elə instituta müəllim düzəlmək üçünmüş. Bu dəfə sənədlərimi jurnalistika fakultəsinə verdim. Bir yandan anamın təsiri, bir yandan da həmin illər hüquq fakültəsinə müsabiqədən keçməyin çətinliyi, qəbulun cəmi 25 nəfər olması, deyilənə görə yerlərin pulla alınması üzündən jurnalistika fakültəsini seçdim. Birinci il mənimlə birgə hüquq fakültəsinə sənəd verən qız ikinci il də universitetə girə bilmədi. Üçüncü il tələbə oldu, arzusuna çatdı. Anamın proqnozları özünü doğrultdu: o qız hələ də ailə qurmayıb. “Hələ” yazanda özümün də gülməyim gəldi.

_20160705_190448 

İmtahandan qabaq

Jurnalistika fakultəsinə qəbul olunmaq üçün ümumi imtahanlardan qabaq qabiliyyət imtahanı verməliydik. Sərbəst mövzuda inşa və sual-cavab. İnşanı əmək qəhrəmanları haqda yazmışdım. Yaşadığım kənddəki qabaqcıl əmək adamı, briqadir Tükəzban xaladan örnək gətirmişdim. Səhəri gün çox maraqlı bir hadisə baş verdi.

İmtahan müddətində atamla mən xalamın evində qalırdıq. O zamankı Lenin, indiki  H.Əliyev sarayının düz arxasında, Səməd Vurğun küçəsində. Səməd Vurğun küçəsi ilə Dimitrov (Ş. Bədəlbəyli) küçəsinin kəsişdiyi yedə: Dimitrov 83-də. Mən deyirdim “Dimitrov həşdad ü甝, atam deyirdi: “Dimitrov səksən ü甝.  O çağlar mən həşdatla səksənin fərqində deyildim. Xalamın evinin pəncərələri sarayın arxa qapısına baxırdı. Onda hələ paparasilər yoxdu, vəzifəlilər, incəsənət adamları, ayrıca müğənnilər arxa qapıdan əmin -arxayın saraya  girir, tədbirlərə, konsertlərə qatılırdılar. Gözüm o qapıda olardı. Gördüklərimi tanımazdım, amma onların arasında Azərbaycan  KP MK-nın birinci katibi Heydər Əliyevi görmədiyimə əminəm. Bakıda yaşayıb H.Əliyevi görməmək mənə qəribə gəlirdi. Sonralar bildim ki, hökumət adamları yayı şəhərdə keçirmirlər.  Yayda iş onların yanına köçür; Bilgəhə, Zuğulbaya. Heç onların övladları da mənim kimi imtahanlara hazırlaşmır, “birdən kəsilərəm” qorxusu yaşamırlar. Tələbə bileti onlara “qızıl məcməyi”də gəlir. Onda mənim 18 yaşım vardı, kənddən gəlmişdim, belə “axmaq” məsələlər barədə düşünmürdüm.

Xalam deyirdi ki, bu yaxında bizim evləri söküb yerində park salacaqlar, Dəmir yolu vağzalından Elmlər Akademiyasınacan uzanacaq o park, bizə də yaxınlıqda təzə ev verəcəklər. Xalamın dedikləri düz çıxdı. Düz 35 il sonra siçanlı, kəsəyənli, çürümüş, uçmuş evləri söküb yerində park saldılar, elmlər doktoru olan xalama isə arzuladığı evi vermədilər. Evindən çıxmaq istəməyən xalamı zorla köçürdülər. Baksovetdən bir Zülfəli İsmayılov vardı, od qoydu oraların camaatına. Xalamgilin həyətində cəmi iki azərbaycanli ailə vardı: biri bizimkilər, xalam və dayım, o biri də milisdə (polisdə) işləyən ayrım Heydər. Mənim alim xalam ona “Heydar” deyirdi. Qalan hamısı yəhudi, erməni və rus idi. Həyət həmişə çirkli, iyli-qoxulu olardı. Hər gün bir evdə peraşki bişərdi, hər gün  hər evdə araq-çaxır içilərdi. Bütün iylərin başında sarımsaq iyi dururdu. Mən oxumaqdan yorulanda, şəhər həyatıyla yaxınlıq etmək istəyəndə ikinci mərtəbədəki evin həyətə baxan, günəbaxan yağının, sarımsağın, araq-çaxırın iyində buğlanan ümumi eyvanına çıxıb ilk dəfə gördüyüm mənzərəyə- aşağıda səliqə ilə ipə sərilmiş təmiz qadın alt paltarlarına (bizlərdə alt paltarını göz qabağına sərməzdilər),  şüşə bankalara yığılıb ağzı cuna ilə bağlanmış sarımsaq turçusuna, erməni qadın Sonyanın həyətin ortasına qoyduğu yekə stolun üstündə ayaq üstə özgələrə yorğan sırımasına (pulla), nəvəsi, nənəmin dili ilə desəm “başı batmış” Karinanın şux rəngli açıq geyiminə, bu yarımçılpaqlığın içində adamın gözünü işıldadan ağappaq bədəninə baxırdım.  Yaraşıqlı qadının ayağını ayağının üstünə aşırıb oturmasını ilk dəfə televizorda yox, həyatda görürdüm. Gəncədə, Bərdədə belələrini görməmişdim.  Karina həyətdən çıxan kimi küçə pəncərəsinə doğru qaçardım. Bir həftəliyə Gəncədən Bakıya gələn nənəm mənə baxa-baxa başını yırğalayardı. Küçədə onu yaraşıqlı azərbaycanlı oğlanlar yaraşıqlı jiqulilərinə, QAZ-24-lərinə mindirib aparardılar. Karina  qayıdanda gecədən keçmiş olardı, mən də qırxıncı yuxuda. Yuxudan öncə evlərin həyətə açılan pərdəsi çəkilməmiş pəncərələrindən “Badenbadenin mavi gecələri”nə baxardım.  Karina orta məktəbi bitirmişdi, ali təhsil almaq fikri də yoxdu. Pulu daha asan yollarla qazanırdı. Xalamgilin evləri sökülməzdən çox qabaq ermənilər, ruslar çıxıb getdilər, yəhudilər daha yaxşı evlərə köçdülər. Onların evlərində bizim qaçqınlar, köçkünlər yaşamağa başladı. Həyət təmizliyə çıxmadı. Heydəri nəyin üstündəsə milisdən qovdular, türməyə də saldılar, çıxdı. Sonra  uçastkovının cibinə pul basıb Bakının göbəyində gündə bir inək kəsib satmaqla ailəsini dolandırmağa başladı.

qış bulvarı

"Qış  buvar”ına yolum düşəndə Heydərin dana kəsdiyi yerdən yan keçməyə çalışıram. Sonyanın yorğan-döşək sırıdığı böyük stolun yerində Hacıbala Abutalıbov bəlkə də Ermənistandan gətirtdiyi ağacı əkib. Karina isə yəqin indi o gözəl günləri xatırlaya-xatırlaya Rusiya şəhərlərinin birində yorğan sırıyır. Evlər söküləndə Heydər həyətdən hamıdan sonra çıxdı, evləndirib köçürdüyü dörd uşağının hər birinə hökumətdən ayrıca ev aldı. Xalamsa hələ də qaranlq bir otaqda gözünə lupa tutub barama qurdları üzərində elmi işini davam etdirir. Mənim qəbul imtahanlarına hazırlaşdığım evin yerində indi maşınlar ora şütüyür, bura şütüyür. Onda Bakıda bu qədər çox və bahalı xarici maşın yoxdu. Onda cibimdə qəpik olmasa da mən özümü bunca kasıb hiss etmirdim. Onda həyat qarşımda idi, indi arxamda.

İlk imtahan gününün maraqlı hadisəsinə qayıdıram. Atam hər imtahandan sonra rayona gedər, növbəti imtahana gələrdi. İlk yazılı qabiliyyət imtahanından sonra atam rayona gedən günü dayım zəng edib onu təpəsiüstə (təcili) geri qaytartdı. “Təpəsiüstə”ni anamın dilindən eşitmişdim. Deyirdi, “mən çağıranda təpəsiüstə gəl”. Mən təpəsiüstə gəlmirdim, yəqin ona görə indi mənim uşaqlarım da çağırışıma təpəsiüstə gəlmirlər. Atam gələn kimi dayım onu harasa apardı. Bir xeyli keçəndən sonra geri qayıtdılar. Onların hara getdikləri məni heç maraqlandırmadı. Xalam atama “Asim müəllim” deyirdi, qayıtdı ki, “xeyr ola Nəriman, Asim müəllimi hara aparmışdın”? Bəlli oldu ki, mənim məsələmlə əlaqəli gedibmişlər. Deməli, mənim yazımı jurnalistika fakültəsinin müəllimi, rayonlu professor (Allah rəhmət eləsin, şeytan qulağına xəbər aparmasın) yoxlayır, yazıdakı faktlara əsasən hansı rayondan, hansı kənddən olduğumu öyrənir. Bizim kənddən olan tanışı, yazıçı Əhməd Mirzəcəfərliyə zəng edib valideynlərimi soruşur. Müsbət cavab alandan sonra atamı tapmasını xahiş edir. Əhməd müəllim də deyir ki, Asim müəllimi Bakıda ancaq Nəriman müəllimin vasitəsilə tapa bilərəm. Indinin Xalq artisti, o zamanın Əməkdar İncəsənət Xadimi,  dirijor, gəncəli Nəriman Əzimov. Nəriman Əzimovu tanıyan çoxdu. Beləcə Nəriman dayı ilə atam professorla (professorun adını bir dostumun xahişilə redaktə zamanı yazıdan çıxardım)  Əhməd Mirzəcəfərlinin görüşünə gedirlər. Müəllim atama deyir ki, qızınızın yazısı çox yaxşıdır, istəmirəm kənarda qalsın. İstəyirsiniz kömək edim universitetə qəbul olunsun. Bunun qarşılığında atamdan  2000 rubl (manat) istəyir. O zamanlar hüquq fakültəsinə pulla girmək istəyənlər 25 min, jurnalistikaya pulla girmək istəyənlər 15 min verirdilər. Atam razılaşmaq istəyir, Nəriman dayı deyir: “məsləhətləşək, sonra”. Evə gəlib bunları xalama danışanda  birinci o etiraz elədi. Nəriman dayı da onun tərəfini saxladı. Xırdalıqları yazmıram, beləcə atamı həmin gün rayona qayıdıb  2000 manat borc pul tapıb gətirməyə qoymadılar. Mən də qabiliyyət imtahanlarından keçib dörd imtahanın hər birindən “4” alıb universitetə qəbul olundum. Həyatımın mənasına çevrilən, 40 ildən çox bir yol belə bezmədiyim, prinsipıərinə xəyanət etmədiyim jurnalistikaya yolum belə başladı. Bir daha heç zaman yazılarımda ünvan xarakterli məlumatları olduğu kimi yazmamağa, yeri gələrsə anonim qalmağa qərar verdim. Sözümün üstündəyəm. Sonralar müəllimim olan professoru isə sevə bilmədim. İllər sonra  bir yazısına görə mən onun adını yaddaşımın qaranlıq küncündən çıxarıb hərdən yada saldığım müəllimlərimin yanına yazdım.

Fimar Asimqızı

Davamı 12 iyulda...

Oxşar xəbərlər
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO